Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Din Təlimi-1.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
1.14 Mб
Скачать

Dәrsin xülasәsi

Başqalarında eyb və nöqsan axtarmaq, xəbərçilik, mö᾽minlər arasında təfriqə salmaq və onların sirlərini aşkara çıxarmaq islam nöqteyi-nəzərindən olduqca mənfi və xoşagəlməz xüsusiyyətlərdəndir. Hər bir müsəlman bu kimi xüsusiyyətlərdən uzaq olmaqla yanaşı, başqalarının öz müsəlman qardaşının barəsində pis fikirdə olmalarına yol verməməlidir.

Mö᾽minlərin mə᾽nəviyyatına xələl gətirdiyi üçün onların məsxərə və istehza olunması da islam nöqteyi nəzərindən haram və yol verilməzdir.

Suallar vә tapşiriqlar

1. Xəbərçiliyin qadağan olunmasına əsas səbəb nədir?

2. Xəbərçilərin müqabilində üzərimizə hansı vəzifələr düşür?

3. Imam Musa Kazim (ə) mö᾽minlərin şəxsiyyətlərinin qorunması haqda nə buyurur?

4. Məsxərə və istehza nə kimi mənfi nəticələr verir?

Iyirmi sәkkizinci dәrs

HӘSӘD

Mənfi xüsusiyyətlərdən və böyük günahlardan biri də «həsəd»dir. Ictimai münasibətlərdə insanlar arasında kin-küdurət və ədavətin yaranmasına səbəb olan amillərdən biri də məhz həsəddir. Qur᾽ani-Kərimdə Adəm (ə)-ın yaradılışından söhbət açılarkən yer üzərində baş verən ilk günahın həsəd üzündən baş verdiyinə işarə olunur. Məhz bu xislət Iblisin cənnətdən qovulmasına və tarixdə ilk dəfə yer üzərində qan tökülməsinə səbəb olur. O gündən e᾽tibarən bu Şeytani xislət qəlblərdə özünə yer etmiş və minlərlə haqsız insanın qanının tökülməsinə, kin-küdurətin yaranmasına səbəb olmuşdur.

Hәsәdin tә᾽rifi vә növlәri

Həsəd – hər hansı bir şəxsin başqa birisinin malik olduğu ilahi ne᾽mətlərdən (istər maddi olsun, istərsə də mə᾽nəvi) məhrum olmasını arzu etməsinə deyilir. Belə şəxslər bə᾽zən bu yolda əzab-əziyyətə qatlaşmağa belə hazır olarlar.

HӘSӘDIN NÖVLӘRI

1. Özündə olmasını arzu etməsə belə, başqasının hər hansı bir ne᾽mətdən məhrum olmasını istəyər;

2. Başqa birisinin malik olduğu hər hansı bir şeydən məhrum olmasını arzu etməklə yanaşı, özünün də həmin şeyə malik olmasını istəyər;

3. Həmin şeyin özündə olmasını istəməsə də, ona oxşarına malik olmasını arzu edər. Әldə etmədikdə isə başqalarının həmin şeydən məhrum olmasını istəyər;

4. Başqalarının malik olduqları şeylərin oxşarını özündə də olmasını arzu edər və eyni zamanda onların da malik olduğu şeylərdən məhrum olmalarını istəməz.

Yuxarıda qeyd olunan dörd xüsusiyyətdən üçü mənfi, sonuncu xüsusiyyət isə müsbətdir və buna «qibtə» deyilir. Qibtə nəinki mənfi xüsusiyyət deyil, əksinə insanın əxlaq və mə᾽nəviyyatının təkamülünə də səbəb olur. Bə᾿zən insan başqalarına qibtə etməklə onların malik olduqları şeyləri əldə etmək üçün zəhmətə qatlaşmalı olur və bununla yanaşı başqalarının da zərər çəkmələrini arzu etmir.

Imam Sadiq (ə) bu haqda buyurur:

Mö᾽minlər qibtə edər, lakin həsəd aparmazlar, münafiqlər isə həsəd aparar, lakin qibtə etməzlər.1

Qur᾽anin hәsәdә olan baxişi

Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:

1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!

2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;

3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;

4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;

5. Və bir də paxılın şərindən!»2

Başqa bir ayədə Allah-taala mö᾽minlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:

«Allahın [maddi, yaxud mə᾽nəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir».1

Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi ne᾽mətləri istəməsini əmr edir:

«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!»2

Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri sə᾿ylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:

«[Ey mö᾽minlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər...»3

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]