- •Birinci dәrs
- •Islam ictimai dindir
- •Camaat namazi
- •Cümә namazi
- •Xeyirli işlәrә dә᾽vәt, pis işlәrdәn çәkindirmәk
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Ikinci dәrs
- •Islam qardaşliği
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Valideynin hüququ
- •Xoşa gәlmәz rәftarlardan çәkinmәk
- •Mehribançiliq
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Qohum-әqrәba ilә gözәl ünsiyyәt
- •Qohumluq әlaqәlәrinin kәsilmәsi
- •Qonşunun әzab-әziyyәti
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Altinci dәrs әxlaqi davranişlar
- •Gözәl xüsusiyyәt
- •Әxlaq vә gözәl davranişin nәticәlәri
- •Tәvazökarliğin әlamәt vә lazimi hәddi
- •Tәvazökarliğin nәticәlәri
- •Әhdә vәfa etmәyin әhәmiyyәti
- •Çixiş yolu nәdәdir?
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Onuncu dәrs sәbirli vә tәmkinli olmaq (2)
- •Sәbirli vә tәmkinli olmaq haqda nәql olunmuş rәvayәtlәr
- •Qәzәbin yatirilmasi haqda nәql olunmuş rәvayәtlәr
- •Sәbirli vә tәmkinli olmağin hәddi-hüdudu
- •Tәmkinli davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On birinci dәrs
- •Hansi şәraitdә әfv vә güzәşt olunmalidir
- •Әxlaqi incәlik
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Zaraft vә gülәrüzlülük
- •Zarafat
- •Zarafatin müsbәt xüsusiyyәt olduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Zarafatin mәnfi tә᾽sir qoyduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Çәtinliklәrin hәlli
- •Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk
- •Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On yeddinci dәrs
- •Müsәlmanlarin xәstәlәrin görüşünә getmәlәrinә sövq olunmalari
- •Görüş zamani riayәt olunmasi lazim olan şәrtlәr
- •1. Hədiyyə;
- •2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
- •3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On sәkkizinci dәrs müsәlmanlarin sevinc vә kәdәrindә şәrik olmaq
- •Ziyafәt (qonaqliq)
- •Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirminci dәrs salam
- •Salam vermәyin qaydalari
- •Eyb vә nöqsanlar
- •Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
- •Qeybәtin tә᾽rifi
- •Qeybәtin harmliği
- •1. Vicdan rahatlığı;
- •3. Məsxərə və istehza;
- •5. Başqaları ilə həmrə᾿ylik;
- •6. Təhlükənin qarşısını almaq;
- •Qeybәtin istisna hallari
- •Qeybәtә qulaq asmaq
- •Bәdgümanliq
- •Bәdgümanliğin verdiyi nәticәlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi yeddinci dәrs mәsxәrә vә xәbәrçilik
- •Xәbәrçilәrlә rәftar vә davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi sәkkizinci dәrs
- •Hәsәdin tә᾽rifi vә növlәri
- •Qur᾽anin hәsәdә olan baxişi
- •Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda
- •Hәsәdә sәbәb olan amillәr
- •1. Xəbislik;
- •2. Düşmənçilik;
- •3. Məqam və var-dövlət sevgisi;
- •6. Xudpəsəndlik;
- •Yalanin tә᾽rifi
- •Qur᾽anin yalana olan baxişi
- •Yalan - hәdis vә rәvayәtlәrdә
- •Qur᾽anda düzlük vә sәdaqәt
- •Icazә verilәn yalanlar
- •1. Zəruri hallar;
- •2. Islah və vasitəçilik;
- •3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
- •4. Zarafat məqsədilə deyilən yalanlar.
- •Tövriyyә
- •Birinci cildin sonu
Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
And olsun ki, Qur᾽an mənə gəldikdən sonra məni ondan [Qur᾽ana iman gətirməkdən] o sapdırdı. Şeytan insanı [yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra] yalnız buraxar [zəlil, rüsvay edər]».
Ayələrin məzmununa nəzər saldıqda fasiq insanların dostluqda qoyduqları mənfi tə᾽sir açıq-aşkar bəlli olur.
Göründüyü kimi burada bir daha Peyğəmbərə (s) müsbət münasibət bəsləməyən şəxslərlə dostluq əlaqələrinə son qoyulmasına əmr olunur.
Imam Cə᾽fər Sadiq (ə) bu haqda buyurur:
Nasibilərlə ünsiyyətdə olduğun və ya onların məclislərində iştirak etdiyin zaman özünü elə apar ki, sanki səni qaynar daşın üzərində oturtmuşlar (yə᾽ni mümkün qədər onların məclislərini tez tərk etməyə çalış). Çünki Allah-taala onları lə᾽nətləmiş və nifrin etmişdir. Mə᾽sum imamlar (ə) haqda xoşagəlməz sözlər söylədikdə tez onların məclislərini tərk edin. Çünki, Allah-taala elə həmin an onlara bəla nazil edər.1
«Ilahi övliyaları təhqir edib onlara xoşagəlməz sözlər deyən şəxslərlə eyni məclisdə iştirak etmək günah və Allaha itaətsizlik sayılır». (Həmin mənbə 50-ci səh.)
Allaha və axirət gününə iman gətirən şəxs Mə᾽sum imamlara və mö᾽minlərə eyb və nöqsan tutulan, onların ünvanına xoşagəlməz sözlər deyilən məclislərdə iştirak etməməldir».2
3. Üçüncü dəstəyə aid olan şəxslər dinin əsaslarına şəkk ilə yanaşanlar və bid᾿ətçilərdir.
Peyğəmbər (s) bu haqda buyurur:
Məndən sonra dinə şəkk ilə yanaşanlara və bid᾿ətçilərə qarşı öz nifrət hissinizi aşkar edin. Tənqid və təhqir etməklə onların cavabını verin ki, dində fitnə-fəsad törətməyə və insanları dindən uzaqlaşdırmağa cəsarət etməsinlər.
Allah-taala sizin üçün böyük mükafatlar və axirət dünyasında yüksək məqamlar nəzərdə tutmuşdur.3
Imam Cə᾽fər Sadiq (ə) buyurur:
Bid᾿ətçilərlə ünsiyyətdə olub məclislərində iştirak etməyin ki, camaat sizi onlardan biri hesab edər.
Peyğəmbər (s) buyurur:
Hər bir şəxs özünə layiq şəxslərlə dostluq və yoldaşlıq edər.4
4. Dördüncü dəstəyə aid olanlar fasiq və günahkarlar, Allahın hökm və əmrindən çıxan şəxslərdir.
Әli (ə) buyurur:
Müsəlman bir şəxsə fasiq və dinsiz adamlarla dostluq və qardaşlıq münasibətləri bərqərar etmək yaraşmaz. Çünki, onun gördüyü bütün işlər öz nəzərində gözəl və tə᾽rifə layiqdir. Bunun üçün də dostluq etdiyi əməli-saleh müsəlmanın özü kimi olmasını istər. Nə dünya, nə də axirətdə onun müsəlmana bir xeyiri dəyməyəcəkdir. Әksinə, vaxtaşırı müsəlmanın yanına gediş-gəliş etməsi ona rüsvayçılıqdan savayı bir şey nəsib etməyəcəkdir.1
Imam Cə᾽fər Sadiq (ə) bu haqda buyurur:
Müsəlmanlara [tərk etməyə qadir olduqları təqdirdə] haram məclislərdə iştirak etmək yaraşmaz.2
Әli (ə) buyurur:
Әməli-saleh insanların fasiqlərlə ünsiyyətdə olmaları camaatda əməli-saleh şəxslər haqda yanlış təsəvvür yaranmasına səbəb olur. Әməli-saleh şəxslərin bir-birləri ilə ünsiyyətdə olmaları isə fasiqləri əməli-saleh və xeyirxah insanlara yaxınlaşdırır. Әməli-saleh insanların günahkarlarla ünsiyyətdə olmaları onları günahkarlara daha da yaxınlaşdırır. Hansı dinə mənsub olduğunu bilmədiyiniz bir şəxs sizinlə [qısa bir zamanda] ünsiyyətdə olduğu zaman onun yoldaşlıq etdiyi şəxslərin kimliyinə diqqət yetirin. Әgər ilahi dində olarlarsa bilin ki, o da dindar və iman sahibidir. Yox əgər ilahi dinlərdən uzaq olarlarsa bilin ki, o da dindən heç bir bəhrə əldə edə bilməyib.
Peyğəmbər (s) buyurur:
Allaha və axirət gününə iman gətirən şəxs kafirlərlə dostluq, fasiqlərlə isə ünsiyyətdə olmamalıdır. Kafir və fasiqlərlə dostluq və ünsiyyətdə olan şəxslər özləri kafir və fasiq olacaqlar.3.
Başqa bir hədisdə buyurur:
Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.4
Yə᾽ni onlarla ünsiyyətdə olduqda insanın özü də fasiq olacaqdır.
5. Beşinci hissəyə aid olan şəxslər din, əxlaq, davranış və düşüncələrində nöqsan və çatışmazlıq olan kəslərdir. Onlar [dində] fitnə-fəsad törətməsələr də [fasiq olmasalar da] yalan, paxıllıq, vəfasızlıq, həyasızlıq kimi mənfi və xoşagəlməz xüsusiyyətlərə malik olarlar.
Әli (ə) bu haqda buyurur:
Müsəlman bu üç [xüsusiyyətə malik olan] şəxslərlə - yalançı, nadan və əxlaqsız adamlarla səmimi [qardaşlıq] münasibətdə olmamalıdır.1
Həmçinin imam Baqir (ə) buyurur:
Atam Әli ibni Hüseyn bir gün məni yanına çağırıb dedi: Oğlum, beş şəxslə ünsiyyətdə olmamağı sənə tövsiyə edirəm. Onlarla nə həmsöhbət ol və nə də yoldaşlıq et. Atamdan onların kim olduğunu soruşduqda buyurdu: Yalançılarla həmsöhbət olma. Onların söylədikləri hər bir söz ilğıma bənzər. Yaxını sənə uzaq, uzağı isə yaxın göstərər. Fasiqlərlə də ünsiyyətdə olmaqdan çəkin. Onlar səni bir tikə yeməyə və ya ondan da dəyərsiz bir şeyə satmağa hazır olarlar. Paxıllardan uzaq olmağa çalış. Çünki bir şeyə ehtiyac duyduğun zaman öz mallarını səndən əsirgəyərlər. Nadan və cahillərlə də ünsiyyətdə olma. Çünki onlar sənə xeyir vermək istəyərlər, lakin ziyan yetirərlər. Qohumluq əlaqələrini kəsən şəxslərdən də uzaq olmağa çalış. Çünki Allah-taala onları Öz kitabında [Qur᾽ani-Kərimdə] lə᾽nətləmişdir.2
Sonra imam Baqir (ə) misal olaraq Məhəmməd surəsinin 22-23-cü, Rə᾽d surəsinin 25-ci və Bəqərə surəsinin 21-ci ayələrini tilavət etdi.3
Dörd şey hədərə gedər, onlardan birincisi vəfasızlarla dostluqdur.4
Imam Baqir (ə) buyurur:
Bu dörd şəxsdən - nadan, paxıl, qorxaq və yalançı adamlardan daim uzaq olmağa çalışın. Nadanlar sənə xeyir vermək istəyər, amma zərər yetirərlər, paxıllar daim səndən almaq istəyər, verməyə gəldikdə isə xəsislik edərlər, qorxaqlar (xətərlə üzləşdikdə) səni və öz doğma ata-anasını qoyub qaçmağa belə hazır olarlar. O ki, qaldı yalançılara, onlar düz danışsalar da, dediklərinə inanma».1
DӘRSIN XÜLASӘSI
Islam fasiq insanların qarşılıqlı ünsiyyətdə mənfi tə᾽sir qoyduqlarını və cəmiyyətdə fitnə-fəsad törətdiklərini nəzərə alıb mö᾽minlərə onlarla dostluq əlaqələri yaratmağı və səmimi münasibətdə olmağı qətiyyətlə yasaq edir.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Nə üçün hamı ilə dostluq etmək olmaz?
2. Sağlam əqidəyə malik olmayan şəxslərlə ünsiyyətdə olmağın nə kimi nöqsanı vardır?
3. Üqbə ibni Әbi Muitin əhvalatından hansı nəticələri əldə etmək olar?
IYIRMI DÖRDÜNCÜ DӘRS
QEYBӘT (1)
Altıncı dərsdə qeyd etdik ki, islam cəmiyyətində sağlam ünsiyyət və münasibətlər bir sıra əxlaqi me᾽yarlar əsasında formalaşmışdır. Onlardan bir qismi müsəlmanların [gündəlik] ictimai həyatlarında riayət etməli olduqları ədəb qaydalarıdır. Təvazökarlıq, insaf, gülərüzlük, əhdə vəfa və s. xüsusiyyətləri buna misal göstərmək olar. Ötən dərslərimizdə biz onların hər biri haqda ətraflı söhbət açdıq.
Digər dəstəyə isə o xüsusiyyətlər daxildir ki, müsəlmanların bu xoşagəlməz xüsusiyyətlərə malik olmaları ictimai əlaqələrin pozulmasına səbəb olur. Bu səbəbdən də bu xüsusiyyətlərin tərk olunması islam ictimai ədəb qaydalarının əsas şərtlərindən biri hesab olunur. Hər bir müsəlman şər᾽i vəzifə olaraq bu xüsusiyyətlərdən uzaq olmağa çalışmalıdır. Onlar buna nail olduqda qurduqları ictimai əlaqələr möhkəm və sağlam olacaqdır. Bu dərsdən e᾽tibarən kitabın sonunadək bu xüsusiyyətlər haqda söhbət açacağıq.
Bu xoşagəlməz xüsusiyyətlərdən ən başlıcası «qeybətdir». Bu haqda bir neçə məsələ barəsində danışmaq lazımdır.
