Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

İmam Cavadın (ə) vüqar və mətanəti

Deyirlər ki, imam Rizanın (ə) şəhadətindən sonra Mə’mun özünü paka çıxarmaq üçün imam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına də’vət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, imam Cavad (ə) da onlarla idi. Uşaqlar Mə’munun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Mə’mun gəlib çatdı. O qarşısında dayanmış uşağın mətanətinə heyran qalıb soruşdu: “Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” İmam buyurdu: “Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Uşağın sözləri Mə’munu təəccübləndirdi. Uşağın hüsn-cəmalı onu özünə cəzb etdi. Soruşdu: “Adın nədir?” Həzrət buyurdu: “Adım Məhəmməddir!” Mə’mun soruşdu: “Kimin oğlusan?” Həzrət buyurdu: “Əli ibn Musa Rizanın oğlu!” İmamın adını eşidən Mə’munun təəccübü bir anda aradan götürüldü. Öz əməlinə görə xəcalət çəkdi. İmamın pak ruhuna salam göndərib yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Mə’mun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Mə’mun dedi: “Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: “Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Mə’mun dedi: “Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!”565

Batil əhlinin hiyləsi

Mə’mun hər cür hiylə işlədirdi ki, imam Cavadı (ə) özü kimi dünyapərəst etsin, nəfs istəklərinə yönəltsin. Amma onun hiylələri heç bir səmərə vermirdi. Nəhayət Mə’mun qərara gəldi ki, öz qızını imama ərə versin. Mə’mun göstəriş verdi ki, gözəlliyi ilə seçilən yüz kəniz əllərində cəvahir dolu sini tutub bəy otağında həzrəti qarşılasınlar.

Amma imam Cavad həmin kənizlərə zərrəcə diqqət yetirmədi. Mə’mun xoş avazlı bir müğənni çağırdı. Müğənni dedi: “Ey Əmirəl-mö’minin! Əgər mənim işim imam Cavadı dünyaya rəğbətləndirməkdirsə, bunu bacararam.” Sonra müğənni imamın qarşısında oturub oxumağa başladı. Belə ki, bütün ev əhli onun səsinə yığışdı. Müğənni rübab çalıb məlahətli səslə oxuyurdu. Amma imam bir saat davam edən musiqiyə zərrəcə diqqət yetirmədi. Musiqi başa çatdıqdan sonra həzrət buyurdu: “Allahdan qorx, ey uzunsaqqal kişi!” İmamın buyuruğundan sonra rübab müğənninin əlindən düşdü. Mə’mun ondan soruşdu: “Sənə nə oldu?” Dedi: “İmam mənə səsini qaldırdığı vaxt elə titrədim ki, bir daha özümə gəlmərəm!”

İmam Cavad (ə) haqqında Şafeinin nəzəri

Kəmaləddin Şafei böyük sünni alimlərindəndir. O imam Cavad haqqında yazır: “O (imam Məhəmməd Cavad) ikinci Əbu Cə’fər Məhəmməddir. (Birinci Məhəmməd Baqir, ikinci Məhəmməd Təqi) O uca məqama malikdir. Adı dildən-dilə gəzir. Onun geniş qəlbi, iti baxışı və şirin bəyanı hamını özünə cəlb etmişdi. Az yaşasa da uca məqama çatmışdı, onu görən özündən ixtiyarsız baş əyirdi. Onunla görüşən elmindən faydalanırdı. O ətrafdakıların bəhrələndiyi nur çeşməsi idi. Ağıl və zehn onun elm və mə’rifətindən faydalanırdı.”566

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]