Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Cəm halda dua

İmam Sadiq (ə) buyurur: “Hansısa hadisə atamı pərişan edəndə ailə-uşağı bir yerə toplayar və duaya başlayardı. Onlar da amin söyləyərdilər.”530

Allah qarşısında təslimçilik

Bir dəstə müsəlman imam Baqirin (ə) görüşünə gəldi. Evdəki körpə xəstələndiyindən həzrət narahat görünürdü. Gələnlər düşündülər ki, əgər bir hadisə baş versə, imamı arzulamadıqları bir vəziyyətdə görəcəklər. Çox çəkmədi ki, evdən ah-nalə eşidildi. Sonra imam eyni açılmış halda dostlarının görüşünə çıxdı. Dedilər: “Allah bizi sənə fəda etsin, halını görüb qorxduq ki, bir hadisə baş versə, bizi qəmləndirəcək bir vəziyyətə düşəcəksən!” Həzrət buyurdu: “Biz sevdiyimiz kəsi sağlam görmək arzusundayıq. Əgər Allahın əmri başqasa, onun istəyinə təslimik.”531

Bir qamçı müqabilində azadlıq

İmam Sadiq (ə) buyurur: Atam ömrünün son anlarında pis qulamları azad edib, yaxşı qulamları saxladı. Ona dedim: “Ey ata! Pisləri azad edib yaxşıları saxlayırsan?” Buyurdu: “Azad etdiklərim bir müddət mənimyanımda olmuşdular və qamçı görmüşdülər. Həmin qamçı müqabilində onları azad etdim.”532

Gecə minacatı

İshaq ibn Əmmar deyir: İmam Sadiq (ə) mənə buyurdu: “Atamın yatağını hazırlayıb yolunu gözlədim. O gəlib yatağa uzandıqdan və yuxuya getdikdən sonra öz yatağıma uzandım. Gecə onu yerində görməyib ardınca məscidə getdim. Həmin vaxt hamı yuxuda idi. Onu məsciddə səcdə halında gördüm. O nalə çəkib deyirdi: “Pərvərdigara! Sən hər bir eyb və nöqsandan paksan. Həqiqətən sən mənim Rəbbimsən. Pərvərdigara, bir bəndə olaraq sənə səcdə qılıram. Pərvərdigara, əməlim azdır, onu iki qat artır. Pərvərdigara, məni bəndələrini ayağa qaldıracağın gün əzabından qoru. Çünki sən tövbələri qəbul edən və mehribansan.533

İmam Cə’fər Sadiqin (ə) əxlaqi səciyyələrindən

Ne’mətə şükür

Müaviyə ibn Vəhəb deyir: Mədinədə imam Sadiqlə (ə) birlikdə idim. Həzrət qəfildən minikdən düşdü. Məqsədimiz bazar və ya bazar yaxınlığına getmək idi. Amma həzrət qəfildən səcdə qılıb səcdəni uzatdı. Mən onun səcdədən qalxmasını bir qədər gözlədim. Dedim: “Sənə fəda olum, nə üçün minikdən düşüb səcdə qıldın?” Buyurdu: “Allahın mənə verdiyi ne’mətlər yadıma düşdü.” Soruşdum ki, adamların get-gəl yerində, bazardamı? Buyurdu: “Kimsə məni görmədi!”534

Şiə olmayana kömək

Müəlla ibn Xünəys deyir: Aram yağışlı bir gecədə imam Sadiq (ə) evdən çıxıb Bəni-Saidə çadırlarına üz tutdu. Mən həzrətin dalınca gedirdim. Qəfildən əlindən bir şey düşdü. “Bismillah” söyləyib dedi: “Pərvərdigara, onu bizə qaytar.” Qabağa gəldim. Həzrətə salam verdim. Buyurdu: “Ey Müəlla, əlinlə yeri gəz, bir şey tapsan mənə ver.” Əlim yerə səpələnmiş çörək parçalarına toxundu. Tapdıqlarımı həzrətə verdim. Həzrətin əlində çörək torbası vardı. İstədim ona kömək edəm. Buyurdu: “Yox, bu yükü daşımağa mən daha layiqəm. Amma mənimlə gəl.”

Bəni-Saidə çadırlarına çatdıq. Oradakılar yuxuya getmişdi. Həzrət hər birinin libası altına bir, ya iki çörək qoydu. Sonra geri döndük. Həzrətə dedim ki, sənə fəda olum, bu insanlar haqqı tanıyırmı?” Həzrət buyurdu: “Əgər tanısaydılar, onlara duzla da yardım edərdim.”535

Qohumlara yardım

Əbu Cə’fər Xəsəmi deyir: İmam Sadiq mənə bir torba qızıl verib buyurdu “Bunu Bəni-Haşimdən olan bir şəxsə çatdır, amma kimin göndərdiyini demə.” Əbu Cə’fər deyir: Qızıl torbasını həmin şəxsə çatdırdım. Dedi: “Allah bu qızıl torbasını göndərənə əvəz versin. Hər il mənə pul göndərir. Növbəti ilədək həmin pulla yaşayıram. Amma Cə’fər Sadiqin böyük var-dövləti olduğu halda mənə kömək etmir!”536

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]