Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

İrad və cavab

Deyə bilərik ki, Qur᾽anın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Qur᾽anın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Qur᾽an hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Qur᾽anın yığılması deyildikdə onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Qur᾽an hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibni Ənəsin nəql etdikləri rəvayətlərdə onların sayının dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə görə tamamilə əsassız hesab edə bilərik.

Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Qur᾽anı yığan şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu tə᾽kid edir? Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Qur᾽an hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Qur᾽anı yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyir! Belə bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.

NƏTİCƏ

Qur᾽anın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?

Bir anlıq fərz edək ki, elə doğrudan da Qur᾽an Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Qur᾽anın yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Qur᾽anın tədrisinə tə᾽yin olunan Abdulla ibni Məs᾽uda, Muasa, Ubey ibni Kə᾽bə və Salimə deyil, məhz Zeyd ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Qur᾽anın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri olmuş və Qur᾽anla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tə᾽rifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mö᾽təbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Qur᾽an Peyğəmbərin (s) sağlığında yığılmış və kitab halına salınmışdır.

Üçüncü və dördüncü cavab əql və qur᾽an nöqteyi-nəzərindən qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin, qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə baxişi

Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər bir-birləri ilə və bu məzmunda nəql olunmuş digər rəvayətlərlə ziddiyyətlik təşkil etməklə yanaşı, Qur᾽anın bir çox ayələri ilə də düz gəlmir.

Əvvəla bunu qeyd etmək lazımdır ki, Qur᾽an nazil olduğu ilk gündən onun bə᾽zi surələri kitab əhlinin, hətta müşriklərin də ixtiyarında olmuşdur. Belə ki, Peyğəmbər (s), islamla mübarizə aparan müşrikləri mübarizə meydanına çağırır və onlara Qur᾽an kimi ikinci bir kitab, buna qadir olmadıqları təqdirdə Qur᾽an surələrinə oxşar on surə və buna da qadir olmadıqda heç olmasa bir surə gətirmələrini təklif edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Qur᾽an nüsxələri nəinki əhli kitabın, hətta müşriklərin ixtiyarında belə olmuşdur.

Digər tərəfdən isə, bir çox ayələrdə, eləcə də Səqələyn hədisində Qur᾽anın «kitab» adlandırıldığının şahidi oluruq. Belə ki, əgər Qur᾽an pərakəndə olaraq kağız, dəri və sümük parçalarının üzərinə yazılmış olsaydı, onu kitab adlandırmaq olmazdı. Çünki kitab, kamil nüsxə halına salınmış yazı toplusuna deyilir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]