Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

İkinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan ziddiyyətlər qur᾽an peyğəmbərin (s) öz zamaninda yiğilmişdir

Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mö᾽təbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə e᾽tibardan salır və eyni zamanda maraq doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.

Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:

1. İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbni Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:

Günlərin bir günündə Osmandan soruşdum: «Ənfal» «Məsani»,* «Tövbə» surəsi isə miəyn* surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında «Bismillah» olmadan yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi “Tival”* surələrindən sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bə᾽zi ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) Mədinədə nazil olmuş ilk surə «Ənfal», son surə isə «Tövbə» surəsi olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, “Ənfal” və “Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq bu iki surəni “Tival” surəsindən sonra aralarında «Bismillah» olmadan yerləşdirdik.

2. Təbərani və İbni Əsakir, Şə᾽bidən nəql edərək deyir: Qur᾽an, Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kə᾽b, Zeyd ibni Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Sə᾽d ibni Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla yanaşı Məciə᾽ ibni Cariyə də iki və ya üç surə istisna olmaqla Qur᾽anı bir yerə yığa bilmişdir.

3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında Qur᾽anın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni Kə᾽b, Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.

4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, Abdulla ibni Məs᾽ud barəsində söz düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər (s) bizlərə Qur᾽anı ondan, Salim Muazdan və Ubey ibni Kə᾽bdən öyrənməyimizi tövsiyə etmişdir.

5. Nəsai, mö᾽təbər mənbələrdən birində Abdulla ibni Ömərdən nəql edərək deyir: Qur᾽anı bir yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Qur᾽anı ayda bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...

Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽an, Peyğəmbərin (s) öz nəzarəti altında yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]