Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

İamam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən

İlahi əxlaq

İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış imam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi.

Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı. Ayın əvvəlində, ortasında və sonunda hökmən oruc tutar və buyurardı: “Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı. Bir başqasının fəzilətdə ona çatdığına inanmayın!554

Aclar üçün təam

Müəmmər ibn Xəllad deyir: İmam Riza (ə) süfrəyə əyləşəndə onun üçün böyük bir sini gətirərdilər. Həzrət sinini süfrənin kənarına qoyardı. Süfrədəki ən yaxşı ne’mətlərdən siniyə yığar və onu yoxsullar üçün göndərərdi. Həzrət bunun ardınca “Bələd” surəsinin 11-ci ayəsini (“fələqtəhəməl-əqəbə”) oxuyardı. Həzrət buyurardı: “Allah bütün insanlarda qul azad etmək gücü olmadığını bildiyindən yoxsulların doyuzdurulmasını behiştə yol qərar verdi.”555

İnsana ehtiram

Bəlxli bir şəxs deyir: İmam Rizanın (ə) Xorasana səfərində onunla idim. Həzrət bir gün bütün qulamlarını süfrə başına topladı. Ona dedim: “Sənə fəda olum, əgər onların süfrəsini ayrıca salsaydın daha münasib olardı.” Həzrət buyurdu: “Sakit ol! Allah birdir, ata-ana da bir! Mükafat əməllərə görədir.”556

Yoldan qalana yardım

Əliyyəs ibn Həmzə deyir: Mən imam Rizanın (ə) məclisində idim. Həzrətlə söhbətim vardı. Hüzurundakı toplum ondan halal-haram haqqında soruşurdu. Birdən içəriyə hündür boylu bir şəxs daxil oldu və dedi: “Salam olsun sənə ey peyğəmbər oğlu! Mən sənin atan-babanın dostlarındanam. Həccə gedirdim yolda qaldım. Azuqəmi itirmişəm. Yolu başa vurmaq üçün bir şeyim yoxdur. Əgər mənə şəhərimə yetişmək üçün bir şey versən, oraya çatan kimi həmin məbləği sənin tərəfindən sədəqə verərəm. Çünki mənə sədəqə düşmür.” Həzrət buyurdu: “Allah sənə mərhəmət etsin. Əyləş.” Sonra üzünü camaata tutub söhbətinə davam etdi. Axıra Süleyman Cə’fəri, Xüseymə və mən qaldıq. Həzrət buyurdu: “İcazə verirsinizmi hücrəyə daxil olum? Həmin vəziyyətdə Süleyman Cə’fəriyə üz tutub dedi: “Ey Süleyman! Allah sənə yol açdı.” Sonra ayağa qalxıb otağa daxil oldu və bir saat sonra qapının arxasından əlini uzadıb dedi: “Xorasanlı haradasan?” Xorasanlı dedi: “Buradayam.” Həzrət buyurdu: “Al bu iki yüz dinarı ehtiyaclarına sərf et. Bununla bərəkət əldə edərsən. Mənim tərəfimdən də sədəqə vermə. Evdən çıx ki, nə mən səni görüm, nə də sən məni!” Kişi imamın verdiyi pulu alıb getdi. Süleyman imama ərz etdi: “Sənə fəda olum, səxavət göstərdin, mehribanlıq etdin. Bəs nə üçün üzünü gizlədin?” İmam buyurdu: “İstəmədim ki, ehtiyacını ödəməyim səbəbindən çöhrəsində xəcalət görəm. Məgər peyğəmbərdən belə bir hədis eşitməmisənmi ki, yaxşı işi gizlətmək yetmiş Həccə bərabərdir?! Pisliyi aşkarlayan zəlil, onu gizləyən bağışlanmışdır.”557

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]