Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Ən çətin şəraitdə isar

Ən maraqlı nöqtə budur ki, Əhli-beyt (ə) ən çətin anlarda belə isar və bəxşişdən əl çəkməmişdir. Nəql edirlər ki, Aşura günü insanların Neynəvaya toplaşdığını eşidən bir yoxsul özünü onlara çatdırdı. İmam Hüseyn (ə) ondan vəziyyətini soruşdu. Şəxs dedi: “Ehtiyaclıyam, eşitdim ki, buraya xeyli adam toplaşıb. Ümid etdim ki, onlardan bir xeyir görəm.” Həzrət buyurdu: “Buradaca dayan, qabağa getmə.” Sonra xeyməyə qayıdıb parçaya bükülü halda yoxsula nə isə verdi. Yoxsul imamın bəxşişini alıb, sevincək geri göndü.”611

Günahkarın əfvi

Abdullah ibn Hürr Cövfi gündə bir yol tuturdu. Siffeyn savaşında Müaviyəyə qoşulub savaş başa çatanadək Əmirəl-mö’mininə (ə) qarşı oldu. O, Əbu-Süfyanın qeyri-qanuni oğlu Müaviyənin tərəfində dayanıb Əhli-beytlə (ə) vuruşdu. Savaş başa çatdıqdan sonra İraqda yaşaya bilməyəcəyini görüb Müaviyə ilə Şama getdi. Orada Müaviyənin kölgəsinə sığındı.

İraqda xəbər yayıldı ki, Abdullah ibn Hürr savaşda öldürülüb. Zövcəsi onun ölümünə əmin olduqdan sonra Əkrəmə ibn Xübəyslə ailə qurdu. Zövcəsini dəlicəsinə sevən Abdullah bu xəbəri eşidib çox narahat oldu və Kufəyə qayıtmaq qərarına gəldi.

Müaviyə onu qorxudub dedi: “Kufəyə gedən kimi Əlinin (ə) intiqam qılıncına tuş gələcəksən!” Abdullah ona belə cavab verdi: “Mən ədalətə, müşküllərin həllinə doğru gedirəm. Bu səfərdə heç bir qorxum yoxdur. Əlinin (ə) əxlaqı sənin əxlaqın deyil. Onun əxlaqı ilahi əxlaqdır. Əli (ə) müşkülə düşənlərin ümid yeridir.”

Abdullah Kufəyə gəldi. Öncə arvadının ikinci ərinə müraciət etdi. Amma həmin şəxs zövcəsini boşamaqdan imtina etdi. O Abdullahı evindən qovdu. Abdullah özünü gücsüz görüb Kufə məscidinə getdi. Həzrət Əlinin (ə) ətrafında xeyli adam toplaşmışdı. Abdullah bir qədər səbr etdi. Hamı sözünü başa çatdırdıqdan sonra Əlinin (ə) qarşısında dayanıb şikayətini bildirdi. Həzrət buyurdu: “Sən Siffeyn savaşında Müaviyəyə yardım göstərib, iman əhlinə qılınc çəkən şəxs deyilsənmi?” Abdullah dedi: “Əlican! Mən buraya mühakimə olunmağa yox, dərdimə çarə tapmağa gəlmişəm. Mənim müşkülümü həll et, zövcəmi mənə qaytar!” Həzrət öz qulamına göstəriş verdi ki, arvadın ikinci ərini çağırsın. İkinci ər imamın hüzuruna gətirildi. İmam şəriət qanunlarına uyğun olaraq ona qadını boşamağı təklif etdi. Kişi dedi: “Qadının məndən uşağı var.” Həzrət göstəriş verdi ki icarəyə ev tutulsun və qadın həmin evə köçürülsün. Əmirəl-mö’minin (ə) qadın azad olanadək onun xərcini öz öhdəsinə götürdü. Bildirdi ki, hamilə qadın azad olduqdan sonra şəriət əsasında Abdullaha qaytarılsın.612

Əhli-beytin (ə) həyatında hətta qatı düşmənləri bağışlayıb onlara alicənablıq göstərmək diqqət mərkəzində olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Bizə sitəm qılanı bağışlamaq, bizə qıymayana əta etmək biz Əhli-beytin (s) mərdanəliyidir.”613

Əhli-beyt (ə) zümrəsindən olanlar bu həqiqəti təkcə dildə bəyan etməmiş, əməl və rəftarda da əsas götürmüşlər. İmam Baqir (ə) buyurur: “Yəhudi bir qadın qoyun ətini zəhərləyib həzrət Peyğəmbərə (s) verdi: “Həzrət məsələnin nə yerdə olduğunu anlayıb ondan bu işinin səbəbini soruşdu. Yəhudi qadın dedi: “Düşündüm ki, əgər Allahın elçisisənsə, zəhərli ət sənə tə’sir göstərməyəcək. Yox əgər padşahsansa xalq sənin hakimiyyətindən qurtular.” Peyğəmbər (s) onu dinləyib əfv etdi!”614

İbn Əbül-Hədid “Nəhcül-bəlağə”nin şərhində Əmirəl-mö’minini (ə) vəsf edərək deyir: “Günahkarı bağışlamaqda insanların ən mərhəmətlisi idi. Bu həqiqət cəməl savaşında mə’lum olur. Əmirəl-mö’minin (ə) bu döyüşdə ən kinli düşməni olan Mərvan ibn Həkəmi bağışladı!”615

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]