Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Məni Həsən (ə)- Hüseynə (ə) bağışla!”

Böyük İslam peyğəmbəri (s) bir günahkar haqqında hökm verdi ki, onu tutan cəzasına çatdırsın. Günahkar cəzadan qaçmaq üçün xalqdan gizlənirdi. Amma bu iş onu yormuşdu. Bir gün bacadan baxanda az yaşlı Həsən (ə) və Hüseynin (ə) yoldan ötdüyünü gördü. Qapını açıb körpələri çiyninə aldı və peyğəmbər məscidinə üz tutdu. Məscidə daxil olanda Peyğəmbər (s) minbərdə əyləşmişdi. Həmin şəxs dedi: “Ey Allahın rəsulu! Mən bu iki körpəni özümə şəfaətçi gətirmişəm. Səni onlara and verirəm ki, məni bağışlayasan.” Həzrət mehribanlıq göstərib onu bağışladı.616

Fəsad əhlİnin əfvi

Bəsrədə bir şəxs Əmirəl-mö’minindən (ə) soruşdu: “Savaşa qalxan düşmənin cəzası nədir? Həzrət buyurdu: “Qur’ana əsasən bu şəxs ya sürgün olunmalı, ya əl-ayağı kəsilməli, ya da e’dam edilməlidir.” Həmin şəxs soruşdu: “Əgər bu şəxs Harisə ibn Zeyd olsa necə?” Həzrət buyurdu: “Həmin hökm ona da aiddir.” Müraciət edən şəxs dedi: “Əlican! Harisə sizdən əfv diləmək üçün gəlib!” Həzrət buyurdu: “Qoy gəlsin.” Harisə gəldi. O həzrətin ayağına düşüb peşimanlığını bildirdi. Həzrət onu ağuşuna alıb buyurdu: “Qalx, Allah səni bağışladı!”617

Əhli-beyt (ə) və təvazö

Xüzu-xüşu, təvazö Əhli-beytin həyatında təəccüb doğuracaq həddə özünü göstərir. İbn Məs’ud deyir: “Bir şəxs Peyğəmbərlə (s) görüşərkən həyacandan titrəyirdi. Həzrət buyurdu: “Sakit ol, mən padşah deyiləm.”618

Bir şəxs deyir: “Bir dəstə adamla Peyğəmbərin (s) hüzuruna gedib dedim: “Sən bizim ağamızsan.” Həzrət buyurdu: “Ağa yalnız Allah-təaladır.”619

Əbu Bəsir deyir: “Bir hamamçı imam Sadiqə (ə) dedi: “Ey Peyğəmbər (s) oğlu! Sizin üçün hamamı bağlayımmı?” Həzrət buyurdu: “Hamamın bağlanmasına ehtiyacımız yoxdur. Mö’minin işi daha sadə, daha yüngüldür.”620

Hamamda imam Rizanı (ə) tanımayan şəxs ona dedi: “Ay kişi! Məni kisələ.” Həzrət onu kisələdiyi vaxt kişiyə bildirdilər ki, onun qulluq buyurduğu şəxs imam Rizadır (ə). Kişi bəhanə gətirib aradan çıxmaq istəsə də imam ona kisə çəkə-çəkə xoş sözlərlə təsəlli verdi!”621

Unutmayaq ki, təvazö toxumun torpağın dərinliyinə enməsi kimidir. Bunun bol məhsulu olur. Əhli-beyt (ə) təvazökarlıq vasitəsi ilə bəndəlik torpağının dərinliyinə varmışdır. Haqq sifətlərdə kök atmış bu zümrənin vücudundan böyük səmərə alınır. Elm və bilik, agahlıq və bəsirət onların səmərələrindəndir.

Əhli-beytdən (ə) qabağa keçməyib, arxada qalmamaq!

Onlar əhatəli agahlıqları, dərin bəsirətləri, varlıq bəsirətlərindən xəbərdarlıqları səbəbindən Qiyamətədək hidayət rəhbəri seçilmişlər. Hamı bilməlidir ki, onlardan qabağa keçmək də, arxada qalmaq da bədbəxtliklə sonunclanır. İslam peyğəmbəri (s) buyurur: “Əhli-beytimdən qabağa keçməyin, həlak olarsınız. Onlara öyrətməyin, çünki sizdən biliklidirlər.”622

Həzrət başqa bir məqamda buyurur: “Agah olun ki, Əhli-beyt (ə) düşüncə və böyüklükdə insanların üstünüdür. Onlar sizi hidayət yolundan uzaqlaşdırmaz, azğınlıq vadisinə sürükləməz.”

İmam Məhəmməd Baqir (ə) Sələmə ibn Kəhil və Həkəm ibn Qətibəyə buyurur: “Nə şərqdə, nə də qərbdə həqiqi elm əldə etməzsiniz. Həqiqi elmin kökü yalnız bizdədir, bizim varlıq çeşməmizdən qaynaqlanır.”623

İmam başqa bir məqamda buyurur: “Biz Əhli-beyt Allahın elm xəzinəsiyik.”624

İmam Hüseyn (ə) buyurur: “Xalqın bizə münasibətdə kin-küdurətini anlamırıq. Axı biz rəhmət evi, risalət ağacı, elm mə’dəniyik!”625

İmam Sadiq (ə) nəql edir: Günəş qürub edən vaxt Əli ibn Hüseyn namaz qılar, dua edər və sonda peyğəmbərə belə salam göndərir: “Pərvərdigara! Məhəmməd və ali Məhəmmədə salam göndər. Onlar nübüvvət ağacı, risalət məqamı, mələklərin get-gəl məhəlli, elm və bilik mə’dəni və vəhy ocağıdırlar.”626

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]