Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

«Lətərkəbunnə sunənə mən qəbləkum» hədisini nəql edən mənbələr

Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mö᾽təbər mənbələrdə də nəql olunmuşdur.

O cümlədən:

1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 218-ci səh) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql edir.

2. «E᾽tisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 151-ci səh. Hədisi belə nəql edir: (ərə)

3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-ən᾽ənələrini davam etmək» fəsli, 8-ci cild 51-ci səh).

4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni Abbasdan nəql edir.

Müəllifin bir yəhudi alimi ilə apardiği elmi mübahisə

Mən, yəhudi alimlərinin biri ilə «Yəhudi dininin dövranı arxada qaldığı və hal-hazırda heç bir mö᾽cüzəyə malik olmadığı haqda» fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət (din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər sizin nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Çünki, Musa (ə)-ın göstərdiyi mö᾽cüzələr yalnız öz dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini sabit edəcək mö᾽cüzələrdən heç bir əsər-əlamət qalmamışdır.

Əgər «Bu mö᾽cüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu açıq-aşkar bəyan edilmişdir.» desəniz, cavabında deyəcəyik: Əvvəla mö᾽cüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, nəql edən ravilərin sayı camaat tərəfindən mö᾽təbərliyini isbat edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa (ə)-ın mö᾽cüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə bilməzsiniz.

Digər tərəfdən isə, əgər yalnız mö᾽cüzələrin nəql olunması har hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu təkcə Musa (ə)-ın mö᾽cüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın mö᾽cüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın mö᾽cüzələrini, müsəlmanlar da öz peyğəmbərlərinin mö᾽cüzələrini nəql edəcəklər. Mö᾽cüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq var? Demək, başqalarının öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir peyğəmbərin göstərdiyi mö᾽cüzələr onun həqqaniyyətini sübuta yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin mö᾽cüzələri haqda nəql olunmuş rəvayətləri qəbul etmirsiniz?

Cavabında dedi: Yəhudilərin, Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir və onların mö᾽təbərliyini e᾽tiraf edirlər. Lakin, digər peyğəmbərlərin mö᾽cüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac vardır.

Cavabında dedim:

Düzdür, Musa (ə)-ın mö᾽cüzələrini müsəlmanlar və məsihilər hamılıqla qəbul edir. Lakin, onlar bu rəvayətləri yəhudilərin mö᾽təbər mənbələrindən deyil, öz peyğəmbərlərinin mö᾽cüzələr haqda verdikləri mə᾽lumatlardan əldə etmişlər. Müsəlmanlar və məsihilər Musa (ə)-ın mö᾽cüzələrini öz peyğəmbərlərinin ilahi mö᾽cüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər Məhəmmədin (s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması üçün göstərdiyi mö᾽cüzələri də heç cür təsdiq edə bilməyəcəklər.

Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. Əbədi mö᾽cüzəyə malik olan din varsa, o da müqəddəs islam dinidir. Onun mö᾽cüzəsi bütün dövr və millətlərə şamil olunur, qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz əzəmətini itirməyəcəkdir.

Biz bu əbədi mö᾽cüzə [Qur᾽anla] ilə islamı qəbul edib, onun həqqaniyyətini təsdiq etdik. İslamı qəbul edib həqqaniyyətini təsdiq etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-taala tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki, Qur᾽an və Peyğəmbər (s) onların həqqaniyyətini dəfələrlə təsdiq etmişdir. Belə bir nəticəyə gəlirik ki, Qur᾽an əbədi mö᾽cüzə olduğu üçün, bütün səmavi kitabların və ilahi peyğəmbərlərin həqqaniyyətini təsdiq etmiş və onlara lazımı qiymət vermişdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]