Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Fəhlənin haqqı

Süleyman ibn Cə’fər Cə’fəri deyir: Bir məsələdən ötrü imam Rizanın (ə) yanına getmişdim. Evə getmək istədiyimi görüb buyurdu: “Mənimlə gəl, bu gecəni birlikdə keçirək.” Həzrətlə birlikdə hərəkət etdim. Qürub vaxtı onun evinə çatdıq. Həzrət heyvanlar üçün tövlə tikən qulamına nəzər saldı. Öz qulamlarından olmayan bir şəxsi görüb buyurdu: “Bu şəxs kimdir?” Dedilər: “Bizə kömək edir, biz də ona bir şey veririk.” Nə verəcəyiniz barədə danışmısınızmı? Dedilər: “Ona nə versək razıdır.” Həzrət bu işə görə qəzəblənib qulamlarını cəzalandırdı. Dedilər: “Sənə fəda olum, nə üçün bu qədər narahat olursan?” Buyurdu: “Dəfələrlə qadağan etmişəm ki, razılaşmamış kimsəni işlətməsinlər! Muzd təyin etməmiş bir şəxsi işlətdikdə üç qat artıq haqq verilsə də, ona az verildiyini düşünür. Amma muzdu tə’yin etdikdən sonra onu ödədikdə təşəkkür edir, artıq bir şey verdikdə bunu başa düşüb artıq verildiyini anlayır.”558

Tövhiddə ixlas

Əbu Səlt Hərəvi deyir: İmam Riza (ə) süvari halda Nişapura daxil oldu. Mən onu müşayiət edirdim. Nişapur alimləri onu qarşılamağa çıxmışdılar. Həzrət bir məhəldə dayandığı vaxt onun dəvəsindən tutub dedilər: “Ey Allah rəsululunun oğlu! Pak atalarının haqqına onlardan bir hədis söylə.” Həzrət buyurdu: “Allahın rəsulu buyurmuşdur: “Cəbrail Allah-təaladan belə xəbər gətirdi: “Həqiqətən, mən Allaham və məndən savayı mə’bud yoxdur. Ey bəndələrim! Mənə pərəstiş edin və bilin ki, hər kəs mənim görüşümə xalisanə “La ilahə illəllah” şəhadəti ilə gəlsə əzabımdan amandadır.” Dedilər: “Ey peyğəmbər oğlu! Şəhadətdə xalislik nədir?” İmam buyurdu: “Allaha, onun rəsuluna və Əhli-beyt (ə) vilayətinə itaət!”559

Kərimanə məktub

Bəzənti deyir: İmam Rizanın (ə) oğlu Əbu Cəfərə, imam Cavada (ə) belə bir məzmunda məktubunu oxudum: “Ey Əba Cə’fər! Mənə xəbər çatıb ki, səni arxa qapıdan aparıb gətirirlər. Bunun səbəbi onların xəsisliyidir, istəmirlər ki, kimsəyə xeyrin dəysin. Boynunda olan haqqıma görə səndən istəyirəm ki, get-gəlin yalnız böyük qapıdan olsun. Miniyə süvar olduğun vaxt özünlə dirhəm-dinar götür. Olmaya, səndən istəyənə bir şey əta etməyəsən. Əmilərin ağız açanda onlara yaxşılıq et. Əlli dinardan aşağı vermə. İstəsən daha çox əta edə bilərsən. Bibilərin sənə ağız açdıqda iyirmi beş dinardan aşağı vermə. Əgər istəsən daha çox əta edə bilərsən. Allahdan sənin üçün böyük məqam diləyirəm. Buna görə də infaq et, ərş sahibinin verməyəcəyindən qorxma.”560

Rəyyan ibn Səlt deyir: Xorasanda imam Rizanın (ə) qapısında ikən Müəmmərə dedim: Olarmı ağadan köynəklərindən birini və adına vurulmuş sikkələrindən bir qədər istəyəsən? Müəmmər deyir ki, dərhal imamın otağına daxil oldum. Həzrət sözə başladı: “Ey Müəmmər! Rəyyan istəmirmi ki, ona köynəklərimizdən geyindirək, dirhəmlərimizdən bağışlayaq?!” Öz-özümə dedim: “Subhanəllah! Axı bu sözləri indicə qapıda eşitmişdim! Həzrət gülümsündü, sonra buyurdu: “Şübhəsiz mö’min kama çatar. Ona de yanıma gəlsin.” Məni həzrətin yanına apardılar. Salam verdim, salamımı aldı. Köynəklərdən ikisini mənə bağışladı. Getmək istəyəndə ovucuma otuz dirhəm qoydu.561

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]