Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Din Təlimi-1.doc
Скачиваний:
0
Добавлен:
15.02.2020
Размер:
1.14 Mб
Скачать

Bәdgümanliq

Ictimai münasibətlərdə xoşa gəlməyən xüsusiyyətlərdən biri də başqaları haqda bədgüman olmaqdır. Insanların bə᾽ziləri bir çoxlarına qarşı bədbin və onların haqqında mənfi təsəvvürə malik olurlar. Adi hal olduğu üçün başqalarının gördüyü hər bir işə və dedikləri hər bir sözə nöqsan tutur, həqiqətlə müvafiq olmadıqda zənn və gümana qapılırlar.

Hucurat surəsinin 12-ci ayəsində deyilir:

«Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə᾽zisi [heç bir əsası olmayan zənn] günahdır. [Bir-birinizin eybini, sirrini] arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!...»

Göründüyü kimi Allah-taala bə᾽zi zənn və gümanların günah olduğunu bildirir. Bu da ondan irəli gəlir ki, bə᾽zən həqiqət bizim güman etdiyimiz kimi olur. Belə olduqda təbii ki, zənn və gümanlarımız günah və batil olmayacaqdır. Lakin zənn və gümanlarımızın bir qismi həqiqətlə müvafiq olmadığı üçün günah və yolverilməzdir.

Әgər başqaları haqda pis fikirləşmək istəməsək, gərək onların şəxsi işlərinə qarışıb adət və xüsusiyyətləri ilə yaxından maraqlanmayaq. Başqalarının şəxsi həyatına dəxalət etmək isə qeyri-əxlaqi iş olmaqla yanaşı, haram və günah da sayılır. Haqqında söhbət açdığımız ayədə də bu məsələyə toxunulur.

Digər tərəfdən isə başqalarının şəxsi məsələləri ilə maraqlanmaq qeybət xarakteri daşıyır. Çünki, insanların xüsusiyyətləri ilə tanışlıq hər şeydən əvvəl onlarla söhbət və ünsiyyətdə olmaqla əldə olunur. Bu səbəbdən də sui-zənn və bədgümanlıq böyük günah olmaqla yanaşı, digər günahların yaranmasına da səbəb olur. Mö᾽minlər belə bir böyük günaha mürtəkib olmasınlar deyə, Allah-taala bir-birlərinə qarşı zənn və gümana qapılmalarını qadağan edir. Nəql olunmuş rəvayətlərdə sui-zənn və bədgümanlıqdan yaxa qurtarmaq üçün mö᾽minlərin bir-birlərinə qarşı müsbət fikirdə olmalarına və biri digərinin səhvinə göz yumub güzəştə getmələrinə tövsiyə olunmuşdur.

Әli (ə) bu haqda buyurur:

Mö᾽min qardaşınızın bütün işlərini əlinizdə əsaslı dəlil olmayınca, qiymətləndirməyə bacarın. Onlardan eşitdiklərinizi müsbət mə᾽nalandıra bilirsinizsə, zənn və gümana qapılmayın.1

Bәdgümanliğin verdiyi nәticәlәr

Mə᾽sum imamlardan nəql olunmuş hədis və rəvayətlərdə sui zənn və bədgümanlığın verdiyi nəticələr belə izah olunur:

1. Әli (ə) buyurur:

Başqaları haqda pis təsəvvürə malik olan şəxslər daim qorxu və hürkü içində yaşayar.2

Yə᾽ni, bədbin insan hamıda eyb və nöqsan axtardığı üçün kimsəyə e᾽timad etməyib daim qorxu və hürkü içində yaşayar. Qəlbi sarsıntı onu rahat buraxmayıb hamıdan ehtiyat etməyə vadar edər. Bu da onların hamıdan uzaq düşüb tək həyat sürmələrinə gətirib çıxarar.

2. Başqa bir hədisdə buyurur:

Bədbinlik insanın əməllərini korlayır və onları pisliklərə vadar edir.1

Camaatın e᾽timadını qazanmaq düzgünlük və doğruluğun ən başlıca amillərindəndir. Belə ki, hər bir şəxs başqalarının onun düzgünlüyündən razı qalıb e᾽timad etmələrini istəyir. Insanlar bir-birlərinə qarşı bədbin olduqda isə qarşılıqlı e᾽timad öz mə᾿nasını itirəcək və artıq kimsə düzgünlük naminə zəhmətə qatlaşmayacaqdır. Nəticədə Әli (ə) buyurduğu kimi, həyat öz axarından çıxacaq və ictimai asayiş pozulacaqdır.

3. Әli (ə) başqa bir hədisdə bədbinliyi təfriqə və ixtilafların yaranmasına səbəb olan ən başlıca amil hesab edir:

Bədbinliyə düçar olan şəxslər öz dostları arasında mehribançılıq və səmimiyyəti aradan aparmış olur.2

4. Sui-zənnin isə ibadəti aradan aparmasını vurğulayır:

«Sui-zəndən uzaq olmağa çalışın! Çünki, sui zənn ibadəti aradan aparmaqla yanaşı, günahları da böyüdür.3

Sui-zənn (bədbinlik) mö᾽minlər üçün xoşagəlməz xüsusiyyət olduğu kimi, hüsni-zənn də (nikbinlik, başqaları haqda xoş təəssüratda olmaq) mö᾽minlər üçün gözəl xüsusiyyət hesab olunur. Mə᾽sum imamlardan nəql olunmuş rəvayətlərdə mö᾽minlərin bu gözəl xüsusiyyətə sövq olunduqlarının şahidi oluruq.

Әli (ə) buyurur:

Hüsni-zənn ən gözəl xüsusiyyət və insanın əldə etdiyi gözəl bəhrədir.4

Hüsni-zənn dinin qorunmasına və qəlbi rahatlığa səbəb olur.5

Hüsni-zənn nigarançlığı azaldır və günah sarsıntısına son qoyur.

Hüsni-zənn edənlər camaatın məhəbbətini qazanmış olarlar.2

Imam Sadiq (ə) buyurur:

Hüsni-zənn insanın gözəl əxlaq və saf imanından irəli gəlir.3

Peyğəmbər (s) buyurur:

Mö᾽min qardaşlarınız haqda daim yaxşı fikirdə olun. Beləliklə siz mə᾿nəvi saflığa və gözəl təbiətə nail olarsınız.4

Bədbinlik nikbinliklə əvəz olduqda qəlblərdən kin-küdurət gedir və insanda hamıya qarşı sevgi, məhəbbət və qardaşlıq hissi yaranır.

Bu səbəbdən də mö᾽minlərin bir-birlərinə qarşı müsbət fikirdə olmaları [aralarında dostluq və səmimiyyətin bərqərar olunması üçün] ən başlıca me᾽yar hesab olunur. Lakin bunu da bilməliyik ki, hər şeydə oluduğu kimi, hüsni-zənnin də müəyyən həddi-hüdudu vardır. Bu həddi keçdikdə heç də müsbət xüsusiyyət hesab olunmur.

Bunun üçün də hər şeydən əvvəl nə zaman bədbin və nə zaman nikbin olmağımızı bilməliyik.

Mə᾽sum imamlardan nəql olunmuş rəvayətlərdə bunun üçün ən başlıca şərt cəmiyyətdə haqq-ədalətin bərqərar olunması, zülm, fitnə-fəsadın aradan götürülməsi və insanlar arasında sülh və əmin-amanlığın bərpa olunması hesab olunur. Belə ki, əgər cəmiyyətdə haqq-ədalət zülm və ədalətsizliyə, sülh və əmin amanlıq ixtilaf və qarşıdurmalara qalib gələrsə hüsni-zənn öz yerini tapacaqdır. Әksinə, zülm və pozğunluq baş alıb gedərsə, əməli-saleh insanları tanımaq bir o qədər də asan olmayacaqdır. Belə bir şəraitdə ictimai münasibətlər də müsbət bir xüsusiyyət kimi öz yerini tapa bilməyəcəkdir.

Әli (ə) bu məsələyə işarə edərək buyurur:

Düzgünlük insanlar və zəmanəyə hakim olduğu zaman günahı olmadığı bir şəxs başqa birisinə qarşı bədbin olarsa, sanki ona zülm etmiş olur. Zülm və ədalətsizlik baş alıb getdikdə isə biri başqasına qarşı yaxşı fikirdə olarsa, özünü aldanmış hesab etsin».1

Imam Kazim (ə) buyurur:

Zülm və ədalətsizlik haqq-ədalətə qalib gəldiyi zaman yaxşı insan olduğunu bilmədən biri digəri barədə yaxşı fikirdə olmamalıdır [hüsni-zənn etməməlidir].2

Imam Hadi (ə) buyurur:

Haqq-ədalət öz yerini tapdığı zaman kimliyini tanımadan kimsə digərinə qarşı bədbin olmamalıdır. Zaman dəyişib, zülm və ədalətsizlik haqq-ədalətə hakim olduqda isə şəxsin əməli-saleh bir insan olduğunu bilmədikdə kimsəyə hüsni-zənn olunmamalıdır.3

E᾽timad və hüsni-zənnə lazım olan şərtlərdən biri də tərəf müqabilinin xəyanətə yol verməməsidir. Belə ki, həmin şəxs xəyanət etdikdə öz e᾽tibarını itirmiş olur və belə bir şəraitdə e᾽timad və hüsni-zənn olunmamalıdır.

Imam Sadiq (ə) bu haqda buyurur:

Sizə xəyanət edən şəxslərə e᾽timad etməməli, əmin olduğunuz (güvəndiyiniz) şəxslərə də töhmət vurmamalısınız.4

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]