- •1. Tərbiyə anlayışı. Kiçik məktəblilərlə tərbiyəsinin təşkili formaları və onun həyata keçirilməsi
- •1.Əxlaq tərbiyəsi:
- •2. Əmək tərbiyəsi:
- •3. Estetik tərbiyə:
- •4. Fiziki tərbiyə:
- •5. Hüquq tərbiyəsi:
- •6. Ekoloji tərbiyə:
- •2. Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər
- •3. Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri
- •4. Tərbiyənin metodları
- •1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
- •2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
- •3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.
1.Əxlaq tərbiyəsi:
Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir. “Əxlaq - insanın mənəvi, dərin keyfiyyətləri, cəmiyyətə və başqalarına qarşı münasibətləri müəyyən edən normaları davranış qaydalarını özündə birləşdirir”. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması, kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən «əxlaqlı», «yüksək etikalı», «mədəni əxlaqlı», «əxlaqsız» kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.
Nəsirəddin Tusi də bu yolla gedərək milli-mənəvi dəyərlərinizə və qüdrətli söz sahiblərinin fikirlərinə əsaslanaraq həm xalqımız üçün, həm də bütün dünya xalqları üçün səciyyəvi olan əxlaq tərbiyəsi sistemi yaratmışdır. N.Tusi, hər şeydən əvvəl, “əxlaq normaları” müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, təbiətə, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Yaşlı insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər sahələrində daha geniş şəkildə aparılır. İdarə və müəssisələrdə ayrı-ayrı tədbirlərin tərkibində verilir. Məsələn, mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə real şəkildə mövcud olan) aktlarına qarşı etiraz tədbirlərində, xəstələrə, qaçqın və köçkünlərə,
valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında və digər şəkildə həyata keçirilir.
2. Əmək tərbiyəsi:
Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək bacarığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik olmasıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, istehsalın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarığı və vərdişlərinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir. İnsanların əməyə hazır şəkildə formalaşdırılması birinci həyati zərurətdir. İnkişaf etmiş demokratik cəmiyyət tələb edir ki, böyüyən nəsl əmək əsasında tərbiyə alsın, hələ kiçik yaşlarından quruculuq və yaradıcılıq fəaliyyətində iştirak etsinlər. Mədəniyyət müəssisələrində isə peşə yönümünün səmərəli aparılması işinə daha geniş imkan vardır. Bu müəssisələrdə nəzəri işlə əməli iş əlaqəli, əyani şəkildə aparılır. Beləki, yeniyetmə və gənclər asudə vaxtlarında öz marağına görə dərnəklərdə birləşir. Bu dərnəklər və digər işlər vasitəsilə gənclər həmin fəaliyyət prosesində bilavasitə məşğul olur, fəaliyyətin əsas məğzi ilə tanış olur. Seçdiyi və ya seçəcəyi peşənin sirlərini öyrənir və bu işlə öz imkanlarını, bu fəaliyyət növündə çalışa biləcəyini şüurlu surətdə dərk edir. Bu zaman artıq peşələr haqqındakı romantika reallaşır, yeniyetmə və gənclər həmin peşəyə şüurlu yanaşırlar.
