
- •Müəllifdən
- •Birinci fəsil qur᾽anin əzəməti qarşisinda
- •Qur᾽an — qur᾽an və hədis baximindan
- •İkinci hədis:
- •Qur᾽an oxumağin fəzilətləri və onun qaydalari
- •1. Qur᾽anin üzündən oXuNmasi
- •2. Qur᾽anin evlərdə oxunmasi
- •Qur᾽an tilavətinin fəziləti haqda uydurulmuş hədislər
- •Qur᾽an ayələrinin mə᾽nalarinda diqqət və təfəkkür
- •İkinci fəsil qur᾽anin mö᾽cüzəsi
- •Mö᾽cüzəni tanimaq
- •Mö᾽cüzə hansi şəraitdə yerinə yetirilməlidir
- •Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amildir
- •Mö᾽cüzənin peyğəmbərliyin sübutunda qoyduğu tə᾽sir
- •Əş᾽ərilərin nəzəriyyəsi
- •Mö᾽cüzƏlƏr arasinda olan oxşarliq
- •Qur᾽an ilahi mö᾽cüzədir
- •Bir irad və üç cavab
- •Qur᾽anin əql və fəlsəfə baximindan mö᾽cüzələri qur᾽an və savadsiz peyğəmbər
- •Qur᾽anda təkallahliq
- •Qur᾽anda peyğəmbərlik
- •Qur᾽anin tövrat və incillə müqayisəsi
- •Qur᾽anin UyĞunluq e᾽cazi
- •Qur᾽anin qanunvericilik baximindan e᾽cazi qur᾽andan əvvəlki dövrlər
- •Qur᾽anda bərabərlik
- •1. Sərvət və mülkiyyət
- •2. Intiqam və əfv etməkdə ədalət
- •3. Maddi və mə᾽nəvi işlərdə ədalət
- •4. Iqtisadiyyatda ədalət
- •5. Həyat yoldaşini seçməkdə ədalət
- •6. Rəftar və ünsiyyətdə ədalət
- •Qur᾽anda ümumi nəzarət qanunlari
- •Qur᾽anda bərabərlik qanunu və üstünlük me᾽yari
- •Qur᾽anda dəyişilməz həqiqətlər
- •Qur᾽anda qeybi xəbərlər
- •1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi
- •1. PeyğəmbəRin (s) düşmənləri haqda verilən xəbərlər
- •3. Islamin bütün dinlərə qalib gəlməsi
- •4. Iran-rum müharibəsi
- •5. Islam düşmənlərinin məğlubiyyəti
- •6. Əbu ləhəbin aqibəti
- •Qur᾽anda yaradilişin sirləri
- •Qur᾽anda cütləşmə qanunu
- •3. Qur᾽anda evlənmə qanunu
- •5. Qur᾽anda taninmayan qitələr
- •6. Qur᾽aNda yerin dairəliyi
- •Yerin dairəviliyinə dair nəql olunmuş rəvayətlər
- •İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»
- •Qur᾽anin e᾽cazi haqda irəli sürülən mülahizələr və onun cavablari
- •Qur᾽anda ədəbi səhvlər
- •Qur᾽anin e᾽cazi hami tərəfindən dərk olunasi deyildir
- •QUr᾽anla mübarizə aparmaq mümkündürmü?
- •Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdiRmi?
- •Qur᾽anda heç bir ziddiyyət yoxdur
- •Qur᾽anin e᾽cazinda ziddiyyət
- •Qur᾽anla mübarizə aparilmasinin səbəbləri
- •Qur᾽anin e᾽cazi ilə toplanmasi arasinda olan uyğunluq
- •Qur᾽anin ifadə tərzi ilƏ natiqlərin çixiş üslubu arasinda olan fərq
- •Qur᾽anla mübarizə
- •Fatihə surəsi ilə mübarizə
- •Kovsər surəsi ilə mübarizə
- •Mö᾽cüzəni inkar edən ilk ayənin araşdirilmasi
- •İslam peyğəmbərinin mö᾽cüzəsinin digər peyğəmbərlərin mö᾽cüzəsindən üstünlüyü
- •1. Mütəvatir hədis və rəvayətlər;
- •2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
- •Yanliş təsəvvür
- •3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr
- •Mö᾽cüzəni rədd edən ikinci ayənin araşdirilmasi
- •2. Allahın gətirilməsi;
- •4. Allahdan məktub gətirmək.
- •Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdirilmasi
- •İncil və tövratda həzrət məhəmmədin (s) peyğəmbərliyi haqda
- •1. Abdullah ibni amir dəməşqi
- •İbni amirin raviləri
- •İbni kəsir məkki
- •İbni kəsirin raviləri
- •Asim ibni bəhdilə kufi
- •Asimin raviləri
- •Rical alimlərinin həfsə olan münasibətləri
- •Əbu əmrin raviləri
- •Həmzə kufi
- •Həmzənin raviləri
- •Nafe᾽ mədəni
- •Nafe᾽nin raviləri
- •Kəsai kufi
- •Kəsainin raviləri
- •Xələf ibni hişam
- •Yə᾽qub ibni ishaq
- •Yəzid ibni qə᾽qa
- •Mütəxəssislər tərəfindən qiraətlərin mütəvatir olmAmaSina dair irəli sürülən nəzəriyyələr
- •Qiraətlərin mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdirilmasi
- •Araşdırma
- •Yeddi qiraət növü ilə yeddi qiraət üslubu ayri-ayri şeylərdir
- •Qiraətlərin dəlil olmasi haqda şəriət məsələlərində yeddi qiraət üslubu ilə istidlal etmək olarmi?
- •Yeddi qiraət üslUbLarinin hər biri ilə namaz qilmaq olarmi?
- •Yeddinci fəsil
- •1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
- •2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun mə᾽na və məfhumu.
- •«Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdirilmasi hədislərin mətni
- •Yeddi oxunuş səbkinin mə᾽na və məfhumu
- •1. Sinonim kəlmələr
- •Nəzəriyyəni sübuta yetirəcək dəlillər
- •FƏsahƏtli ibarƏtlƏr
- •Yeddinci nəzər Qur᾽anda nƏzƏrƏ Çarpan digƏr ixtilaflar
- •Səkkizinci nəzər saylarin çoxluğu
- •Doqquzuncu nəzər yeddi qiraət üsulu
- •Onuncu nəzər
- •2. Hərf və hərəkələrdəki təhriflər;
- •3. Kəlmələrdəki təhriflər;
- •4. Ayələrdəki təhriflər;
- •5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
- •6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
- •Müsəlmanlar qur᾽anin təhrif olunub-olunmamasi haqda hansi əqidəyə əsaslanirlar
- •Qur᾽anda tilavətin nəsx olunması
- •Bu haqda nəql olunmuş rəvayətlər
- •İkinci nəzər:
- •Qur᾽anin təhrifə olan baxişi qur᾽anin təhrif olunmamasina dəlalət edən ayələr
- •İkinci ayə:
- •Sünnə və hədislərin təhrifə olan baxişi
- •Qur᾽an surələrinin namazda oxUnMasi
- •Qur᾽an xəlifələr tərəfindən təhrif olunmamişdir
- •1. Bilərəkdən yaranmış təhriflər;
- •2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;
- •3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
- •Qur᾽anin osmanin xilafəti dövründə təhrif olunmasi
- •Qur᾽anin sonraki dövrlərdə təhrif olunmasi
- •Təhrifə dair dəlillər
- •1. Tövrat və İncilin təhrif olunması:
- •3. Təhrifə dair nəql olunmuş rəvayətlər
- •1. Birinci hissə:
- •İkinci hissə:
- •Üçüncü hissə
- •Dördüncü hissə
- •Doqquzuncu fəsil qur᾽anin yiğilib kitab halina salinmasi
- •1. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər;
- •2. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:
- •3. Qur᾽anın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə verilən cavablar birinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan nöqsan və çatişmamazliqlar
- •Birinci sual: qur᾽an nə vaxt bir yerə yiğilmişdir?
- •İkinci cavab qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərdə nəzərə çarpan ziddiyyətlər qur᾽an peyğəmbərin (s) öz zamaninda yiğilmişdir
- •İrad və cavab
- •Üçüncü və dördüncü cavab əql və qur᾽an nöqteyi-nəzərindən qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlər qur᾽anin, qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə baxişi
- •Qur᾽anin yiğilmasina dair nəql olunmuş rəvayətlərə əqli dəlillər
- •1. Qur᾽anin bəlağəti
- •3. Qur᾽anin əzbərlənməsi
- •4. Savab
- •Müsəlman icmasi qur᾽ana əlavələr olunmamasina istinad edirlər
- •İrad və cavab
- •Qur᾽anin yiğilmasina dair irəli sürülmüş düzgün nəzəriyyə
- •Onuncu fəsil ayələrin zahiri mə᾽nalarinin höccət və dəlil olmasi
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmasini isbat edən dəlillər
- •1. Qur᾽an ümumbəşəri kitabdir
- •2. Qur᾽an peyğəmbərliyi sübuta yetirəcək dəlildir
- •3. Qur᾽an, müsəlmanlarin müraciət etdikləri ən böyük və ən mö᾽təbər mənbədir
- •4. Qur᾽an rəvayətlərin məhək daşidir.
- •5. Imamlar qur᾽anin zahiri mə᾽nalarina istinad etmişlər
- •Qur᾽anin zahiri mə᾽nalarinin höccət olmadiğini isbat edən dəlillər
- •1. Qur᾽anin dərk olunmasi müəyyən İxTisasmi tələb edir?
- •2. Qur᾽an şəxsi rə᾽y əsasinda təfsir olunmamalidir
- •3. Qur᾽anin dərin mə᾽na daşiyan ayələri
- •4. Qur᾽anin zahiri mə᾽nalari nəzərdə tutulMurmu?
- •5. Mütəşabih ayələrə əməl olunmamalidir
- •6. Təhrifin, qur᾽anin zahiri mə᾽nasinin höccət olmasina göstərdiyi tə᾽sir
- •On birinci fəsil
- •Səqələyn hədisini nəql edən mənbələr
- •Haris ibni həmdaninin şərhi-hali
- •«Lətərkəbunnə sunənə mən qəbləkum» hədisini nəql edən mənbələr
- •Müəllifin bir yəhudi alimi ilə apardiği elmi mübahisə
- •Qur᾽anin tərcüməsi və tərcüməyə lazim olan şərtlƏr
- •Qüreyşin peyğəmbərə (s) qarşi mücadilə və çəkişmələri
- •İzahat Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
- •Mündəricat
Qur᾽anla mübarizə
9-cu irad:
«Husnul iycaz» kitabının müəllifi deyir: Qur᾽anda istifadə olunan oxşar ifadələrin yerini dəyişdirməklə, Qur᾽an kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün Qur᾽anın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət elmlərinə dair olan mə᾽lumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.
Cavab:
Bir qədər sonra müəllifin Qur᾽anla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhətul e᾽caz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.
Fatihə surəsi ilə mübarizə
Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur:
«Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!»
Dərin mə᾽nalı Qur᾽an ayələrini, heç bir mə᾽na kəsb etməyən qısa ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik?!
Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb ədəbiyyatı ilə tanışlığı olan məsihi alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi.
O, bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr mə᾽na və heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır.
Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də Qur᾽anla mübarizə aparmağa cəsarət etmirdilər.
Onlardan bə᾽ziləri həqiqəti yə᾽ni, Qur᾽anın ilahi mö᾽cüzə olduğunu dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və cahil kəslər isə Qur᾽anı sehr və cadu adlandıraraq dedilər:
«Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir!» (Müddəssir-24).
Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət elmindən heç bir mə᾽lumatı olmamışdırmı?
1. Axı necə demək olar ki, «Şükr olsun bağışlayana (Rəhmana)» kəlməsi, «Şükr Allaha» kəlməsi ilə mə᾽na və məfhum baxımından eynidir. Bir halda ki, «Allah» kəlməsi Allah-taalanın bütün sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız onun sifətlərindən biridir.
Demək, «Əlhəmdulillah – həmd olsun Allaha» kəlməsindəki şükürdən məqsəd, Allah adının bütün sifətlərə şamil olması, «Şükr Rəhmana – Əlhəmdu lirrəhman» kəlməsində edilən şükürdən məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və göründüyü kimi, burada artıq Allahın digər sifətləri nəzərdə tutulmur.
2. «Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq mö᾽minlərə mərhəmətli olana» ayəsini «Varlıqların pərvərdigarı» kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan edir. Bu qısa ifadə isə hər iki ayənin mə᾽na və məfhumunu bütünlüklə aradan aparır. Çünki, hər iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.
Bütün bunları «varlıqların pərvərdigarı» kimi qısa və mə᾽nasız bir ifadədən əldə etmək olarmı?
Bir halda ki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mə᾽nalarını verir. Malik və başçı mə᾽nasını verən «Rəbb» kəlməsini məsdər halında işlənilən « Əkvan» kəlməsinə birləşdirmək isə qrammatik qanunlarla əsla uyğun gəlmir. Cümlə quruluşuna gəldikdə isə, «xaliq» ifadəsindən istifadə edərək «xaliqul əkvan» – yə᾽ni «varlıqların xaliqi» deyə bilərik. «Əkvan» kəlməsinə gəldikdə isə, onu nə aləmlər mə᾽nasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan daimi rəhmətinə.
3. «Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün sahibinə» ayəsini « Əlməlikud-dəyyani – [O Allah ki] mükafat verəndir» ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir mə᾽na əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki, ayə Allahın qiyamət gününün sahibliyinə, müəllifin uydurduğu ifadə isə Allahın [mö᾽minlərə] mükafat verəcəyinə dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir mə᾽na nəzərə çarpmır. Mə᾽lum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan ifadələrdə biz bu mə᾽na ilə də qarşılaşırıq.
Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi mə᾽naların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş olur. Bu isə ayənin batini mə᾽naları ilə olduqca fərqli və hətta ziddiyyətlidir.
4. «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.»
Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac hisslərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca məqsəd, mö᾽minlərin bu həqiqəti e᾽tiraf etmələridir ki, Allahdan başqa heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər.
Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və bikəl mustəan» – ibadət Sənin üçün və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi?
5. «Bizi doğru yola yönəlt»
Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini diləsin. Bu yol onu saf əqidəyə, xeyirli işlərə və bir sözlə bütün insani dəyərlərlə hidayət etmiş olsun.
Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur.
(İhdinas-siratəl iman)
«Bizi iman yoluna hidayət et.»
Qeyd olunan ifadədən bu mə᾽nalardan heç birini əldə etmirik.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə yalnız haqq yola hidayət prinsipini izlədiyi üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və bu yolun yolçularının heç vaxt haqq yoldan sapınmayacaqlarına heç bir işarə edilməmişdir.
Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin mə᾽na və məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yə᾽ni «Ne᾽mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!»
6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın razılığını qazananlar bu yolun yolçuları və ilahi ne᾽mətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər isə haqq yoldan azan və inadkarlıq üzündən həqiqətdən üz çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. Ayələri diqqətlə oxuyub işarə olunan mühüm mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və əməli-saleh insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, dərin mə᾽nalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə e᾽timad etmək olarmı?