Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Ağır borcun ödənməsi

Əbu Məhəmməd Ğəffari deyir: Ağır borca düşmüşdüm. Düşündüm ki, bu borcu ödəmək üçün mövlam Əbül-Həsən Əli ibn Musa Rizaya ağız açmaqdan başqa çarəm yoxdur. Sübh vaxtı həzrətin evinə gəldim. Daxil olmaq üçün icazə istədim. Evə daxil olduqdan sonra həzrət mənə dedi: “Ey Əba Məhəmməd! Nə istədiyini bilirəm, borcunu ödəmək bizim öhdəmizədir.”

Axşam vaxtı xörək gətirdilər. Həzrət buyurdu: “Gecəni bizimlə qalırsan, yoxsa gedirsən?” Dedim: “Ey mənim ağam! Əgər istəyimi yerinə yetirsən, getməyim yaxşı olar.” Həzrət mənə bir ovuc pul verdi. Sağollaşıb yola düşdüm. İşığa çıxdıqda əlimdəki dinarların parıltısı gözümü qamaşdırdı. Onlardan birinin üzərində yazılmışdı: “Ey Əba Məhəmməd! Bu əlli dinardan iyirmi altısını borcuna ver, iyirmi dördünü ailənə xərclə.” Səhəri gün sübh çağı həmin dinarı o biriləri arasında görmədim. Amma əlli dinar əskilməmişdi!562

İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

İmam Cavad (ə) yaşca kiçik olmasına baxmayaraq elm, səbr, fəsahət, ibadət və başqa cəhətlərdən misilsiz idi. Onun hər tərəfli iste’dadı, bəlağətli danışığı vardı. Elmi məsələlərə bədahətən cavab verərdi. Ata-babaları kimi təmizliyə çox diqqətli idi.

Bərəkətli məktub

Bost və Sistan əhlindən olan Bəni-hənifəli şəxs belə nəql edir: Mən Həccə getdiyim il Mö’təsimin hakimiyyətinin başlanğıcına təsadüf edirdi. İmam Cavadla (ə) yoldaş oldum. Süfrə arxasında əyləşmişdik. Abbasi hakiminin dostlarının hüzurunda həzrətə dedim: “Sənə fəda olum, bizim hakim və valimiz sizin vilayətinizə sadiq və dost bir şəxsdir. Mənim ona vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilsəniz ona bir məktub yazın mənə güzəşt etsin.” Həzrət buyurdu: “Onu tanımıram!” Dedim: “Sənə fəda olum, həmin şəxs siz Əhli-beytin dostlarındandır və yazacağınız məktub çox faydalı olar.” Nəhayət, həzrət kağız götürüb yazdı: “Bismillahir-Rəhmanir-Rəhim. Bu məktubu gətirən sizi yaxşılıqla xatırlayır. Əməllərindən sənə qalan yalnız yaxşılıq olacaq. Qardaşlarına yaxşılıq et və bil ki, Allah-təala zərrəcə əməlini də sorğuya çəkəcək.”

Məktubu aparan deyir: Məktubun xəbəri valiyə məndən qabaq çatmışdı. Məntəqəmizin valisi Hüseyn ibn Abdullah Nişapurinin göstərişi ilə məni şəhərdən iki fərsəx aralıda qarşıladılar. Məktubu ona təqdim etdim. Öpüb gözlərinin üstünə qoydu. Mənə dedi: “İstəyin nədir?” Dedim: “Dəftərxananıza borcum var. Onu ödəməkdə acizəm.” Göstəriş verdi ki, mənim vergi borcumu silsinlər. Sonra dedi: “Nə qədər ki, mən valiyəm vergi vermə.” Sonra məndən ailəm haqqında soruşdu. Göstəriş verdi ki, ehtiyacımızı ödəsinlər. Nə qədər ki, həmin vali sağ idi, vergi ödəmədim və ehtiyacımız lazımınca ödəndi.563

Məzluma himayədarlıq

Əli ibn Cüreyr deyir: İmam Cavadın (ə) xidmətində əyləşmişdim. İmama məxsus bir qoyun itmişdi. Qonşulardan birini oğurluqda ittiham edib həzrətin yanına gətirdilər.

İmam buyurdu: “Vay olsun sizə, tez onu buraxın. O oğurluq etməyib. Qoyun filankəsin evindədir, gedin gətirin!” Deyilən ünvana gedib qoyunu gətirdilər. Ev sahibi oğru kimi yaxalandı. Onu lazımınca kötəklədilər. Həmin şəxs and içdi ki, qoyunu oğurlamayıb. Onu imamın hüzuruna gətirdilər. Həzrət buyurdu: “Nə üçün ona zülm etmisiniz? Axı qoyun özü ondan xəbərsiz həyətinə daxil olub. Sonra imam onun könlünü alıb dəymiş ziyanı artıqlaması ilə ödədi.564

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]