
- •Əhli-beyt (ə) (yerə enmiş göy əhli)
- •Əhli-beyt (ə) şəxsiyyəti Əhli-beytlə (ə) tanışlığın zəruriliyi
- •Əhli-beytin (ə) nümunə və məfhumu
- •Təthir ayəsində “Əhli-beyt (ə)” ifadəsi
- •Rəvayətlərdə “Əhli-beyt (ə)” tə’birinin mə’nası
- •Birinci rəvayət:
- •İkinci rəvayət:
- •Rəvayətlərdə Əhli-beyti (ə) tanımağın zərurliyi
- •Əhli-beyt (ə) ən üstün kəslərdir
- •Ən üstün məkanlar
- •Kə’bə və onun torpağı
- •Ən üstün zamanlar
- •“Əyyamullah” (“Allahın günləri”)
- •Ən üstün insanlar
- •İman əhli
- •Ən üstün yaranmış Əhli-Beytdir (ə)
- •Əhli-beytin (ə) vücud həqiqəti
- •Vilayət risalətin batini və sirridir
- •On iki imamın vahid varlıq həqiqəti
- •“Ülul-əmr” kimlərdir?
- •Əhli-beyt (ə) pak-pakizə şəcərədir
- •Əhli-beytin (ə) nurani şəxsiyyəti Peyğəmbərlik həqiqəti
- •Əhli-beyt (ə) mütləq nurdur
- •Əhli-beyt (ə) və onun ardıcılları
- •Qayıtmağa gəlməmişəm
- •Əhli-Beytə (ə) bey’ət Allaha bey’ətdir
- •Görüş üçün paklıq
- •Peyğəmbərsayağı həyat
- •Əhli-beytin (ə) vücud mərtəbələri
- •İnsanın eniş və yüksəliş yolu
- •İnsanın eniş mərhələləri
- •İnsanın xaricən mövcudluğundan öncə elmi mövcudluğu
- •Ayrılma yox, təcəlla
- •Əhli-beytin (ə) vücud üstünlüyü
- •Bariz nümunə
- •Əhli-beytin (ə)vücud tutumu
- •Əhli-beyt (ə) Qur’an mislidir
- •Əhli-beyt (ə) və elm
- •Əhli-beyt (ə) və bəndəlik
- •İbadətin məfhumu
- •Bəndəlik kamalına çatmağın mərhələləri
- •Birinci mərhələ
- •İkinci mərhələ
- •Beşinci mərhələ
- •Əhli-beyt (ə) və bəndəlik yanĞısı
- •Əhli-beyt (ə) və fəna məqamı
- •Əmirəl-mö’minin (ə)
- •İmam Həsən Müctəba (ə)
- •İmam Səccad (ə)
- •İmam Musa ibn Cə’fər (ə)
- •İmam Həsən Əsgəri (ə)
- •Əhli-beyt (ə) həqiqətlərin kamil cilvəsidir
- •Həqiqətlər Əhli-beyt (ə) üfüqündən doğur
- •Peyğəmbərlər İslam peyğəmbəri (s) həqiqətinin tülusu üçün zəmin yaradır
- •Məhəmməd nurunun doğuşu ilə Qiyamət sübhü
- •Əhli-beyt (ə) nicat gəmisidir
- •Adəm və nicat gəmisini çağırış
- •Əhli-beyt (ə) qurtuluş vasitəsidir
- •Rəvayətlərdə Əhli-beytin (ə) məsəli
- •Aşiqanə seçim
- •Aşiqanə cavab
- •“Sirati-mustəqim”
- •“Sirati-mustəqimin” mə’nası
- •“Sirati-mustəqim”in həqiqi məfhumu
- •Allaha doğru düz yol
- •Doğru yol yolçuları
- •Əhli-beyt (ə) və ilahi xilafət məqamı
- •Yaranış nizamının xəlifəyə ehtiyacı
- •Allah xəlifəsinin sifətləri
- •Xəlifəliyə layiq olanlar
- •Əhli-beyt (ə) kamil xəlifələrdir
- •Vilayət risalətin batinidir
- •Həqiqi xəlifələr və feyz vasitəsi
- •Tövhid, risalət və vilayətə şəhadət
- •Vilayət məqamı feyz səbəbidir
- •Rəvayətlər və ilahi xilafət məqamı
- •Əhli-beyt (ə) peyğəmbər canişinləridir
- •Peyğəmbərlərin canişinləri kimdir?
- •Peyğəmbər canişinləri pak sifətlərin güzgüsüdür
- •Peyğəmbər canişinləri peyğəmbər sifətlərinin daşıyıcısıdır
- •İmam Rizanın (ə) nəzərincə peyğəmbər canişinliyi
- •Əhli-beyt (ə) və riza məqamı
- •Əhli-beytin (ə) ilahi razılıqda fəna olmuş razılığı
- •Əhli-beyt (ə) və təslim məqamı
- •Əhli-beyt (ə) və ismət məqamı
- •Elmi və əməli ismət
- •Əhli-beytin (ə) isməti
- •Mə’suma ehtiyac
- •İnsanın elm və əməli
- •Həzrət haqqın elm və əməli
- •Əhli-beytin (ə) elmi və əməli isməti
- •İsmət təqvanın ən ali dərəcəsidir
- •Əhli-beytin (ə) bütün yönümlərdə isməti
- •Mə’sumun gücü və şEytanın acizliyi
- •Mə’sumların ismət yönümləri
- •Mə’sumların təvəlla və təbərra məqamı
- •İsmət kiminsə inhisarında deyil
- •Allah həqiqi səbəbdir
- •Nəfsin paklaşdırılması ismət üçün müqəddimədir
- •Elmi yanlışlıqdan paklıq, ismət
- •İsmət təhsili
- •Mə’sum şəxsin günaha baxışı
- •Şahid qəflətə düçar olmur
- •Mə’sumda günaha batmaq gücü
- •Əhli-beyt (ə) ismət zirvəsində
- •Əhli-beyt (ə) haqqın məhbubudur Sevimlilik səbəbi zati paklıqdır
- •Peyğəmbərə (s) ən sevimli kəslər
- •Əhli-beytə (ə) itaət insanı sevimli edir
- •Allaha sevimlilik me’yarı
- •Allahın razılığı Əhli-beytin (ə) razılığındadır
- •Əhli-beyt (ə) mərhəmət ocağı
- •Qur’ani-kərimdə rəhmət
- •Əhli-beyt (ə) mərhəmətinin cilvələri
- •Heyrətamiz vaqiə
- •Nə üçün şiə oldum?
- •Əhli-beyt (ə) yerin və göyün sütunudur
- •İnsan tərbiyə edən rəhbərlər
- •İnsanlar üçün nümunə
- •Dünyapərəstlər Əhli-beyti (ə) dərk etməz
- •Haqq gizli deyil
- •Əhli-beyt (ə) təkamül vasitəsidir
- •Əhli-beyt (ə) vasitəçiliyi
- •İnsanı Allaha bağlayan ip
- •Səmavi kitablarda Əhli-beyt (ə) mövzusu Qur’an baxımından Əhli-beyt (ə)
- •Qur’anda peyğəmbər şəxsiyyəti
- •Allah və onun peyğəmbərinə itaət
- •Əhli-beyt (ə) Qur’anda
- •Tövrat və İncildə Əhli-beyt (ə) haqqında
- •Həzrət Məsih və Periklitusun zühuru (YuhƏnna İncili)
- •İdrisin kitabı
- •Barnaba incili
- •İbrahimə ilahi və’d
- •Çox mühüm vaqiə
- •Zəburda Əhli-beyt (ə) haqqında Həzrət Mehdinin (əc.) dövləti
- •Zəburda “ilahi məktub” dedikdə nə nəzərdə tutulur?
- •Əhli-beyt (ə) ariflərin nəzərində Ariflərin rəvayətlərində Əhli-beytin (ə) məqamı
- •Əbülfəzl Yəbdi və Xacə Abdullah Ənsari
- •Əttar Nişapuri Cə’fər Sadiq (ə) haqqında
- •İmam Məhəmməd Baqir (ə)
- •Əbul Qasim Qeysəri
- •Qəzzali
- •Əbu Səid Əbülxeyr
- •Mustəmli Buxari
- •Əbül Həsən Mücəvviri Qəznəvi
- •Seyyid Heydər Amili və Şeyx Mühyiddin Ərəbi
- •Paklıq həqiqi bəndənin ruzisidir
- •Əhli-beyt (ə) eynən paklıqdır
- •Əhli-beytə (ə) məhəbbət peyğəmbərin istəyidir
- •Əhli-beyt (ə) məhəbbəti Allah və peyğəmbər məhəbbətini göstərir
- •Əhli-beytin (ə) sirri və bə’zi səciyyələri
- •Əhli-beyt (ə) maarifi Qeyd
- •Əhli-beytin (ə) əxlaqı
- •Peyğəmbər əxlaqından nümunələr
- •Peyğəmbərdən (s) beş əxlaq proqramı
- •Peyğəmbər (s) əxlaqına xatir İslamı qəbul edən yəhudi
- •Yoxsulun ehtiyacını ödəmək üçün qazancsız borc
- •Yoxsullarla bir süfrədə
- •Heyrətamiz təvazö
- •Xalqa görə pərişanlıq
- •Xalqın naşükürlüyü müqabilində daha çox yaxşılıq
- •Bəndəlik zirvəsi
- •Əsilzadələrə hörmət
- •Heyrətamiz səbr
- •Ümmətlə xoş rəftar və müdara
- •Qonağa hörmət
- •Xeyir əmələ görə ehtiram
- •Din qardaşlığında bərabərlik
- •Acıdil kişinin əfvi
- •Münafiqlərin rəisi ilə gözlənilməz rəftar
- •Peyğəmbərin öz yoldaşları ilə rəftarı
- •Ayrılığa qadağa
- •Mülayimlik zirvəsi
- •Xalq arasında kin-küdurət yaratmayın
- •Ədalətli qiymət istəyi
- •“Çırpını mən yığaram”
- •Əmirəl-mö’minin (ə) əxlaqı haqqında Əmirəl-mö’mininin (ə) orta həddi gözləməsi
- •İ’sar (ehtiyac duyduğun şeydən bağışlamaq) zirvəsi
- •Böyük alicənablıq
- •Yetimlərə sevgi
- •Çəkişən tərəflərin məhkəmədə bərabərliyi
- •Dolanışıqda qənaət
- •Dünya malına rəğbətsizlik
- •Ədalət və insaf
- •Beytul-malın xərclənməsində diqqət
- •Köhnə libas
- •İlk çılpağa yardım
- •Dörd yerə bölünmüş dörd dirhəm
- •Üç yüz dirhəm sədəqə
- •Başqalarını üstün saymaq
- •Başqaları ilə mehribanlıq
- •Cəməl savaşı
- •Sİffeyn savaşı
- •Nəhrəvan savaşı
- •Arpa çörəyi və turş qatıq
- •Qızdırılmış dəmir
- •Misilsiz zöhd
- •Quru çörək və turş qatıq
- •Kəramət və isar zirvəsi
- •Günah əhlinin abrının qorunması
- •Pisliyə yaxşılıqla cavab
- •Gəncin halı nəzərə alındı
- •Hökumət mə’murlarına mühüm göstəriş
- •Məzlumun müdafiəsi
- •Həzrət Zəhranın (s.Ə) əxlaqi səciyyələri Bir qeyd
- •1. Maddi yönüm
- •Maddi çətinliklər qarşısında səbr
- •Allah yolunda infaq
- •İstədiyin qədər soruş!
- •Qur’anla ünsiyyət
- •Bərəkətli boyunbağı
- •Həzrət Zəhranın (s.Ə.) vəqfləri
- •Alimlərin həzrət Zəhra (s.Ə.) barədə sözləri
- •İmam Həsən Müctəbanın (ə) rəftar qaydaları Dəryadan bir damla
- •Heyrətamiz təvazö
- •İstəyini yaz!
- •İnsanların ən kərimi
- •Azadlığın sonu
- •Daha üstün salam
- •İnsanın dəyəri
- •İmam Zeynəlabidinin (ə) əxlaqi səciyyələrindən Təhqirə cavab
- •Karvanda tanınmayan şəxs
- •Heyvanla əxlaqlı rəftar
- •İftar bəxşişİ
- •Möhtaclara kömək
- •Üzüm əhvalatı
- •Kiçik yaşlarında böyük əzəmət
- •Bağışlanma istəyi
- •Ananın haqqı
- •Borca görə zəmanət
- •Misilsiz qardaşlıq
- •Qeybətə münasibət
- •Bilmədən qətl
- •İxlasın zirvəsi
- •İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü
- •Böyük infaq
- •Xeirxahlıqdan yorulmayan kəs
- •Məsihiyə münasibətdə səbr
- •Aşiqanə qonaqpərvərlik
- •Zövcənin haqqı
- •Cəm halda dua
- •Allah qarşısında təslimçilik
- •Bir qamçı müqabilində azadlıq
- •Gecə minacatı
- •İmam Cə’fər Sadiqin (ə) əxlaqi səciyyələrindən
- •Şiə olmayana kömək
- •Qohumlara yardım
- •Əxlaq nümunəsi
- •İstəyini söylə!
- •Misilsiz mehribanlıq
- •Hər dərdi camaata demə!
- •Qonağa hörmət
- •Yoxsulla rəftar
- •Müsibət zamanı səbr
- •İmam Musa ibn Cə’fərin əxlaqi səciyyələrindən Allaha ibadət və xalqa xidmət
- •Müxaliflərə yardım və sevgi
- •Misilsiz bəxşiş
- •İamam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən
- •İlahi əxlaq
- •Aclar üçün təam
- •İnsana ehtiram
- •Yoldan qalana yardım
- •Fəhlənin haqqı
- •Tövhiddə ixlas
- •Kərimanə məktub
- •Ağır borcun ödənməsi
- •İmam Cavadın (ə) əxlaqi səciyyələrindən
- •Bərəkətli məktub
- •Məzluma himayədarlıq
- •İmam Cavadın (ə) vüqar və mətanəti
- •Batil əhlinin hiyləsi
- •İmam Cavad (ə) haqqında Şafeinin nəzəri
- •İmam Hadinin (ə) əxlaqi xüsusiyyətlərindən
- •İlahi ne’mətlərə diqqət
- •Hava və suyun saflığına diqqət
- •Şiələrə xüsusi məhəbbət və lütf
- •Xəstəyə diqqət və onun müalicəsi
- •Qohumlara yaxşılıq
- •Heyrətamiz kəramət
- •Övlada ad qoyulması
- •İmam Həsən Əskərinin (ə) əxlaqı haqqında Şiələrə diqqət
- •Yaxşılığa çağırış və pisliyə qadağanın ən gözəl yolu
- •Qeyri-adi infaq
- •İmam Mehdinin (əc.) əxlaqi səciyyələrİ
- •Xarakter baxımından peyğəmbərin oxşarı
- •Ədalətin bərpası
- •Sülh və əmin-amanlıq
- •Hər yerdə rifah
- •Əhli-beyt (ə) şiələrinin vəziyyətindən
- •Əqli təkamül, elmi və əxlaqi yüksəliş
- •Son dəyərləndirmə
- •İmam Mehdiyə (əc.) necə salam verməli?
- •Əhli-beytin (ə) isar və güzəşti
- •Misilsiz isar
- •Ən çətin şəraitdə isar
- •Günahkarın əfvi
- •Məni Həsən (ə)- Hüseynə (ə) bağışla!”
- •Fəsad əhlİnin əfvi
- •Əhli-beyt (ə) və təvazö
- •Əhli-beytdən (ə) qabağa keçməyib, arxada qalmamaq!
- •Əhli-beyt (ə) və Qur’an Əhli-beyt (ə) Qur’an müəllimidir
- •“Allah əhli” ifadəsinin mə’nası
- •Axirətdə korluq!
- •“Əl” tə’birinin “elmdə sabitqədəmlər” mə’nası
- •Qəlb gözünün müşahidəsi
- •Əhli-beytin (ə) dünya və axirət sə’yləri
- •Əhli-beyt (ə) və insan tərbiyə edən tə’limləri
- •Əhli-beytin (ə) həqiqi şiəsi
- •Əhli-beytə (ə) məhəbbət Məhəbbət vasitəsi
- •MəhƏbbətin müqəddiməsi mə’rifətdir
- •Məhəbbət risalət muzdudur
- •Əhli-beytə (ə) məhəbbət haqqında rəvayətlər
- •Əhli-beytə (ə) məhəbbətin nişanələri
- •1. Allahın insana məhəbbəti
- •4. İman və əməlin qəbulu
- •Əhli-beyt (ə) məhəbbətinin şərtləri və tə’sirləri
- •Ağır sınaq
- •İmam Məhəmməd Baqirin (ə) Məhəmməd ibn Müslümlə görüşü
- •6. Əhli-beyt (ə) məhəbbəti ölüm zamanı şadlıq vasitəsidir.
- •Şiə necə can verir?
- •Əbuzər necə can verdi?
- •7.Məhəbbət və məhbubun hüzuru
- •Ölüm məqamında imam Hüseynin (ə) hüzuru
- •İmam Rizanın (ə) rəbbani alimlə görüşü
- •Hacı Şeyx Abbas Qummi və imam Hüseyn (ə)
- •Ayətullah Hacı Mirzə Əli ağa Şirazi və imam Hüseyn (ə)
- •Ayətullah Aştiyaninin kəraməti
- •8. Əzabdan qurtuluş
- •Xanım Fatimənin (s.Ə.) istəyi
- •İlahi müjdə
- •9. Sirat körpüsündə sabitqədəmlik
- •10. Məhəbbət və bağışlanma
- •11. Əhli-beytlə (ə) tanınmaq
- •Behişt əhlindən bir şəxs
- •12. Əhli-beyt (ə) məhəbbəti behiştə giriş amilidir.
- •13. Əhli-beyt (ə) məhəbbəti əbədi həyat səbəbidir.
- •Bizdən ayrılmayın!
- •14. Məhəbbət qəlb aramlığı səbəbidir.
- •Əhli-beytə (ə) təvəssül (bağışlanma üçün onların vasitə seçilməsi)
- •İmam Mehdinin (ə) qeyri-adi diqqəti
- •Əhli-beytin (ə) aşiqlərdə elmi təcəllası
- •Əhli-beyt (ə) bərəkətindən xalis şiələrin kəraməti
- •İmam Rizanın (ə) diqqəti
- •İmam Rizanın (ə) hərəmində duanın qəbulu
- •İmam Rizaya (ə) təvəssül məni xilas etdi!
- •İmam Rizanın (ə) hərəmində qulamın istəyi
- •Əhli-beyt (ə) üçün qurulan məclis
- •Əhli-beyt (ə) üçün göz yaşı Göz yaşının mahiyyəti
- •Göz yaşı mö’minin nişanəsidir
- •Əhli-beytin (ə) müsibətlərinə görə ağlamaq
- •Qur’anda çevrilmə məsələsi
- •1. Maddiyyat sahəsində
- •2. Mə’nəviyyat sahəsində
- •Əhli-beytin (ə) ziyarəti
- •Mə’sum imamların ziyarətinin savabı
- •İmam Hüseyni (ə) ziyarətin savabı
- •Ziyarət tozu
- •Süleyman əQməşin maraqlı əhvalatı
- •İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
- •Əhli-beyt (ə) və bu ne’mətin şükrü
- •Valideyn ne’mətinə görə şükür
- •Əhli-beyt (ə) ne’mətinə görə şükür
- •Əhli-beytdən (ə) uzaqLaşmağın nəticəsi
- •Əhli-beyt (ə) haqqında dəyərli bir hədis
- •İfratçılıq iman üçün təhlükədir
- •Mündəricat
Başqalarını üstün saymaq
Şiə və sünni mənbələrində nəql olunur: “Əli (ə) çox acmışdı. Fatimədən yeməyə bir şey istədi. Fatimə (s.ə.) dedi: “Bir şey yoxdur. İki gün bundan qabaqkı təamdan nə qalmışdısa sizə verdim.” Əli (ə) buyurdu: “Əgər desəydin sizə yemək gətirərdim! Fatimə (s.ə.) dedi: “Ey Əbəl Həsən! Səndən gücün çatmayan bir şeyi istəməyə həya etdim!” Əli (ə) evdən çıxdı, peyğəmbərdən bir dinar borc aldı və ruzi dalınca getdi. Yolda Miqdadla rastlaşdı. Miqdadı ehtiyaclı görüb bir dinarı ona verdi. Sonra məscidə üz tutdu. Məsciddə onu yuxu apardı! Peyğəmbər (s) məscidə gəlib Əlinin (ə) yuxuya getdiyini gördü. Onu oyadıb dedi: “Nə etdin?” Əli (ə) əhvalatı danışdı.” Sonra peyğəmbərlə birlikdə namaza başladı. Peyğəmbər (s) namazını başa vurub buyurdu: “Ey Əbəl Həsən! Yeməyə bir şeyin var?” Həzrət Əli (ə) dinmədi. Allah-təala peyğəmbərə vəhy etdi ki, bu gün Əlinin evində süfrəyə əyləş! Onlar yola düşüb Fatimənin yanına gəldilər. Xanım ibadətə məşğul idi. Arxasında buxar çıxan bir kasa vardı. Fatimə namazını başa vurub həmin kasanı süfrəyə qoydu. Əli (ə) soruşdu: “Bu yemək haradandır?” Xanım buyurdu ki, bu Allah-təalanın ehsanıdır. “Şübhəsiz, Allah istədiyi kəsə hesabsız ruzi verər.”460 Peyğəmbər (s) buyurdu: “Ya Əli! Bu sənin bir dinarının bəhrəsidir.” Sonra peyğəmbəri qəhər boğdu. O dedi: “Şükr Allaha ki, Zəkəriyyanın Məryəmdə gördüyünü qızımda görməmiş ölmədim!”461
Başqaları ilə mehribanlıq
Bu hissədə Əmirəl-mö’mininin (ə) Cəməl, Siffeyn və Nəhrəvan savaşlarındakı rəftarını nəzərdən keçirəcəyik.
Cəməl savaşı
Həzrət çox çalışdı ki, bu savaş olmasın. Həzrətə Mədinədə xəbər verdilər ki, Cəməl qoşunu Məkkəni tərk edib Mədinəyə üz tutub. Həzrət onlarla müzakirə üçün dərhal Mədinədən çıxdı. Bəsrə başçılarından olan Sə’səə vasitəsilə onlara məktub göndərdi. Məktubda mehribancasına öyüdlər verirdi. Həzrət Əli İbn Abbası danışıq üçün Zübeyrin yanına göndərdi və dedi: “Təlhə ilə danışma, onunla danışmaq faydasızdır. Zübeyrlə söhbət et, o daha mülayimdir. Ona söylə ki, dayın oğlu deyir: Ricalda dostum idin, İraqda düşmən oldun. Nə üçün belə etdin?”
Həzrət İmran Xəzai vasitəsilə Təlhə və Zübeyrə məktub yazdı. Məktubda deyilirdi: “Siz həqiqəti gizlədirsiniz. Amma bilirsiniz ki, mən xalqın ardınca getmədim, xalq mənim ardımca gəldi. Mən kimsədən bey’ət istəmədim, xalq mənə hücum çəkdi və bey’ət etdi. Xalq mənə qorxudan və ya tamahdan bey’ət etmədi. Əgər mənə qorxudan bey’ət etmisinizsə, dərhal tövbə qılın, Allaha doğru dönün. Siz deyirsiniz ki, Osmanı mən öldürdüm. Bu işdə mühakiməni bitərəf insanlara tapşıraq. Məhkum olanı cəzalandıraq. Ey iki Qüreyş piri! Əgər tutduğunuz yolu zəlalət sayırsınızsa, bu yoldan əl çəkin. Nə qədər ki, bu zəlalət cəhənnəm oduna səbəb olmayıb.”
Nəql olunur ki, həzrət Bəsrə yolunda Zaviyə adlanan məntəqəyə çatdı. Dörd rəkət namaz qılıb dedi: “Ey göylərin və göylərin kölgəsində olanların Allahı! Ey yerlərin və onun üzərində olanların Rəbbi! Ey böyük ərşin sahibi! Bu Bəsrədir. Bu xalqın xeyrini mənim əlimə verməyini istəyirəm. Onların şərindən sənə pənah aparıram. Pərvərdigara! Bu adamlar mənə itaətdən boyun qaçırdılar, mənə qarşı çıxdılar, bey’əti pozdular. Pərvərdigara! Müsəlmanların qanın hifz et, hədər axmağa qoyma.” Həzrət Bəsrə qoşunu ilə üzbəüz dayandığı vaxt nida çəkdi: “Ey insanlar! Tələsməyin!” Sonra İbn Abbası çağırıb dedi: “Get Təlhə, Zübeyr və Ayişəni haqqa dəvət et.”
Sonra böyük səhabə Əmmar Yasir iki qoşun arasında dayanıb Bəsrə qoşununa müraciət etdi: “Ey camaat! İnsaf etmədiniz, zövcələrinizi pərdə arxasında saxlayıb, peyğəmbər zövcəsini oxlar və qılınclar qabağına çıxardınız.” Sonra Ayişəyə yaxınlaşıb soruşdu: “Nə istəyirsən?” Ayişə dedi: “Osmanın qanını almağa gəlmişəm!” Əmmar dedi: “Allah bu gün zalımı öldürsün, azğını həlak etsin, batili aradan qaldırsın.” Sonra üzünü Bəsrə qoşununa tutub fəryad çəkdi: “Ey camaat! Bilirsinizmi Osmanın öldürülməsində hansı birimiz şərik olmuşuq?” Əmmara doğru oxlar yağdı. Bəli, məntiqə oxla cavab verildi! Əmmar Əmirəl-mö’mininin yanına qayıdıb dedi: Ya Əmirəl-mö’minin! Nə gözləyirsən? Bunların qırğından başqa məqsədi yoxdur.” Əlinin (ə) qoşununa doğru oxlar yağmağa başladı. Yenə həzrət savaş icazəsi vermədi! Həzrət öz qoşununa üz tutub dedi: “Kim bu Qur’anı götürüb onlara doğru gedər və onları Qur’ana itaətə çağırar? Kim bu işi görsə öldürüləcək və mən ona behişt və’d edirəm.”
Müslüm adlı bir gənc yerindən qalxıb dedi: “Ya Əmirəl-mö’minin (ə)! Mən Qur’anı apararam və əmrini yerinə yetirərəm.” O Qur’anı götürdü, Cəməl qoşununa tərəf gedib onları Qur’ana də’vət etdi. Onun bədənini nizələrlə dəlik-dəlik etdilər. Müslüm yerə yıxılıb şəhid oldu. Bəli, məntiqə nizələrlə cavab verildi!
Həzrət Əli (ə) öz qoşununa hazır qalıb döyüşə başlamamaq göstərişi verdi. Əmr etdi ki, ox atılmasın, qılınc çəkilməsin, nizə işə salınmasın.
Həzrət Əlinin (ə) şücaətli komandanı İbn Bədil Bəsrə qoşunu tərəfindən öldürülmüş qardaşının cəsədini gətirib ərz etdi: “Ya Əmirəl-mö’minin (ə)! Nə vaxtadək səbr edək? Onlar bizi tək-tək öldürür, biz isə tamaşa edirik!”
Sonra başqa bir döyüşçünün cəsədini gətirdilər. Onu oxla şəhadətə yetirmişdilər. Amma Əli yenə vuruşa başlamadı. O Allaha üz tutub dedi: “Pərvərdigara! Özün şahid ol!” Sonra qoşuna müraciətlə buyurdu: “Bu camaata rəhm edin!” Həzrət silahını yerə qoyub, peyğəmbərin miniyinə süvar oldu və meydana çıxıb fəryad çəkdi: “Ey Zübeyr! Yanıma gəl.” Zübeyr tam silahlanmış vəziyyətdə meydana çıxdı. Ayişə Əlinin (ə) Zübeyri meydana çağırdığını eşidib dedi: “Ey vay, bacım Əsma dul qaldı!” Zübeyr Ayişənin bacısının əri idi. Ayişəyə dedilər ki, Əli (ə) meydana silahsız gəlib narahat olma. Əli (ə) meydanda Zübeyri qucaqladı. Ondan soruşdu: “Nə üçün mənə qarşı çıxırsan?” Zübeyr dedi: “Osmanın qanını almağa gəlmişəm!” Həzrət buyurdu: “Allah bizlərdən Osmanın ölümündə iştirakı olanı öldürsün.” Sonra həzrət mehribancasına söhbətə başladı. O, Zübeyrə peyğəmbərin belə bir buyuruğunu xatırlatdı: “Sən Əli ilə vuruşacaqsan və bu işdə zalım özünsən.” Zübeyr dedi: “Allahdan bağışlanma diləyirəm. Bu sözü xatırlasaydım, sənə qarşı çıxmazdım.” İmam (ə) buyurdu: “Ey Zübeyr! Geri dön.” Zübeyr dedi: “Necə qayıdım? Mənim qayıdışımı qorxaqlıq kimi qələmə verəcəklər. Belə bir ləkəni yumaq olmaz.” İmam (ə) buyurdu: “Alçaqlığa cəhənnəm odu əlavə olunmamış geri dön.” Zübeyr qayıtdı. Cəməl qoşunundan uzaqlaşmaq istədikdə oğlu Abdullah fəryad çəkib, “hara gedirsən” soruşdu. Zübeyr dedi : “Övladım! Əbül Həsən Əli unutduğum bir sözü mənə xatırlatdı.” Oğlu dedi: “Doğru deyil, sən Bəni-haşimin qılınclarından qorxursan!” Zübeyr dedi: “Yox, dövranın yaddan çıxardığını yada saldım. Məni qorxaqlığa görə qınayırsan?” Zübeyr əlinə nizə alıb Əli qoşununun sağ cinahına hücum etdi.
Həzrət Əli (ə) ətrafındakılara buyurdu: “Onu təhrik ediblər. Qabağına çıxmayın, yol verin ötüb keçsin.” Zübeyr sağ cinahın ardınca sol cinaha hücum çəkdi. Növbəti dəfə qoşunun mərkəzinə doğru hərəkət etsə də, qarşısına çıxan olmadı. Zübeyr geri dönüb oğluna dedi: “Qorxaq adam belə edərdimi?!
Sonra yoluna düzəlib getdi. Həzrət Əlinin düşmənə məhəbbəti öz işini gördü. Görəsən Cəməl qoşunu peyğəmbərin həmin buyruğunun təkcə Zübeyrə aid olmadığını bildimi?! Bəli, Əli (ə) ilə vuruşan hər bir kəs zalım idi!
Həzrət Əli yenidən meydana çıxdı. Bu dəfə Təlhəni meydana çağırıb soruşdu: “Nə üçün mənə qarşı çıxmısan?” Təlhə bildirdi ki, Osmanın qanını almaq üçün gəlib. Həzrət buyurdu: “Bu işdə müqəssir olanımızı Allah öldürsün. Eşitməmisənmi, Peyğəmbər (s) “Pərvərdigara, Əlinin dostuna dost, düşməninə düşmən ol” deyə dua edib? Məgər mənə bey’ət edib onu birinci pozan sən deyilsən? Allah buyurur ki, əhdi pozan öz zərərinə pozur.”462 Təlhə peşiman olub dedi: “Allahdan bağışlanma diləyirəm.” Sonra dönüb getdi. Mərvan ibn Həkəm Təlhənin savaş meydanını tərk etmək istədiyini görüb ona doğru bir ox atdı. Təlhə Bəsrə qoşununa xəbərdarlıq fürsəti tapmamış qətlə yetirildi.
İmam öz qoşununa üz tutub buyurdu: “Cəməl qoşununu məğlub etdiyimiz vaxt yaralıları öldürməyin, əsirləri qətlə yetirməyin, qaçanları qovmayın, kimsənin ayıb yerini açmayın, öldürdüyünüzün qulaq və burnunu kəsməyin. Kimsənin malını talamayın. Yalnız meydanda qalan sizindir.
Həzrət düşmənin məğlub olacağına əmin idi. Bununla belə hücum əmri vermirdi. Cəməl qoşunu imamın ordusuna hücuma keçdi. Yalnız bundan sonra hücum əmri verildi. Cəməl qoşunu rəzil bir məğlubiyyətə uğradı... Bəli, budur Əli, budur Əlinin (ə) düşmənə mərhəməti, budur həzrətin savaş meydanında rəftarı! Məgər bəşər tarixində öz düşmənləri ilə bu sayaq rəftar edən ikinci bir şəxs varmı?!