Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Din Təlimi-1.doc
Скачиваний:
10
Добавлен:
01.05.2025
Размер:
1.14 Mб
Скачать

Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda

Peyğəmbər (s)-dan nəql olunur ki, Allah-taala Musa (ə)-a xitab edərək buyurur:

Ey Imran oğlu! Camaata verdiklərimə göz dikib həsəd aparma və nəfsini [gördüklərinə] tabe etmə. Çünki, həsəd aparan şəxslər verdiyim ne᾽mətlərdən narazı qalıb bəndələrim arasında böldüyüm ne᾽mətləri əldə etmək istəyər.1

Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurur:

«Allahın ne᾽mətlərinə təcavüz etməyin»

Səhabələr soruşdu:

«Ya Rəsuləllah, kimlər Allahın ne᾽mətlərinə təcavüz edərlər?

Buyurdu:

Başqalarına həsəd aparan kəslər.2

Әli (ə) buyurur:

Həsəd sağalmayan bir xəstəlikdir.3

Həsəd ruhun zindanıdır.4

Həsəd xəstəliklərin ən ağırıdır.5

Həsəd pisliklərin mənbəyidir.6

Həsədin verdiyi səmərə dünya və axirət bədbəxtçiliyidir.7

Həsədi tərk edənlər insanların ən sevimlisidir.8

Həsəd aparan şəxslərə gəldikdə isə, Әli (ə) buyurur:

Həsəd aparan şəxslər bol-bol həsrət çəkər və neçə bərabərində günaha düçar olarlar.9

Həsəd aparan şəxslər heç vaxt faydalanmazlar.10

Həsəd aparan şəxslərə insanların malik olduqları ne᾽mətləri itirmələrindən başqa heç nə rahatlıq gətirmir.11

Həsəd aparan şəxslər başqalarının qəm-qüssəsində sevinər, onların sevincində isə kədərlənərlər. (Mustədrək, 12-ci cild, 55-ci fəsil, 13401-ci hədis).

Həsəd aparan şəxslər hər hansı bir şəxsin nə isə əldən verməsini özünə qənimət hesab edər.1

Həsəd aparan şəxslər dostluğunu dildə aşkar edər, düşmənçiliyini isə qəlbində gizli saxlayar. Bunun üçün də onların adı dost, xisləti isə düşməndir.2

Dostların ən pisi həsəd aparan şəxslərdir.3

Imam Sadiq (ə) həsəd aparan şəxslər barədə buyurur:

Paxıl və xəsislər heç nədən rahatlıq tapmadıqları kimi, həsəd aparan şəxslər də heç nədən ləzzət almazlar.4

Həsəd aparan şəxslər Iblis kimi ziyanı başqalarına vurmazdan əvvəl özlərinə vurarlar. Belə ki, o, Adəmə həsəd aparmaqla özünün lə᾽nətlənməsinə, Adəm (ə)-ın isə peyğəmbərliyə seçilməsinə səbəb oldu.5

Küfrün əsasını üç şey təşkil edir: Təkəbbür, həsəd və tamah.6

Həsədin əsasını Allahın fəzl və kəramətini inkar etmək təşkil edir. Bu iki şey küfrün qanadlarıdır. Adəm övladının əbədi həsrətə və bir daha nicat tapmamasına səbəb olan şey məhz həsəd oldu.7

Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həsəd, imanı zəiflədən və cismi sağlamlığa xələl gətirən amillərdən biri hesab olunur.

Әli (ə) bu haqda buyurur:

Başqalarına həsəd aparmayın. Alov odunu yandırdığı kimi, həsəd də imanı məhv edib aradan aparır.8

Qar suda əriyib yoxa çıxdığı kimi, həsəd də imanı qəlblərdə əridib məhv edir.

Həzrət Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur:

«Agah olun ki, sizdən əvvəlki ümmətin sorağına gələn xəstəlik (həsəd), sizin də sorağınıza gəlmişdir. O, sizin başınızdan bir tük də əskik etməz, lakin dininizi məhv edib aradan aparar.1

Imam Sadiq (ə) buyurur:

Dinə xələl gətirəcək şeylər həsəd, xudbinlik və özünü başqalarından üstün tutmaq hissidir.2

Әli (ə) həsədi cismi xəstəlik, onun tərk olunmasını isə sağlamlıq hesab edir. Bu haqda buyurur:

Həsəd aparan şəxslər daim xəstə olarlar.3

Həsəd cismi süst və zəif edər.4

Həsəd aparan şəxslərin sağlamlıqdan xəbərsiz olmaları çox qəribədir.5

Cismi sağlamlıq həsədin azalmasından asılıdır.6

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]