Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Karvanda tanınmayan şəxs

İmam Sadiq (ə) buyurur: Əli ibn Hüseyn daim onu tanımayanlarla səfərə çıxar və şərt kəsərdi ki, ehtiyacları olduğu vaxt onlara kömək edəcək.

Bir dəfə səfərdə olarkən onu tanıyan kişi ətrafdakılara dedi: “Bilirsinizmi o kimdir?” Dedilər ki, yox. Dedi: “Bu Əli ibn Həsəndir.” Adamlar imamın üstünə yüyürüb onun əlindən və ayağından öpdülər və dedilər: “Ey peyğəmbər oğlu! İstəyirsən dilimizdən-əlimizdən əziyyət görüb cəhənnəmə daxil olaq? Əgər xəbər tutmasaydıq bədbəxt olardıq! Nə üçün bu sayaq səfərlərə çıxırsan?” İmam buyurdu: “Bir dəfə məni tanıyanlarla səfərə çıxmışdım. Peyğəmbərə xatir mənimlə elə rəftar etdilər ki, mən o rəftara layiq deyildim. Qorxdum ki, siz də belə edəsiniz. Ona görə də kimliyimi bilməməyiniz daha məsləhətli oldu.”511

Heyvanla əxlaqlı rəftar

İmam Sadiq (ə) buyurur (ə) Əli ibn Hüseyn vəfatı zamanı oğlu imam Baqirə (ə) buyurdu: “Mən bu dəvəmlə iyirmi dəfə həccə getmişəm və bir dəfə olsun ona qamçı vurmamışam. O öləndə dəfn et ki, yırtıcılar onu parçalamasın. Çünki Peyğəmbər (s) buyurub: “Yeddi dəfə Ərəfatda saxlanan dəvəni Allah behişt ne’mətlərindən edər və nəslində bərəkət qərar verər.” Dəvəsi öləndə imam Baqir (ə) onu dəfn etdi.512

İftar bəxşişİ

İmam Əli ibn Hüseyn (ə) oruc tutanda tapşırardı ki, bir qoyun kəsib onu bişirsinlər. Xörək hazır olanda imam qazanın başında dayanıb onun xoş qoxusunu alar və buyurardı: “Qablara xörək çəkin və ehtiyaclı ailələrə paylayın.” Beləcə xörək paylanıb qurtarardı. Sonradan imama orucunu açmaq üçün çörək və xurma gətirərdilər.513

Möhtaclara kömək

İmam (ə) hava qaralanda evdə qalan ruzini torbaya yığıb çiyninə atar və üzü bağlı halda ehtiyaclılara paylayardı.

İmam (ə) evdəkilərin qapıya çıxacağını səbirlə gözləyirdi. Onunla üzbəüz gələnlər pıçıldaşardı: “Torba sahibi gəldi!”514

Üzüm əhvalatı

İmam Sadiq (ə) buyurur: “Əli ibn Hüseyn (ə) üzümü xoşlayardı. Bir gün Mədinəyə yaxşı üzüm gətirmişdilər. Bu üzümdən imam üçün alınmışdı. İftar vaxtı üzümü süfrəyə gətirdilər. Süfrəyə əl uzatmaq istədikləri vaxt bir yoxsul gəlib kömək istədi. Həzrət ümmü Vələdə buyurdu: “Ona üzüm apar.” Ümmü Vələd “Ona bir qədər versək bəsdir” dedi. Həzrət buyurdu: “Yox, and olsun Allaha! Üzümün hamısını apar.”

Səhəri gün də imam üçün həmin üzümdən alındı. Yenə də yoxsul gəldi və süfrədə əyləşənlər üzümdən dadmadı. Üçüncü gecə yoxsul gəlmədi. Həzrət üzümdən dada bildi.515

Kiçik yaşlarında böyük əzəmət

Abdullah ibn Mübarək deyir: “Məkkəyə getmişdim. Karvanın kənarı ilə hərəkət edən 7-8 yaşlı bir uşaq gördüm. Onun azuqəsi yox idi. Yaxınlaşıb ona salam verdim və dedim: “Bu yolu kiminlə gedirsən?” Dedi: “Xeyir sahibi Allahla!”

Gözümə əzəmətli göründü. Dedim: “Övladım! Yükün haradadır?” Dedi: “Yüküm təqvadır, azuqəm iki ayağımdır, məqsədim mövlam!” Gözümdə daha da əzəmətləndi. Dedim: “Hansı ailədənsən?” Dedi: “Müttəlibiyəm.” Dedim: “Hansı qoldansan?” Dedi: “Haşimiyəm.” Dedim: “Hansı şaxədənsən?” Dedi: “Ələvi-Fatimi.” Dedim: “Ey mənim ağam! Şe’r də bilirsən?” Dedi: “Bəli.” Dedim: “Şe’rindən mənim üçün oxu.” Oxudu:

Bizdən üz çevirən acı içində,

Bizə əl uzadan haqqın köçündə.

Bizə dost olanlar kövsər başında,

Qəzəbləndirənlər od yağışında!

Sonra onu görmədim. Məkkəyə gəldim. Həccimi başa vurub geri qayıtdım. Şəhərdə adamların dövrə vurub dayandığını gördüm. Qabağa gəldim ki, görüm nə məsələdir. Gördüm məni heyrətə gətirən həmin yeniyetmənin başına yığışıblar. Soruşdum ki, o kimdir? Dedilər: “Bu imam Zeynəlabidindir!”516

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]