Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Müsibət zamanı səbr

Qətibə Ə’şa deyir: İmam Sadiqin (ə) övladını yoxlamaq üçün onun hüzuruna getdim. İmamı qapıda bir qədər eyni açılmış gördüm. Soruşdum ki, uşağın halı necədir? Buyurdu ki, dünyasını dəyişdi.” Dedim, sənə fəda olum, o sağ ikən qəm-qüssə içində idiniz, indi isə sizi başqa bir ruhiyyədə görürəm. Axı nə baş verib?” İmam buyurdu: “Biz müsibətdən öncə qəmlənən Əhli-beytik. Allahın təqdiri baş verdikdən sonra onunla razılaşır, əmrinə təslim oluruq!”544

Azca ibadətlə behiştə!

Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edir ki, həzrət buyurdu: “Təvafda ikən atam yanımdan ötürdü. Cavanlığa xatir çox ibadət edir, tər axıdırdım. Mənə buyurdu: “Cə’fər, oğlum! Əgər Allah bir bəndəni dost tutsa, onu behiştə aparar, onun az əməlini də qəbul edər.”545

Tabeçilİkdə olanlarla mehribanlıq

Həfs ibn Ayişə deyir: İmam Sadiq (ə) qulamını iş dalınca göndərmişdi. Onun yubandığını görüb ardınca getdi. Qulamı yatmış vəziyyətdə tapdı. Onu yuxudan oyananadək yelpiklədi. Həzrət buyurdu: “Yuxu hazırda sənin haqqın deyil. Yoxsa gecə də, gündüz də yatırsan? Gecə yuxusu sənin üçün, gündüz fəaliyyəti bizim üçün.”546

Dolanışıq üçün təlaş

Əbu Əmr Şeybani deyir: İmam Sadiqi (ə) əlində bel, cod libasda, mülkündəki bağda işləyən gördüm. Mübarək bədənindən tər axırdı. Dedim: “Sənə fəda olum, əlinizdəkini verin, mən işləyim.” Həzrət buyurdu: “Xoşlayıram ki, insan dolanışığa xatir günün istisindən əziyyət çəksin!”547

Fəhlənin haqqı

Hənnan ibn Şüeyb deyir: İmam Sadiqin (ə) bağında işləmək üçün bir neçə fəhlə tutduq. Danışdıq ki, günortadan ötənədək işləsinlər. İşlərini başa vurduqdan sonra imam mənə buyurdu: “Tərləri soyumamış haqlarını ödəyin.”548

Halal qazanc

Əbu Cə’fər Fəzari deyir: İmam Sadiq (ə) qulamını çağırıb ona min dinar verdi və buyurdu: “Hazırlaş, Misirə ticarətə gedirsən. Çünki himayəmizdə olanlar çoxalıb.” Qulam yük hazırlayıb ticarət karvanı ilə Misirə yola düşdü. Misir yaxınlıqlarına çatdıqları vaxt Misirdən çıxan bir karvanla rastlaşdılar. Həmin karvandan öz mallarına ehtiyac barədə soruşdular. Karvan əhli bildirdi: “Sizin malınızdan Misirdə tapılmır.” And içib əhd bağladılar ki, onların malını yuxarı qiymətə satsınlar. Mallarını satıb pullarını aldıqdan sonra Mədinəyə döndülər. Qulam min dinarlıq iki kisə ilə imam Sadiqin (ə) hüzuruna gəldi. Həzrətə dedi: “Sənə fəda olum, bu kisələrdən biri sərmayə, o biri qazancdır. Həzrət buyurdu: “Bu çox böyük qazancdır! Siz necə alver etmisiniz?” Qulam əhvalatı danışdı. Həzrət buyurdu: “Subhanəllah! Müsəlmanların ziddinə sözləşib malı yuxarı qiymətəmi satdınız? Sonra imam kisələrdən birini götürüb buyurdu: “Bu mənim sərmayəmdir və qazanca ehtiyacım yoxdur. Sonra buyurdu: “Meydanda qılınc çalmaq halal ruzi qazanmaqdan asandır!”549

İmam Musa ibn Cə’fərin əxlaqi səciyyələrindən Allaha ibadət və xalqa xidmət

Yeddinci imam həzrət Musa ibn Cə’fər (ə) dövrünün ən abid, ən fəqih, ən səxavətli və ən möhtərəm şəxsi olmuşdur. Rəvayətdə deyilir: Həzrət bütün gecə nafilələrini yerinə yetirər, ardınca sübh namazını qılıb, duaya məşğul olardı. Sübhədək səcdə halında qalardı. Həzrət tez-tez bu duanı təkrarlayardı: “Pərvərdigara! Səndən ölüm zamanı rahatlıq, hesab zamanı əfv diləyirəm.” Həzrətin dualarından birində belə deyilir: “Bəndənin günahı böyükdür. Beləsə, Sənin əfvin gözəl olar.” İmam daim Allah qorxusundan ağlayar, göz yaşları saqqalını isladardı. İmam Əhli-beyti və yaxınlarını hamıdan çox yoxlayardı. Gecənin qaranlığında Mədinə yoxsullarına əl tutar, onların halını öyrənərdi. Onlara dinar və dirhəm, buğda və xurma paylayardı. Amma kimsə bilməzdi ki, bu lütfün sahibi kimdir.550

Qənaət və səxavət

Məhəmməd ibn Abdullah Bəkri deyir: Mədinəyə borc ardınca gəldim. Gəzməkdən yoruldum. Düşündüm ki, Musa ibn Cə’fərin yanına gedib vəziyyətimdən şikayətlənsəm yaxşı olar.

Şəhər yüksəkliyində yerləşən əkinəcəyə getdim. İmam qulamı ilə birlikdə mənə doğru gəldi. Əlindəki qabda bir neçə tikə ət vardı. Özü də, mən də həmin ətdən yedik, sonra məndən nə üçün gəldiyimi soruşdu. Əhvalatı danışdım. Evə daxil olub bir az sonra bayıra çıxdı. Qulamına buyurdu: “Sən get.” Sonra əlini mənə doğru uzatdı, içində üç yüz dinar olan pul kisəsini mənə verdi. Sonra qalxıb sağollaşdı və getdi. Mən də ayağa qalxıb Mədinədən çıxdım.”551

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]