Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Müxaliflərə yardım və sevgi

Ömər ibn Xəttabın övladlarından biri Mədinədə idi. O daim imam Musa ibn Cə’fəri incidir, onu görəndə təhqir edir, Əmirəl-mö’mininin ünvanına pis sözlər danışırdı! Bir gün həzrətin səhabələri dedilər: “Ey peyğəmbər oğlu! Bizə icazə ver onu məhv edək.” Həzrət onları sərt şəkildə bu işdən çəkindirdi. Həzrət Umrinin vəziyyəti haqqında soruşdu. Dedilər: “Mədinə ətrafında əkinçilik edir.” Həzrət miniyinə süvar olub həmin yerə üz tutdu. Onu sahədə tapdı. Atı ilə əkin sahəsinə girdi. Umri fəryad çəkdi: “Mənim əkin sahəmi tapdama.” Amma həzrət ona çatanadək irəlilədi. Minikdən düşüb yanında əyləşdi. Ona təbəssümlə dedi: “Bu əkin sahəsinə nə qədər xərc qoymusan?” Dedi: “Yüz dinar.” Həzrət buyurdu: “Nə qədər qazanc götürmək ümidindəsən?” Dedi: “Qeybi bilmirəm.” Həzrət buyurdu ki, əlinə nə qədər qazanc gələ bilər?” Dedi: “Ümid edirəm ki, iki yüz dinar qazanım.” Həzrət içində üç yüz dinar olan pul kisəsini ona verib buyurdu: “Allah sənə ümid etdiyin qazancı versin.” Umri ayağa qalxıb həzrətin alnından öpdü, öz rəftarına görə üzür istədi.

Həzrət razılıq ifadə edən bir təbəssümlə dönüb getdi. Rəvayətçi deyir: İmam məscidə gedib gördü ki, Umri orada oturub. O, həzrəti görüb dedi: “Allah öz risalətini kimə verməyi yaxşı bilir!” Umrinin yoldaşları ona hücum çəkib dedilər: “Bu nə əhvalatdır? Sən dünən onun haqqında başqa söz deyirdin!” Dedi: “Şübhəsiz, hazırda dediklərimi eşitdiniz.” Sonra yoldaşları ilə imam haqqında söhbət etdi. Onlar mübahisəyə qalxdılar! İmam evə qayıdıb Umrini öldürmək istəyən səhabələrinə buyurdu: “Sizin qərarınız yaxşı idi, yoxsa mənim qərarım? Mən bildiyiniz kimi onu islah etdim, şərinə son qoydum.”552

Misilsiz bəxşiş

Mənsur Dəvaniqi həzrət Musa ibn Cə’fərdən (ə) xahiş etdi ki, novruz gününün təbriki və hədiyyələrin təqdimi mərasimində iştirak etsin. Həzrət buyurdu: “Mən cəddim peyğəmbərin buyuruqlarında axtarış apardım və bu bayram haqqında bir şey tapmadım. Belə bir gündə bayram etmək iranlıların adətidir və İslam bu adəti aradan qaldırıb. Haqqa pənah aparıram ki, İslamın aradan qaldırdığını səhnəyə gətirək!” Mənsur dedi: “Mən bu işi qoşuna münasibətdə siyasət olaraq yerinə yetirirəm. Səni Allaha and verirəm ki, əyləşəsən.” Həzrət əyləşdi. Komandanlar, əmirlər, döyüşçülər imamın hüzuruna gəlib təbrik söyləyir və ona hədiyyələr təqdim edirdilər. Mənsurun xadimi imamın başı üzərində dayanıb hədiyyələri sayırdı. Görüşün sonunda yaşlı bir kişi məclisə daxil oldu. O dedi: “Ey peyğəmbər qızının balası! Mən yoxsul bir adamam və bu gün sənə hədiyyə üçün bir şeyim yoxdur. Hədiyyəm üç beyt şe’rdir. Bunu babam sənin baban Hüseyn üçün nəzmə çəkib.” Sonra kişi həmin şe’ri oxudu. Həzrət buyurdu: “Hədiyyəni qəbul etdim, əyləş, Allah sənə bərəkət versin.” Sonra üzünü Mənsurun qulamına tutub buyurdu: “Əmirin yanına get və toplanan mal haqqında ona mə’lumat ver. Soruş gör bu mallar barədə fikri nədir?” Qulam Mənsurun yanına gedib, bir qədər sonra qayıtdı və dedi: “Mənsur deyir ki, bütün bunlar mənim tərəfimdən sizə hədiyyədir. Toplanan malla istədiyi kimi rəftar edə bilər.” Həzrət imam yoxsul qocaya buyurdu: “Burada nə varsa götür, onlar mənim tərəfimdən sənə hədiyyədir!”553

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]