Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Mö᾽cüzəni inkar edən ilk ayənin araşdirilmasi

İslam peyğəmbərinin mö᾽cüzəsinin digər peyğəmbərlərin mö᾽cüzəsindən üstünlüyü

Bu haqda mə᾽lumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽anın, keçmiş peyğəmbərlərin mö᾽cüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə Qur᾽anın bə᾽zi mö᾽cüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin mö᾽cüzələrindən daha üstün olduğuna dair qısa mə᾽lumat verdik.

Lakin Peyğəmbərin (s) mö᾽cüzəsi yalnız Qur᾽anın nazil olması ilə bitmir. Qur᾽ani-kərimdən başqa onun digər mö᾽cüzələri də olmuş və bə᾽zi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Qur᾽an isə ona xas olan əbədi və ilahi mö᾽cüzədir.

Qur᾽anın digər mö᾽cüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər mö᾽cüzələri ilə keçmiş peyğəmbərlərin mö᾽cüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:

1. Mütəvatir hədis və rəvayətlər;

Müsəlmanlar Peyğəmbərin (s) mö᾽cüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb yaratmışlar.

Peyğəmbərin (s) mö᾽cüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:

a) Zaman yaxınlığı;

Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda mə᾽lumat əldə etmək bir o qədər də çətin deyildi.

b) Hədislərin mütəvatirliyi və çoxluğu.

Peyğəmbərə (s) iman gətirmiş və onun mö᾽cüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduqları üçün onların mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.

Demək həzrət İsa və Musanın (ə) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət Məhəmmədin (s) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.

2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.

Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin mö᾽cüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi mö᾽cüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün o, özünü digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi mö᾽cüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bə᾽zi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bə᾽zi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki, bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan mö᾽cüzə tələb olunmasın deyə, mö᾽cüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Qur᾽an ayələrini müxtəlif mə᾽nalarda yozmağa cəhd göstərmişlər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]