- •İzahli şəriət məsələləri
- •Bismillahir-rəhmanir-rəhim
- •Təqlidin hökmləri
- •Mütləq və muzaf su
- •3. Axar su
- •4. Yağış suyu
- •5. Quyu suyu
- •1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
- •Sularin hökmləri
- •Təxəllinin (ayaqyoluna getməyin) hökmləri
- •İstibra
- •Təxəllinin müstəhəbbati və məkruhati
- •Nəcasat
- •4. Murdar
- •8. Kafir
- •Nəcasati sübut etməyin yollari
- •Pak şeylər necə nəcis olur?
- •Nəcasatin hökmləri
- •2. Tərəfin, onun sözünə e’tina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun sözünə e’tina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil.
- •Mütəhhirat
- •1) Üç dəfə doldurub boşaltmaqla;
- •2) Üç dəfə içərisinə bir az su tökülür, hər dəfəsində su, qabın nəcis olan hər yerinə çatacaq şəkildə çalxalanıb çölə tökülür.
- •4. İstihalə
- •5. İnqilab
- •6. İntiqal
- •7. İslam
- •9. Eyni nəcisin aradan getməsi
- •10. Nəcasat yeyən heyvanın istibrası
- •11. Müsəlmanın bir müddət gözdən qeyb olması
- •12. Normal miqdarda qan axması
- •Qablarin hökmləri
- •İrtimasi dəstəmaz
- •Dəstəmaz zamani müstəhəbb dualar
- •Dəstəmazin səhih olma şərtləri
- •Dəstəmazin hökmləri
- •Dəstəmaz alinmasi vacib olan əməllər
- •Dəstəmazi batil edən şeylər
- •Cəbirə dəstəmazinin hökmləri
- •Vacib qüsllər
- •Cünub şəxsə haram olan şeylər
- •Cünub şəxsə məkruh olan şeylər
- •Tərtibi qüsl
- •İrtimasi qüsl
- •İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir.
- •İstihazə
- •İstihazənin hökmləri
- •2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı;
- •1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmayır. Bu halda o iki qanın cəmi, birlikdə bir heyz sayılır.
- •2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri ayrıca bir heyz sayılar.
- •3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.
- •2. Vaxt sarıdan adət sahibi olanlar
- •3. Adəti-ədədiyyə sahibi olanlar
- •6. Nasiyə
- •1. Sidr ilə qarışmış su ilə;
- •2. Kafur ilə qarışmış su ilə;
- •3. Xalis su ilə.
- •İkinci təkbirdən sonra desin:
- •Və sonra beşinci təkbiri desin, bununla da namaz bitir. Daha yaxşısı odur ki, birinci təkbirdən sonra:
- •İkinci təkbirdən sonra da:
- •Və meyyit kişidirsə, dördüncü təkbirdən sonra:
- •Və əgər qadındırsa, dördüncü təkbirdən sonra:
- •Və «Fulanəbnə-fulan»ın əvəzinə meyyitin adını və atasının adını desinlər. Məsələn, onun adı Muhəmməd və atasının adı Əlidirsə, üç dəfə desinlər:
- •Vəhşət namazi
- •1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;
- •1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
- •İkinci rük`ətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
- •İkinci şərt
- •1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.
- •2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olsa, vacib ehtiyata görə dirhəm şəhadət barmağının bəndi qədər olur.
- •3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa;
- •Vacib ehtiyata əsasən mübah olmalıdır.
- •İkinci şərt
- •Və yaxud
- •1.«Həmd» surəsinin tərcüməsi:
- •Xudavəndi-aləmin salamı biz namaz qılanlara və Allahın yaxşı bəndələrinə olsun.
- •1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.
- •Vacib namazi pozmağin mümkün olduğu hallar
- •2. Salamdan sonrakı şəkk
- •3. Vaxt keçəndən sonra baş verən şəkk
- •5. İmam və mə`mumun şəkki
- •6. Müstəhəbbi namazda şəkk
- •1. Onun səfəri səkkiz şər`I fərsəxdən (təqribən 44 km-dən) az olmasın.
- •8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə e`tibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.
- •İmam camaatin şərtləri
- •1. Günəşin tutulması;
- •2. Qismən tutulsa və ondan heç kim qorxmasa da, ayın tutulması.
- •3. Vacib ehtiyata əsasən əgər bir kəs qorxmasa da, zəlzələ zamanı.
- •2. Cima
- •3. Istimna
- •4. Allaha və peyğəmbərə (s.Ə.V.V) yalan isnad vermək
- •5. Tozu boğaza çatdirmaq
- •6. Sübh azanina qədər cənabət, heyz və nifas halinda qalmaq
- •7. Imalə etmək (klizma)
- •8. Qusmaq
- •4. Harama qarişmiş halal mal
- •5. Dənizə baş vurmaqla əldə olunan cəvahirat
- •7. Zimmi-kafirin müsəlmandan aldiği ərazi
- •Xumsun xərclənməsi
- •1. Malı alarkən qüsurlu olduğunu bilirdisə;
- •İcarə hökmləri
- •İcarənin sair məsələləri
- •1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;
- •2. Məninin xaric olması;
- •3. Qəməri ili ilə 15 yaşın tamam olması.
- •İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qismdir:
- •1. Daimi.
- •2. Qeyri-daimi (müvəqqəti izdivac).
- •İzdivaci haram olan qadinlar
- •İzdivacin müxtəlif məsələləri
- •1. İnsana, onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə;
- •1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin.
- •İnsanin tapdiği malin hökmləri
- •Vəqfin hökmləri
- •Vəsiyyətin hökmləri
- •İkinci dəstənin irsi
- •İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının bə`zi şərtləri aşağıdakılardan ibarətdir, belə ki, sair məzhəblərin nəzərindən onların heç biri, yaxud bə`zisi şərt deyil:
- •İstilahlar
- •1. Bir əqdin gerçəkləşməsi üçün işlədiln sözlər, cümlələr.
- •2. Müvəqqəti nigahla nigahlanmış qadın.
- •1. Təməttu` umrəsi; təməttu` həccindən sonra və ya həccsiz yerinə yetirilir.
- •2. Mufrədə umrə – Qıran və ifrad həccindən sonra və ya həccsiz yerinə yetirilir.
- •Xums – Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mə`dən, xəzinə) beşdə biri.
- •Xovf (qorxu) namazı – Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik namaz.
7. İslam
Məsələ 205: Əgər kafir olan bir adam kəlmeyi-şəhadəti deyərsə, yə’ni Allahın yeganəliyinə və Xatəmül-Ənbiya Həzrət Muhəmməd ibn Əbdullahın (s.ə.v.v) nübüvvətinə şəhadət versə, hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olar. Onun qabaqcadan hər nə qədər nəcis, olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, vacib ehtiyat olaraq onun yerini su ilə yumalıdır.
Məsələ 206: Əgər, kafir olduğu zamanda libası yaş halda bədəninə dəymişdirsə, istər müsəlman olduğu zaman o libas üzərində olsun və ya olmasın, vacib ehtiyat olaraq o libasdan çəkinməlidir.
Məsələ 207: Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən müsəlman olub-olmadığını bilməzsə pakdır. Hətta qəlbən müsəlman olmadığını bildiyi halda, ondan söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə də hökm eynidir.
8. Təbəiyyət
Məsələ 208: Nəcis bir şeyin, başqa bir şeyin paklığı vasitəsilə pak olmasına təbəiyyət deyilir.
Məsələ 209: Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak olur. Onun üzərinə adi qaydada qoyulan bez parçası və başqa bir şey də onun vasitəsi ilə nəcis olmuşsa, o da pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə olmasından sonra, vacib ehtiyat olaraq ondan çəkinmək lazımdır.
Məsələ 210: İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak olur:
1. Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar. Amma bu təqdirdə, uşağın yeni müsəlmanın yanında və onun kəfaləti altında olması və ondan uşağa daha yaxın olan bir kafir uşağın yanında olmaması lazımdır.
2. Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında atası və ya babalarından biri yoxsa pak olur. Amma bu iki halda da uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir.
Məsələ 211: Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan sonra pak olur.
Məsələ 212: Əgər bir kimsə əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla birlikdə yuyulan əli də pak olur.
Məsələ 213: Libas və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır.
Məsələ 214: Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır.
9. Eyni nəcisin aradan getməsi
Məsələ 215: Əgər bir heyvanın bədəninə qan kimi eyni nəcis və ya nəcis olan su kimi mütənəccis bulaşsa, onlar aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın ağız, burun və qulağın içi kimi bədəninin batini də eyni hökmdədir. Yə’ni kənardan gələn bir nəcasat vasitəsi ilə nəcis olur və onun aradan getməsi ilə də pak olur. Dişlərin arasından gələn qan kimi, bədənin batin hissəsinə aid bir nəcasat bədənin batin hissəsinin nəcis olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin batinindəki (daxili) nəcasata dəyərsə nəcis olmaz. Buna görə də ağızda olan taxma dişə, digər dişin arasından gələn qan dəyərsə, onu su ilə yumaq lazım deyil, amma əgər nəcis bir yeməyə dəyərsə, onu yumaq lazımdır.
Məsələ 216: Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu nəcis etməz.
Məsələ 217: Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn miqdarı, bədənin batin hissəsi hökmündədir. Buna görə onlara kənardan bir nəcis dəyərsə, onu yumaq lazım deyil. Amma əgər bədənin daxili və ya xarici hissəsindən olduğunu bilmədiyi bir yerinə, xaricdən bir nəcis dəyərsə, yumaq lazımdır.
Məsələ 218: Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa silkələdikdə ondan yəqin olunan miqdarda toz və torpaq tökülürsə, o pakdır və yumaq lazım deyil.