41. Fussilət surəsi
1 ”Ha, mim” hərfləri ilə başlanan ikinci surədir. Bəzən, bu iki hərfə “səcdə” sözü əlavə edilir: Surənin adına ha, mim, səcdə deyirlər.
2 Kitabın fussilət əyatuhu Quranən ərəbiyyan li-qövmin yələmunə. Surənin ikinci adı da ayədə olan “fussilət”dən gəlir.
3 Səcdə ayəsidir.
42. əş-Şura surəsi
1 Bəziləri əsassız olaraq surənin 27 və ya 23 və ya 24 və ya 23-27 və ya 24-27, sonra da 37 və 39-41-ci ayələrini Mədinə ayələrindən hesab edirlər.
2 Musaya vəhylə əlaqədar olaraq 10-cu surənin 19-cu, 11-ci surənin 110-cu və 41-ci surənin 45-ci ayələrinə bax.
3 Bax 31-ci surənin 17-ci ayəsinə.
43. əz-Zuxruf surəsi
1 ”Ha, mim”lə başlanan dördüncü surədir. Surənin adı 35-ci ayədə işlənən Zuhruf kəlməsindəndir.
2 Bəziləri bu ayəni 87-ci ayənin oxşarı hesab edirlər.
3 16 və 19-cu ayələr oxşardır.
4 23-25-ci ayələr keçmiş nəsillər haqqındadır. 29-cu ayə isə onlara olan münasibətin əsaslandırılmasıdır.
5 Burada Allah birinci şəxsin təkindədir.
6 Bəzi təfsirlərə görə, bu ayə Muhəmməd peyğəmbərə Qüdsdə və ya göydə nazil olub.
7 Möminlərin arvadlarının Cənnətə girməsi haqqında birinci dəfə deyilir.
44. əd-Duxan surəsi
1 ”Ha, mim”lə başlanan beşinci surədir. Surənin adı 10-cu ayədə işlənən Duxan kəlməsindəndir.
2 97-ci surənin birinci ayəsi ilə müqayisə et.
3 17-ci surənin 47-ci ayəsi ilə müqayisə et.
4 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər. Burada əzab dedikdə, Muhəmməd peyğəmbərin hicrətindən sonra məkkəlilərin başına gələn aclıq nəzərdə tutulur.
5 Surənin yeni, Məkkə hissəsi.
6 Surənin yeni, Məkkə hissəsi.
7 37-ci surənin 62-ci ayəsinə bax. Surənin yeni hissəsidir.
8 Burada kafir olan Əbu Həsən Əmr ibn Hişam ibn əl-Muğirə Əbu Cəhldir. Muhəmməd peyğəmbərlə həmyaş və onun ən qəddar müxalifi idi. Peyğəmbəri öldürməyə cəhd edirdi. Bəddua olduğu üçün öldürülmüşdür. Muhəmməd peyğəmbərin Əbu Cəhlin meyitini gördüyü zaman “ümmətin fironu” dediyi rəvayət edilir.
9 Surənin yeni, Məkkə hissəsi.
10 Cənnət libası haqqında birinci işarədir.
11 Hurilər haqqında sonuncu işarədir. Sonralar “pak zövcələr” yer üzündəki arvadlardır. Bax 43-cü surənin 70-73-cü ayələrinə.
12 Cənnətin əbədi olmağı haqqında birinci dəfə deyilir.
13 Surənin yeni, Məkkə hissəsi.
45. əl-Casiyə surəsi
1 ”Ha, mim”lə başlanan altıncı surədir.
2 2-ci surənin 164-cü ayəsinin quruluşuna bax.
3 Bəzilərinə görə, bu ayə Muhəmməd peyğəmbərin Mədinədə qaldığı dövrə aiddir.
4 Bu ayə müşriklərdən birinin Ömər ibn əl-Xəttabı söyməsi və Ömərin də onu yaxalayıb döymək istəməsinə görə nazil olub.
5 2-ci surənin 7-ci ayəsinə bax.
46. əl-Əhqaf surəsi
1 Ərəblər bu adı, xüsusilə Ərəbistan yarımadasının cənubundakı qum çöllərinə verirdilər. “Ha, mim”lə başlanan yeddinci və sonuncu surədir. Əgər surə Taifə aiddirsə, onda o, hicrətdən 23 il əvvəl nazil olub. Əhqaf (bu ad surənin 21-ci ayəsində çəkilir) Ad qövmünün yaşadığı ölkəyə deyilirdi.
2 Ola bilsin ki, bu ayə Mədinə ayələrindəndir (yəhudilərdən bəhs edir). Bu yəhudi Abdullah ibn Salama aid edirlər. Onun əsl adı Hüseyndir və o, Bəni-Kaynuka qəbiləsindəndir (664-cü ildə ölmüşdür).
3 Muhəmməd Əli (Quran, səh. 968) burada Tövratın İkinci qanunçuluq fəslində (GVIII, 18) Allahın Musaya vəhy olunan sözlərini görür: “Mən onlara sənə oxşar, öz qardaşları arasından peyğəmbər ucaldacaq və onu Öz sözlərimlə danışdıracağam. O, Mənim ona əmr etdiyim bütün şeyləri onlara deyəcəkdir”.
4 15-17-ci ayələri bəziləri Mədinə ayələrindən hesab edirlər.
5 Ən qədim ənənədə bu ayə (72-ci surə kimi) Taifdən qayıtma vaxtına aiddir.
6 Muhəmməd Əli (Quran, səh. 971) burada bəzi yəhudi qəbilələrinin nümayəndələrini görür.
7 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər.
47. Muhəmməd surəsi
1 Bədr döyüşündən bir az sonra nazil olub. Söhbət sülh müqaviləsi bağlamaq istəyən (35-ci ayə) riyakarlar (29 və 30-cu ayələr) və ənsarlardan gedir. Bəziləri, guya 13-cü ayə Muhəmməd peyğəmbər Məkkədən çıxdığı vaxt oxunduğu üçün, bu ayəni Məkkə ayələrindən hesab edirlər. Surənin başqa adı Qital “Döyüş”dür.
2 Bəzilərinə görə, bu ayə peyğəmbər Məkkədən çıxdığı vaxt nazil olub.
3 Cənnətdə olan çayların təfsilatı ilk dəfə 15-ci və sonrakı ayələrdə verilir.
4 Sülh bağlamaq istəyən ənsarlar nəzərdə tutulur.
48. əl-Fəth surəsi
1 Surənin nazil olma vaxtını müəyyən etmək olur; hicri 6-cı ilin zülqədə ayı (628-ci ilin fevralı). 11 və 15-ci ayələrdə Hüdeybiyyə sülhündən söhbət gedir.
2 Surənin -4-cü ayələrinin mətni türk bayraqlarında həkk olunur.
3 Hüval-ləzi ənzə-ləs-səkinə fi qulubil-möminin. Səkinə üçün 2-ci surənin 248-ci ayəsinə bax.
4 Məkkə üzərinə yürüşdə iştirak etməyənlər.
5 Bədəvi ərəblər cəza aldıqları üçün Xeybər səfərindən kənar edilmişlər.
6 Sizin mətinliyinizi və səmimiliyinizi sınamaq üçün Məkkə üzərinə ikinci səfərə çıxmaq; başqalarına görə, yalançı peyğəmbər (kəzzab) Müseylimə və hətta farsların və bizanslıların üzərinə səfərə getmək (bax E.Palmer. Quranın ingiliscə tərcüməsi, II, qeyd 2).
7 18-ci və sonrakı (19, 20, 27) ayələr Xeybər alınandan sonra nazil olub.
8 Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmazdan əvvəl bir yuxu görmüş və əmniyyət içərisində Ümrə həccini icra edəcəklərini əshabəyə bildirmişdi. Lakin Məkkənin fəthi gələn ilə qaldıqda bəzi münafiqlər dedi-qoduya başladılar. Buna görə də bu ayə nazil oldu.
49. əl-Hucurat surəsi
1 Surənin adı 4-cü ayədə xatırlanan əl-hücurat (“hücrələr”) kəlməsindən nazil olub.
2 15-ci ayələr əsirlərin mübadiləsi üçün Mədinəyə gəlmiş bəni Təmim qəbiləsinin nümayəndələrindən bəhs edir.
3 Bəzilərinə görə, söhbət Əbu Bəkrlə Ömərin arasında baş vermiş mübahisədən gedir.
4 6-8-ci ayələrdə söhbət Vəlid İbn Üqbədən gedir.
5 9-10-cu ayələrdə söhbət müsəlmanlar arasında baş verən müharibələrdən gedir.
6 Rəvayətə görə, bu qadağa Muhəmməd peyğəmbərin “cuhud” adlanan zövcəsi Səfiyyəyə aiddir.
7 Deyilənə görə, ayə hicrətin 9-cu ilində baş verən aclıq zamanı nazil olub.
50. Qaf surəsi
1 Ər-Rəss - a) Səmud qövmünün bir hissəsinin yaşadığı yerin adı; b) Yəmamədə şəhər; peyğəmbərin atıldığı quyunun adı; c) ola bilsin ki, Yusifin qardaşları.
2 Mühafizlərdir. 6-cı surənin 61-ci ayəsi ilə müqayisə et.
3 Azdıran Şeytan. 14-cü surənin 21-ci; 43-cü surənin 36-cı ayələri ilə müqayisə et.
4 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər.
51. əz-Zariyat surəsi
1 77-ci surənin 1-ci ayəsi ilə müqayisə et.
2 Bax 79-cu surənin 5-ci ayəsinə.
3 Bax 52-ci surənin 7-ci ayəsinə.
4 Bax 79-cu surənin 42-ci ayəsinə.
5 Bax 73-cü surənin 17-ci ayələrinə.
6 Bundan sonra İbrahimə qədər olan peyğəmbərlərin əhvalatlarından bəhs olunur.
7 Bax 11-ci surənin 69-cu və 15-ci surənin 51-ci ayələrinə.
8 Bax 11-ci surənin 82-ci ayəsinə.
9 50-51-ci ayələrin ikinci yarısı eyni ibarə ilə bitir: İnni ləkum minhu nəzirun mubinun.
52. ət-Tur surəsi
1 Cənnətin ilk dəfə müfəssəl təsviri və hurilərin öz adları ilə xatırlanması bu ayədə verilir.
2 Bəlkə, 16-cı ayələr bütövlükdə Sinaya aiddir.
3 Sina dağı 95-ci surənin 2-ci ayəsinə bax.
4 Bax 65-ci surənin 5-ci ayəsinə.
5 Bax 14-cü surənin 29-cu ayəsinə.
6 Hurilərin adının ilk dəfə çəkilməsi; bax 78-ci surənin 33-cü, 56-cı surənin 22-ci və 36-cı ayələrinə.
7 Bax 13-cü surənin 23-cü; 40-cı surənin 8-ci ayələrinə.
8 Bax 15-ci surənin 61-ci ayəsinə.
9 Bax 88-ci surənin 11-ci ayəsinə; 56-cı surənin 17-ci və 22-ci ayələrinə.
10 29-cu və sonrakı ayələr bir qədər sonra nazil olub. (Bax 69-cu surənin 41-42-ci ayələrinə.)
11 Bax 11-ci surənin 13-cü ayəsinə.
12 Bax 6-cı surənin 35-ci; 5-ci surənin 18-ci ayələrinə.
13 Bax 16-cı surənin 57-62-ci ayələrinə.
14 Bax 13-cü surənin 39-cu, 68-ci surənin 46-47-ci ayələrinə.
15 Bax 8-ci surənin 30-cu ayəsinə.
16 Bax 16-cı surənin 57-ci; 17-ci surənin 43-cü ayələrinə.
17 Bax 17-ci surənin 92-ci ayəsinə.
18 Bax 86-cı surənin 15-16-cı ayələrinə.
19 Bax 50-ci surənin 39-cu; 73-cü surənin 2-ci ayələrinə.
53. ən-Nəcm surəsi
1 81-ci surə ilə əlaqəsi var.
2 Bəlkə, bu, 40-cı ayədə adı çəkilən Sirius (əş-Şira) ulduzudur. Bəziləri hesab edir ki, bu ulduz Zöhrədir. Bax 81-ci surənin 1-ci ayəsinə.
3 Bax 51-ci surənin 52-ci ayəsinə.
4 Bax 81-ci surənin 23-cü ayəsinə.
5 Bax 20-ci surənin 38-ci ayəsinə.
6 13-18-ci ayələrdə ikinci görüşdür. Peyğəmbərin vəfatından sonra merac haqqında rəvayət yayıldı.
7 İ.Kraçkovskiyə görə, əhvalat Məkkənin yaxınlığında olmuşdur.
8 Şərhçilərə görə, mələklər və quşlar nəzərdə tutulur.
9 Mələklərin əhəmiyyəti. Bax 17-ci surənin 57-ci; 43-cü surənin 19-cu ayələrinə. Şeytanın azdırması barədə bax 7-ci surənin 200-cü ayəsinə.
10 Bax 19-cu surənin 87-ci ayəsinə.
11 Bax 79-cu surənin 38-ci ayəsinə.
12 Bəlkə, bu, sonrakı Mədinə əlavəsidir.
13 Bax 31-ci surənin 33-cü ayəsinə.
14 Bax 75-ci surənin 39-cu ayəsinə.
15 Bax 77-ci surənin 20-ci ayəsinə.
16 Bax 56-cı surənin 62-ci ayəsinə.
17 Bax 9-cu surənin 70-ci və 69-cu surənin 9-cu ayələrinə.
18 57-ci və sonrakı ayələr ayrıca əsərdir. 12-ci surənin 107-ci ayəsi ilə müqayisə et.
19 Səcdə ayəsidir.
54. əl-Qəmər surəsi
1 Surədə birinci dəfə peyğəmbərlərin çoxunun tarixi verilir.
2 Ayədə: iqtərəbəti-s-saətu. Bax 46-cı ayəyə və 53-cü surənin 57-ci ayəsinə.
3 Ay - müqayisə et: 75-ci surənin 8-ci ayəsi; Günəş - 81-ci surənin 1-ci ayəsi; ulduzlar 82-ci surənin 2-ci ayəsi. Şübhəsiz ki, bu, esxotoloji məsələdir və bəzilərinə görə möcüzədir.
4 Bax 91-ci surənin 11-15-ci ayələrinə.
5 Bax 7-ci surənin 73-cü; 26-cı surənin 155-ci ayələrinə.
6 Bax 7-ci surənin 78-ci; 41-ci surənin 17-ci ayələrinə.
7 Bəzən bu ayəni Bədr döyüşü vaxtına aid edirlər.
8 Bax 18-ci surənin 49-cu ayəsinə.
9 Bəzən bu ayəni Bədr döyüşü vaxtına aid edirlər.
55. ər-Rəhman surəsi
1 Bəziləri belə hesab edirlər ki, ya surənin hamısı, ya da 29-cu ayədən başlayaraq Mədinədə nazil olub.
2 53-cü surənin 5-ci ayəsinə bax.
3 5-ci və 6-cı ayələri Zəburun 135-ci surəsinin 8-ci və 9-cu ayələri ilə müqayisə et: Günəşi, gündüzü idarə etmək üçün yaratdı; Ayı və ulduzları, gecəni idarə etmək üçün yaratdı.
4 Müqayisə et: Zəburun 136-cı surəsinin 5-ci ayəsi ilə. Endirilən ölçü ilə (tərəzi ilə) əlaqəsi üçün bax 42-ci surənin 17-ci və 57-ci surənin 25-ci ayələrinə. Şüeyblə əlaqədar olaraq bax 7-ci surənin 85-ci, 11-ci surənin 84-cü ayələrinə.
5 8 və 9-cu ayələr, ola bilsin ki, sonralar 7-ci ayədən düzəlib. Bax 7-ci surənin 85-ci ; 6-cı surənin 152-ci və 83-cü surənin 13-cü ayələrinə.
6 Bax Zəburun 135-ci surəsinin 6-cı ayəsinə.
7 Daha dəqiq - reyhan.
8 Bax 2-ci surənin 34-cü, 7-ci surənin 12-ci və 38-ci surənin 76-cı ayələrinə.
9 Bax 43-cü surənin 38-ci ayəsinə.
10 Bax 18-ci surənin 60-cı; 25-ci surənin 53-cü; 27-ci surənin 62-ci; 35-ci surənin 12-ci ayələrinə.
11 Bax Zəburun 103-cü surəsinin 25-26-cı ayələrinə.
12 Bax 37-ci surənin 64-67-ci ayələrinə.
13 46-61-ci ayələr 62-67-ci ayələrdə təkrar olunur; bir vəhyin iki variantını ilk redaktorlardan biri 62-ci ayədə olan “və min dunihima” vasitəsilə birləşdirib.
14 Bax 13-cü surənin 3-cü ayəsinə.
15 Bax 72-ci ayəyə, 3-cü surənin 15-ci, 52-ci surənin 20-ci ayələrinə. Hurilər Məkkədə həmişə bir arvadın yanında olurlar. Hicrətdən sonra hurilərin yalnız iki dəfə adı çəkilir; 2-ci surənin 25-ci, 4-cü surənin 57-ci ayələrində. Öz arvadları isə onları Cənnətə müşayiət edirlər. Bax 36-cı surənin 56-cı, 40-cı surənin 8-ci, 43-cü surənin 70-ci, 13-cü surənin 23-cü ayələrinə.
16 Bax 2-ci surənin 25-ci ayəsinə.
17 Bax 56-cı ayəyə.
56. əl-Vaqiə surəsi
1 Surənin adı əl-Vaqiə (“vaqe olan”, “mütləq baş verəcək hadisə”) mənasını verməklə birinci ayədə izah olunur. Quranın ingiliscə tərcüməsində surənin adı “inevitəbl ivənt” kimi verilir (“Labüd və ya mütləq hadisə”). İ.Kraçkovskinin ruscaya tərcüməsində surənin adı “Padaöhee”. (“Yıxılan, uçulan, sökülən, dağılan”) kimi gedir və zənnimcə, mənanı vermir. Ayələrin sayı barədə bəzi fərqli rəqəmlər verilir: Hicaz və Şam qiraət mütəxəssisləri 99, bəsrəlilər 97, kufəlilər isə 96 ayə qəbul edirlər və bu gün yayılmış olan Quran nüsxələrində bu axırıncı say qəbul olunur. Əl-Vaqiə surəsinin 55-ci (“Rəhman”) surəsi ilə məzmun baxımından bir qədər əlaqəsi olduğu iddia edilir. Bu surədə möminlərə nemətlər, günahkarlara isə əzab veriləcəyi qeyd edilmiş, möminlərin fəzilətcə bir-birindən fərqli üç zümrəyə bölündüyünə işarə olunmuşdur. Bəzilərinə görə, surənin 75-82-ci və ya 81, 82-ci ayələri Mədinə ayələrindən hesab olunur; 92-ci və sonrakı ayələri də Bədr döyüşünə aid edirlər.
2 Bax 12-ci surənin 107-ci, 69-cu surənin 15-ci ayələrinə.
3 Bax 99-cu surənin birinci ayəsinə.
4 Bax 81-ci surənin 3-cü, 101-ci surənin 4-cü ayələrinə.
5 Bax 83-cü surənin 28-ci ayəsinə.
6 15-24-cü ayələr əvvəllər 34-cü ayədən qabaq gedirdi.
7 Bax 52-ci surənin 24-cü ayəsinə.
8 Bax 53-cü surənin 14-cü ayəsinə.
9 Bax 83-cü surənin 27-ci ayəsinə.
10 Bax 78-ci surənin 32-ci ayəsinə.
11 Bax 78-ci surənin 33-cü ayəsinə.
12 Bax 75-ci surənin 34-cü ayələrinə.
13 Zəqqum ağacın təsviri üçün bax 17-ci surənin 60-cı, 37-ci surənin 62-ci, 44-cü surənin 43-44-cü, 88-ci surənin 6-cı ayələrinə.
14 Bax 14-cü surənin 16-cı, 78-ci surənin 25-ci ayələrinə.
15 Bax 75-ci surənin 37-39-cu ayələrinə.
16 Bax 36-cı surənin 80-ci ayəsinə.
17 Bax 89-cu surənin 4-cü ayəsinə.
18 Bax 13-cü surənin 39-cu, 85-ci surənin 21-22-ci ayələrinə.
19 Peyğəmbərlərə yalnız onlara vəhy gətirən mələklər toxunar. Bax 80-ci surənin 13-15-ci ayələrinə. Bəlkə, bu vaxt Quran surələrinin nüsxələri artıq var idi. Belə olduğu təqdirdə “toxunmasınlar” kimi tərcümə edilməlidir. Adətən, bu sözlər Quran nüsxələrində yazılır.
20 Bax 75-ci surənin 26-cı ayəsinə.
57. əl-Hədid surəsi
1 Əl-Hədid (bax 25-ci ayəyə) surəsinə görə, Allah dəmiri insanlara pislik və ya yaxşılıq üçün dünyaya göndərmişdir; çünki ondan silahlar və alətlər düzəldilir; Məkkənin fəthindən sonra nazil olmuş və buna görə də bəzən onu Məkkə surələrindən hesab edirlər.
2 İncilin Matfey fəslində (XXV, 8) “Bizə yağınızdan verin, çünki bizim çıraqlarımız sönmədədir”.
58. əl-Mücadələ surəsi
1 Bu surə 24-cü surəyə bənzərdir. Ənənəyə görə, onu Hüdeybiyyə səfərindən sonraya - hicri 6-7-ci illərə aid edirlər. Ən sanballı rəvayətlərə görə, Mədinədə nazil olmuşdur. İlk 10 ayənin Mədinədə, başqalarının isə Məkkədə nazil olduğu və ya bunun əksi də rəvayət edilir. Təfsirçilərin əksəriyyətinə görə 22, bəzilərinə görə 21 ayədir. Əl-Mücadilə ismi fail forması ilə “çəkişən, bərk münaqişə edən, şikayətdə olan qadın” mənasındadır. Əl-Mücadələ surəsi islamda ailə təsisi və qadın hüququ baxımından əhəmiyyətli bir ayə ilə başlanır. Cahiliyyət dövründəki bir adətə görə, bir kişi arvadını və ya arvadının bir bədən üzvünü anasının bir bədən üzvünə bənzədərsə, məsələn, arvadına: “Sən mənə anamın arxası kimisən!”- deyərsə, arvadını həmişəlik özünə haram edir. Buna zihar deyilir. İslamda hələ bu barədə bir hökm olmadığı halda əshabələrdən Övs ibn Samit belə zihar etmişdi. Buna görə arvadı Havlə bint Sələbə çox mütəəssir olmuş və Muhəmməd peyğəmbərə müraciət etmişdi. O, qocalığından, kimsəsi olmadığından və ehtiyacından şikayət edirdi. Peyğəmbər boşanmaq lazım gəldiyini bildirir, qadın isə israrla əri ilə barışmaq istəyirdi. Həmin hadisə ilə əlaqədar bu ayələr nazil oldu və zihar edən kimsələr bir kəffarə verdikdən sonra ər-arvad kimi yaşamaq imkanı əldə etdilər.
2 Bax 33-cü surənin 4-cü ayəsinə.
3 58-ci ayələr münafiqlərə (riyakarlara) qarşıdır.
4 11-13-cü ayələr peyğəmbərə müraciət qaydalarından bəhs edir. Bax 24-cü surənin 62-ci ayəsinə.
5 14-cü və sonrakı ayələr münafiqlərə qarşıdır.
59. əl-Həşr surəsi
1 Bu surə yəhudi Bəni Nəzir qəbiləsinin məğlub edilib Mədinədən qovulması vaxtına (hicri 4-cü ilin rəbiüləvvəl ayına) aiddir. Bu qəbilənin üzvləri 14 günlük mühasirədən sonra bütün əmlakı ilə Mədinədən çıxmalı idilər.
2 Birinci sürgündə ehtimal ki, Bəni-Kaynuka qəbiləsi köçürülmüşdür.
3 Bu, ərəblərin hərbi qaydalarının pozulmasıdır.
4 Qənimətin hamısı Peyğəmbərə çatdı; torpaq isə yoxsul mühacirlər arasında bölündü.
5 Bir rəvayətə görə, Allaha çatacaq pay Peyğəmbərin hissəsinə daxildir. Belə halda qənimət altı hissə deyil, beş hissədən ibarət olaraq adları çəkilənlərə paylanır.
6 18-ci və sonrakı ayələrin mənşəyi naməlumdur. Ola bilsin ki, əvvəlki ayələrlə bir vaxtda nazil olub.
60. əl-Mumtəhinə surəsi
1 Bu surədən xilafət məsələlərində istifadə edilmişdir. 19-cu ayələr Muhəmməd peyğəmbərin düşmənləri ilə dostluğu qadağan edir. Surə Məkkənin fəthindən bir az əvvəl (hicri 8-ci ilin ramazan ayı) nazil olub.
2 Bu ayə Xatib ibn Əbu Bəltəə haqqında nazil olmuşdur. O, Muhəmməd peyğəmbərin məkkəlilərlə döyüşəcəyini bildikdə bu xəbəri Mədinədən yazdığı məktubla məkkəlilərə bildirməyə təşəbbüs etdi və məktubu Sara adlı bir qadınla göndərdi. Cəbrail dərhal nazil olub hadisəni Peyğəmbərə bildirdi. Muhəmməd peyğəmbər səhabələrin başçılarından altı nəfəri göndərərək yola çıxan qadını yaxalayıb məktubu ondan almağı tapşırdı. Onlar da yolda qadını tutub məktubu aldılar.
3 10-cu və sonrakı surələr Hudeybiyyədən bir az sonra nazil olub.
4 Bəzilərinə görə, söhbət mənşəyi şübhəli olan uşaqlardan gedir.
5 Söhbət yəhudilərdən gedir.
61. əc-Cəff surəsi
1 Bəzən bu surəni Məkkə surələrindən hesab edirlər. Ühud döyüşündən (hicri 4-cü ilin əvvəlində) sonra nazil olub. Bax 3-cü surənin 140-cı ayəsinə.
2 Ühud döyüşü zamanı yalan danışanlar nəzərdə tutulur.
3 89-cu ayələrin məzmunu 9-cu surənin 32-33-cü ayələri ilə oxşardır.
4 9-cu ayənin məzmunu 48-ci surənin 28-ci ayəsinə bənzərdir.
5 Nəsrun min Allahi və fəthun qəribun və bəşşiri-l-muminin. Bu ifadə həmişə bayraqlarda yazılırdı.
6 3-cü surənin 52-ci ayəsi ilə müqayisə et.
62. əl-Cumuə surəsi
1 Ola bilsin ki, ikinci surə ilə bir vaxtda nazil olub. Hər halda yəhudilərin əleyhinə olan birinci hissə bu vaxt nazil olub.
2 Yəhudilərin əleyhinədir. 2-ci surə nazil olan vaxta aiddir.
63. əl-Munafiqun surəsi
1 Surə hicri 4 və ya 5-ci ildə Bəni Müstəliq qəbiləsinin əleyhinə olan yürüş vaxtı nazil olub.
2 Abdullah ibn Übeyy rəvayətə görə gözəl üzlü idi.
3 Yəni Muhəmməd peyğəmbəri tərk edərlər.
64. ət-Təğabun surəsi
1 Mədinə surələrin birincilərindən və ya, ola bilsin ki, hicrət ərəfəsində nazil olan Məkkə surələrindəndir.
2 Xələqə-s-səmavati və-l-ərzə bilhaqq. Bax 44-cü surənin 39-cu ayəsinə (ma xələqnahuma illa bilhaqq).
3 Şiələrə görə - nura.
4 11-13-cü ayələr, ola bilsin ki, Mədinədə nazil olub.
5 14-cü ayə, şübhəsiz, Mədinədə nazil olub.
65. ət-Talaq surəsi
1 Bu surə 2-ci surənin 225-ci və sonrakı ayələrinə əlavədir. Bəziləri onu hicri 6-cı ilə (627/28) aid edirlər.
2 İddət - boşanan və ya dul qalan qadının yenidən ərə gedə bilməyəcəyi vaxt, yenidən evlənməyə qədər olan gözləmə müddətidir.
66. ət-Təhrim surəsi
1 Qadağanın səbəbi İbrahimin anadan olmasından qabaq Mariyə ilə Həfsə arasında baş verən münaqişədir. Hicri 7-ci ilin radələrində deyilmişdir.
2 Rəvayətə görə, Muhəmməd peyğəmbər bir dəfə Həfsənin yanında olacağı günü o biri zövcəsi Mariyənin yanında keçirmişdir. Bundan çox pərişan olan Peyğəmbər Həfsənin könlünü almaq üçün Mariyəni özünə haram etdi.
3 Andlar haqqında 5-ci surənin 89-cu ayəsinə bax.
4 Ayətən-nura (24-cü surənin 35-ci ayəsinə) və xüsusən 57-ci surənin 12-ci ayəsinə bax.
5 9-cu ayə eynilə 9-cu surənin 73-cü ayəsinə oxşayır və ola bilsin ki, oradan götürülüb.
6 10-12-ci ayələr müxtəlif cür arvadlar haqqındadır.
67. əl-Mulk surəsi
1 Bəziləri bunu Mədinə surələrindən hesab edirlər. Bu surədən başlayaraq qalan 48 surənin hamısı Məkkədə nazil olub. (110-cu surə istisna olmaqla, amma o da Məkkəyə sonuncu həcc vaxtı nazil olmuşdur). Bu surədə Allah Rəhman adlanır (19-cu surədə Rəhmanla yanaşı Rəbb də adlanır).
2 Huvə əlləzi cəələ ləkumu-l-ərzə zəlulən. Zəlul - dəvənin vəsflərindən biridir.
68. Nun surəsi
1 Bəzilərinin fikrincə, bu surə Quranın ən qədim və ya da ki, bilavasitə 96-cı surədən sonra gələn surəsidir. Bəlkə, 96-cı surənin 4-cü ayəsindəki əlləmə bil-qələm ifadəsi bu surənin birinci ayəsindəki “vəl-qələm”lə eynidir. Amma surənin 2-ci və 51-ci ayələrində olan məcnun sözü bu fikri təsdiq etmir. Təbəri tərəfindən qeyd edilən hadisələrə görə (bax Təfsir, Bulaq, 13-23, XIX, səh. 10 və b.) qələm: gələcək hadisələri yazmaq üçün Allah tərəfindən ilk yaradılan şeydir; buna da iki izah verilmişdir: a) yazı yazmaq üçün müəyyən edilmiş alət, yaxud yazı kimi ilahi bir lütfdür; b) uzunluğu yer ilə göy arasındakı məsafə qədər olub dünyada meydana gələcək bütün vaqiələri yazmışdır.
2 Nun balıqdır (bax 48-ci ayəyə); mürəkkəb isə lövhi-məhfuzda yazılandır.
3 Müqayisə üçün bax 17-ci surənin 47-ci; 25-ci surənin 9-cu və 51-ci ayələrinə.
4 Deyəsən, nəzərdə Vəlid ibn əl-Müğirə tutulur. Vəlid on səkkiz yaşından bu adla çağırılmağa başlanmışdır. Əsl atasının kim olduğu məlum deyildir. O, Qüreyş qəbiləsinin Məhzun boyundandır. Vəlidin ailəsi Məkkənin ən sayılan nəslindən idi. Muhəmməd peyğəmbər məkkəliləri islama dəvət etməyə başlayan zaman onu bu fikirdən daşındırmağa çalışanların arasında Vəlid ibn Müğirə də var idi. Bir nəticə almadıqda Vəlid müxalifətə keçərək Peyğəmbərlə münaqişəyə girişir və ona istehza edir, hətta şayiə yayır ki, Muhəmməd peyğəmbər deyil, sehrbazdır. Buna görə də 15-ci surənin 90-94-cü, 69-cu surənin 40-42-ci, 52-ci surənin 29-cu, 74-cü surənin 11-30-cu ayələri nazil olmuşdur. Vəlidin müşrik məkkəlilər arasında əleyhinə ən çox ayə nazil olan bir kəs olması onun şəxsiyyətinin əhəmiyyətini göstərir. Vəlid 92 yaşında (622-ci ildə) Məkkədə öldü.
5 Vəlidin altı oğlu var idi.
6 Vəlid Bədr döyüşündə burnundan yaralanmışdı. Ayədə “burun” yerinə “xortum” işlənir.
7 Bu ayə Məkkə əhlinə 613-cü ildə aclıq üz verəndən sonra nazil olub.
8 Guya bu əhvalat Yəmənin Darvan kəndində baş verib.
9 Bax 86-cı surənin 67-ci ayəsinə.
10 ”Müslim” istilahı birinci dəfə işlənir.
11 Bax 74-cü surənin 52-ci ayəsinə. 1
2 Bax 34-cü surənin 22-ci və xüsusən 10-cu surənin 28-ci ayələrinə.
13 Bax 52-ci surənin 40-cı ayəsinə.
14 Bax 52-ci surənin 38-ci və 41-ci ayələrinə.
69. əl-Haqqə surəsi
1 Müqayisə et: 101-ci surənin 1-ci və 13-cü surənin 31-ci ayələri ilə.
2 Bax Kövn, XIX, 25.
3 Bax 56-cı surənin 1-ci ayəsinə.
4 Mətndə cəmin yerinə tək getmişdir.
5 Adəti üzrə dörd mələk olmalıdır.
6 Bax 84-cü surənin 7-ci ayəsinə.
7 Bax 73-cü surənin 20-ci ayəsinə.
8 Bax 84-cü surənin 10-cu ayəsinə.
9 Zərun (zira) - dirsək, arşın. Ölçü vahidi kimi Quranda bir dəfə işlənir.
10 Bax 89-cu surənin 18-ci ayəsinə.
70. əl-Məaric surəsi
1 Surənin adı merac sözünün cəmidir. Bu surənin 56-cı surə ilə bağlılığı var.
2 2-ci surənin 7-ci, 56-cı surənin 1-ci ayələri ilə müqayisə et.
3 Bax 97-ci surənin 4-cü ayəsinə.
4 Bax 34-cü surənin 5-ci ayəsinə.
5 Bax 12-ci surənin 107-ci ayəsinə.
6 Bax 101-ci surənin 5-ci ayəsinə.
7 Bax 80-ci surənin 37-ci ayəsinə.
8 Bax 104-cü surənin 2-ci ayəsinə.
9 Bax 17-ci surənin 11-ci ayəsinə.
10 Bax 89-cu surənin 16-cı ayəsinə.
11 29-32-ci ayələr 23-cü surənin 5-9-cu ayələri ilə eyni məzmundadır. 29-31-ci ayələri 4-cü surənin 3-cü ayəsi ilə müqayisə et.
12 Bax 86-cı surənin 5-ci ayəsinə.
13 Bax 37-ci surənin 5-ci, 55-ci surənin 17-ci ayələrinə.
14 Bax 39-cu surənin 71-73-cü ayələrinə.
71. Nuh surəsi
1 22-ci surənin 5-ci ayəsi ilə müqayisə et.
2 Vədd-kişi (Kəlb) - Cənubi Ərəbistanın ən böyük ilahilərindən biri; Suva-qadın (Həmdan və Huzeyl); Yəğus-şir (Məzhic); Yəuq-at (Murad); Nəsr-qartal (Himyər).
72. əl-Cinn surəsi
1 Hicrətdən iki il qabaq Taifdən qayıdanda nazil olmuşdur. Bu zaman Əbu Talib və Xədicə artıq vəfat etmişdir.
2 Sehri öyrənmək üçün.
3 37-ci surənin 10-cu ayəsi ilə müqayisə et.
73. əl-Muzzəmmil surəsi
1 Qədim surələrdən biridir (ən qədim 96-cı surədir), hicrətdən 10-11 il qabaq nazil olmuşdur. Bəzilərinə görə, Peyğəmbər qüreyşilərin ona bir neçə ad-ləqəb verib, özünü də sehrbaz hesab etdiklərinə görə əziyyət çəkirdi. Bir dəfə Peyğəmbər qüreyşilərin əlindən təngə gəlib evinə getmiş, paltarına bürünüb yatmış və bu surənin ilk ayələri o zaman nazil olmuşdur.
2 İlla qəlilən - gecənin kiçik “az” qismi; bir neçə gecə deməkdir.
3 25-ci surənin 32-ci ayələri ilə müqayisə et.
4 Təfsilat üçün 7-ci surənin 103-cü ayəsinə bax.
74. əl-Muddəssir surəsi
1 Muhəmməd peyğəmbərə Hira dağında ilk vəhy gəldiyi zaman o bu hadisənin dəhşətindən sarsılmış və Xədicənin yanına qayıdaraq: “Məni örtün!”- demişdir. Sonra Allah Cəbrail vasitəsilə bu ayəni nazil etmişdir. Surəyə bu adın verilməsinin səbəbi onun ilk ayəsində Peyğəmbərə bu söz ilə xitab edilməsidir.
2 Nuqirə finnaqur ifadəsi Quranda bir dəfə işlənir.
3 Vəlid ibn Müğirə Muhəmməd peyğəmbəri sehrbaz elan etmək istəyirdi.
4 96-cı surənin 7-ci ayəsi ilə müqayisə et.
5 Saurhiquhu Saudən, təfsirçilər izah edirlər ki, buradakı “Saud” sözü günahkarların Cəhənnəmdə çıxarıldığı qayanın adıdır.
6 9-cu surənin 125-ci ayəsinə bax.
7 35-ci surənin 9-cu, qismən 6-cı surənin 123-cü və 17-ci surənin 97-ci ayələri ilə müqayisə et.
8 Bax 32-ci surənin 5-ci ayəsinə.
9 38-48-ci ayələr Mədinədə nazil olub.
10 Müqayisə üçün bax 52-ci surənin 21-ci, 40-cı surənin 17-ci ayələrinə.
11 Əshabə-l-yəmin. Bax 56-cı surənin 90-cı ayəsinə.
12 Yeganə havadar Allahdır. Bax 17-ci surənin 97-ci ayəsinə.
13 Eşşəklə müqayisə 62-ci surənin 52-ci ayəsində var. Bax 2-ci surənin 259-cu, 31- ci surənin 19-cu və 16-cı surənin 8-ci ayələrinə.
75. əl-Qiyamə surəsi
1 Qiyamət (ər əl-qiyamə) “qalxma, ayağa durma”, “ölümdən sonra həyata dönmə”. Müsəlman ehkamına görə, vaqe olacaq hadisələrin ümumi şəkli belədir: a) qiyamətin gəldiyini xəbər verən əlamətlər, xüsusən Dəccalın meydana çıxması; bunlar bütün insanları zəlalətə sürükləyəcək, bundan sonra İsa və ya Mehdi zühur edib Dəccalı öldürəcək. Bunu iman dövrü təqib edəcək; b) ilk Sur səsi, hər bir canlı öləcək. Fasilə. İkinci Sur səsi, o, bütün canlıları dirildəcək və onları məhşərə toplayacaq. Orada Allah hüzurunda uzunmüddətli duruş (mövqif); c) haqq-hesab, mühakimə başlayır. Allahın doğrudan-doğruya hər kəsi sorğu-suala çəkməsi. Əməl dəftərləri. Vəziyyəti şübhəli olanların əməllərinin tərəzi ilə çəkilməsi. Görülmüş pisliklərin ödənilməsi ilə insanın insana və heyvana etdiyi pisliklərin əvəzinin çıxılması; d) Cənnətə doğru Cəhənnəm üzərində atılmış körpü (sirat); e) Cəhənnəm odu, cənnət bağı.
2 Bax 32-ci surənin 28-ci ayəsinə.
3 Bax 89-cu surənin 24-cü ayəsinə.
4 Bax 41-ci surənin 21-ci ayəsinə.
5 Bax 87-ci surənin 16-cı ayəsinə.
6 Bax 83-cü surənin 24-cü ayəsinə.
7 Bax 88-ci surənin 22-ci ayəsinə.
8 Bax 23-cü surənin 99-100-cü ayələrinə.
9 Bax 83-cü surənin 31-ci ayəsinə.
10 Bax 86-cı surənin 6-cı ayəsinə.
11 Bax 92-ci surənin 3-cü ayəsinə.
76. əl-İnsan surəsi
1 Bu surənin bir adı da “həl əta”dır. Surədə axirət və məhşər təsvir olunur; ayələrinə görə təfsirçilər surəni həzrət Əli, Fatimə, Həsən və Hüseynlə bağlayır və buna görə onu Mədinə surələrindən hesab edirlər. Ola bilsin ki, bu surə 19-cu surənin 67-ci ayəsi ilə əlaqəlidir.
2 Bəziləri bunu 40 gün cansız qalan Adəmin bədəninə, digərləri isə, ümumiyyətlə, insana, onun rüşeym halında olan vaxtına aid edirlər.
3 Bax 73-cü surənin 12-ci ayəsinə.
4 Kafur çeşmənin adıdır. İçki haqqında bax 47-ci surənin 15-ci, 78-ci surənin 34-cü ayələrinə.
5 Bax 92-ci surənin 18-20-ci ayələrinə.
6 19-cu ayə ilə və 52-ci surənin 24-cü ayəsi ilə müqayisə et.
7 Bax 56-cı surənin 17-ci ayəsinə.
8 Vəhylərin ardıcıllığı haqqında 25-ci surənin 32-ci ayəsinə bax.
9 Bax 68-ci surənin 10-cu ayəsinə.
10 Bax namazın üç müddəti üçün 73-cü surənin 20-ci ayəsinə.
11 Bax 6-cı surənin 123-cü, 81-ci surənin 29-cu ayələrinə.
77. əl-Mursəlat surəsi
1 Ehtimal edilə bilər ki, bir-birinin ardınca göndərilən peyğəmbərlər, mələklər və ya küləklərdən söhbət gedir. 77-ci surə rəvayətə görə, Muhəmməd peyğəmbərə Mina mağarasında vəhy olunub.
2 Bax 81-ci surənin 2-ci ayəsinə.
3 Bax 84-cü surənin birinci ayəsinə.
4 Bax 56-cı surənin 6-cı ayəsinə.
5 Bax 44-cü surənin 40-cı ayəsinə.
6 Cənnətin ən qədim təsvirlərindəndir.
7 Kafir məkkəlilərə müraciətdir.
78. ən-Nəbə surəsi
1 Surənin adı onun 2-ci ayəsindən irəli gəlir.
2 Bax 16-cı surənin 15-ci; 31-ci surənin 10-cu ayələrinə.
3 Bax 33-cü surənin 19-20-ci ayələrinə.
4 Bax 2-ci surənin 29-cu ayəsinə.
5 17-36-cı ayələrdə məhşər, günahkarlar və möminlər təsvir olunur. 77-ci surənin 12-ci ayəsilə əlaqəsi var.
6 Bax 101-ci surənin 5-ci ayəsinə.
7 Bax 88-ci surənin 5-ci ayəsinə.
8 Ğəssaq (irin) sözünə Quranda bir də 38-ci surənin 57-ci ayəsində rast gəlinir.
9 Bax 69-cu surənin 23-cü ayəsinə.
10 Hurilərin ilk dəfə adsız olaraq xatırlanması.
11 Bax 38-ci surənin 11-ci ayəsinə.
12 Yəni onlar onunla danışmaq iqtidarında deyillər. Bax 74-cü surənin 48-ci ayəsinə.
13 Bax 69-cu surənin 24-cü ayəsinə.
79. ən-Naziat surəsi
1 Nəzəə felindən cəm halında müənnəs ismi-fail olan bu söz lüğətdə “çəkənlər, bir şeyi yerindən dartıb qoparanlar, çıxaranlar, alanlar” mənalarını bildirir.
2 Birinci və ikinci ayələrdə günahkarların və möminlərin ruhlarını çıxaranlar, canlarını alanlar nəzərdə tutulur. Əvvəlki dövrün andları üçün bax 74-cü surənin 32-34- cü; 68-ci surənin 1-ci, 93-cü surənin 12-ci, 103-cü surənin 1-ci, 100-cü surənin 15- ci, 90-cı surənin 1-3-cü, 92-ci surənin 13-cü, 86-cı surənin 1-ci, 11-12-ci, 84-cü surənin 16-18-ci, 81-ci surənin 16-18-ci, 89-cu surənin 14-cü, 91-ci surənin 14-cü, 92-ci surənin 14-cü, 85-ci surənin 13-cü, 69-cu surənin 38-39-cu, 75-ci surənin 12-ci, 56-cı surənin 75-ci və 52-ci surənin 1-6-cı ayələrinə.
3 Bax 7-ci surənin 107-ci və sonrakı, 20-ci surənin 12-ci, 26-cı surənin 10-cu və sonrakı ayələrinə.
4 Bax 78-ci surənin 7-ci ayəsinə.
5 Bax 80-ci surənin 32-ci ayəsinə.
6 Bax 89-cu surənin 24-cü ayəsinə.
7 Bax 87-ci surənin 18-ci ayəsinə.
8 Bax 32-ci surənin 28-ci ayəsinə.
80. Əbəsə surəsi
1 Peyğəmbər qüreyşilərin əyanlarını islama dəvət edərkən kor olan Abdullah ibn Ümm Məktum onun hüzuruna gəlmiş və peyğəmbərin bu işindən xəbərsiz olaraq: “Ya Rəsul Allah! Allahın sənə öyrətdiyi şeyləri mənə də öyrət!”- deyə müraciət etmiş və bunu bir neçə dəfə təkrar etdiyinə görə Peyğəmbər ona iltifat göstərməmişdir.
2 Bax Ümm əl-kitab üçün 13-cü surənin 39-cu ayəsinə.
3 Bax 96-cı surənin 2-ci ayəsinə.
4 Bax 102-ci surənin 2-ci ayəsinə.
5 Bax 79-cu surənin 13-cü ayəsinə.
6 Oxşar təsvirlər üçün bax 70-ci surənin 10-cu, 16-cı surənin 111-ci, 31-ci surənin 33-cü ayələrinə.
81. ət-Təkvir surəsi
1 81-ci surə, 82-ci və 84-cü surələr kimi 30-cu surəyə bağlıdır. Məzmunca 53-cü surə ilə də əlaqəlidir. 81-ci surədə bir xəyal, 53-cü də isə iki xəyal təsvir olunur.
2 Bax 101-ci surənin 5-ci, 73-cü surənin 14-cü ayələrinə.
3 Bax 82-ci surənin 3-cü ayəsinə.
4 Bax 6-cı surənin 137-ci və 151-ci,15-ci surənin 59-cu, 17-ci surənin 31-ci ayələrinə.
5 Bax 18-ci surənin 49-cu, 84-cü surənin 7-15-ci ayələrinə.
6 Örtük və ya öldürülmüş heyvanın dərisi kimi.
7 Bax 84-cü surənin 12-ci ayəsinə.
8 53-cü surənin 6-cı ayəsi ilə müqayisə et.
9 68-ci surənin 2-ci ayəsi ilə müqayisə et.
10 Bax 53-cü surənin 7-ci ayəsinə. Quranda xəyal haqqında yeganə qeyddir.
11 3-cü surənin 35-ci ayəsi ilə müqayisə et.
12 68-ci surənin 52-ci ayəsi ilə müqayisə et.
13 Bax 6-cı surənin 123-cü, 74-cü surənin 56-cı, 76-cı surənin 29-cu və sonrakı ayələrinə.
82. əl-İnfitar surəsi
1 Bu surə məzmunu etibarilə 99-cu surəyə yaxındır. Burada din istilahı ilk dəfə işlənir.
2 Bax 99-cu surənin 2-ci, 100-cü surənin 9-cu ayələrinə.
3 80-ci surənin 17-19-cu ayələri ilə müqayisə et.
4 74-cü surənin 46-cı ayəsi ilə müqayisə et.
5 6-cı surənin 61-ci, 43-cü surənin 80-ci, 50-ci surənin 27-ci və 86-cı surənin 4-cü ayələri ilə müqayisə et.
6 77-ci surənin 11-14-cü ayələri ilə müqayisə et.
83. əl-Mutəffifin surəsi
1 Bəzi təfsirçilərə görə, surə ya bütövlüklə, ya onun birinci altı ayəsi və yaxud birinci iyirmi səkkiz ayəsi Mədinədə nazil olub. İngiliscə tərcümədə Tatfif adlanır.
2 6-cı surənin 152-ci, 7-ci surənin 85-ci və 55-ci surənin 8-ci ayələri ilə müqayisə et.
3 79-cu ayələr 18-20-ci ayələr ilə eynidir.
4 Bax Kitab üçün 18-ci surənin 49-cu ayəsinə.
5 Siccin Cəhənnəmdə olan zindana da deyirlər.
6 74-cü surənin 46-cı ayəsi ilə müqayisə et.
7 3-cü surənin 98-ci, 6-cı surənin 25-ci, 21-ci surənin 5-ci və 68-ci surənin 15-ci ayələri ilə müqayisə et.
8 8-ci surənin 31-ci ayəsi ilə müqayisə et.
9 88-ci surənin 4-cü ayəsi ilə müqayisə et.
10 Təfsirlərə görə, illiyyun “yüksəldilmiş” deməkdir.
11 Tövratın – İsa peyğəmbərin kitabının 8-ci fəslinin 1-ci ayəsi ilə müqayisə et: “Rəbbim mənə dedi: özünə böyük bir kitab götür və onda insan yazıları ilə yaz”.
12 88-ci surənin 89-cu ayələri ilə müqayisə et.
13 88-ci surənin 13-16-cı ayələri ilə müqayisə et.
14 86-cı surənin 5-ci ayəsi ilə müqayisə et.
15 Muhəmməd peyğəmbərin sözü ən ali mənbədir.
84. əl-İnşiqaq surəsi
1 Surənin əvvəli 81 və 82-ci surələrin məzmununa yaxındır.
2 73-cü surənin 18-ci ayəsi ilə müqayisə et.
3 Ölüləri və xəzinələri.
4 82-ci surənin 4-cü ayəsi ilə müqayisə et.
5 18-ci surənin 49-cu ayəsi ilə müqayisə et.
6 Günahkarların sağ əlləri boyunlarının ardına, sol əlləri isə kürəklərinə bağlıdır.
7 82-ci surənin 14-16-cı ayələri ilə müqayisə et.
8 Yəqin, yatmağa hazırlaşan heyvanlardır.
9 Həyatdan ölümə və dirilməyə keçməkdir.
10 Səcdə ayəsidir.
85. əl-Buruc surəsi
1 Surədə keçmiş nəsillər xatırlanır.
2 15-ci surənin 17 və 18-ci ayələri ilə müqayisə et.
3 8,9 və 15-ci ayələrdə Allahın adları birinci dəfə deyilir.
4 7-ci surəni 103-cü və sonrakı; 11-ci surənin 61-ci və sonrakı; 92-ci surənin 11-15-ci ayələri ilə müqayisə et.
5 80-ci surənin 13-15-ci ayələri ilə müqayisə et.
86. ət-Tariq surəsi
1 Ulduz mənzərəsidir.
2 Zühəl - Saturndur. Bəziləri bunu Zöhrə (Venera) hesab edirlər.
3 Bax 80-ci surənin 18-19-cu ayələrinə.
4 Bax 100-cü surənin 9-10-cu ayələrinə.
5 İlk dəfə burada Quran müdafiə edilir.
6 3-cü surənin 54-cü, 8-ci surənin 30-cu ayələri ilə müqayisə et.
7 73-cü surənin 11-ci ayəsi ilə müqayisə et.
8 Bəzi təfsirçilər 11-17-ci ayələri sonradan əlavə hesab edirlər (Muhəmməd peyğəmbərin Həbəşistana mühacirətindən qabaq ona qarşı hazırlanmış sui-qəsd haqqındadır).
87. əl-Əla surəsi
1 Bəzən bu surəni Mədinə surələrindən hesab edirlər. Beş vaxt namazın təyin olunması və açıq vəzin əmr edilməsi (bax 15-ci ayəyə).
2 75-ci surənin 16-19-cu ayələri ilə müqayisə et.
3 92-ci surənin 7-ci ayəsi ilə müqayisə et.
4 92-ci surənin 17-ci ayəsi ilə müqayisə et.
5 2-ci surənin 39-cu ayəsi ilə müqayisə et.
6 91-ci surənin 9-cu ayəsi ilə müqayisə et.
88. əl-Ğaşiyə surəsi
1 Ğaşiyə - “örtən, bürüyən, qaplayan şey”. Başa gələn birinci böyük fəlakətdən danışarkən məcazi mənada ğaşiyə sözü işlənir. Bu söz Quranda cəhənnəm atəşini ifadə etmək üçün işlədilir və surə öz adını həmin sözdən almışdır.
2 Cəhənnəm atəşində buxovları sürükləyərək.
3 14-cü surənin 16-cı, 69-cu surənin 36-cı ayələri ilə müqayisə et.
4 3-cü surənin 15-ci, 78-ci surənin 31-38-ci ayələri ilə müqayisə et.
5 80-ci surənin 38-39-cu ayələri ilə müqayisə et.
6 Bax 5-ci surənin 91-ci ayəsinə.
7 Bax 5-ci surənin 58-ci ayəsinə.
89. əl-Fəcr surəsi
1 Bəziləri bunu Mədinə surələrindən hesab edirlər.
2 Adın oğlu Şəddad; Ədəndə olan İrəm sarayı.
3 və Firovna zi-l- əvtad. Burada əl-əvtad, bəlkə də, yəhudilərə tətbiq olunan xüsusi işgəncə vasitəsidir. Bax 8-ci surənin 12-ci ayəsinə.
4 69-cu surənin 34-cü, 90-cı surənin 14-15-ci ayələri ilə müqayisə et.
5 70 min zəncir uzadılacaq və hər birinin arxasında 70 min mələk duracaq.
6 73-cü surənin 20-ci ayəsinin sonuna bax.
90. əl-Bələd surəsi
1 56-cı surənin 75-ci, 84-cü surənin 16-cı ayələri ilə müqayisə et.
2 Məkkəyə and üçün 95-ci surənin 3-cü ayəsinə bax.
91. əş-Şəms surəsi
1 Səmudilər ilk dəfə burada xatırladılır. Qövmün adı isə Quranda 26 dəfə çəkilir.
2 Bu, Qudar ibn Səlif idi.
92. əl-Leyl surəsi
1 Ənənəyə görə, Bilalın Əbu Bəkr tərəfindən Ümeyyə ibn Xələfdən alınmasına işarədir.
2 Bax 91-ci surənin 5-7-ci ayələrinə.
3 Bax 111-ci surənin 2-ci ayəsinə.
4 Bax 96-cı surənin 13-cü ayəsinə.
93. əz-Zuha surəsi
1 93-cü surənin məzmunu ruh düşkünlüyünü əks etdirir.
94. əl-İnşirah surəsi
1 Şiələr bəzən 93 və 94-cü surələri bir surə hesab edirlər.
2 6-cı surənin 125-ci, 15-ci surənin 97-ci ayələri ilə müqayisə et.
95. ət-Tin surəsi
1 Bu həmin meyvələrin yüksək qədir-qiymətindən irəli gəlir.
2 Bəzilərinə görə, “birinci insanı” 55-ci surənin 14-cü, 15-ci surənin 26-cı, 23-cü surənin 12-ci, 32-ci surənin 7-ci ayələrində olduğu kimi.
3 İnsanı güclü yaratmağımıza baxmayaraq, onu ağır cəzaya düçar edəcəyik.
4 Quranda məhkəmə haqqında ən erkən xatırlatmadır.
96. əl-Ələq surəsi
1 Müsəlman ənənəsinə görə, 96-cı surə ilk surədir (Ləylət əl-qədr gecəsində).
2 Surənin ikinci adı - İqra “Oxu”dur. Danışan Cəbraildir. Bax 87-ci surənin 6-cı, 98-ci surənin 2-ci ayələrinə.
3 Bax 80-ci surənin 11-15-ci və 13-cü surənin 39-cu ayələrinə.
4 6-cı və sonrakı ayələr Muhəmməd peyğəmbərə namaz vaxtı sui-qəsd hazırlayan Əbu Cəhlin əleyhinədir.
5 Əsirləri azad edəndə kəkillərini kəsirdilər. Bax 55-ci surənin 41-ci ayəsinə. Azad olanlar kəkil buraxır. Amma Allah onların bu azadlıq rəmzindən yapışacaq.
6 Bax Zəbanilər haqqında 74-cü surənin 30-cu və sonrakı ayələrinə.
7 Səcdə ayəsidir.
97. əl-Qədr surəsi
1 Qədr gecəsi dəqiq bilinmir, lakin ənənə onu ramazan ayının 27-ci gününün gecəsinə, daha doğrusu, ramazan ayının 26-dan 27-nə keçən gecəyə aid edir.
2 44-cü surənin 1-3-cü və 2-ci surənin 185-ci ayələri ilə müqayisə et.
3 70-ci surənin 4-cü ayəsinə bax.
4 16-cı surənin 102-ci və 70-ci surənin 4-cü ayələri ilə müqayisə et.
98. əl-Bəyyinə surəsi
1 1-5-ci ayələrdə Kitab əhlindən olan kafirlərin Mədinə bütpərəstləri ilə bir yerdə adı çəkilir.
2 Şiələr bunu Əlinin nəslinə aid edirlər.
99. əz-Zilzal surəsi
1 Surun birinci, ya da ikinci sədasında.
2 Xəzinələri və ölüləri.
3 Danışmaq qabiliyyəti də veriləcək.
4 Bax 4-cü surənin 40-cı ayəsinə.
100. əl-Adiyat surəsi
1 Muhəmməd peyğəmbərin dəvə karvanına aid edildiyinə görə belə hesab edirlər ki, Mədinədə nazil olub.
101. əl-Qariə surəsi
1 Məhşər və dirilmə haqqında olan bir sıra ən bəlağətli surələrin başlanğıcı.
2 Bax 69-cu surənin 4-cü ayəsinə.
3 73-cü surənin 14-cü ayəsi ilə müqayisə et.
4 Tərəzi haqqında bax 18-ci surənin 105-ci, 21-ci surənin 47-ci ayələrinə.
5 Bax 89-cu surənin 21-ci ayəsinə.
102. ət-Təkasur surəsi
1 Təkasur - bir-birini mal-dövlətdə, oğul-uşaqda ötmək və ya bununla fəxr etmək niyyəti. Bəlkə bu, Mədinə yəhudilərinə də aiddir.
103. əl-Əsr surəsi
1 İmana gəlməyənlər cəzalanacaq.
104. əl-Huməzə surəsi
1 Dövlətlilərin əleyhinədir.
105. əl-Fil surəsi
1 Muhəmməd peyğəmbərin doğulduğu 570-ci ilə aid hadisələrdir. Yəmən xaçpərəst həbəşilərin əlində idi. Bunlar himyəriləri Yəməndən qovub, oraya Əbrəhə Əşramı vali təyin edirlər. Əbrəhə lovğalanaraq Məkkəyə hücum edir və Kəbəni dağıtmaq istəyir. Ordusunun tərkibində fil və ya fillər vardı. Amma bu yürüş heç bir nəticə vermir.
2 Və ərsələ əleyhim təyrən əbabil. Burada əbabil xüsusi isim kimi də qəbul olunur.
106. əl-Qüreyş surəsi
1 Qüreyşilərlə toqquşmadan əvvəl nazil olub. Məkkə surələrində Kəbənin adı daha çəkilmir. Bəziləri bu surəni 105-ci surənin bir hissəsi kimi qəbul edirlər.
2 Bax 95-ci surənin 3-cü ayəsinə.
107. əl-Maun surəsi
1 İ.Kraçkovskiyə görə, maun “avadanlıq, qazan və sədəqə”dir. Surənin adı 7-ci ayədə işlənən “zəkat” sözündəndir.
2 Bəziləri 107-ci surəni lüt yetimi qovan Əbu Cəhlin adı ilə bağlayırlar.
3 93-cü surənin 9-cu ayəsi ilə müqayisə et.
108. əl-Kovsər surəsi
1 Peyğəmbər Kövsəri Cənnətdə olan bir çay kimi təsvir etmişdir. Buna görə bu çaya Nəhru Muhəmməd də deyilir.
2 İbrahimin ölümü haqqındakı məlumata görə bəziləri bunu Mədinə surələrindən hesab edirlər.
3 Əbtər - quyruqsuz qoyun, sonsuz adam.
109. əl-Kafirun surəsi
1 Surə saziş təklif edən məkkəlilərə cavabdır. Köhnə dinin rədd olunması.
110. ən-Nəsr surəsi
1 Ola bilsin, bu surə son Mədinə dövrünə aiddir. Bəlkə də yox (61-ci surənin 13-cü ayəsi ilə müqayisə et).
2 Bəziləri surənin nazil olmasını Muhəmməd peyğəmbərin dünyadan köçməsindən bir neçə ay qabağa aid edirlər (hicri 11-ci ilin rəbiüləv-vəl ayı), ya da Məkkədə, vida həccindən (hicri 10-cu ilin zülhiccə ayı), yaxud da Mədinədə, vida həccindən qayıdandan sonra nazil olmuşdur.
111. Əbu-Ləhəb surəsi
1 Əbu Ləhəb - “Alov atası”, yəni “cəhənnəmlik”. Muhəmməd peyğəmbərin əmilərindən biri - Əbd əl-Üzzə ibn Əbd əl-Müttəlibin Quranda (bu surənin birinci ayəsində) işlənən və xalq arasında tanınan ləqəbidir. O, Peyğəmbərin ən qəddar düşmənlərindən biri idi. Əbu Ləhəbin arvadı Cümeyl bint Hərb bin Üməyyə Əbu Sufyanın bacısı idi. Qardaşı kimi Cümeyl də Muhəmməd peyğəmbərin düşməni idi və ərini də bu düşmənçilikdən kənar etmirdi. Buna görə də Əbu Ləhəbin aqibəti arvadının aqibətinə uyğun idi, yəni hər ikisi cəhənnəmlik idi.
2 Quranda Peyğəmbərin müasirinin adı ikinci dəfə çəkilir. Bax 33-cü surənin 37-ci ayəsinə.
112. əl-İxlas surəsi
1 Əl-İxlas surəsi Quranın ən hörmətli surələrindən biridir və Muhəmməd peyğəmbərdən rəvayət olunan mötəbər bir hədisə görə, Quranın dörddə birinə bərabərdir.
113. əl-Fələq surəsi
1 Fələq - “parçalanma”, “yoxdan var etmə”.
114. ən-Nas surəsi
1 Bəd niyyətləri, gözdəyməni kənar edən surədir.
