35. Fatir surəsi
1 Surənin ikinci adı “Mələklər”dir.
2 Bəzi təfsirçilər hesab edirlər ki, bu ayə yerində deyil və 19-22-ci ayələrdən sonra olmalıdır.
3 Balıq Quranda iki dəfə qeyd olunur. Bax 16-cı surənin 14-cü ayəsinə.
4 Bu ibarə zərbi-məsələ çevrilib.
5 Burada İbrahimə və Musaya qədər olan başqa peyğəmbərlərə nazil edilən kitablar nəzərdə tutulur.
36. Yasin surəsi
1 Bu surə “Quranın qəlbi” hesab olunur. Ya və sin hərflərinin birləşməsindən əmələ gələn bu surənin adı “kiminsə ölüsü üçün dua”, “mərhumun ruhunu yad etmək duası” mənasında vahid söz kimi qəbul edilməyə başladı. Amma 37-ci surənin 130-cu ayəsində oxşar “ilyasin” ifadəsi var. Çox hörmətli surədir. Bəziləri onu Mədinə surələrindən hesab edirlər. Muhəmməd Əli (Quran, Lahor, 19-20, birinci ayə, qeyd 20-64) Yasini “ya insan” kimi oxuyur.
2 Antakiya - qədim dövrdə Antioxiya. Şəhər Mons Silpius dağının ətəyində, Kasius Mons (Kuşeyr Akra) dağ silsiləsinin şimal yamacında, Asi çayı vadisinin kənarında, Aralıq dənizinin 22 kilometrliyində yerləşir. Ərəblər Silpius dağının adını Həbib ən-Nəccar adına dəyişdirmişlər. Həmin dağ indiyə kimi onların ibadət yeridir. Antakiyanın əsası eramızdan 300 il əvvəl iki tərk edilmiş qədim Roma koloniyasının yerində imperator Selevkius (311-281) tərəfindən qoyulmuşdur.
3 İsanın Antakiyada xristianlığın təbliği ilə məşğul olan iki nümayəndəsi, onun həvariləri (apostolları) Yəhya və Yunis olublar, üçüncü nümayəndə Şəmun olmuşdur.
4 20-ci ayədə haqqında söhbət gedən adam Həbib ən-Nəccar (“Dülgər Həbib”) adlanır. Şərhçilər belə hesab edirlər ki, burada söhbət Antakiya sakini Aqavdan (Aqapus) gedir. Bax Əhdi-cədid. Həvarilərin əməlləri, XI, 27-30 ; XXI, 10 və başqaları; 28-ci surənin 20-ci ayəsinə də bax.
5 Həbib ən-Nəccar haqqında əfsanəni Şəmsəddin Muhəmməd Diməşqi (1327-ci ildə vəfat etmişdir) öz əsərində izah edir. O yazır ki, Həbib şəhid olduqdan sonra vurulmuş başını sol əliylə yuxarı qaldırdı, sonra sağ əlinə alaraq üç gün, üç gecə onun bədəni Antakiyanın küçə və bazarlarında gəzib dolaşdı; başı isə qışqıra-qışqıra Yasin surəsinin 26-27-ci ayələrində göstərilən sözləri deyirdi. Bax Diməşqi. Nühbət əddəhr və əcaib əl-bərr və-l-bəhr, SPb, 1866.
6 54-55-ci ayələr Allahın məhşər günündəki sözləridir.
7 41-ci surənin 20-21-ci ayələri ilə müqayisə et.
8 69-70-ci ayələr mənanı pozurlar; bəlkə, bunlar yerində olmayan 76-cı ayənin qabağında getməlidir?
37. əs-Saffat surəsi
1 Uzun surələrdəndir.1-72-ci ayələr kafirlər əleyhinə deyilib; qiyamət və məhşər haqqındadır; 75-148-ci ayələr yeddi yəhudi peyğəmbərinin tarixidir; 149-166-cı ayələr məkkəlilərin çoxallahlılığı barəsindədir; 167-182-ci ayələr surənin xatiməsidir.
2 Surələrin əvvəlində and üçün bax 51 və 77-ci surələrə.
3 Müxtəlif təfsirlər üçün bax 1-65-ci ayələrə (müsəlmanlar, ruhlar, mələklər).
4 77-ci surənin 5-ci ayəsinə bax.
5 15-ci surənin 16-18-ci ayələrinə bax.
6 52-ci surənin 38-ci ayəsinə bax.
7 Burada təbiətin zəifliyindən söz gedir.
8 36-cı surənin 51-53-cü ayələrinə bax.
9 56-cı surənin 47-48-ci ayələrinə bax.
10 52-ci surənin 25-ci ayəsinə bax.
11 Yəni yaxşı niyyətlərlə, qüvvətlə, andlarla; 10-cu surənin 28-ci ayəsinə bax.
12 36-cı surənin 7-ci ayəsinə bax. Bu ayə 29 və 32-ci ayələrin nizamını pozur, buna görə də 32-ci ayədən sonra getməlidir.
13 36-cı surənin 69-cu ayəsinə bax.
14 2-ci surənin 96-cı ayəsinə bax.
15 3-cü surənin 15 və 194; 4-cü surənin 124; 13-cü surənin 23-cü ayələri ilə müqayisə et.
16 56-cı surənin 32-ci ayəsinə bax.
17 15-ci surənin 47-ci ayəsinə bax.
18 56-cı surənin 19-cu ayəsinə bax.
19 156-cı surənin 22-ci ayəsinə bax.
20 17-ci surənin 60-cı ayəsinə bax.
21 56-cı surənin 52-ci ayəsinə bax.
22 2-ci surənin 24-cü ayəsinə bax.
23 Qonaqlıqdır; 1) Cəhənnəmə qədər; 2) ora-bura gedəcəklər.
24 7-ci surənin 59-cu və sonrakı; 11-ci surənin 25-ci ayələri ilə müqayisə et.
25 78, 108, 119 və 129-cu ayələri müqayisə et.
26 6-cı surənin 74-cü və sonrakı; 21-ci surənin 51-ci ayələri ilə müqayisə et.
27 Bəziləri burada ulduzlara sitayiş görürlər.
28 Xəstəlikdən qorxudur.
29 2-ci surənin 125-ci ayəsi ilə müqayisə et.
30 Fələmmə bələğə məəhu-s-Səya. Bəziləri İbrahim tərəfindən müəyyən olunmuş əs-Səyanı Səfa ilə Mərvənin arasında görürlər. Yaqut Həməviyə görə, Səya Məkkə yaxınlığında olan vadinin adıdır. (Möcəm əl-buldan, V cild, səh. 85). Bax 2-ci surənin 158-ci ayəsinə.
31 Üç gecə dalbadal, zülhiccə ayının 8-10-cu günləri.
32 2-ci surənin 128-ci ayəsi ilə müqayisə et.
33 7-ci surənin 103-cü və sonrakı; 10-cu surənin 75-ci və sonrakı; 20-ci surənin 8-ci və sonrakı; 26-cı surənin 10-cu; 28-ci surənin 1-ci və sonrakı ayələri ilə müqayisə et.
34 Bəzən Xızır və ya İdris gedir. 18-ci surənin 65-ci ayəsi ilə müqayisə et.
35 Bəlkə də, burada İlyasın Bələ xidmət edən kahinlərlə mübarizəsi əks olunmuşdur. Bax Kitabi-müqəddəs, Birinci Çarlıqlar kitabı, XVIII fəsil.
36 3-cü surənin 184-cü; 6-cı surənin 48-49-cu ayələri ilə müqayisə et.
37 7-ci surənin 80-ci və sonrakı, 11-ci surənin 77-ci və sonrakı ayələri ilə müqayisə et.
38 10-cu surənin 98-ci və sonrakı, 21-ci surənin 87-88-ci ayələri ilə müqayisə et.
39 4-cü surənin 117-ci, 6-cı surənin 100-cü, 16-cı surənin 57-62-ci və 53-cü surənin 18-20-ci ayələri ilə müqayisə et.
40 2-ci surənin 116-cı ayəsi ilə müqayisə et.
41 6-cı surənin 101-ci ayəsi ilə müqayisə et.
42 161-166-cı ayələr, bəzi təfsirçilərə görə, Cəbrailin sözləridir.
43 7-ci surənin 179-cu ayəsi ilə müqayisə et.
44 71-ci ayə ilə müqayisə et.
45 86-cı surənin 17-ci ayəsi ilə müqayisə et.
46 51-ci surənin 14-cü ayəsi ilə müqayisə et.
38. Sad surəsi
1 Təfsirçilərin çoxunun fikrincə, surə Sad hərfi ilə başladığı üçün bu adı almışdır. Bu surəyə ayrıca Davud surəsi adı da verilir.
2 111-ci ayələr və ya 6-cı ayə, ənənəyə görə,qüreyşilər Əbu Talibi Muhəmməd peyğəmbərə kömək etməkdən daşındırmağa çalışdıqları zaman və ya Əbu Talibin öldüyü vaxt nazil olmuşdur.
3 Kitabi-müqəddəsin İkinci Çarlıq kitabının XII fəslinin birinci maddəsi ilə müqayisə et.
4 Səcdə ayəsidir.
5 Ağrını yüngülləşdirmək üçün vur (Bax Əyyub, II. 8).
6 İ.Kraçkovskinin tərcüməsində: “İsmaili və İlyası” gedir. Zulkifl üçün 21-ci surənin 9-cu qeydinə bax.
7 37-ci surənin 8-ci ayəsinə bax.
8 71-ci və sonrakı ayələri 15-ci surənin 26-cı və sonrakı ayələri ilə müqayisə et.
39. əz-Zumər surəsi
1 6-cı surənin 164-cü, 17-ci surənin 15-ci, 35-ci surənin 18-ci və 53-cü surənin 38-ci ayələri ilə müqayisə et.
2 Bəziləri bunu Mədinə ayələrindən hesab edirlər.
3 Bəziləri bunu Məkkə ayələrindən hesab edirlər.
4 53-cü və sonrakı ayələr Mədinə ayələrindən hesab olunur və guya Muhəmməd peyğəmbərin əmisi Həmzəni öldürən zənci Vəhşə aiddir.
40. əl-Mumin surəsi
1 Surənin ikinci adı Ğafirdir (“Bağışlayan”, bax 3-cü ayəyə) üçüncü adı ət-Tavldır (“Fəzilət”). Bu surə “ha, mim”lə başlayan yeddi surənin birincisidir (40-46-cı surələr). Bəzi rəvayətlərə görə, 56-57-ci ayələr Mədinədə nazil olub.
2 Kəzzəbət qəbləhum qövmü Nuhin və əhzabu bəzihim. 38-ci surənin 12-ci ayəsi ilə müqayisə göstərir ki, bu, Allah tərəfindən cəzalandırılmış beş qövmdür.
3 Cənnətə möminlərin ataları və oğulları buraxılır. (bax13-cü surənin 23-cü ayəsinə).
4 Həmin surənin 5-ci ayəsi ilə müqayisə et.
5 56-cı və sonrakı ayələr əsassız olaraq yəhudilərə aid edilir, buna görə də bəzən onlar Mədinə ayələrindən hesab olunur.
