Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Din Təlimi-1.doc
Скачиваний:
10
Добавлен:
01.05.2025
Размер:
1.14 Mб
Скачать

Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi

Ictimai çatışmazlıqların aradan qaldırılmasında hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biri də onun mö᾽minlər arasında sülh və əmin-amanlıq, asayiş və səmimiyyətin bərqərar olunmasında əlindən gələn köməkliyi göstərməsidir. Bu məzmunda nəql olunmuş rəvayət və Qur᾽an ayələri haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, mö᾽minlərin bir-birləri ilə əlaqələrini kəsmələri və yaranmış cüz᾽i ixtilaflar nəticəsində bir-birlərinə düşmən kəsilərək soyuq münasibət bəsləmələri heç də müsəlmana xas olan xüsusiyyətlərdən deyildir.

Peyğəmbər (s) bu barədə buyurur:

Iki nəfər müsəlman şəxs üç gündən artıq bir-birindən küsülü qalsalar dindən xaric olmuş olarlar. Onlardan biri digəri ilə barışmayınca aralarında dini münasibətlər bərqərar olunmayacaq. Axirətdə isə həmin şəxs cənnətə daha tez daxil olar.1

Imam Sadiq (ə) buyurur:

Bir-birindən küsən iki nəfər müsəlman şəxs (xüsusilə müqəssir olanı) qəzəb və nifrətdən savayı bir şey əldə etməz.2

Nəql olunmuş rəvayətlərdə müsəlmanlar arasında kin-küdurət və düşmənçiliklərin şeytani vəsvəsələrdən meydana gəldiyi göstərilir. Bu rəvayətlərdə müsəlmanlara Şeytanın vəsvəsələrinə uymamaq tövsiyə olunur və bunun verdiyi ağır nəticələr haqda ciddi xəbərdarlıqlar edilir.

Maidə surəsinin 91-ci ayəsində deyilir:

«Şübhəsiz ki, Şeytan aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...»

Imam Baqir (ə) buyurur:

Dinindən çıxmayınca Şeytan müsəlmanlar arasında düşmənçilik yaratmağa çalışar. Istəyinə nail olduqda arxası üstə uzanıb dərindən nəfəs alıb deyər: Qalib gəldim.

Imam Baqir (ə) sonra əlavə edərək buyurur:

Allahın rəhmət və mərhəməti şamil olsun o kəslərə ki, bizim dostlar arasında səmimiyyətin artmasına səbəb olur. Ey mö᾽minlər! Bir-birinizlə mehribanlıqla rəftar edin və aranızdakı səmimiyyətin güclənməsinə çalışın.3

Imam Sadiq (ə) buyurur:

Iki nəfər müsəlman bir-biri ilə küslü olduğu zaman Iblis sevinc hissi keçirər. Barışdıqda isə dizləri titrəyib yerə yıxılaraq fəryad edər: Vay halıma, artıq həlak oldum!1

Yuxarıda qeyd olunan rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, müsəlmanlar arasında kin-küdurətin yaranmasına səbəb olan ən başlıca amil onların bir-birləri ilə əlaqələrini kəsmələri və qəlblərində şeytani vəsvəslərin güclənməsidir. Onlar dostluq və səmimiyyətin güclənməsinə nə qədər çalışırlarsa, şeytani vəsvəsələrin və kin-küdurətin aradan qaldırılması üçün də bir o qədər cəhd göstərməlidirlər.

Qur᾽ani-Kərimdə buyurulur:

«Həqiqətən, mö᾽minlər [dində] qardaşdırlar. Buna görə də [aralarında bir mübahisə düşsə] iki qardaşınızın arasını düzəldin...»2

«...Buna görə də əgər [həqiqi] mö᾽minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin...»3

«Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə [axirətdə] böyük mükafat verəcəyik!»4

Peyğəmbər (s) buyurur:

Allahın və Onun peyğəmbərinin sevdiyi sədəqənin nədən ibarət olduğundan sizi agah etməyimi istəyirsinizmi? Bu mö᾽minlər arasında soyuq münasibətlərin aradan qaldırılması və yenidən səmimiyyətin bərpa olunmasına cəhd göstərməkdir.5

Şeybə həmin hədisi imam Sadiq (ə)-dan nəql edir:

Allah-taalanın sevdiyi sədəqə mö᾽minlər arasında soyuq münasibətlər yarandığı zaman yenidən onların dostluq və səmimiyyətlərin artması üçün çalışmaqdan ibarətdir.1

Әli (ə) vəfat etməzdən əvvəl oğlanları Həsən və Hüseyn (ə)-a bu vəsiyyəti edir:

Sizləri, övladlarınızı, bütün qohum-əqrəbalarımı və mənim vəsiyyətnaməmi oxuyan bütün şəxsləri işlərində nizam-intizama hidayət etməyə, pəhrizkar olmağa və bir-birinizə səmimi münasibət bəsləməyə tövsiyə edirəm. Babanız Peyğəmbər (s) buyurardı:

[Dost və qohum-əqrəbanın bir-birləri ilə] gözəl münasibətdə olmaları bir illik qılınan namaz və tutulan orucdan daha yaxşıdır.2

Qeyd olunan ayə və rəvayətlərdən müsəlmanlar arasında kin-küdurətin aradan qaldırılmasının, dostluq və səmimiyyətin yenidən bərpa olunmasının əhəmiyyəti açıq-aşkar bəlli olsa da, bu xeyirxah işin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi haqda iki mühüm mətləbə işarə etmək lazımdır:

1. Mə᾽sum imamlar bu məsələyə o qədər böyük əhəmiyyət vermişlər ki, hətta müsəlmanlar arasında yaranmış ixtilafların aradan qaldırılması üçün müəyyən büdcə də ayırmışlar. Belə ki, imam Sadiq (ə) Məfzəm adlı səhabəsinə belə bir göstəriş verir:«Müsəlmanlar arasında ixtilaf və qarşıdurmanın yarandığını gördüyün zaman onların xəsarətini mənim pulumdan ödə.3

Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir:

Imam Sadiq (ə)-ın tərəfdarlarından olan Әbu Hənifə Həcc ziyarətinə gələn zəvvarların karvanlarına baxar və onlara xidmət edərdi. O deyir: Bir gün kürəkənimlə mənim aramda irs barədə mübahisə meydana gəldi. Elə bu zaman Məfzəl bizə tərəf gəlib işin nə yerdə olduğu haqda maraqlanmağa başladı. O bizimlə bir qədər söhbət etdikdən sonra hər ikimizi evinə də᾽vət etdi. Evinə getdikdə dörd yüz dirhəm gətirib aramızdakı narazılığı həll etdi və razı qaldığımızı soruşduqda biz də tam razı qaldığımızı iqrar etdik. Məfzəl üzünü bizə tutub dedi: Sizə verdiyim pullar mənim öz pullarım deyildir. Onları mənə imam Sadiq (ə) həvalə edib ki, mö᾽minlər arasında narazılıq yarandığı zaman bu pullardan məsələni həll etmək üçün istifadə edim.

2. Bildiyimiz kimi yalan ən böyük günahlardan biri hesab olunmuş və Qur᾽ani-Kərimin bir çox ayə və nəql olunmuş onlarla hədis və rəvayətlərdə müsəlmanlara bu çirkin işdən çəkinmələrinə əmr edilmişdir.

Lakin bə᾽zi hallarda yalan danışmaqla müsəlmanlar arasında yaranmış ixtilaf və qarşıdurmaları həll etmək və bu kimi hallarda yalan danışmaq zəruri hala çevrilir. Imam Sadiq (ə) bu barədə buyurur:

Iki nəfər müsəlman şəxsin arasını düzəldən şəxs heç də yalançı deyildir. (Yə᾽ni onların arasını düzəldərkən yalan danışmış olarsa, onu yalançı hesab etmək olmaz).1

Imam Sadiq (ə) bu sözləri öz səhabələrindən birinə tövsiyə etmiş və onu digər iki nəfər şəxsin arasını düzəltməyə göndərmişdir. Həmin şəxs imam Sadiq (ə) özündən də bə᾽zi şeyləri əlavə etdikdə, bunun yalan olub-olmadığını soruşur. Imam Sadiq (ə) cavabında buyurur: Xeyr! Sənin niyyətin onların arasını düzəltmək olduğu üçün söyləyəcəyiniz şeylər heç də yalan deyildir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]