- •Birinci dәrs
- •Islam ictimai dindir
- •Camaat namazi
- •Cümә namazi
- •Xeyirli işlәrә dә᾽vәt, pis işlәrdәn çәkindirmәk
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Ikinci dәrs
- •Islam qardaşliği
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Valideynin hüququ
- •Xoşa gәlmәz rәftarlardan çәkinmәk
- •Mehribançiliq
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Qohum-әqrәba ilә gözәl ünsiyyәt
- •Qohumluq әlaqәlәrinin kәsilmәsi
- •Qonşunun әzab-әziyyәti
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Altinci dәrs әxlaqi davranişlar
- •Gözәl xüsusiyyәt
- •Әxlaq vә gözәl davranişin nәticәlәri
- •Tәvazökarliğin әlamәt vә lazimi hәddi
- •Tәvazökarliğin nәticәlәri
- •Әhdә vәfa etmәyin әhәmiyyәti
- •Çixiş yolu nәdәdir?
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Onuncu dәrs sәbirli vә tәmkinli olmaq (2)
- •Sәbirli vә tәmkinli olmaq haqda nәql olunmuş rәvayәtlәr
- •Qәzәbin yatirilmasi haqda nәql olunmuş rәvayәtlәr
- •Sәbirli vә tәmkinli olmağin hәddi-hüdudu
- •Tәmkinli davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On birinci dәrs
- •Hansi şәraitdә әfv vә güzәşt olunmalidir
- •Әxlaqi incәlik
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Zaraft vә gülәrüzlülük
- •Zarafat
- •Zarafatin müsbәt xüsusiyyәt olduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Zarafatin mәnfi tә᾽sir qoyduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Çәtinliklәrin hәlli
- •Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk
- •Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On yeddinci dәrs
- •Müsәlmanlarin xәstәlәrin görüşünә getmәlәrinә sövq olunmalari
- •Görüş zamani riayәt olunmasi lazim olan şәrtlәr
- •1. Hədiyyə;
- •2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
- •3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On sәkkizinci dәrs müsәlmanlarin sevinc vә kәdәrindә şәrik olmaq
- •Ziyafәt (qonaqliq)
- •Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirminci dәrs salam
- •Salam vermәyin qaydalari
- •Eyb vә nöqsanlar
- •Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
- •Qeybәtin tә᾽rifi
- •Qeybәtin harmliği
- •1. Vicdan rahatlığı;
- •3. Məsxərə və istehza;
- •5. Başqaları ilə həmrə᾿ylik;
- •6. Təhlükənin qarşısını almaq;
- •Qeybәtin istisna hallari
- •Qeybәtә qulaq asmaq
- •Bәdgümanliq
- •Bәdgümanliğin verdiyi nәticәlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi yeddinci dәrs mәsxәrә vә xәbәrçilik
- •Xәbәrçilәrlә rәftar vә davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi sәkkizinci dәrs
- •Hәsәdin tә᾽rifi vә növlәri
- •Qur᾽anin hәsәdә olan baxişi
- •Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda
- •Hәsәdә sәbәb olan amillәr
- •1. Xəbislik;
- •2. Düşmənçilik;
- •3. Məqam və var-dövlət sevgisi;
- •6. Xudpəsəndlik;
- •Yalanin tә᾽rifi
- •Qur᾽anin yalana olan baxişi
- •Yalan - hәdis vә rәvayәtlәrdә
- •Qur᾽anda düzlük vә sәdaqәt
- •Icazә verilәn yalanlar
- •1. Zəruri hallar;
- •2. Islah və vasitəçilik;
- •3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
- •4. Zarafat məqsədilə deyilən yalanlar.
- •Tövriyyә
- •Birinci cildin sonu
Qeybәtә qulaq asmaq
Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.
Peyğəmbər (s) bu haqda buyurur:
Qeybətə qulaq asan şəxs qeybət edənlər kimidir.
Imam Sadiq (ə) buyurur:
Qeybət küfr kimi (böyük) ağır günah, qeybətə qulaq asmaq və deyilənlərdən razı qalmaq isə şirk ilə bərabərdir.1
Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə mö᾽minlərin qeybəti olunarkən imkan daxilində onları müdafiə etməyə tövsiyə olunur.
Peyğəmbər (s) bu haqda buyurur:
Iştirak etdiyi məclislərdə qeybəti olunan mö᾽min qardaşlarını müdafiə edən şəxsləri Allah-taala min xoşagəlməz hadisədən qoruyar.2
Onları müdafiə etməyə qadir olmadıqda isə hökmən həmin məclisləri tərk etmək lazımdır.
DӘRSIN XÜLASӘSI
Qeybətə səbəb olan amillər bunlardan ibarətdir: Vicdan rahatlığı, məsxərə və istehza, başqaları ilə həmrə᾽ylik, həsəd, təhlükənin qarşısını almaq, təəccüb və rəhm.
Şikayət, məsləhət, xəbərdarlıq, fitnə-fəsadın qarşısını almaq, və s. bu kimi hallar qeybət hesab olunmur. Qeybətə qulaq asmaq da qeybətin özü kimi haram və böyük günahlardandır.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Qeybətə səbəb olan amillərdən ikisini izah edin.
2. Şikayət zamanı nə üçün qeybətə izazə verilir?
3. Bid᾿ətçilərin qeybət olunması nə üçün istisna olunur?
IYIRMI ALTINCI DӘRS
TÖHMӘT VӘ BӘDGÜMANLIQ
Töhmət:
Ictimai münasibətlərdə ən pis xüsusiyyətlərdən biri də başqalarına töhmət vurub böhtan atmaqdır.
Bir qədər əvvəl qeybətin tə᾽rifində qeyd etdik ki, qeybət — başqalarının eyb və nöqsanlarını camaata aşkar etməkdən ibarətdir. Töhmət isə insanlarda olmayan eyb, nöqsan, günah və xoşagəlməz xüsusiyyətləri onlara aid etməkdən ibarətdir. Qeybətlə töhmət arasındakı fərqi nəzərə alıb belə bir nəticəyə gələ bilərik ki, töhmət qeybətdən də böyük günahdır.
Qur᾽an ayələrinə və bu məzmunda nəql olunmuş hədis və rəvayətlərə nəzər salaraq bu həqiqəti daha yaxından dərk etmək olar.
Nisa surəsinin 112-ci ayəsində deyilir:
«Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar [günah üstündən günah qazanar]».
Peyğəmbər (s) bu haqda buyurur:
Allah-taala mö᾽min bir qadın və ya kişiyə töhmət vuran şəxsləri qiyamət günü cəhənnəm odunun kənarında saxlayar ki, dediklərinə cavab versinlər».1
Imam Sadiq (ə) buyurur:
Mö᾽min öz mö᾽min qardaşına töhmət vurduğu zaman, buz suda əriyib aradan getdiyi kimi, qəlbindəki iman nuru eləcə məhv olub aradan gedər».2
Töhmət üç halda vurulur:
1. Hər hansı bir eyb və çatışmazlıq sübut olunmadan nəzərdə tutulan şəxsə ehtimal verərək aid edilmiş olsun.
2. Günah və çatışmamazlığın bir şəxsdə olmadığına yəqinlik hasil olunsa belə, inadkarlıq və ya düşmənçilik üzündən aid edilmiş olsun.
3. Şəxs özünə bəraət qazanmaq məqsədilə öz günah və çatışmazlıqlarını başqasına aid etmiş olsun. Müqayisə etməklə töhmətin hər birinin xüsusiyyətləri bəlli olur. Hərçənd onların hər bir nümunəsi böyük günahlardan hesab olunur.
Başqalarının şəxsiyyətinə xələl gəlməsin deyə və hamının şəxsiyyətinin toxunulmazlığına əmin olmaq üçün hər bir müsəlman töhmətin böyük günah olduğunu dərk etməli və bu mənfi xüsusiyyətdən uzaq olmağa çalışmalıdır. Cəmiyyət üzvləri bir-birlərinin hüquqlarını tapdaladıqları zaman töhmət, qeybət, intiqam almaq hissi adət halını alır və belə bir şəraitdə mə᾽nəvi saflıq haqda düşünməyə belə macal tapmayacaqdır.
Töhmətdən uzaq olmaqla yanaşı, hər bir cəmiyyət üzvünün üzərinə düşən vəzifələrdən biri də töhmətə şərait yaratmamalarıdır. Yə᾽ni hər bir şəxs öz rəftar və davranışlarına diqqət yetirməli və onlara töhmət vurmalarına şərait yaratmamalıdır.
Peyğəmbər (s) bu haqda buyurur:
Töhmətə hamıdan artıq o şəxslər layiqdir ki, başqalarına töhmət vuranlarla ünsiyyətdə olsun.1
Әli (ə) buyurur:
Töhmətə şərait yaradan şəxslər özlərindən başqa kimsəni müqəssir hesab etməməlidirlər.
Imam Cə᾽fər Sadiq (ə) buyurur:
Atam [Məhəmməd Baqir (ə)] məni yanına çağırıb buyurdu: Pis insanlarla ünsiyyətdə olanlar mə᾿nəvi cəhətdən sağlam qalmazlar. Xoşagəlməz yerə gedənlər və nə dediklərinin fərqinə varmayanlar isə daim peşimançılıq çəkərlər.1
