Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

1. PeyğəmbəRin (s) düşmənləri haqda verilən xəbərlər

«[Ya Məhəmməd!] Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərindən] səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allahdan başqa tanrıya şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini] mütləq biləcəklər.» (Hicr 94-95-96).

Ayə islamın zühur etdiyi ilk günlərdə Məkkədə nazil olmuşdur. Bəzzaz və Təbərani kimi müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər: «İslamın zühur etdiyi ilk günlərdə Peyğəmbər (s) Məkkə müşriklərinin yanından keçərkən onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman edən şəxs budur.» Həmən anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım olacağı və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir.

Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda məğlubiyyətə uğrayacağını güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan oldu və çox keçmədən həqiqət öz yerini tapdı.

3. Islamin bütün dinlərə qalib gəlməsi

«Müşriklərin xoşuna gəlməsə də, islamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə [Quranla] və haq dinlə göndərən Odur!» (Səf-9).

Ayə nazil olarkən hələ islam dini Ərəbistan yarmadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə il əvvəl bu ayə nazil olmaqla, islam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz əzəmətini qoruyub saxlayacağı bildirilirdi.

4. Iran-rum müharibəsi

«Rumlular [bizanslılar iranlılara] məğlub oldular. [ Ərəbistana] ən yaxın bir yerdə [Şamda ya Urdunda] lakin onlar [bu] məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3).

5. Islam düşmənlərinin məğlubiyyəti

«Yoxsa onlar: «Biz [Məhəmməddən və möminlərdən] intiqam ala biləcək bir zümrəyik!» - deyirlər?

[Bədr vuruşunda] bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!» (Qəmər 44-45).

Bədr döyüşü baş verməzdən əvvəl, Məkkə müşriklərinin böyük məğlubiyyətə uğrayacağı haqda Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun müqabilində duran, hərbi ləvazimat baxımından olduqca acınacaqlı vəziyyətdə olan üç yüz nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər.

6. Əbu ləhəbin aqibəti

«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı [və ya oğul-uşağı]. O, alovlu atəş görəcəkdir. Onun odun daşıyan [Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında göz gəzdirən] övrəti də həmçinin.» (Ləhəb 1-4).

Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi onun özünün və övrətinin cəhənnəmin dəhşətli əzabına düçar olacağı, onlar hər ikisi sağ ikən bəyan olunur.

Qur᾽anda yaradilişin sirləri

Qur᾽ani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları əhatə edir.

Qur᾽anın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq mə᾽lumatı belə yox idi.

Qeyd etmək lazımdır ki, yunan alimlərindən bə᾽ziləri astronomik hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və svilizasiyadan uzaq düşmüş Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Qur᾽anın verdiyi və olduqca dəqiq olan mə᾽lumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə mə᾽lum olmuş və onun müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Qur᾽anda o dövrə aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qur᾽ani-kərimdə yaradılış və onun sirlərinə toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:

«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik.» (Hicr-19).

Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.

Son zamanlar botanika alimlərinə mə᾽lum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qur᾽ani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]