Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

İnsanların ən kərimi

Bədəvi bir ərəb Mədinəyə daxil oldu. O şəhərin ən kərim adamı haqqında soruşdu. Ona imam Hüseyni göstərdilər. Ərəb məscidə daxil olanda imam namaz qılırdı. Həzrətin qarşısında durub bir şe’r oxudu:

Qapınızda duran getməz ümidsiz,

Başdan-başa kərəm, səxavətsiniz.

Atan zalımların qırdı qəddini,

Nurunuzda keçdik əzab səddini.

Həzrət ərəbə salam verib Qəmbərə buyurdu: “Hicaz malından bir şey qalıbmı?” Qəmbər dedi: “Bəli, dörd min dinar qalıb. Həzrət buyurdu: “Onu gətir, bu adama daha çox lazımdır.” Sonra mübarək ridasını çıxarıb dinarları ona bükdü və ərəb utanmasın deyə bacadan atdı. İmam belə bir şe’r söylədi:

Gəl götür bu malı bağışla bizi,

Bundan artığına imkan yox düzü.

Əlimdə ixtiyar olsaydı əgər

Ruzi yağdırardı başına göylər.

Ərəb malı götürüb əyləşdi və ağlamağa başladı. Həzrət buyurdu: “Bəlkə verdiklərim az olduğu üçün ağlayırsan?” Kişi dedi: “Ağlayıram ki, torpaq belə bir açıq əli kamına çəkəcək!”494

Borc

İmam Hüseyn (ə) xəstəlik yatağına düşmüş Üsamə ibn Zeydi yoxlamağa getdi. Üsamə ardıcıl təkrarlayırdı: “Aman bu qəm-qüssədən!” İmam buyurdu: “Qardaşım, nə üçün pərişansan?” Dedi: “Altımış min dirhəm borcum var.” Həzrət buyurdu: “Onu ödəmək mənim öhdəmə.” Dedi: “Qorxuram öləm borcum qala.” Həzrət buyurdu: “Ölümündən qabaq onu ödəyərəm.” İmam dediyi kimi də etdi.495

Xidmət nişanəsi

Kərbəla hadisəsindən sonra imam Hüseynin çiynində yara gördülər. İmam Zeynəlabidindən (ə) bu yara haqqında soruşdular. Həzrət buyurdu: “Bu dəri kisənin ağırılğından yaranıb. İmam bu kisədə dul qadınlara, yetimlərə və yoxsullara daim ruzi aparardı.”496

Müəllimə ehtiram

Əbdürrəhman Səlmi imam Hüseynin (ə) övladlarından birinə “Həmd” surəsini öyrədirdi. Körpə atasına surəni qiraət etdiyi vaxt həzrət müəllimə min dinar və min qiymətli daş verib ağız dolusu xalis dür bağışladı. Həzrəti bu həddə bəxşişinə görə qınadılar. Həzrət buyurdu: “Mənim verdiklərim onun verdiyi ilə necə ölçülə bilər?!”497

Razılığımı qazan!

İmam Hüseynlə (ə) qardaşı Məhəmməd Hənəfiyyə arasında mübahisə düşdü. Məhəmməd həzrətə yazdı: “Qardaşım, mənim də sənin də atan Əlidir (ə). Bu cəhətdən nə mən səndən üstünəm, nə də sən məndən. Anan peyğəmbər qızı Fatimədir (s.ə.). Anamın dünya qədər qızılı olsa, fəzilətdə anana çatmaz. Məktubumu alanda yanıma gəl ki, razılığımı əldə edəsən. Çünki yaxşılıq etmək sənə daha çox yaraşır. Allahın salamı rəhməti və bərəkəti olsun sənə!” İmam Hüseyn məktubu oxuduqdan sonra qardaşının yanına getdi. Bir daha aralarında mübahisə olmadı.498

Azadlığın sonu

Aşura günü imam Hüseynə təklif olundu ki, Yezidə tabe olub bey’ət etsin və onun istəkləri ilə razılaşsın. İmam buyurdu: “Həmd olsun Allaha, zəlil insanlar tək sizə əl uzatmaram. Savaş meydanında qovulan tək qaçmaram.” Sonra fəryad çəkdi: “Ey Allahın bəndələri! Hesab gününə inanmayan hər bir təkəbbürlüdən Rəbbimə və Rəbbinizə pənah aparıram!”499

Möhtackən məxluqa əl açmayan kəs

Allah-təaladan alası əvəz.

Daha üstün salam

Ənəs deyir: İmam Hüseynin (ə) yanında idim. Bir kəniz ona bir dəstə reyhan verib salamlaşdı. Həzrət buyurdu: “Allah yolunda azadsan!” Həzrətə dedim: “O sizə dəyərsiz bir reyhan dəstəsi verdi, siz bunun müqabilində onu azad etdiniz!” Həzrət buyurdu: “Allah bizi belə tərbiyə edib. Allah-təala buyurur ki, sizə salam veriləndə onu daha yaxşı şəkildə və ya verildiyi tərzdə cavablandırın; Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.500 Onu kənizlikdən azad etmək salamını daha yaxşı almaq idi!”501

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]