Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
2
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

2. Allahın gətirilməsi;

Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən və biz onu öz gözlərimizlə görək. Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. O, cism olmadığı üçün gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək qeyri-mümkün olmalıdır.

4. Allahdan məktub gətirmək.

Bu da qeyri-mümkün olan bir işdir. Çünki, onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın heç bir zərurəti olmazdı.

Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır.

Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir.

Həyata keçməsi mümkün olan, lakin əqli baxımdan əsassız sayılan tələblər isə bunlardan ibarət idi:

1. Çeşmənin qaynaması və yerdən su çıxması;

2. Meyvəli və çeşməli bağlara malik olmaq;

3. Qızıl evə malik olmaq.

Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil hesab etmək olmazdı. Çünki, adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə də, biz onlardan heç birini peyğəmbər hesab etmərik. Başqa sözlə desək, bu iki şeyin arasında heç bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək amil deyildir. O ki qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar fani və müvəqqətidir. Peyğəmbərlərin yiyələndikləri ne᾽mət isə ilahi hikmət və elmdir. Onların gördükləri bütün işlər və söylədikləri bütün sözlər dərin hikmətə əsaslanır.

Bə᾽ziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə edildiyi üçün bunu, peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa biz, bunu [ilahi] mö᾽cüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki, peyğəmbərlərin qeyri-adi yolla var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil kimi hesab edilsə də, müşriklərin istəkləri təkcə bu deyildi. Onlar belə güman edirdilər ki, peyğəmbər adi yolla var-dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.

Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:

«Onlar dedilər: Məgər bu Quran iki şəhərdən [Məkkə və Taifdən] olan böyük bir adama [ya Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məsuda] nazil edilməli deyildimi?»

Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri Peyğəmbərdən (s) var-dövlət sahibi olmasını tələb edirdilər.

Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s), başqa bir mö᾽cüzə istəmirdilər. Əgər onlar, Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və bunu onun peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istədikləri təqdirdə, belə bir uzun və zəncirvari şərtlər heç bir məna-məfhum kəsb etməzdi. Çünki, peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın mö᾽cüzə olaraq gətirilməsi kifayət edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etmək olardı. Və belə olduqda, meyvəli bağların və qızıl evin yaradılmasına heç bir ehtiyac duyulmazdı.

O ki qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu idi ki, Peyğəmbər (s) yerdən çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]