
- •Müəllifdən
- •Birinci fəsil qur᾽anin əzəməti qarşisinda
- •Qur᾽an — qur᾽an və hədis baximindan
- •İkinci hədis:
- •Qur᾽an oxumağin fəzilətləri və onun qaydalari
- •1. Qur᾽anin üzündən oXuNmasi
- •2. Qur᾽anin evlərdə oxunmasi
- •Qur᾽an tilavətinin fəziləti haqda uydurulmuş hədislər
- •Qur᾽an ayələrinin mə᾽nalarinda diqqət və təfəkkür
- •İkinci fəsil qur᾽anin mö᾽cüzəsi
- •Mö᾽cüzəni tanimaq
- •Mö᾽cüzə hansi şəraitdə yerinə yetirilməlidir
- •Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amildir
- •Mö᾽cüzənin peyğəmbərliyin sübutunda qoyduğu tə᾽sir
- •Əş᾽ərilərin nəzəriyyəsi
- •Mö᾽cüzƏlƏr arasinda olan oxşarliq
- •Qur᾽an ilahi mö᾽cüzədir
- •Bir irad və üç cavab
- •Qur᾽anin əql və fəlsəfə baximindan mö᾽cüzələri qur᾽an və savadsiz peyğəmbər
- •Qur᾽anda təkallahliq
- •Qur᾽anda peyğəmbərlik
- •Qur᾽anin tövrat və incillə müqayisəsi
- •Qur᾽anin UyĞunluq e᾽cazi
- •Qur᾽anin qanunvericilik baximindan e᾽cazi qur᾽andan əvvəlki dövrlər
- •Qur᾽anda bərabərlik
- •1. Sərvət və mülkiyyət
- •2. Intiqam və əfv etməkdə ədalət
- •3. Maddi və mə᾽nəvi işlərdə ədalət
- •4. Iqtisadiyyatda ədalət
- •5. Həyat yoldaşini seçməkdə ədalət
- •6. Rəftar və ünsiyyətdə ədalət
- •Qur᾽anda ümumi nəzarət qanunlari
- •Qur᾽anda bərabərlik qanunu və üstünlük me᾽yari
- •Qur᾽anda dəyişilməz həqiqətlər
- •Qur᾽anda qeybi xəbərlər
- •1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi
- •1. PeyğəmbəRin (s) düşmənləri haqda verilən xəbərlər
- •3. Islamin bütün dinlərə qalib gəlməsi
- •4. Iran-rum müharibəsi
- •5. Islam düşmənlərinin məğlubiyyəti
- •6. Əbu ləhəbin aqibəti
- •Qur᾽anda yaradilişin sirləri
- •Qur᾽anda cütləşmə qanunu
- •3. Qur᾽anda evlənmə qanunu
- •5. Qur᾽anda taninmayan qitələr
- •6. Qur᾽aNda yerin dairəliyi
- •Yerin dairəviliyinə dair nəql olunmuş rəvayətlər
- •İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»
- •Qur᾽anin e᾽cazi haqda irəli sürülən mülahizələr və onun cavablari
- •Qur᾽anda ədəbi səhvlər
- •Qur᾽anin e᾽cazi hami tərəfindən dərk olunasi deyildir
- •QUr᾽anla mübarizə aparmaq mümkündürmü?
- •Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdiRmi?
- •Qur᾽anda heç bir ziddiyyət yoxdur
- •Qur᾽anin e᾽cazinda ziddiyyət
- •Qur᾽anla mübarizə aparilmasinin səbəbləri
- •Qur᾽anin e᾽cazi ilə toplanmasi arasinda olan uyğunluq
- •Qur᾽anin ifadə tərzi ilƏ natiqlərin çixiş üslubu arasinda olan fərq
- •Qur᾽anla mübarizə
- •Fatihə surəsi ilə mübarizə
- •Kovsər surəsi ilə mübarizə
- •Mö᾽cüzəni inkar edən ilk ayənin araşdirilmasi
- •İslam peyğəmbərinin mö᾽cüzəsinin digər peyğəmbərlərin mö᾽cüzəsindən üstünlüyü
- •1. Mütəvatir hədis və rəvayətlər;
- •2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
- •Yanliş təsəvvür
- •3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr
- •Mö᾽cüzəni rədd edən ikinci ayənin araşdirilmasi
- •2. Allahın gətirilməsi;
- •4. Allahdan məktub gətirmək.
- •Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdirilmasi
- •İncil və tövratda həzrət məhəmmədin (s) peyğəmbərliyi haqda
- •1. Abdullah ibni amir dəməşqi
- •İbni amirin raviləri
- •İbni kəsir məkki
- •İbni kəsirin raviləri
- •Asim ibni bəhdilə kufi
- •Asimin raviləri
- •Rical alimlərinin həfsə olan münasibətləri
- •Əbu əmrin raviləri
- •Həmzə kufi
- •Həmzənin raviləri
- •Nafe᾽ mədəni
- •Nafe᾽nin raviləri
- •Kəsai kufi
- •Kəsainin raviləri
- •Xələf ibni hişam
- •Yə᾽qub ibni ishaq
- •Yəzid ibni qə᾽qa
- •Mütəxəssislər tərəfindən qiraətlərin mütəvatir olmAmaSina dair irəli sürülən nəzəriyyələr
- •Qiraətlərin mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdirilmasi
- •Araşdırma
- •Yeddi qiraət növü ilə yeddi qiraət üslubu ayri-ayri şeylərdir
- •Qiraətlərin dəlil olmasi haqda şəriət məsələlərində yeddi qiraət üslubu ilə istidlal etmək olarmi?
- •Yeddi qiraət üslUbLarinin hər biri ilə namaz qilmaq olarmi?
- •Yeddinci fəsil
- •1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
- •2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun mə᾽na və məfhumu.
- •«Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdirilmasi hədislərin mətni
- •Yeddi oxunuş səbkinin mə᾽na və məfhumu
- •1. Sinonim kəlmələr
- •Nəzəriyyəni sübuta yetirəcək dəlillər
- •FƏsahƏtli ibarƏtlƏr
- •Yeddinci nəzər Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar
- •Səkkizinci nəzər saylarin çoxluğu
- •Doqquzuncu nəzər yeddi qiraət üsulu
- •Onuncu nəzər
- •2. Hərf və hərəkələrdəki təhriflər;
- •3. Kəlmələrdəki təhriflər;
- •4. Ayələrdəki təhriflər;
- •5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
- •6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
- •Müsəlmanlar qur᾽anin təhrif olunub-olunmamasi haqda hansi əqidəyə əsaslanirlar
- •Qur᾽anda tilavətin nəsx olunması
- •Bu haqda nəql olunmuş rəvayətlər
- •İkinci nəzər:
- •Qur᾽anin təhrifə olan baxişi qur᾽anin təhrif olunmamasina dəlalət edən ayələr
- •İkinci ayə:
- •Sünnə və hədislərin təhrifə olan baxişi
- •Qur᾽an surələrinin namazda oxUnMasi
- •Qur᾽an xəlifələr tərəfindən təhrif olunmamişdir
- •1. Bilərəkdən yaranmış təhriflər;
- •2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;
- •3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
- •Qur᾽anin osmanin xilafəti dövründə təhrif olunmasi
- •Qur᾽anin sonraki dövrlərdə təhrif olunmasi
- •Təhrifə dair dəlillər
- •1. Tövrat və İncilin təhrif olunması:
- •3. Təhrifə dair nəql olunmuş rəvayətlər
- •1. Birinci hissə:
- •İkinci hissə:
- •Üçüncü hissə
- •Dördüncü hissə
- •Doqquzuncu fəsil qur᾽anin yiğilib kitab halina salinmasi
- •1. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər;
- •2. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:
- •3. Qur᾽anın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə verilən cavablar birinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan nöqsan və çatişmamazliqlar
- •Birinci sual: qur᾽an nə vaxt bir yerə yiğilmişdir?
- •İkinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan ziddiyyətlər qur᾽an peyğəmbərin (s) öz zamaninda yiğilmişdir
- •İrad və cavab
- •Üçüncü və dördüncü cavab əql və qur᾽an nöqteyi-nəzərindən qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin, qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə baxişi
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə əqli dəlillər
- •1. Qur᾽anin bəlağəti
- •3. Qur᾽anin əzbərlənməsi
- •4. Savab
- •Müsəlman icmasi qur᾽ana əlavələr olunmamasina istinad edirlər
- •İrad və cavab
- •Qur᾽anin yiğilmasina dair irəli sürülmüş düzgün nəzəriyyə
- •Onuncu fəsil ayələrin zahiri mə᾽nalarinin höccət və dəlil olmasi
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmasini isbat edən dəlillər
- •1. Qur᾽an ümumbəşəri kitabdir
- •2. Qur᾽an peyğəmbərliyi sübuta yetirəcək dəlildir
- •3. Qur᾽an, müsəlmanlarin müraciət etdikləri ən böyük və ən mö᾽təbər mənbədir
- •4. Qur᾽an rəvayətlərin məhək daşidir.
- •5. Imamlar qur᾽anin zahiri mə᾽nalarina istinad etmişlər
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmadiğini isbat edən dəlillər
- •1. Qur᾽anin dərk olunmasi müəyyən İxTisasmi tələb edir?
- •2. Qur᾽an şəxsi rə᾽y əsasinda təfsir olunmamalidir
- •3. Qur᾽anin dərin mə᾽na daşiyan ayələri
- •4. Qur᾽anin zahiri mə᾽nalari nəzərdə tutulMurmu?
- •5. Mütəşabih ayələrə əməl olunmamalidir
- •6. Təhrifin, qur᾽anin zahiri mə᾽nasinin höccət olmasina göstərdiyi tə᾽sir
- •On birinci fəsil
- •Səqələyn hədisini nəql edən mənbələr
- •Haris ibni həmdaninin şərhi-hali
- •«Lətərkəbunnə sunənə mən qəbləkum» hədisini nəql edən mənbələr
- •Müəllifin bir yəhudi alimi ilə apardiği elmi mübahisə
- •Qur᾽anin tərcüməsi və tərcüməyə lazim olan şərtlƏr
- •Qüreyşin peyğəmbərə (s) qarşi mücadilə və çəkişmələri
- •İzahat Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
- •Mündəricat
Qiraətlərin dəlil olmasi haqda şəriət məsələlərində yeddi qiraət üslubu ilə istidlal etmək olarmi?
1. Alimlərin bə᾽ziləri bütün qiraət üslublarını mö᾽təbər hesab edərək bir çox şəriət məsələlərində onlara istinad etmişlər. Belə ki, Həfs istisna olmaqla, Kufə qariləri «Heyz zamanı qadınlardan kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin» ayəsinə istinad edərək, heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi onlar «yəthərnə» kəlməsini təşdidlə, yə᾽ni «yəttəhhərnə» oxumuşlar. Yə᾽ni «heyzdən uzaq olun və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin».
Cavab: Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır:
Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü;
İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şər᾽i dəlillərin olmaması ilə yanaşı, əql və şəriətin insana yəqinlik hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan etməsi. Bu haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq.
2. Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin e᾽tibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mö᾽təbərliyinə dəlalət edəcəkdir.
Cavab: Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rə᾽y və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal verildiyinə işarə etdik. Bə᾽zi alimlərin bu mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir.
Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi, səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli əhaliyə Qur᾽an ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. Yazıb-oxumaq savadı olmayan şəxslər Qur᾽anı başqalarından şifahi şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir ayə Qur᾽an nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən qiraət üsulları meydana gəldi.
Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə Qur᾽anın orjinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı. Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. (Mənahilul irfan. 402-ci səh).
2.Ravinin vahid xəbər formasının doğruluğuna dair mö᾽təbər hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki, onların şərh-halı artıq e᾽timad olunası şəxslərin olmadıqlarını sübuta yetirmişdir.
3. Bütün qiraətlərin şəxsi rə᾽y və ictihadlara deyil, yalnız rəvayətlərə istinad olunduğunu, bütün qarilərin e᾽timad olunası şəxs olduqlarını fərz etsək də, onların tamamilə mö᾽təbər olduqlarını qəbul edə bilmərik. Çünki, əldə etdiyimiz icmali elmin vasitəsilə belə mə᾽lum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s) tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz e᾽tibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun e᾽tibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına əsasən, tamamilə zidd olacaqdır.
Əgər bütün qiraətlərin mö᾽təbərliyinə istinad etsək, yenə də həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan edən və mə᾽na baxımından bir-biri ilə ziddiyyət təşkil edən rəvayətlərə istinad etməli olacağıq. Çünki, əgər hər iki qiraətin mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin hər ikisi sənəd baxımından eyni, zahiri mə᾽na baxımından isə bir-biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.
İcmali olaraq qiraətlərdən birinin mö᾽təbər olmadığını bilsək, onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət edək. Çünki, zahiri mə᾽nanı nəzərə alaraq onlardan birini digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mö᾽təbər hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mö᾽təbər olub-olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri ziddiyyətli olsa artıq, onlardan heç birini mö᾽təbər saya bilmərik. Çünki, belə olduqda onlar sənəd baxımından bir-birindən fərqlənməyəcək.