
- •Birinci dәrs
- •Islam ictimai dindir
- •Camaat namazi
- •Cümә namazi
- •Xeyirli işlәrә dә᾽vәt, pis işlәrdәn çәkindirmәk
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Ikinci dәrs
- •Islam qardaşliği
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Valideynin hüququ
- •Xoşa gәlmәz rәftarlardan çәkinmәk
- •Mehribançiliq
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Qohum-әqrәba ilә gözәl ünsiyyәt
- •Qohumluq әlaqәlәrinin kәsilmәsi
- •Qonşunun әzab-әziyyәti
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Altinci dәrs әxlaqi davranişlar
- •Gözәl xüsusiyyәt
- •Әxlaq vә gözәl davranişin nәticәlәri
- •Tәvazökarliğin әlamәt vә lazimi hәddi
- •Tәvazökarliğin nәticәlәri
- •Әhdә vәfa etmәyin әhәmiyyәti
- •Çixiş yolu nәdәdir?
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Onuncu dәrs sәbirli vә tәmkinli olmaq (2)
- •Sәbirli vә tәmkinli olmaq haqda nәql olunmuş rәvayәtlәr
- •Qәzәbin yatirilmasi haqda nәql olunmuş rәvayәtlәr
- •Sәbirli vә tәmkinli olmağin hәddi-hüdudu
- •Tәmkinli davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On birinci dәrs
- •Hansi şәraitdә әfv vә güzәşt olunmalidir
- •Әxlaqi incәlik
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Zaraft vә gülәrüzlülük
- •Zarafat
- •Zarafatin müsbәt xüsusiyyәt olduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Zarafatin mәnfi tә᾽sir qoyduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Çәtinliklәrin hәlli
- •Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk
- •Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On yeddinci dәrs
- •Müsәlmanlarin xәstәlәrin görüşünә getmәlәrinә sövq olunmalari
- •Görüş zamani riayәt olunmasi lazim olan şәrtlәr
- •1. Hədiyyə;
- •2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
- •3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On sәkkizinci dәrs müsәlmanlarin sevinc vә kәdәrindә şәrik olmaq
- •Ziyafәt (qonaqliq)
- •Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirminci dәrs salam
- •Salam vermәyin qaydalari
- •Eyb vә nöqsanlar
- •Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
- •Qeybәtin tә᾽rifi
- •Qeybәtin harmliği
- •1. Vicdan rahatlığı;
- •3. Məsxərə və istehza;
- •5. Başqaları ilə həmrə᾿ylik;
- •6. Təhlükənin qarşısını almaq;
- •Qeybәtin istisna hallari
- •Qeybәtә qulaq asmaq
- •Bәdgümanliq
- •Bәdgümanliğin verdiyi nәticәlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi yeddinci dәrs mәsxәrә vә xәbәrçilik
- •Xәbәrçilәrlә rәftar vә davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi sәkkizinci dәrs
- •Hәsәdin tә᾽rifi vә növlәri
- •Qur᾽anin hәsәdә olan baxişi
- •Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda
- •Hәsәdә sәbәb olan amillәr
- •1. Xəbislik;
- •2. Düşmənçilik;
- •3. Məqam və var-dövlət sevgisi;
- •6. Xudpəsəndlik;
- •Yalanin tә᾽rifi
- •Qur᾽anin yalana olan baxişi
- •Yalan - hәdis vә rәvayәtlәrdә
- •Qur᾽anda düzlük vә sәdaqәt
- •Icazә verilәn yalanlar
- •1. Zəruri hallar;
- •2. Islah və vasitəçilik;
- •3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
- •4. Zarafat məqsədilə deyilən yalanlar.
- •Tövriyyә
- •Birinci cildin sonu
Ziyafәt (qonaqliq)
Yaxın dost və tanışlar görüşümüzə gəldikləri zaman imkan daxilində süfrə açıb onlara qonaqlıq vermək istəyirik. Vaxtaşırı bu kimi məclislərin təşkil olunması müsəlmanlar arasında dostluq və səmimiyyətin artmasına səbəb olur. Onlar hal-əhval tutub bir-birlərinin vəziyyətləri ilə maraqlanırlar. Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və Mə᾽sum imamlar (ə) müsəlmanları bu xeyirxah işə də᾿vət edərək bu işlərin davam etdirilməsini tövsiyə etmişlər.
Peyğəmbər (s) bu haqda buyurur:
«Qonaq gəlməyən evlərə mələklər də daxil olmaz».2
«Qonaqlıq verməyən şəxslərin [malında, dövlətində] xeyir-bərəkət olmaz».3
Peyğəmbər (s) qonaqdan (qonaq qəbul etməkdən) razı qalmayan və onları sevməyən şəxslərin Allahdan narazı qaldıqlarını hesab edir. Bu haqda buyurur:
«Qonaq gəldikdə özünüzü çox zəhmətə salmayın ki, onlara qarşı qəlblərinizdə kin-küdurət yaratmış olarsınız. Qonaqdan narazı qalan şəxslər Allahdan narazı qalmış olarlar və kim Allahdan narazı qalsa, Allah da ondan narazı qalar».4
Başqa bir hədisdə buyurur:
«Qonaq öz ruzisini özü ilə gətirir və gedərkən ev sahibinin günahlarını özü ilə aparır».5
Әli (ə) buyurur:
«Allah-taala bir şəxsi var-dövlət sahibi edərsə, qohum-əqrəbaya əl tutub onlara ziyafət verməlidir».1
Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
Islam nöqteyi-nəzərindən qonaqlıqda riayət olunması lazım olan müəyyən şərtlər vardır.
Onlardan daha çox əhəmiyyət kəsb edən şərtlərdən bir neçəsini qeyd edirik:
1. Hər bir müsəlman təqvanı ən başlıca me᾽yar götürərək ziyafət və qonaqlıq verdikdə də bu məsələyə xüsusi diqqət yetirməlidir. Belə ki, o fasiq və günahkar şəxsləri öz məclisinə gətirməməli və eyni zamanda onların da də᾽vətini qəbul etməməlidir. Qonaqlığa çağırdığı şəxslər mö᾽min, pəhrizkar və əməli-saleh şəxslər olmalıdır. Peyğəmbər (s) bu haqda buyurur:
«Pəhrizkarlardan başqa bir kimsənin yeməyini yeməməli və onlardan savayı bir kimsə də sənin yeməyini yeməməlidir. Fasiq insanların verdiyi yeməkləri yeməyin». (Biharul-ənvar, 11-ci cild, 4-cü fəsil, 2-ci hədis.)
«Allaha xatir sevdiyiniz şəxslərə yeyib-içdiyiniz şeylərdən qonaqlıq verin».2
Digər me᾽yarlardan biri də əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi, varlıların yoxsullardan üstün tutulmamasıdır.
2. Qonaqlığa də᾽vət etdikdə də adi halda olduğu kimi məclisdə iştirak edənlərin yoxsul və ya varlı olmalarına diqqət yetirilməməlidir. Әgər ev sahibi mö᾽min və təqvalı olarsa, onun varlı və ya yoxsul olmasına baxmayaraq də᾽vətini qəbul edib, təşkil etdiyi ziyafət məclisində iştirak etmək lazımdır. Nəql olunmuş rəvayətlərin birində deyilir: «Bir gün imam Həsən Müctəba (ə) bir məhəllədən keçərkən bir neçə yoxsul dilənçinin yolun kənarında yemək yediyini görür. Onlar imam Həsən (ə)-ı öz kasıb süfrələrinə də᾽vət edirlər. Imam (ə) onların də᾽vətini qəbul edib buyurur: «Bəli, Allah-taala lovğaları, özünü başqalarından üstün tutanları sevmir. O həzrət (ə) atından enib onlarla birlikdə yemək yeyir, sonra atını minib yoluna davam edir.
Yolun uzaqlığı da də᾽vətin qəbul olunması üçün bəhanə olmamalıdır. Әvvəlki dərsimizdə qeyd etdik ki, Peyğəmbər (s) yolun və fasilənin uzaq olmasına baxmayaraq müsəlmanların də᾽vətinin qəbul olunmasına tə᾽kid etmişdir.
3. Qonaq məclisə daxil olarkən məclisin yuxarı başında və ən yaxşı yerdə oturmaq fikrində olmamalıdır. Təvazökarlıqla ev sahibinin göstərdiyi yerdə əyləşib başqalarının əziyyətə salmamalıdır.
4. Ev sahibi qonağa iş buyurmamalıdır. Qonaq hər hansı bir iş görmək istədikdə Imam Sadiq (ə) ona mane olar və həmin işi özü görüb buyurardı: «Peyğəmbər (s) qonağa iş buyurmağı qadağan etmişdir».1
5. Ev sahibi özünü və ailə üzvlərini qonağa görə məşəqqətə salmamalıdır. Rəvayətlərdən birində deyilir: Bir şəxs Әli (ə)-ı evinə də᾽vət edir. O həzrət buyurur: «Də᾽vətini o zaman qəbul edərəm ki, bu üç şərtə riayət etmiş olasan». Onların nədən ibarət olduğunu soruşduqda Әli (ə) buyurur: «Mənə görə nə eşikdən bir şey alacaqsan, nə bir şey ehtiyatda saxlayacaqsan və nə də ailəni məşəqqətə salacaqsan».2
Həmin şəxs razılığını bildirdikdə Әli (ə) onun də᾽vətini qəbul edir.
Ümumiyyətlə böyük xərc tələb edən ziyafət və qonaqlıqlar həqiqi dostluq və qardaşlıq prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki, bu kimi qonaqlıqları təşkil etmək hər zaman hamıya müyəssər olmur. Bu isə onların utanıb xəcalət çəkməsinə səbəb olur. Nəticədə dostlar arasında soyuqluq yaranır və gediş-gəliş azalır. Bu kimi qonaqlıqların qoyduğu mənfi tə᾽sirlərdən biri də varlı təbəqə arasında rəqabətin yaranmasıdır. Belə ki, onlardan hər biri təşkil etdikləri məclislərin mümkün qədər təmtəraqlı və başqalarından daha rəngarəng olmasına can atır. Beləliklə, səmimiyyət və mehribançılıq vasitəsi olan qonaqlıq rəqabət və qarşıdurma amilininə çevrilir.
6. Ev sahibi hamıdan tez yeməyə başlamalı və hamıdan gec süfrədən çəkilməlidir. Imam Sadiq (ə) bu haqda buyurur:
«Peyğəmbər (s) süfrə başında məclis əhli özünü rahat hiss etsin deyə hamıdan tez yeməyə başlar və əlini hamıdan gec süfrədən çəkərdi ki, doymayanlar süfrədən uzaq düşməsinlər».1
7. Ev sahibi qonağı qapıyacan ötürməli və ondan tez-tez gediş-gəliş etməsini xahiş etməlidir. Qonaq da öz növbəsində ev sahibindən icazə aldıqdan sonra getməli və oranı gülərüzlə tərk etməlidir.