Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-beyan-1-asl.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
2.57 Mб
Скачать

Qur᾽anda dəyişilməz həqiqətlər

Qur᾽ani-kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, bə᾽ziləri haqda ötəri mə᾽lumat, bə᾽ziləri haqda isə ətraflı izahlar verilmişdir. Bə᾽zən, olduqca böyük əhəmiyyət kəsb edən Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika, keçmiş peyğəmbərlərin və onların davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bə᾽zən ailə hüquqları, döyüş, ölkə idarəetmə, ictimai-sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir.

Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan və çatışmamazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir.

Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür.

Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar. Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə nöqsan və çatışmamazlıqlar müşahidə olunmuşdur. Çünki, nəzəri elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət, bəhs və araşdırmaların səmərəsidir.

İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı nəsillər tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz illərin keçməsinə baxmayaraq, Qur᾽an ayələri ətrafında yüzlərlə təhqiqatlar aparılmış lakin, ilahi qanunlara kiçicik də olsa nöqsan və iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq.

Qur᾽anda qeybi xəbərlər

Qur᾽anın bə᾽zi ayələrində gələcəkdə baş verəcək mühüm tarixi hadisələrə işarə olunur. Belə ki, tarixə nəzər saldıqda, bu haqda xəbər verən Qur᾽an ayələri nazil olduqdan sonra həmən hadisələr baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir.

1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi

«O zaman Allah, sizə iki dəstədən birinin [Şamdan qayıdan karvanın və ya Məkkədən qalxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin] sizin olmasını vəd edirdi. Siz, silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil etdiyi ayə] ilə haqqı [islamı] bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.» ( Ənfal-7).

Döyüş başlamazdan əvvəl islamı təzə qəbul etmiş mö᾽minlər həm silah və sursat, həm də canlı qüvvə baxımından azlıq təşkil edirdilər.

Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu səbəbdən də onlar qorxuya düşərək mə᾽nəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların sayca az olmalarına baxmayaraq, qalib gələcəklərinə və kafirlərin məğlubiyyətə uğrayacağına bəşarət verilir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]