Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Hökumət mə’murlarına mühüm göstəriş

Əbdürrəhman ibn Süleyman deyir: İmam Sadiq (ə) buyurdu: “Əmirəl-mö’minin (ə) zəkat yığmaq üçün kufəli bir şəxsi Kufə çölünə göndərdi. Buyurdu: “Ey Allahın bəndəsi, Allahdan qorx, dünyanı axirətdən üstün tutma! Sənə verilən əmanəti qoru, Allahın haqqını hifz et... Göndərildiyin yerə çatanda oranın qövmünə salam verib söylə: “Ey Allahın bəndələri! Məni Allahın vəlisi göndərib. Gəlmişəm ki, Allahın haqqını alam. Mülkünüzdə Allahın haqqı varmı?” Əgər bir şəxs desə ki, öhdəsində Allah haqqı yoxdur, ona təkrar söyləmə. Varlı adam mülkündə Allah haqqı olduğunu bildirsə, onu qorxutmadan, heç bir mükafat və’d etmədən onunla get. De ki, ey Allahın bəndəsi, mənə icazə verirsənmi mülkünə daxil olum? Əgər desə ki, daxil ol, hökm sahibi kimi daxil olma. İxtiyarına verilən malı iki hissəyə böl, sahib hansı hissəni istəyirsə götürsün. Beləcə, Allahın haqqına çatanadək onları iki yerə bölməkdə davam et. Əgər bölgünü bəyənməsə, qəbul et. Böldüklərini bir-birinə qat və yenidən başla. Allahın haqqını alandan sonra yalnız xeyirxah, müsəlman, canıyanan, əmanətdar, e’tibarlı adamı özünə vəkil et. Sonra hansı qəbilədən bir şey gəlsə onu yubanmadan göndər. Onları Allahın hökm verdiyi yerdə saxla. Göndərdiyin adama tapşır ki, dəvəni balasından ayırmasın, südünü tamam sağmasın ki, balası ac qala. Ona süvar olmaqla yormasın, su kənarından keçdikdə onları suvarsın, istirahət vaxtı onları otluqdan quraqlığa qovmasın, beləcə, onları üzülmüş yox, Allahın istədiyi şəkildə bizə çatdırsın. Ondan sonra Allah və peyğəmbərin sünnəsi əsasında bu mal bölünər.

Belə rəftar etsən mükafatın böyük olar və xeyir taparsan. Allah onları və səni, səni göndərən şəxsə görə canıyananlığına xatir qoruyar.

Peyğəmbər (s) buyurur: “Allah imamına xatir çalışıb zəhmət çəkənə yalnız ilahi yaxınlıq məqamında bizimlə olduğu halda nəzər salar.”476

Məzlumun müdafiəsi

İmam Baqir (ə) buyurur: “Əmirəl-mö’minin (ə) çox isti bir gündə evinə gedərkən yolda ərindən şikayətlənən bir qadın gördü. O deyirdi ki, əri onu döyəcəyinə and içib. Həzrət buyurdu: “Ey Allahın kənizi! Səbr et hava sərinləşsin, mən Allahın razılığı üçün səninlə gedərəm.” Qadın dedi: “Yubansam ərim daha çox qəzəblənər.” Həzrət buyurdu: “And olsun Allaha! Məzlumun haqqını alanadək (evə getmərəm)! Evin haradadır?” Qadın yolu göstərdi. Həzrət Əli qadınla birlikdə onun evinə üz tutdu. Qapının kənarında dayanıb dedi: “Salam olsun sizə!” Evdən bir gənc çıxdı. Həzrət buyurdu: “Ey Allahın bəndəsi! Allahdan qorx, sən bu qadını qorxudub evdən qovmusan.” Gənc dedi: “Bu məsələnin sənə aidiyyatı yoxdur. And olsun Allaha, danışdığı sözlərə görə onu odda yandıraram!” Əmirəl-mö’minin (ə) buyurdu: “Mən səni yaxşılığa də’vət edir, pislikdən çəkindirirəm. Sən isə mənimlə pis davranırsan.” Həmin vaxt yoldan ötənlər ayaq saxladı. Onlar Əmirəl-mö’mininə (ə) salam verirdilər. Gənc oğlan Əmirəl-mö’minin adını eşidib həzrətin əlindən tutdu və dedi: “Ya Əmirəl-mö’minin (ə)! Səhvimi bağışla! And olsun Allaha, zövcəm üçün torpaq olaram, üstümdən keçər.” Həzrət buyurdu: “Ey Allahın kənizi! Evinə daxil ol, ərini bu vəziyyətə gətirmə!”477

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]