
- •Müəllifdən
- •Birinci fəsil qur᾽anin əzəməti qarşisinda
- •Qur᾽an — qur᾽an və hədis baximindan
- •İkinci hədis:
- •Qur᾽an oxumağin fəzilətləri və onun qaydalari
- •1. Qur᾽anin üzündən oXuNmasi
- •2. Qur᾽anin evlərdə oxunmasi
- •Qur᾽an tilavətinin fəziləti haqda uydurulmuş hədislər
- •Qur᾽an ayələrinin mə᾽nalarinda diqqət və təfəkkür
- •İkinci fəsil qur᾽anin mö᾽cüzəsi
- •Mö᾽cüzəni tanimaq
- •Mö᾽cüzə hansi şəraitdə yerinə yetirilməlidir
- •Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amildir
- •Mö᾽cüzənin peyğəmbərliyin sübutunda qoyduğu tə᾽sir
- •Əş᾽ərilərin nəzəriyyəsi
- •Mö᾽cüzƏlƏr arasinda olan oxşarliq
- •Qur᾽an ilahi mö᾽cüzədir
- •Bir irad və üç cavab
- •Qur᾽anin əql və fəlsəfə baximindan mö᾽cüzələri qur᾽an və savadsiz peyğəmbər
- •Qur᾽anda təkallahliq
- •Qur᾽anda peyğəmbərlik
- •Qur᾽anin tövrat və incillə müqayisəsi
- •Qur᾽anin UyĞunluq e᾽cazi
- •Qur᾽anin qanunvericilik baximindan e᾽cazi qur᾽andan əvvəlki dövrlər
- •Qur᾽anda bərabərlik
- •1. Sərvət və mülkiyyət
- •2. Intiqam və əfv etməkdə ədalət
- •3. Maddi və mə᾽nəvi işlərdə ədalət
- •4. Iqtisadiyyatda ədalət
- •5. Həyat yoldaşini seçməkdə ədalət
- •6. Rəftar və ünsiyyətdə ədalət
- •Qur᾽anda ümumi nəzarət qanunlari
- •Qur᾽anda bərabərlik qanunu və üstünlük me᾽yari
- •Qur᾽anda dəyişilməz həqiqətlər
- •Qur᾽anda qeybi xəbərlər
- •1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi
- •1. PeyğəmbəRin (s) düşmənləri haqda verilən xəbərlər
- •3. Islamin bütün dinlərə qalib gəlməsi
- •4. Iran-rum müharibəsi
- •5. Islam düşmənlərinin məğlubiyyəti
- •6. Əbu ləhəbin aqibəti
- •Qur᾽anda yaradilişin sirləri
- •Qur᾽anda cütləşmə qanunu
- •3. Qur᾽anda evlənmə qanunu
- •5. Qur᾽anda taninmayan qitələr
- •6. Qur᾽aNda yerin dairəliyi
- •Yerin dairəviliyinə dair nəql olunmuş rəvayətlər
- •İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»
- •Qur᾽anin e᾽cazi haqda irəli sürülən mülahizələr və onun cavablari
- •Qur᾽anda ədəbi səhvlər
- •Qur᾽anin e᾽cazi hami tərəfindən dərk olunasi deyildir
- •QUr᾽anla mübarizə aparmaq mümkündürmü?
- •Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdiRmi?
- •Qur᾽anda heç bir ziddiyyət yoxdur
- •Qur᾽anin e᾽cazinda ziddiyyət
- •Qur᾽anla mübarizə aparilmasinin səbəbləri
- •Qur᾽anin e᾽cazi ilə toplanmasi arasinda olan uyğunluq
- •Qur᾽anin ifadə tərzi ilƏ natiqlərin çixiş üslubu arasinda olan fərq
- •Qur᾽anla mübarizə
- •Fatihə surəsi ilə mübarizə
- •Kovsər surəsi ilə mübarizə
- •Mö᾽cüzəni inkar edən ilk ayənin araşdirilmasi
- •İslam peyğəmbərinin mö᾽cüzəsinin digər peyğəmbərlərin mö᾽cüzəsindən üstünlüyü
- •1. Mütəvatir hədis və rəvayətlər;
- •2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
- •Yanliş təsəvvür
- •3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr
- •Mö᾽cüzəni rədd edən ikinci ayənin araşdirilmasi
- •2. Allahın gətirilməsi;
- •4. Allahdan məktub gətirmək.
- •Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdirilmasi
- •İncil və tövratda həzrət məhəmmədin (s) peyğəmbərliyi haqda
- •1. Abdullah ibni amir dəməşqi
- •İbni amirin raviləri
- •İbni kəsir məkki
- •İbni kəsirin raviləri
- •Asim ibni bəhdilə kufi
- •Asimin raviləri
- •Rical alimlərinin həfsə olan münasibətləri
- •Əbu əmrin raviləri
- •Həmzə kufi
- •Həmzənin raviləri
- •Nafe᾽ mədəni
- •Nafe᾽nin raviləri
- •Kəsai kufi
- •Kəsainin raviləri
- •Xələf ibni hişam
- •Yə᾽qub ibni ishaq
- •Yəzid ibni qə᾽qa
- •Mütəxəssislər tərəfindən qiraətlərin mütəvatir olmAmaSina dair irəli sürülən nəzəriyyələr
- •Qiraətlərin mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdirilmasi
- •Araşdırma
- •Yeddi qiraət növü ilə yeddi qiraət üslubu ayri-ayri şeylərdir
- •Qiraətlərin dəlil olmasi haqda şəriət məsələlərində yeddi qiraət üslubu ilə istidlal etmək olarmi?
- •Yeddi qiraət üslUbLarinin hər biri ilə namaz qilmaq olarmi?
- •Yeddinci fəsil
- •1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
- •2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun mə᾽na və məfhumu.
- •«Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdirilmasi hədislərin mətni
- •Yeddi oxunuş səbkinin mə᾽na və məfhumu
- •1. Sinonim kəlmələr
- •Nəzəriyyəni sübuta yetirəcək dəlillər
- •FƏsahƏtli ibarƏtlƏr
- •Yeddinci nəzər Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar
- •Səkkizinci nəzər saylarin çoxluğu
- •Doqquzuncu nəzər yeddi qiraət üsulu
- •Onuncu nəzər
- •2. Hərf və hərəkələrdəki təhriflər;
- •3. Kəlmələrdəki təhriflər;
- •4. Ayələrdəki təhriflər;
- •5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
- •6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
- •Müsəlmanlar qur᾽anin təhrif olunub-olunmamasi haqda hansi əqidəyə əsaslanirlar
- •Qur᾽anda tilavətin nəsx olunması
- •Bu haqda nəql olunmuş rəvayətlər
- •İkinci nəzər:
- •Qur᾽anin təhrifə olan baxişi qur᾽anin təhrif olunmamasina dəlalət edən ayələr
- •İkinci ayə:
- •Sünnə və hədislərin təhrifə olan baxişi
- •Qur᾽an surələrinin namazda oxUnMasi
- •Qur᾽an xəlifələr tərəfindən təhrif olunmamişdir
- •1. Bilərəkdən yaranmış təhriflər;
- •2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;
- •3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
- •Qur᾽anin osmanin xilafəti dövründə təhrif olunmasi
- •Qur᾽anin sonraki dövrlərdə təhrif olunmasi
- •Təhrifə dair dəlillər
- •1. Tövrat və İncilin təhrif olunması:
- •3. Təhrifə dair nəql olunmuş rəvayətlər
- •1. Birinci hissə:
- •İkinci hissə:
- •Üçüncü hissə
- •Dördüncü hissə
- •Doqquzuncu fəsil qur᾽anin yiğilib kitab halina salinmasi
- •1. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər;
- •2. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:
- •3. Qur᾽anın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə verilən cavablar birinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan nöqsan və çatişmamazliqlar
- •Birinci sual: qur᾽an nə vaxt bir yerə yiğilmişdir?
- •İkinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan ziddiyyətlər qur᾽an peyğəmbərin (s) öz zamaninda yiğilmişdir
- •İrad və cavab
- •Üçüncü və dördüncü cavab əql və qur᾽an nöqteyi-nəzərindən qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin, qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə baxişi
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə əqli dəlillər
- •1. Qur᾽anin bəlağəti
- •3. Qur᾽anin əzbərlənməsi
- •4. Savab
- •Müsəlman icmasi qur᾽ana əlavələr olunmamasina istinad edirlər
- •İrad və cavab
- •Qur᾽anin yiğilmasina dair irəli sürülmüş düzgün nəzəriyyə
- •Onuncu fəsil ayələrin zahiri mə᾽nalarinin höccət və dəlil olmasi
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmasini isbat edən dəlillər
- •1. Qur᾽an ümumbəşəri kitabdir
- •2. Qur᾽an peyğəmbərliyi sübuta yetirəcək dəlildir
- •3. Qur᾽an, müsəlmanlarin müraciət etdikləri ən böyük və ən mö᾽təbər mənbədir
- •4. Qur᾽an rəvayətlərin məhək daşidir.
- •5. Imamlar qur᾽anin zahiri mə᾽nalarina istinad etmişlər
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmadiğini isbat edən dəlillər
- •1. Qur᾽anin dərk olunmasi müəyyən İxTisasmi tələb edir?
- •2. Qur᾽an şəxsi rə᾽y əsasinda təfsir olunmamalidir
- •3. Qur᾽anin dərin mə᾽na daşiyan ayələri
- •4. Qur᾽anin zahiri mə᾽nalari nəzərdə tutulMurmu?
- •5. Mütəşabih ayələrə əməl olunmamalidir
- •6. Təhrifin, qur᾽anin zahiri mə᾽nasinin höccət olmasina göstərdiyi tə᾽sir
- •On birinci fəsil
- •Səqələyn hədisini nəql edən mənbələr
- •Haris ibni həmdaninin şərhi-hali
- •«Lətərkəbunnə sunənə mən qəbləkum» hədisini nəql edən mənbələr
- •Müəllifin bir yəhudi alimi ilə apardiği elmi mübahisə
- •Qur᾽anin tərcüməsi və tərcüməyə lazim olan şərtlƏr
- •Qüreyşin peyğəmbərə (s) qarşi mücadilə və çəkişmələri
- •İzahat Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
- •Mündəricat
Təhrifə dair dəlillər
Təhrif nəzəriyyəsinin tərəfdarları Qur᾽anın təhrif olnumasına dair bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik.
1. Tövrat və İncilin təhrif olunması:
Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. Yə᾽ni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu Qur᾽anda da görəcəyik.
Mərhum şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas ibni İbrahimdən, o da imam Sadiqdən (ə) nəql edərək deyir: «Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi müsəlman ümmətinin də başına gələcəkdir.» (Biharul-ənvar 4-cü cild, 8-ci səh).
Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qur᾽ana da yol tapa bilmişdir.
Cavab: Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar.
1. Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mö᾽təbər hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər formasında nəql olunmuşdur.
Demək, bu kimi rəvayətlərə istinad etməklə Qur᾽anın, Tövrat və İncil kimi təhrifə mə᾽ruz qaldığını qəbul etmək olmaz.
2. Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qur᾽ana əlavələr olunduğu da qəbul edilməlidir. Çünki, Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir haldakı, Qur᾽ana əlavələr olunmasına dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir.
3. O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova pərəstiş etmələri, Fir᾽on və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz mö᾽cüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman ümmətinin gələcəkdə məhz bu hadisələrlə deyil, onlara oxşar hadisələrlə qarşılaşacaqlarına işarə etmək istəmişlər.
Buna əsasən müsəlmanlar, Qur᾽anın batini mə᾽naları ilə ziddiyyət təşkil edən zahiri mə᾽nalara istinad etməklə təhrifə yol vermiş olurlar.
Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat tə᾽yin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhih Termizi 6-cı cild, 29-cu səh).
Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.
4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də Qur᾽anın təhrif olunuduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə mə᾽ruz qalarsa, təkrara yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur.
Bütün bunları nəzərə alaraq Qur᾽anın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin dövründə təhrifə mə᾽ruz qaldığına necə iddia etmək olar?!
ƏLİ (Ə)-IN YAZDIĞI QUR᾽AN NÜSXƏSİ
İkinci dəlil: Təhrif nəzəriyyəsinin tərəfdarları mö᾽təbər hesab etdikləri bir çox hədis və rəvayətələrə istinad edərək belə fərziyyə irəli sürmüşlər ki, Əli (ə)-ın adi Qur᾽an nüsxələrindən bir qədər fərqli ayrı bir Qur᾽an nüsxəsi olmuşdur. Belə ki, orada olan bə᾽zi surə və ayələr digər nüsxələrdə olmamış, Əli (ə) onu camaata təqdim etdikdə onlar tərəfindən qəbul olunmamışdır. Hal-hazırda mövcud olan Qur᾽an nüsxələri isə həcm baxımından həmən Qur᾽an nüsxəsindən kiçikdir. Bu barədə bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan birində deyilir: Günlərin bir günündə Əli (ə) Təlhəyə deyir: Peyğəmbərə (s) nazil olmuş halal-haramı və digər şəriət məsələlərini bəyan edən bütün ayələri bir yerə yazıb kamil nüsxə halına saldım. Və indi o mənim ixtiyarımdadır. (Təfsir Burhan 28-ci səh).
Başqa bir yerdə deyilir: Qur᾽anın möhkəm, mütəşabih, nasix, mənsux və ümumiyyət xarakteri daşıyan bütün ayələri Əli (ə) tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz, nə də bir hərfdə səhvə yol verilməmişdir. (Təfsiri Safi. 6-cı müqəddimə-11).
Koleyni də öz kitabında bu məzmunda bir neçə rəvayət nəql etmişdir. Onlardan birində deyilir:
Cabir, imam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Qur᾽anın nazil olduğu halda ixtiyarında olduğunu iddia etməyir. Əli ibni Əbi Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir. (2-ci cild, 72-ci fəsl, 130-cu səh).
Cavab: Əli (ə)-ın yazdığı Qur᾽an nüsxəsinin hal-hazırda ki, Qur᾽an nüsxələri ilə (surələrin ardıcıllıq baxımından) fərqli olması kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu əlavələr (əlbəttə əgər olmuşsa) bə᾽zi ayələrə verilən təfsir və ya izahatlar olmuşdur.
İzahat: Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi «tə᾽vil» və «tənzil» kəlmələrinin son dövrün mütəxəssisləri tərəfindən düzgün mə᾽nalandırmaması olmuşdur. Çünki, onlar «tənzil» deyildikdə yalnız Qur᾽anın nazil olmasını, «tə᾽vil» deyildikdə isə orada istifadə olunan ifadələrin izahını nəzərdə tuturlar.
Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən mə᾽na yeni terminalogiyaya daxildir və onlar özlərinin lüğəvi mə᾽nalarını daşımırlar. Bu səbəbdən də biz heç də Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri, məhz özünün yeni və terminaloji mə᾽nasında işlətməməliyik. O ki qaldı «tə᾽vil» kəlməsinin əsl mə᾽nasına, məsdər xarakteri daşıyan bu kəlmə «təf᾽il» vəzninə daxildir. Sözün əsli isə «əvəl»dir və bunun da mə᾽nası «qayıtmaq» və ya «qaytarmaqdır». Belə ki, ərəblər el arasında deyirlər: «Əvvəkun hukumu ila əhlihi» yə᾽ni (hər bir şey öz sahibinə qaytarılmalıdır).
«Tə᾽vil» bə᾽zən bir işin sonu, aqibəti mə᾽nasında da işlənir. Məsələn:
«Sənə yuxu yozmağı öyrədəcək» (Yusif-6).
«Gəl bu yuxunu bizə yoz» (Yusif-36).
«Bu əvvəl gördüyüm yuxunun yozumudur» (Yusif-100).
«Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mə᾽nası budur» (Kəhf-83).
Göründüyü kimi, bu ayələrin hamısında «tə᾽vil» (işin sonu) «aqibət» mə᾽nasında işlənmişdir.
«Tənzil» – məsdər xarakteri daşıyır və «təf᾽il» vəzninə daxil olduğu üçün (aşağı enmək) və ya endirmək mə᾽nasını daşıyır. Və bə᾽zən «tənzil» nazil olmuş şeyin özü ilə işlənilir.
Məsələn:
«[Sizə oxunan bu kitab]» (Vaqiə-77).
«O [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır» (Vaqiə-78).
«Ona yalnız pak olanlar toxunar» (Vaqiə-79).
«O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir» (Vaqiə-80).
Göründüyü kimi bu ayələrdə «tənzil» deyildikdə, Qur᾽an nəzərdə tutulur. Lakin, bir çox hallarda da özünün məsdər formasında (enmə mə᾽nasında) işlənmişdir.
Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Qur᾽an nüsxəsinə. Əgər biz burada bə᾽zi əlavələr görəriksə, heç də onu Qur᾽an ayəsi hesab etməməliyik. Bunlar sadəcə olaraq Qur᾽ana verilən təfsir və ya izahatlardır.
Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Mə᾽lum olduğu kimi Qur᾽ani-kərimdə onlardan hansınınsa müəyyən olaraq adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların maraqlarını ələ gətirmək və qəlblərində islama qarşı rəğbət hissi yaratmaq idi. Lakin Əli (ə)-ın yazdığı nüsxədə isə, onlardan bə᾽zilərinin adları ilə qarşılaşırıq. Demək, adların çəkilməsindən məqsəd ayələrə bir qədər ətraflı izahat vermək olmuşdur. O ki qaldı Qur᾽anda adı çəkilən Əbu Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar düşmənçilik edən inadkar bir bütpərəst idi.