
- •Müəllifdən
- •Birinci fəsil qur᾽anin əzəməti qarşisinda
- •Qur᾽an — qur᾽an və hədis baximindan
- •İkinci hədis:
- •Qur᾽an oxumağin fəzilətləri və onun qaydalari
- •1. Qur᾽anin üzündən oXuNmasi
- •2. Qur᾽anin evlərdə oxunmasi
- •Qur᾽an tilavətinin fəziləti haqda uydurulmuş hədislər
- •Qur᾽an ayələrinin mə᾽nalarinda diqqət və təfəkkür
- •İkinci fəsil qur᾽anin mö᾽cüzəsi
- •Mö᾽cüzəni tanimaq
- •Mö᾽cüzə hansi şəraitdə yerinə yetirilməlidir
- •Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amildir
- •Mö᾽cüzənin peyğəmbərliyin sübutunda qoyduğu tə᾽sir
- •Əş᾽ərilərin nəzəriyyəsi
- •Mö᾽cüzƏlƏr arasinda olan oxşarliq
- •Qur᾽an ilahi mö᾽cüzədir
- •Bir irad və üç cavab
- •Qur᾽anin əql və fəlsəfə baximindan mö᾽cüzələri qur᾽an və savadsiz peyğəmbər
- •Qur᾽anda təkallahliq
- •Qur᾽anda peyğəmbərlik
- •Qur᾽anin tövrat və incillə müqayisəsi
- •Qur᾽anin UyĞunluq e᾽cazi
- •Qur᾽anin qanunvericilik baximindan e᾽cazi qur᾽andan əvvəlki dövrlər
- •Qur᾽anda bərabərlik
- •1. Sərvət və mülkiyyət
- •2. Intiqam və əfv etməkdə ədalət
- •3. Maddi və mə᾽nəvi işlərdə ədalət
- •4. Iqtisadiyyatda ədalət
- •5. Həyat yoldaşini seçməkdə ədalət
- •6. Rəftar və ünsiyyətdə ədalət
- •Qur᾽anda ümumi nəzarət qanunlari
- •Qur᾽anda bərabərlik qanunu və üstünlük me᾽yari
- •Qur᾽anda dəyişilməz həqiqətlər
- •Qur᾽anda qeybi xəbərlər
- •1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi
- •1. PeyğəmbəRin (s) düşmənləri haqda verilən xəbərlər
- •3. Islamin bütün dinlərə qalib gəlməsi
- •4. Iran-rum müharibəsi
- •5. Islam düşmənlərinin məğlubiyyəti
- •6. Əbu ləhəbin aqibəti
- •Qur᾽anda yaradilişin sirləri
- •Qur᾽anda cütləşmə qanunu
- •3. Qur᾽anda evlənmə qanunu
- •5. Qur᾽anda taninmayan qitələr
- •6. Qur᾽aNda yerin dairəliyi
- •Yerin dairəviliyinə dair nəql olunmuş rəvayətlər
- •İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»
- •Qur᾽anin e᾽cazi haqda irəli sürülən mülahizələr və onun cavablari
- •Qur᾽anda ədəbi səhvlər
- •Qur᾽anin e᾽cazi hami tərəfindən dərk olunasi deyildir
- •QUr᾽anla mübarizə aparmaq mümkündürmü?
- •Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdiRmi?
- •Qur᾽anda heç bir ziddiyyət yoxdur
- •Qur᾽anin e᾽cazinda ziddiyyət
- •Qur᾽anla mübarizə aparilmasinin səbəbləri
- •Qur᾽anin e᾽cazi ilə toplanmasi arasinda olan uyğunluq
- •Qur᾽anin ifadə tərzi ilƏ natiqlərin çixiş üslubu arasinda olan fərq
- •Qur᾽anla mübarizə
- •Fatihə surəsi ilə mübarizə
- •Kovsər surəsi ilə mübarizə
- •Mö᾽cüzəni inkar edən ilk ayənin araşdirilmasi
- •İslam peyğəmbərinin mö᾽cüzəsinin digər peyğəmbərlərin mö᾽cüzəsindən üstünlüyü
- •1. Mütəvatir hədis və rəvayətlər;
- •2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
- •Yanliş təsəvvür
- •3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr
- •Mö᾽cüzəni rədd edən ikinci ayənin araşdirilmasi
- •2. Allahın gətirilməsi;
- •4. Allahdan məktub gətirmək.
- •Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdirilmasi
- •İncil və tövratda həzrət məhəmmədin (s) peyğəmbərliyi haqda
- •1. Abdullah ibni amir dəməşqi
- •İbni amirin raviləri
- •İbni kəsir məkki
- •İbni kəsirin raviləri
- •Asim ibni bəhdilə kufi
- •Asimin raviləri
- •Rical alimlərinin həfsə olan münasibətləri
- •Əbu əmrin raviləri
- •Həmzə kufi
- •Həmzənin raviləri
- •Nafe᾽ mədəni
- •Nafe᾽nin raviləri
- •Kəsai kufi
- •Kəsainin raviləri
- •Xələf ibni hişam
- •Yə᾽qub ibni ishaq
- •Yəzid ibni qə᾽qa
- •Mütəxəssislər tərəfindən qiraətlərin mütəvatir olmAmaSina dair irəli sürülən nəzəriyyələr
- •Qiraətlərin mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdirilmasi
- •Araşdırma
- •Yeddi qiraət növü ilə yeddi qiraət üslubu ayri-ayri şeylərdir
- •Qiraətlərin dəlil olmasi haqda şəriət məsələlərində yeddi qiraət üslubu ilə istidlal etmək olarmi?
- •Yeddi qiraət üslUbLarinin hər biri ilə namaz qilmaq olarmi?
- •Yeddinci fəsil
- •1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
- •2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun mə᾽na və məfhumu.
- •«Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdirilmasi hədislərin mətni
- •Yeddi oxunuş səbkinin mə᾽na və məfhumu
- •1. Sinonim kəlmələr
- •Nəzəriyyəni sübuta yetirəcək dəlillər
- •FƏsahƏtli ibarƏtlƏr
- •Yeddinci nəzər Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar
- •Səkkizinci nəzər saylarin çoxluğu
- •Doqquzuncu nəzər yeddi qiraət üsulu
- •Onuncu nəzər
- •2. Hərf və hərəkələrdəki təhriflər;
- •3. Kəlmələrdəki təhriflər;
- •4. Ayələrdəki təhriflər;
- •5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
- •6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
- •Müsəlmanlar qur᾽anin təhrif olunub-olunmamasi haqda hansi əqidəyə əsaslanirlar
- •Qur᾽anda tilavətin nəsx olunması
- •Bu haqda nəql olunmuş rəvayətlər
- •İkinci nəzər:
- •Qur᾽anin təhrifə olan baxişi qur᾽anin təhrif olunmamasina dəlalət edən ayələr
- •İkinci ayə:
- •Sünnə və hədislərin təhrifə olan baxişi
- •Qur᾽an surələrinin namazda oxUnMasi
- •Qur᾽an xəlifələr tərəfindən təhrif olunmamişdir
- •1. Bilərəkdən yaranmış təhriflər;
- •2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;
- •3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
- •Qur᾽anin osmanin xilafəti dövründə təhrif olunmasi
- •Qur᾽anin sonraki dövrlərdə təhrif olunmasi
- •Təhrifə dair dəlillər
- •1. Tövrat və İncilin təhrif olunması:
- •3. Təhrifə dair nəql olunmuş rəvayətlər
- •1. Birinci hissə:
- •İkinci hissə:
- •Üçüncü hissə
- •Dördüncü hissə
- •Doqquzuncu fəsil qur᾽anin yiğilib kitab halina salinmasi
- •1. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər;
- •2. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:
- •3. Qur᾽anın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə verilən cavablar birinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan nöqsan və çatişmamazliqlar
- •Birinci sual: qur᾽an nə vaxt bir yerə yiğilmişdir?
- •İkinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan ziddiyyətlər qur᾽an peyğəmbərin (s) öz zamaninda yiğilmişdir
- •İrad və cavab
- •Üçüncü və dördüncü cavab əql və qur᾽an nöqteyi-nəzərindən qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin, qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə baxişi
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə əqli dəlillər
- •1. Qur᾽anin bəlağəti
- •3. Qur᾽anin əzbərlənməsi
- •4. Savab
- •Müsəlman icmasi qur᾽ana əlavələr olunmamasina istinad edirlər
- •İrad və cavab
- •Qur᾽anin yiğilmasina dair irəli sürülmüş düzgün nəzəriyyə
- •Onuncu fəsil ayələrin zahiri mə᾽nalarinin höccət və dəlil olmasi
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmasini isbat edən dəlillər
- •1. Qur᾽an ümumbəşəri kitabdir
- •2. Qur᾽an peyğəmbərliyi sübuta yetirəcək dəlildir
- •3. Qur᾽an, müsəlmanlarin müraciət etdikləri ən böyük və ən mö᾽təbər mənbədir
- •4. Qur᾽an rəvayətlərin məhək daşidir.
- •5. Imamlar qur᾽anin zahiri mə᾽nalarina istinad etmişlər
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmadiğini isbat edən dəlillər
- •1. Qur᾽anin dərk olunmasi müəyyən İxTisasmi tələb edir?
- •2. Qur᾽an şəxsi rə᾽y əsasinda təfsir olunmamalidir
- •3. Qur᾽anin dərin mə᾽na daşiyan ayələri
- •4. Qur᾽anin zahiri mə᾽nalari nəzərdə tutulMurmu?
- •5. Mütəşabih ayələrə əməl olunmamalidir
- •6. Təhrifin, qur᾽anin zahiri mə᾽nasinin höccət olmasina göstərdiyi tə᾽sir
- •On birinci fəsil
- •Səqələyn hədisini nəql edən mənbələr
- •Haris ibni həmdaninin şərhi-hali
- •«Lətərkəbunnə sunənə mən qəbləkum» hədisini nəql edən mənbələr
- •Müəllifin bir yəhudi alimi ilə apardiği elmi mübahisə
- •Qur᾽anin tərcüməsi və tərcüməyə lazim olan şərtlƏr
- •Qüreyşin peyğəmbərə (s) qarşi mücadilə və çəkişmələri
- •İzahat Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
- •Mündəricat
Kovsər surəsi ilə mübarizə
Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir:
«Biz sənə cəvahiri bəxş etdik, sən də uca səslə namaz qıl, sehirbaz və cadugərlərin sözlərinə e᾽tina etmə.»
Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə bilərik.
1. Göründüyü kimi, yazıçı Qur᾽andakı oxşar ifadələrdən istifadə etmiş və heç nədən çəkinmədən bunun adını mübarizə qoymuşdur.
2. Qoşduğu ifadələrdən belə mə᾽lum olur ki, bu onun öz sözləri deyil, sadəcə olaraq peyğəmbərlik iddiası etmiş Musəyləmə Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə edir:
«Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və mühacirət et. [Və bil ki,] düşmənin kafir bir kəsdir.»
3. Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə baxımından bir-birinə oxşar olmasını fəsahət və bəlağət elmlərində də bu qayda üzərində olacağını güman etmişdir. Bir halda ki, fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında uyğunluq və rabitənin olmasıdır. Yazıçının ifadələrində isə biz bunların heç birini müşahidə etmirik.
4. Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər üzündən yazıçı «cəvahir» kəlməsini müəyyənlik əlaməti olan «əlif-lam» ilə qeyd etmişdir.
Əgər müəyyən cəvahiri nəzərdə tutursa, belə olduqda heç bir müəyyənlik şəkilçisindən istifadə etməyə ehtiyac duyulmur. Əgər dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki, «əlif və lam» hərfləri ismin müəyyənlik formasının cəm halına dəlalət edir – bunu da həqiqi olaraq qəbul edə bilmərik. Çünki, dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə verilməsi qeyri-mümkündür.
5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən birinci cümlə ilə «Vəla tə᾽təmidu qovlə sahir – sehirbaz və cadugərlərin söylədiklərinə e᾽tina etməyin» cümləsi arasında nə kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur? «Söylədiklərinə e᾽tina etmə» dedikdə hansı sözləri nəzərdə tutur? Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə tutursa onda, mətləbin daha da açılması və onun söylədiklərinin nədən ibarət olduğunu sübuta yetirmək üçün müəyyən dəlil və sübutlar gətirməlidir. Yox əgər müəyyən şəxsi və onun söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yə᾽ni həm «qovl» – söyləmək, həm də «sahir» – sehirkar qeyri-müəyyənlik və inkar formasında işlənilmiş və ümumiyyət xarakteri daşıyır. Belə olduqda bu mə᾽nanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin söylədiyi sözlərə e᾽tina etməyin. Lakin biz, cümləni bu mə᾽nada qəbul edə bilmərik. Çünki bizim, sehirkarların hətta adi məsələlərdə belə söylədiklərinə e᾽tina etməyimizə heç bir əqli dəlilimiz yoxdur.
Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz bunu həqiqət kimi qəbul edə bilmərik. Çünki, cadugərlərin işi sehramiz ifadələr söyləmək deyil, özünəməxsus hiylə və məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir.
6. Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil olmuşdur. O, Peyğəmbər (s) haqda bu sözləri deyirdi: Məhəmməd övladı olmayan sonsuz bir insandır (övladı olmayan deyildikdə oğlan uşağı nəzərdə tutulur). Tezliklə öləcək və gətirdiyi din unudularaq aradan gedəcəkdir.
Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir:
«Yoxsa onlar [sənin barəndə]: «O, şairdir. Biz [ruzigarın gərdişi nəticəsində] onun başına gələcək müsibəti [ölüb getməsini] gözləyirik!» – deyirlər.
Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun deyə «Kəusər» surəsi nazil oldu. (ərə) «Yə᾽ni biz sənə böyük ne᾽mət «kəusəri» bəxş etdik.»
Bəli, bu Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli ne᾽mət idi. Ömrünün son gününədək öhdəsinə düşən peyğəmbərlik vəzifəsinə məs᾽uliyyətlə yanaşır və insanları təkallahlığa, haqq-ədalətə də᾽vət edirdi. Ona iman gətirmiş kəslərlə düşmənlərə qarşı mübarizə aparır və bütün ömrünü islamın yayılmasına həsr edirdi. Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı. Dünya durduqca onun nəsli duracaq, axirət dünyasında isə birlikdə kovsər hovuzunun kənarına yığılıb şəfaətindən bəhrələnəcəklər.
«Yə᾽ni bütün bu ne᾽mətlərin müqabilində Allaha şükr et! Namaz qıl və Allah yolunda qurban kəs.»
Ayədəki «Nəhr» sözü bir neçə mə᾽na daşıyır.
1. Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə;
2. Qurban bayramı «eyd zuha» günü kəsilən dəvə;
3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər qalxması;
4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.
Lakin «nəhr» sözü haqda deyilən bütün mə᾽naları ayəyə şamil edə bilərik və onların hər birini nəzərdə tutduqda, Peyğəmbərin (s) ona bəxş olunan ne᾽mətlərə şükr etməsi kimi qəbul edə bilərik.
Allah-taala bəxş etdiyi ne᾽mətlərə, Peyğəmbərə (s) şükr etməsini əmr etdikdən sonra növbəti 3-cü ayəni nazil etdi: «Səni istehza edən düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç bir əsər-əlamət belə qalmayacaqdır!»
Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Qur᾽anın xəbər verdiyi kimi də oldu. Onun nəsli kəsilərək ad-sanından heç bir əsər-əlamət qalmadı.
Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı təbəqələri olacaqdır.
Kovsər surəsi haqda qısa mə᾽lumat verdik.
İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq yazıçının bir-biri ilə əlaqəsi olmayan əsassız ifadələri ilə müqayisə etmək olarmı?!
O, Musəyləmə Kəzzabın Qur᾽anla mübarizə üsulundan istifadə etsə də, nəticədə məqsədinə çata bilməmişdir.
DÖRDÜNCÜ FƏSİL
HƏZRƏT MƏHƏMMƏDİN (S) VƏ KEÇMİŞ PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏLƏRİ
1. Mö᾽cüzəni inkar edən ilk ayənin araşdırılması;
2. Mö᾽cüzəni inkar edən ikinci ayənin araşdırılması;
3. Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdırılması;
4. Həzrət Məhəmmədin (s) Tövrat və İncildə peyğəmbərliyi haqda;
5. Mətləblərin xülasəsi.