- •İzahli şəriət məsələləri
- •Bismillahir-rəhmanir-rəhim
- •Təqlidin hökmləri
- •Mütləq və muzaf su
- •3. Axar su
- •4. Yağış suyu
- •5. Quyu suyu
- •1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
- •Sularin hökmləri
- •Təxəllinin (ayaqyoluna getməyin) hökmləri
- •İstibra
- •Təxəllinin müstəhəbbati və məkruhati
- •Nəcasat
- •4. Murdar
- •8. Kafir
- •Nəcasati sübut etməyin yollari
- •Pak şeylər necə nəcis olur?
- •Nəcasatin hökmləri
- •2. Tərəfin, onun sözünə e’tina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun sözünə e’tina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil.
- •Mütəhhirat
- •1) Üç dəfə doldurub boşaltmaqla;
- •2) Üç dəfə içərisinə bir az su tökülür, hər dəfəsində su, qabın nəcis olan hər yerinə çatacaq şəkildə çalxalanıb çölə tökülür.
- •4. İstihalə
- •5. İnqilab
- •6. İntiqal
- •7. İslam
- •9. Eyni nəcisin aradan getməsi
- •10. Nəcasat yeyən heyvanın istibrası
- •11. Müsəlmanın bir müddət gözdən qeyb olması
- •12. Normal miqdarda qan axması
- •Qablarin hökmləri
- •İrtimasi dəstəmaz
- •Dəstəmaz zamani müstəhəbb dualar
- •Dəstəmazin səhih olma şərtləri
- •Dəstəmazin hökmləri
- •Dəstəmaz alinmasi vacib olan əməllər
- •Dəstəmazi batil edən şeylər
- •Cəbirə dəstəmazinin hökmləri
- •Vacib qüsllər
- •Cünub şəxsə haram olan şeylər
- •Cünub şəxsə məkruh olan şeylər
- •Tərtibi qüsl
- •İrtimasi qüsl
- •İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir.
- •İstihazə
- •İstihazənin hökmləri
- •2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı;
- •1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmayır. Bu halda o iki qanın cəmi, birlikdə bir heyz sayılır.
- •2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri ayrıca bir heyz sayılar.
- •3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.
- •2. Vaxt sarıdan adət sahibi olanlar
- •3. Adəti-ədədiyyə sahibi olanlar
- •6. Nasiyə
- •1. Sidr ilə qarışmış su ilə;
- •2. Kafur ilə qarışmış su ilə;
- •3. Xalis su ilə.
- •İkinci təkbirdən sonra desin:
- •Və sonra beşinci təkbiri desin, bununla da namaz bitir. Daha yaxşısı odur ki, birinci təkbirdən sonra:
- •İkinci təkbirdən sonra da:
- •Və meyyit kişidirsə, dördüncü təkbirdən sonra:
- •Və əgər qadındırsa, dördüncü təkbirdən sonra:
- •Və «Fulanəbnə-fulan»ın əvəzinə meyyitin adını və atasının adını desinlər. Məsələn, onun adı Muhəmməd və atasının adı Əlidirsə, üç dəfə desinlər:
- •Vəhşət namazi
- •1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;
- •1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
- •İkinci rük`ətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
- •İkinci şərt
- •1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.
- •2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olsa, vacib ehtiyata görə dirhəm şəhadət barmağının bəndi qədər olur.
- •3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa;
- •Vacib ehtiyata əsasən mübah olmalıdır.
- •İkinci şərt
- •Və yaxud
- •1.«Həmd» surəsinin tərcüməsi:
- •Xudavəndi-aləmin salamı biz namaz qılanlara və Allahın yaxşı bəndələrinə olsun.
- •1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.
- •Vacib namazi pozmağin mümkün olduğu hallar
- •2. Salamdan sonrakı şəkk
- •3. Vaxt keçəndən sonra baş verən şəkk
- •5. İmam və mə`mumun şəkki
- •6. Müstəhəbbi namazda şəkk
- •1. Onun səfəri səkkiz şər`I fərsəxdən (təqribən 44 km-dən) az olmasın.
- •8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə e`tibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.
- •İmam camaatin şərtləri
- •1. Günəşin tutulması;
- •2. Qismən tutulsa və ondan heç kim qorxmasa da, ayın tutulması.
- •3. Vacib ehtiyata əsasən əgər bir kəs qorxmasa da, zəlzələ zamanı.
- •2. Cima
- •3. Istimna
- •4. Allaha və peyğəmbərə (s.Ə.V.V) yalan isnad vermək
- •5. Tozu boğaza çatdirmaq
- •6. Sübh azanina qədər cənabət, heyz və nifas halinda qalmaq
- •7. Imalə etmək (klizma)
- •8. Qusmaq
- •4. Harama qarişmiş halal mal
- •5. Dənizə baş vurmaqla əldə olunan cəvahirat
- •7. Zimmi-kafirin müsəlmandan aldiği ərazi
- •Xumsun xərclənməsi
- •1. Malı alarkən qüsurlu olduğunu bilirdisə;
- •İcarə hökmləri
- •İcarənin sair məsələləri
- •1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;
- •2. Məninin xaric olması;
- •3. Qəməri ili ilə 15 yaşın tamam olması.
- •İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qismdir:
- •1. Daimi.
- •2. Qeyri-daimi (müvəqqəti izdivac).
- •İzdivaci haram olan qadinlar
- •İzdivacin müxtəlif məsələləri
- •1. İnsana, onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə;
- •1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin.
- •İnsanin tapdiği malin hökmləri
- •Vəqfin hökmləri
- •Vəsiyyətin hökmləri
- •İkinci dəstənin irsi
- •İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının bə`zi şərtləri aşağıdakılardan ibarətdir, belə ki, sair məzhəblərin nəzərindən onların heç biri, yaxud bə`zisi şərt deyil:
- •İstilahlar
- •1. Bir əqdin gerçəkləşməsi üçün işlədiln sözlər, cümlələr.
- •2. Müvəqqəti nigahla nigahlanmış qadın.
- •1. Təməttu` umrəsi; təməttu` həccindən sonra və ya həccsiz yerinə yetirilir.
- •2. Mufrədə umrə – Qıran və ifrad həccindən sonra və ya həccsiz yerinə yetirilir.
- •Xums – Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mə`dən, xəzinə) beşdə biri.
- •Xovf (qorxu) namazı – Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik namaz.
Mütləq və muzaf su
Məsələ 13: Su ya mütləqdir (saf), ya muzaf (qarışıq). Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:
1. Kürr su
2. Az su
3. Axar su
4. Yağış suyu
5. Quyu suyu
1-Kürr su
Məsələ 14: Kürr su 36 qarış[1] olan bir qabı dolduracaq miqdardakı sudur. Və təqribən 384 kq-dır.
Məsələ 15: Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir şey kürr suya dəyərsə, o suyun qoxusu və ya rəngi, ya da dadı nəcasatın tə’sirindən dəyişirsə, kürr su nəcis olur; əgər dəyişmirsə nəcis olmaz.
Məsələ 16: Əgər kürr suyun qoxusu, rəngi və ya dadı nəcasatdan başqa bir şeylə dəyişirsə, nəcis olmaz.
Məsələ 17: Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin qoxusu, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişirsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma əgər dəyişməyən hissə, kürr miqdarında və ya daha artıq olsa, yalnız qoxu, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə pakdır.
Məsələ 18: Fəvvarənin suyu, kürr suya bağlı (müttəsil) olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülürsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma lazımdır ki, fəvvarə suyu nəcis su ilə qarışsın.
Məsələ 19: Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasatın qoxu, rəng və ya dadını almamışdırsa və nəcasatın özü də onda olmazsa, pakdır.
Məsələ 20: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasat dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir.
Məsələ 21: Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilirsə, kürr su hökmündədir. Yə’ni nəcasatı pak edər və ona nəcasat dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır.
Məsələ 22: Suyun kürr olması iki yolla sübut olunur:
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud e'timadlı şəxs və ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə e'tibar etmək məhəlli işkaldır.
2- Az su
Məsələ 23: Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir.
Məsələ 24: Az suya nəcis bir şey dəysə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma əgər sıçrayışla (təzyiqlə) nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə çatan qismi nəcis, qalan hissəsi isə pakdır.
Məsələ 25: Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin lazım ehtiyata görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir.
Məsələ 26: Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz:
1. Nəcasatın qoxusu, rəng və ya dadını almasın.
2. Kənardan başqa bir nəcis ona çatmasın.
3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasat gəlməsin.
4. Suyun içərisində ğait zərrələri olmasın.
5. Nəcasat məxrəc yerinin ətrafına normadan artıq yayılmamış olsun.
3- Axar su
Axar su o sulara deyilir ki: 1-təbii mənbəyi olsun. 2-Hətta müəyyən vəsitə ilə cari (axar) etsələr belə axar olsun; 3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar şəkildə tökülmək kimi-yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su hətta cərəyan etsə belə, cari su hökmündə deyil.
Məsələ 27: Axar su kürr su miqdarından az belə olsa, ona nəcasat dəydiyi zaman qoxusu, rəngi və ya dadı nəcasat vasitəsilə dəyişməyincə, pakdır.
Məsələ 28: Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin qoxusu, dadı və ya rəngi nəcasat dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə bitişən qismi kürr sudan az belə olsa, pakdır. Digər tərəfin dəyişməyən çay suları isə, əgər kürr miqdarında olsa və ya dəyişməyən su vasitəsi ilə çeşməyə bitişirsə, pakdır. Əks halda nəcisdir.
Məsələ 29: Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar su hökmündə deyildir. Yə’ni əgər kürr miqdarından az olsa, nəcasat dəydikdə nəcis olur.
Məsələ 30: Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə deyildir.
Məsələ 31: Əgər bir çeşmə, məsələn; qışda qaynayar və yayda qaynaması kəsilirsə, yalnız qaynadığı zaman axar su hökmünü daşıyır.
Məsələ 32: İçindəki suyun miqdarı kürrdən az olan hamamın kiçik hovuzu, ikisinin suyu birlikdə kürr miqdarına yetişən bir xəzinəyə bağlı olsa və ona nəcis dəydiyi zaman qoxu, rəng və ya dadı dəyişməsə, nəcis olmaz.
Məsələ 33: Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır.
Məsələ 34: Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, nəcasat dəyərsə nəcis olur. Amma əgər təzyiqlə axırsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.
4- Yağış suyu
Məsələ 35: Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, pak olar. Lakin sidik ilə nəcis olan bədən və paltara isə vacib ehtiyat olaraq iki dəfə yağması lazımdır. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının da faydası yoxdur, «yağış yağır» – deyiləcək şəkildə yağması gərəkdir.
Məsələ 36: Əgər yağış eyni nəcis üzərinə yağaraq başqa bir yerə sıçrayarsa, eyni nəcis onunla birlikdə olmazsa və nəcasatın qoxu, rəng və ya dadını götürməmiş olsa, pakdır. Deməli, əgər qanın üzərinə yağıb ayrı bir yerə axan yağış suyunda qan zərrələri olsa və ya qanın qoxu, rəng və ya dadını götürmüşsə, nəcisdir.
Məsələ 37: Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir.
Məsələ 38: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər.
Məsələ 39: Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, suyun torpağa yetişməsi səbəbilə muzaf olması mə'lum olmasın.
Məsələ 40: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasatın qoxu, rəng və ya dadını almazsa, nəcis şey pak olar.
Məsələ 41: Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.
5- Quyu suyu
Məsələ 42: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasat ona dəydiyi zaman onun qoxu, rəng və ya dadı o nəcasat vasitəsi ilə dəyişməyincə, həmin su pakdır.
Məsələ 43: Əgər bir nəcasatın tökülməsi nəticəsində qoxu, rəng və dadı dəyişən bir quyunun suyunda bu dəyişiklik yox olarsa, pak olar. Amma onun pak olması vacib ehtiyata gö-rə quyudan qaynayaraq çıxan su ilə qarışması şərti ilədir.