- •1. Tərbiyə anlayışı. Kiçik məktəblilərlə tərbiyəsinin təşkili formaları və onun həyata keçirilməsi
- •1.Əxlaq tərbiyəsi:
- •2. Əmək tərbiyəsi:
- •3. Estetik tərbiyə:
- •4. Fiziki tərbiyə:
- •5. Hüquq tərbiyəsi:
- •6. Ekoloji tərbiyə:
- •2. Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər
- •3. Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri
- •4. Tərbiyənin metodları
- •1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
- •2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
- •3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.
6. Ekoloji tərbiyə:
"Ekologiya" yunan sözüdür. Yurs məkan haqda təlim deməkdir. Şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissələrindən biri ekoloji tərbiyədir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
Ekoloji tərbiyəni aşılamağın yollarından ən başlıcası kiçikyaşlılarla məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, kimi maraqlı formalardan istifadə olunur. Məktəblərdə və yaşayış yerlərində yaşıllıqların salınması, iməcliklərin keçirilməsi ilə kiçik yaşlı məktəbliləri ekologiyamızı qorumağa sövq edə bilərik.
Tərbiyə Prosesinin Mahiyyəti: Cəmiyyətin qarşıya qoyduğu şəxsiyyət modelinə uyğun olaraq böyüməkdə olan nəslin formalaşdırılmasına mütəşəkkil, məqsədyönlü rəhbərlik tərbiyə prosesi adlanır. Bu tərbiyəyə verilən ümumi tərifdir. Konkret olaraq isə tərbiyə olunanda həyata düzgün münasibət formalaşdırmaq, çəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydalarına yiyələndirmə işi tərbiyə adlanır.
Bu prosesdə böyüyən nəsl cəmiyyət üçün faydalı, yüksək mənəvi potensiala malik, əməyə meylli və əmək qabiliyyətli ideyaca güclü, estetik görüşlərə malik və fiziki cəhətdən sağlam insanlar formalaşdırılır. Tərbiyə vasitəsilə şəxsiyyət həyata, cəmiyyətə ictimai-fayda verəcəyi sahəyə hazırlanır, sistemli tərbiyə vasitəsilə formalaşan insan həyatda müstəqil şəkildə özünü təmin edə bilir. Tərbiyə prosesi insanların fəaliyyətinin düzgün istiqamətlərini müəyyənləşdirilir. Tərbiyə olunanlarda əməyə, biliklərə, təlimə, ümumiyyətlə fəaliyyətə çoxcəhətli münasibət yaranır. Bu isə insanların ictimai münasibətləri şüurlu dərk etməsi deməkdir. Tərbiyə insanlarda konkret münasibətlər formalaşdırır. Münasibət subyektin obyektlə əlaqəsinin dialektikasını ifadə edir.
Tərbiyə prosesinin əsas nəticəsi hərtərfli inkişaf etmiş, cəmiyyətin tələbləri ilə uyğunlaşan insanlar formalaşdırmaqdan ibarətdir. Bu isə ikitərəfli fəal prosesdir. Burada tərbiyəçinin fəallığı üstünlük təşkil edir. Tərbiyə, tərbiyə işinin məzmunu mahiyyəti, üsulları, vasitələri, formalarını və s. müəyyən edir, tərbiyə olunanın fəaliyyətini düzgün istiqamətə yönəldir.
Tərbiyə işi və onun komponentləri bir-birilə möhkəm əlaqədədir. Tərbiyə prosesi şəxsiyyətin əqli, fiziki, əxlaqi, estetik, ideya siyasi, hüququ və s. cəhətlərdən formalaşmasının kompleks şəkildə aparılmasını özündə birləşdirməlidir. Bu sistem həmçinin insanları əhatə edən mühitə, ətrafdakılara ictimai, sosial münasibət formalaşdırılmalıdır. Tərbiyə prosesi göründüyü kimi təbiət etibarilə hərtərəflidir. Bu isə tərbiyə təsirlərinin müxtəlif və çoxcəhətliliyindən irəli gəlir. Belə ki, tərbiyə prosesində tərbiyəçi ilə yanaşı ətrafdakıların mütamadi, çoxcəhətli təsirləri mövcud olur. İnsana hamı, hər şey valideyn, tərbiyəçi, təbiət - çanlı və çansız təbiət - istehsalat, istehsal münasibətləri, onu əhatə edən mikro mühit və s. təsir edir. Tərbiyənin təsiri insanlarda müxtəlif şəkildə olur. Buna səbəb tərbiyə təsirlərinin müxtəlifliyi ilə bərabər həm də tərbiyə olunanların özləri müxtəlifliyidir. Tərbiyəçilər müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, inkişafa malik insanlara tərbiyəvi təsir göstərirlər. Bu tərbiyəvi təsirləri, tələbləri hər kəs öz fərdi münasibətləri, inkişaf səviyyələri baxımından qəbul edir. Buna görə də eyni yaşlı insanlarda müxtəlif şəkildə təzahür edir.
Tərbiyə prosesində əqidə, rəftar, adətlər yaratmaqla cəmiyyətin müəyyən etdiyi əxlaq normaları, davranış qaydaları mənimsədilir nəticədə insanlarda onu əhatə edən hər şeyə münasibət formalaşır. Tərbtyənin əqidə, rəftar, adət kimi anlayışları vardır. Bu anlayışlar uyğun və oxşardırlar.
