Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) şiələrinin vəziyyətindən

İmam Əli ibn Musa (ə) buyurur: “Mehdi (əc.) mö’minlər üçün rəhmət, kafirlər üçün əzab səbəbi olacaq.”597

İmam Əli ibn Hüseyn (ə) buyurur: “Qaim (əc.) qiyam edəndə Allah-təala şiələrimizi zərər-ziyandan qurtarar.”598

İmam Məhəmməd Baqir (ə) buyurur: “Allah şiələrimizin işini asanlaşdırar...”599

İmam Əli ibn Hüseyn (ə) buyurur: “Bizim Qaim qiyam edəndə hər bir mö’mini zərərdən qurtarar, ona qüdrətini qaytarar.”600

İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (əc.) qiyam qaldıranda yoldaşlıq və həmfikirlik dövrü çatar. Hər bir fərd öz ehtiyacını heç bir maneəsiz qardaşının hesabından götürər.”601

Əqli təkamül, elmi və əxlaqi yüksəliş

İmam Cə’fər ibn Məhəmməd Sadiq (ə) buyurur: “Bizim Qaim (ə) qiyam edəndə əlini ardıcıllarının başına çəkər, bu yolla onların düşüncələrini gücləndirər, əxlaqlarını kamala çatdırar.”602

İmam Məhəmməd Baqir (ə) buyurur: “Bizim Qaim (əc.) qiyam edəndə əlini bəndələrin başına çəkər, bu yolla onların düşüncəsini gücləndirər, kamala çatdırar.”603

İmam Cə’fər ibn Məhəmməd Sadiq (ə) buyurur: “Bizim Qaim (əc.) qiyam edəndə Allah şiələrimizin görmə və eşitməsini gücləndirər, onlarla Qaim (əc.) arasında rabitə vasitəsinə ehtiyac qalmaz. Həzrət onlarla danışar, onlar onu eşidər və onu görər.”604

İmam Cə’fər Sadiq (ə) buyurur: “Elm 27 hissədir. Peyğəmbərlər onun iki hissəsini gətirmişlər. Bu günədək insanlar həmin iki hissəsəyə malikdir. Qaimimiz (əc.) qiyam edəndə qalan iyirmi beş hissə də əldə olunub insanlara çatdırılar.”605

Son dəyərləndirmə

İmam Cə’fər Sadiq (ə) buyurur: “Bizim dövlət son dövlətdir... Allahın buyuruğu da budur: “İşin sonu təqvalılara xasdır.”606

İmam Mehdiyə (əc.) necə salam verməli?

İmam Cə’fər Sadiq (ə) buyurur: “Əgər sizlərdən biri onun dövrünədək qalsa, görəndə belə desin: “Salam olsun sizə ey rəhmət ailəsinin və peyğəmbərin əhli və elm çeşməsi, risalət məqamı. Salam olsun sənə, ey Allahın yer üzündə varisi.”

Əgər həzrət Mehdinin (əc.) əxlaqi və insani keyfiyyətləri yetərincə təsvir edilsə, heç şübhəsiz, intizar məqsədli, fəal, bərəkətli və əzəmətli olacaq.

Əhli-beytin (ə) isar və güzəşti

İsar və güzəşt, başqalarını özündən üstün tutmaq Əhli-beytin (ə) zati sifətidir. Əhli-beytin (ə) həyatında bu sifəti daim müşahidə etmək olar. Onlar hətta ehtiyacsız insanların müraciətinə də biganə qalmamış, onlara üz tutanı əli boş yola salmamışlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Biz ehtiyaclını əli boş yola salmaq qorxusundan ehtiyacsıza da bağışlayırıq!”607

Əbu Həmzə Somali deyir: İmam Zeynəlabidin (ə) öz kənizinə buyurdu: “Mənim qapıma hansı möhtac üz tutsa, onu yedirdin.” Mən həzrətə dedim: “Axı hər ağız açan ehtiyaclı olmur.” İmam buyurdu: “Qorxuram ki, kömək istəyənlər arasında ehtiyaclı ola və biz onu ac yola salaq. Həmin vaxt biz Əhli-beytə (ə) Yaquba nazil olanlar nazil olardı.”608

Bə’zən Əhli-beyt (ə) bütün olanını əta edərdi. İmam Sadiq (ə) buyurur: “Həsən ibn Əli üç dəfə ayaqqabı, libas və dinarını bütünlüklə Allah yolunda bölmüşdü.”609

Misilsiz isar

Həsən ibn Bəsri deyir: Bir gün imam Hüseyn (ə) öz qulamının əyləşib çörək yediyini gördü. İmam kənarda dayanıb diqqətlə onu süzürdü. Həzrət gördü ki, qulam hər tikəsinin yarısını yanındakı itə atır. Sonda əlini qaldırıb belə dua etdi: “Pərvərdigara! Məni və ağamı bağışla. Ata-anasına bərəkət verdiyin kimi ona bərəkət ver. Səni mehribanlığına and verirəm, ey mehribanların mehribanı!” Qulamın duasından sonra imam qalxıb onu çağırdı və buyurdu: “Ey Safi!” Qulam qorxu içində qalxıb dedi: “Ey mənim ağam! Ey mö’minlərin ağası! Sizi görmədim məni bağışlayın.” İmam buyurdu: “Məni halal et, bağçana icazəsiz daxil oldum! Safi dedi: “Fəzilət və kərəminə xatir belə deyirsən!” İmam dedi: “Gördüm tikənin yarısını özün yeyir, yarısını itə atırsan. Nə üçün?” Qulam dedi: “Ey mənim ağam, gördüm ki, it mənə baxır. Ondan xəcalət çəkdim. Bundan əlavə o sizin itinizdir. Bağınızı düşmənlərdən qoruyur. Mən də sizin qulunuzam. Biz hər ikimiz sizin ruzinizi yeyirik.” İmam ağladı və buyurdu: “Səni Allah yolunda azad edirəm və min dinar bağışlayıram!” Qulam dedi: “Məni azad etsəniz də, sizin xidmətinizdə durmaq istəyirəm.” İmam buyurdu: “Yaxşı olar ki, kişi sözünə əməl etsin. Mən dedim ki, sənin bağına icazəsiz daxil oldum. Sözümə əməl edib, bağı da sənə bağışlayıram!” Qulam dedi: “Əgər siz onu mənə bağışladınızsa, mən də onu sizin şiələrinizə vəqf edirəm.”610

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]