- •Birinci dәrs
- •Islam ictimai dindir
- •Camaat namazi
- •Cümә namazi
- •Xeyirli işlәrә dә᾽vәt, pis işlәrdәn çәkindirmәk
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Ikinci dәrs
- •Islam qardaşliği
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Valideynin hüququ
- •Xoşa gәlmәz rәftarlardan çәkinmәk
- •Mehribançiliq
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Qohum-әqrәba ilә gözәl ünsiyyәt
- •Qohumluq әlaqәlәrinin kәsilmәsi
- •Qonşunun әzab-әziyyәti
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Altinci dәrs әxlaqi davranişlar
- •Gözәl xüsusiyyәt
- •Әxlaq vә gözәl davranişin nәticәlәri
- •Tәvazökarliğin әlamәt vә lazimi hәddi
- •Tәvazökarliğin nәticәlәri
- •Әhdә vәfa etmәyin әhәmiyyәti
- •Çixiş yolu nәdәdir?
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Onuncu dәrs sәbirli vә tәmkinli olmaq (2)
- •Sәbirli vә tәmkinli olmaq haqda nәql olunmuş rәvayәtlәr
- •Qәzәbin yatirilmasi haqda nәql olunmuş rәvayәtlәr
- •Sәbirli vә tәmkinli olmağin hәddi-hüdudu
- •Tәmkinli davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On birinci dәrs
- •Hansi şәraitdә әfv vә güzәşt olunmalidir
- •Әxlaqi incәlik
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Zaraft vә gülәrüzlülük
- •Zarafat
- •Zarafatin müsbәt xüsusiyyәt olduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Zarafatin mәnfi tә᾽sir qoyduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Çәtinliklәrin hәlli
- •Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk
- •Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On yeddinci dәrs
- •Müsәlmanlarin xәstәlәrin görüşünә getmәlәrinә sövq olunmalari
- •Görüş zamani riayәt olunmasi lazim olan şәrtlәr
- •1. Hədiyyə;
- •2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
- •3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On sәkkizinci dәrs müsәlmanlarin sevinc vә kәdәrindә şәrik olmaq
- •Ziyafәt (qonaqliq)
- •Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirminci dәrs salam
- •Salam vermәyin qaydalari
- •Eyb vә nöqsanlar
- •Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
- •Qeybәtin tә᾽rifi
- •Qeybәtin harmliği
- •1. Vicdan rahatlığı;
- •3. Məsxərə və istehza;
- •5. Başqaları ilə həmrə᾿ylik;
- •6. Təhlükənin qarşısını almaq;
- •Qeybәtin istisna hallari
- •Qeybәtә qulaq asmaq
- •Bәdgümanliq
- •Bәdgümanliğin verdiyi nәticәlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi yeddinci dәrs mәsxәrә vә xәbәrçilik
- •Xәbәrçilәrlә rәftar vә davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi sәkkizinci dәrs
- •Hәsәdin tә᾽rifi vә növlәri
- •Qur᾽anin hәsәdә olan baxişi
- •Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda
- •Hәsәdә sәbәb olan amillәr
- •1. Xəbislik;
- •2. Düşmənçilik;
- •3. Məqam və var-dövlət sevgisi;
- •6. Xudpəsəndlik;
- •Yalanin tә᾽rifi
- •Qur᾽anin yalana olan baxişi
- •Yalan - hәdis vә rәvayәtlәrdә
- •Qur᾽anda düzlük vә sәdaqәt
- •Icazә verilәn yalanlar
- •1. Zəruri hallar;
- •2. Islah və vasitəçilik;
- •3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
- •4. Zarafat məqsədilə deyilən yalanlar.
- •Tövriyyә
- •Birinci cildin sonu
Dәrsin xülasәsi
1. Mədinəyə daxil olduqdan sonra Peyğəmbərin (s) gördüyü ən başlıca işlərdən biri ənsarla mühacirlər arasında qardaşlıq əhd-peymanını bağlamaq oldu;
2. Insanların bir-birlərindən üstün olmalarının ən başlıca me᾽yarı iman və təqva hesab olunur. Istər sevgi və ya dostluq, istərsə də düşmənçilik Allah yolunda və Allaha xatir olmalıdır.
Allah-taala insanlara kimlərlə dostluq etməyin məsləhət olmasını və kimlərlə əlaqələrin tamamilə kəsilməsini və onlarla düşmənçilik etməyin vacib olmasını müəyyən etmişdir.
Suallar vә tapşiriqlarlar
1. Hücurat surəsində insanların bir-birlərindən üstün olmasını göstərən ən başlıca me᾽yarı nədir?
2. Peyğəmbər (s) mö᾽minlərin qardaşlıq münasibəti və səmimi əlaqələri haqda nə buyurur?
3. Peyğəmbər (s) hansı şeyi imanın əsas şərtlərindən biri hesab edir?
4. Islam nə üçün bizlərə mö᾽min və övliyalarla səmimi olmağı tövsiyə edir?
5. Qur᾽ani-Kərimdə Peyğəmbərin (s) səhabələri haqda nə deyilir?
6. Allahla dostluq və Onun düşmənləri ilə düşmənçilik etmək – dedikdə nə nəzərdə tutulur?
ÜÇÜNCÜ DӘRS
Valideynin hüququ
Artıq keçən dərsdən mə᾿lum oldu ki, Islam dini ictimai bir dindir. Onun davamçıları Allaha xatir bir-birlərini sevir və səmimi dostluq əlaqələri qururlar. Burada insanların səadət və xoşbəxtliyi yaranmış əlaqlərin kamilləşməsi ilə, başqa sözlə desək, bu rabitələrin ilahiləşməsi ilə tə᾽min olunur. Buna görə də bir müsəlman kimi üzərimizə düşən dini vəzifələrin bir qismi cəmiyyətlə bağlı olduğu halda formalaşır. Bu vəzifələri dərk edib onlara layiqincə əməl etmək həm Allahın razılığına, həm də bizim dünya və axirət xoşbəxtliyimizə səbəb olur. Әgər bu vəzifələrin nədən ibarət olduğunu bilmək istəsək, ilk növbədə başqalarının bizim üzərimizdə hansı hüquqlara malik olduqlarını bilməliyik.
Bu dərsdən e᾽tibarən valideyn-övlad, mö᾽minlər və saleh insanlar, qohum-əqrəba, ər-arvad, dost-tanış və qonşuların qarşılıqlı olaraq bir-birinin üzərində olan hüquqları haqda söhbət açacağıq.
ATA-ANAYA YAXŞILIQ
Müqəddəs islam dinində bu məsələyə xüsusi diqqət yetirilir. Belə ki, Allaha ibadətdən sonra ata-anaya yaxşılıq hər bir insanın üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır. Isra surəsinin 23-25-ci ayələrində bu haqda deyilir:
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb, gözəl davranmağı] buyurmuşdur. Әgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!»—belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Səndə onlara rəhm et!» -de.
Rəbbiniz ürəklərinizdə olanları [qəlblərinizin sirlərini] ən yaxşı biləndir. Әgər əməli saleh olsanız [ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki] Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!»
Göründüyü kimi Allah-taala insanları ibadətə əmr etdikdən sonra dərhal onlara ata-anaya yaxşılıq etməyi tövsiyə edir. Imam Sadiq (ə) ayənin izahında buyurur:
«Yaxşılıq və xeyirxahlıq bundan ibarətdir ki, onlarla [valideynlərlə] xoş rəftar etmiş olasan.
Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib onların ixtiyarına qoymalısan».
Hədislərdən birində deyilir:
«Peyğəmbərdən (s) ata-ananın övladın üzərində hansı hüquqa malik olduğu haqda soruşduqda:
Onlar sənin həm cənnətin, həm də cəhənnəmindirlər».1
Yə᾽ni, insanın cənnət və cəhənnəmə getməsi valideynlərinə göstərdikləri qayğıdan asılıdır.
Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş başqa bir rəvayətdə deyilir:
«Cənnət anaların ayaqları altındadır». (Yə᾽ni, cənnətə analara layiqincə qayğı göstərməklə nail olun).
Başqa sözlə desək, övladlar öz üzərinə düşən borclarını yerinə yetirməli və layiqincə anaların haqlarını ödəməlidirlər.
Başqa bir rəvayətdə cənnətin valideynlərin ayaqları altında olduğu göstərilir. Yə᾽ni, insan cənnətə nail olmaq üçün ata-ananın qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməlidir.
Imam Səccad (ə)-dan «Hüquq risaləsi» adı ilə nəql olunmuş məşhur bir rəvayətdə deyilir:
«Üzərinə düşən ən başlıca vəzifə ananın, sonra atanın, sonra da övladlarının haqqını ödəməkdir».1
Hədisin davamında imam Səccad (ə) ananın haqqının ödənilməsinin əhəmiyyəti barədə buyurur:
«Ananın sənin üzərində olan haqqı hər şeydən böyükdür. O, kimsənin nəvaziş etməsi mümkün olmayan bir yerdə səni nəvaziş etmiş və kimsənin yemək verməsi mümkün olmayan bir yerdə öz canı və qanı ilə qidalandırmışdır. Bil ki, o, səni gözü, qulağı, əl-ayağı, dərisi və bir sözlə bütün varlığı ilə qorumuş, dünyaya gəldiyin vaxtadək ağrı və çətinliklərə dözüb, səbr və təmkinlə keşiyində durmuşdur. Özü ac olsa da səni doyurmuş, susuz olsa da sənə su vermiş, yarı çılpaq olsa da səni geyindirmiş, qızmar günəşin altında dursa da öz bədənini sənin üçün kölgə etmiş, gecələri yatmayıb sənin şirin yuxuya dalmağın üçün əzab-əziyyətlərə dözmüşdür. Unutma ki, ana bətni sənin ilk evin, qucağı ilk beşiyin, sinəsi qidan, bədəni isə sipərin olmuşdur. Ağrı və çətinlikləri uzaqlaşdırmaq üçün sənə görə istiyə-soyuğa dözməli olmuşdur. Elə isə onun qədrini bil və layiqincə haqqını ödə. Və yadında saxla ki, onun haqqını yalnız Allahın köməyi ilə ödəyə bilərsən».2
Sonra imam Səccad (ə) övladın atanın qarşısında öz borcunu necə ödəməsi haqda buyurur:
«Bil ki, atan sənin kök və gövdən, sənsə onun budağısan; O olmasaydı sən də olmazdın; Səndə olan bütün gözəl xüsusiyyətlərin kökü və mənşəyi atandır. Elə isə bütün bu ne᾽mətlərin qarşısında onun layiqincə qədrini bil və Allaha şükr və səna et».1
