Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə əqli dəlillər

Qur᾽anın Peyğəmbərdən (s) sonrakı xəlifənin dövründə yığılmasına dəlalət edən rəvayətlər əql və dərrakə ilə də müvafiq deyildir. Peyğəmbərin (s) Qur᾽ana verdiyi əhəmiyyət, qiraət və yazılışı haqda nəql etdiyi hədislər, Qur᾽anın, hələ həzrət sağ ikən yığılmasını bir daha sübuta yetirir. Bir sözlə Qur᾽anın Peyğəmbərdən (s) sonrakı xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər istər tarixi sənədlər, istər Peyğəmbərin sünnəti, istərsə də müsəlmanların Qur᾽anın kamil yazılı nüsxəsinə olan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.

Çünki, Qur᾽an özünəməxsus xüsusiyyətləri ilə hər bir müsəlmanın diqqətini özünə cəlb edə bilmişdir. Qur᾽ana olan belə bir batini və fitri əlaqə istər böyüklərdə, istərsə də az yaşlı uşaqlarda böyük tə᾽sir qoymuşdur.

İndi isə sizi Qur᾽anın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin bə᾽ziləri ilə tanış edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Qur᾽anın hələ Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.

1. Qur᾽anin bəlağəti

Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şe᾽r, xütbələr əzbərləyir və onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar islamı qəbul etmiş şe᾽rsevər ərəblərin Qur᾽anın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı? O Qur᾽an ki, bəlağətli şe᾽rləri ilə şöhrət tapmış şe᾽r ustalarını mübarizə meydanına də᾽vət edir və onları özünün fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi.

Bəli, ərəblər (istər mö᾽min olsun, istərsə də kafir) Qur᾽ana xüsusi diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin, onların hər birinin öz arzu və hədəfi var idi. Mö᾽minlər, Qur᾽ana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə, Qur᾽anla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.

2. PEYĞƏMBƏR

Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona iman gətirmiş hər bir müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman gizlətməyirdilər. O, müsəlmanlara Qur᾽anın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə tə᾽kid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Qur᾽an oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində Qur᾽an hafizlərinin sayının artıb çoxalması Qur᾽anın tə᾽lim və tədrisinin geniş vüs᾽ət almasına zəmin yaratdı.

3. Qur᾽anin əzbərlənməsi

Qur᾽anın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Qur᾽an hafizlərinin müsəlmanlar arasında böyük hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.

4. Savab

Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən Qur᾽anın qiraət və əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Qur᾽anın əzbərlənməsini var-dövlətlərindən, hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.

Belə ki, evdar qadınların bir çoxu Qur᾽an səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.

İbni Məs᾽ud özünün«Təbəqat» adlı kitabında yzır: Fəzl ibni Dəkkin deyir: Vəlid ibni Abdulla ibni Cəmi᾽ nənəsindən nəql edərək deyir: Abdulla ibni Harisin qızı Ümmi Vərəqə Qur᾽anın bütün ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O deyir: Peyğəmbər (s) Bədr döyüşünə gedərkən onunla birlikdə döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş etdim. Hər şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid olmağı arzu edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-taala şəhadəti sənin üçün hazır etmişdir. (İtqan. 1-ci cild, 125-ci səh).

Demək, əgər qadınlar Qur᾽anın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin də Qur᾽ana verdikləri əhəmiyyət heç də az olmamışdır. Peyğəmbərin (s) zamanında mövcud olmuş Qur᾽an hafizləri haqda mə᾽lumat əldə etmək istəyənlər, mö᾽təbər tarix kitablarına müraciət edə bilərlər.

Qurtəbi deyir: Yəmamə döyüşündə Qur᾽an hafizlərindən yetmiş nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş «Bi᾽r məunə» döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.

Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi.

Qur᾽an hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də Qur᾽anın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi. İyirmi üç il ərzində tədricən nazil olmuş Qur᾽an, Peyğəmbərin (s) xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə tə᾽kid edərdi.

Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Qur᾽an ayələrini bir yerə yığırdıq.

Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu hədisi mö᾽təbər hesab etmiş, lakin onu öz kitablarında nəql etməmişdir. Amma necə olursa-olsun, biz bunu Qur᾽anın Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə bilərik. (Mustədrak. 2-ci cild, 611-ci səh).

Qur᾽anın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.

İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), yanına gələn şəxsləri vaxtı olmadıqda Qur᾽an öyrətmək üçün bizim yanımıza göndərərdi.

Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. Müsəlmanların məsciddən ucalan Qur᾽an səslərini eşitdikdə buyurdu: Xoş onların halına!... (Kənzul-ummət 2-ci cild, 185-ci səh).

İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf məntəqələrdən Qur᾽an öyrənmək üçün yanına gələn kəsləri bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən Qur᾽an sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini çaşdırmasınlar deyə, Qur᾽anı yavaş və aram-aram oxumalarını əmr etdi. (Kənzul-ummət 2-ci cild, 185-ci səh).

Bəli, Qur᾽anın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bə᾽zən Qur᾽anın tə᾽limini özlərinə mehriyyə tə᾽yin edərdilər.

Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Qur᾽anın Əbu Bəkrin xilafəti dövrünədək tə᾽xirə düşdüyünü və xəlifənin bunun həyata keçməsi üçün iki nəfəri tə᾽yin etməsini iddia etmək olarmı? Demək, müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların Qur᾽ana verdikləri əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni qətiyyətlə rədd edə bilərik.

BEŞİNCİ VƏ ALTINCI CAVAB

MÜSƏLMAN İCMASININ QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI

MÜSƏLMAN İCMASI MÜTƏVATİR OLMAYAN RƏVAYƏTLƏRLƏ QUR᾽ANIN İSBAT OLUNMASINI QEYRİ-MÜMKÜN HESAB EDİRLƏR

Qur᾽anın, Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətlərin hansı səbəblər üzündən əsassız olduqları barədə bə᾽zi izahatlar verdik. Bu fəsldə də biz, həmən rəvayətlərin beş və altıncı zəif xüsusiyyətlərini nəzərdən keçirəcək və şübhə yaradacaq məsələləri aradan qaldırmağa çalışacağıq.

Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, müsəlman icması iki mühüm məsələdə əqidə ixtilaflarını kənara qoya bilməmişdir.

1. Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunması;

2. Qur᾽anda təhrifə yol verilməməsinin qəbul olunması.

Lakin, bir qədər əvvəl Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər, bu iki məsələ ilə tamamilə ziddiyyət təşkil edir. Müsəlman icmasının Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunmasını qəbul etdikləri bir halda, bu məzmunda nəql olunmuş rəvayətlərdə isə biz, yazılı nüsxələrin həqiqətən Qur᾽an ayəsi olduğunu bir, iki və ya bir nəfərin, iki nəfərin yerinə şəhadət verməsi ilə qəbul olunduğunun şahidi olurduq. Bu isə o deməkdir ki, Qur᾽an mütəvatir rəvayətlərlə deyil, vahid xəbər formasında yazılmışdır. Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunduğu bir halda, görəsən bə᾽zilərinin vahid xəbər formasına istinad etmələrinə hansı amillər səbəb olmuşdur?

Təəccüb doğuran burasıdır ki, İbni Həcər və onun kimi bə᾽zi mühəddislər, rəvayətlərdə qeyd olunan «şəhadət» kəlməsini «yazmaq» və «qorumaq» kimi mə᾽nalandırmışlar.

Lakin, rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən əsassız hesab edə bilərik.

1. Belə bir təfsirin Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərlə heç bir əlaqəsi yoxdur və biz burada şəhadəti «qorumaq» və ya «yazmaq» kimi mə᾽nalandıra bilmərik.

2. Bu o deməkdir ki, Qur᾽anı yığan şəxslər ayələri yaddaşlarda olan, lakin kağız üzərinə köçürülməyən ayələri Qur᾽ana əlavə etmişlər. Hərçənd bu nüsxələrin Qur᾽an ayələri olduğu mütəvatir olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi sübuta yetirilməyən bə᾽zi ayələr Qur᾽anın əsl nüsxəsinə daxil edilmişdir.

3. Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu yazmağa və ya əzbərləməyə heç bir ehtiyac olmayacaqdır. Yox əgər mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Qur᾽an ayəsi olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda təbii ki, həmən ayələr Qur᾽ana əlavə olunmayacaqdır. Demək, Qur᾽anın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin heç bir əhəmiyyəti olmayacaqdır.

Nəticə: Müsəlman icmasının Qur᾽anın mütəvatirliyinə olan e᾽tiqadlarını, Qur᾽anın öz ayələrini və nəhayət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətləri əsas tutaraq, Qur᾽anın yığılmasına dair nəql olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və onların mö᾽təbərliyinə istinad etməməliyik.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]