Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əmirəl-mö’minin (ə) əxlaqı haqqında Əmirəl-mö’mininin (ə) orta həddi gözləməsi

Əmirəl-mö’minin (ə) xurma satanların yanından ötürdü. Birdən gözü yaşlı bir kəniz gördü. Buyurdu: “Nə üçün ağlayırsan?” Kəniz dedi: “Ağam məni xurma almaq üçün göndərmişdi. Bu şəxsdən xurma alıb evə apardım. Amma ağam bəyənmədi. İndi isə geri qaytarmaq istəmir.” Həzrət xurma satana dedi: “Ey Allahın bəndəsi! Bu adam sadə bir xidmətçidir. O öz ixtiyarında deyil. Dirhəmini qaytar, xurmanı al.” Xurma satan ayağa qalxıb həzrətə əl qaldırdı. Camaat səs-küy saldı. Xurma satanı qınayıb dedilər: “Nə etdin, bu ki, Əmirəl-mö’minindir (ə)!” Kişi elə qorxuya düşdü ki, nəfəsi tutuldu, rəngi saraldı. Xurmanı kənizdən alıb pulunu qaytardı. Sonra dedi: “Ey Əmirəl-mö’minin (ə), məni bağışla.” Həzrət buyurdu: “Sənin özünü islah etməyin məni daha çox razı salır.” Yə’ni xalqın haqqını ödəsən səndən razı qalaram.437

Gözəl əfv

Əmirəl-mö’minin (ə) Ləbi ibn Fütarit Təminin həbsi üçün mə’mur göndərdi. Mə’murlar onu tutsalar da Nəim ibn Dəcacə Əsədi onlara mane oldu. Əmirəl-mö’minin (ə) bu dəfə Nəimin həbsi üçün mə’mur göndərdi. Mə’murlar Nəimi tutub imamın hüzuruna gətirdilər. Həzrət ona cəza tə’yin etdi. Nəim dedi: “Bəli, and olsun Allaha, səninlə olmaq çətindir, səndən qaçmaq küfr!” İmam buyurdu: “Səni bağışladım. Allah buyurur ki, pisliyi yaxşılıqla aradan qaldır.”438

İ’sar (ehtiyac duyduğun şeydən bağışlamaq) zirvəsi

Əmirəl-mö’minin (ə) bir sıra işlərə xatir Məkkəyə daxil oldu. Gördü bir ərəb Kə’bənin pərdəsinə sarılıb deyir: “Ey ev sahibi ev sənin evindir, qonaq sənin qonağın! Ev sahibinə qonağın qəbulu üçün vasitə var. Bu gün mən qonağı istiqbalın məni bağışlamağın olsun.” Əmirəl-mö’minin ətrafındakılara dedi: “Onun sözlərini eşitdinizmi?” Dedilər ki, bəli. Həzrət buyurdu: “Allah çox böyükdür və qonağını əli boş qaytarmaz.” Həzrət ikinci dəfə də həmin şəxsi Kə’bə pərdəsindən yapışmış vəziyyətdə gördü. O deyirdi: “Ey izzət içində olan əziz! Səndən izzətlisi yoxdur! Məni izzətinə xatir kimsə bilməyən izzətə çatdır! Sənə üz tutub vasitə axtarıram. Məhəmməd və ali Məhəmməd xatirinə, mənə kimsənin əta etmədiyi bir şey əta et. Kimsənin məndən uzaqlaşdıra bilməyəcəyini məndən uzaqlaşdır.” Ravi deyir: Əmirəl-mö’minin (ə) ətrafındakılara buyurdu: “And olsun Allaha! Bu cümlələr Allahın daha böyük adının siriyani ifadəsidir. Həbibim peyğəmbər mənə bu barədə xəbər verib. Bu gecə ərəb Allahdan behişt istədi, Allah da əta buyurdu. Cəhənnəm odundan uzaqlıq istədi, Allah da onu Cəhənnəm odundan uzaq etdi!” Üçüncü gecə də ərəb eyni vəziyyətdə deyirdi: “Ey məkana sığmayan Allah! Heç bir məkan sənsiz deyil. Bu ərəbə dörd min dirhəm yetir.” Əmirəl-mö’minin (ə) qabağa çıxıb dedi: “Ey ərəb! Allahdan istiqbal istədin istiqbal etdi, behişt istədin behişt verdi, qurtuluş istədin qurtuluş əta etdi. Bu nədir dörd min dirhəm istəyirsən?” Ərəb dedi: “Sən kimsən?” Həzrət buyurdu: “Mən Əli ibn Əbi Talibəm.” Ərəb dedi: “And olsun Allaha, istəyim sənin əlinlə yerinə yetər.” Həzrət buyurdu: “Ey ərəb! Məndən istə.” Ərəb dedi: “Mehriyyə üçün min dirhəm, borcumu ödəmək üçün min dirhəm, ev almaq üçün min dirhəm, dolanışıq üçün min dirhəm istəyirəm.” Həzrət buyurdu: “Ey ərəb! Öz istəyində insaflı oldun! Məkkədən çıxıb Mədinəyə çatanda mənim evimi soruş.” Ərəb bir həftə Məkkədə qaldı. Sonra Əmirəl-mö’mininin (ə) ardınca Mədinəyə getdi. Həzrətin evini soruşdu. İmam Hüseyn (ə) buyurdu: “Mən səni Əmirəl-mö’mininin (ə) evinə apararam. Mən onun oğlu Hüseynəm.” Ərəb dedi: “Atan kimdir?” Hüseyn dedi: “Əmirəl-mö’minin Əli ibn Əbi Talib (ə).” Sonra ərəb imam Hüseynin (ə) anasını soruşdu. İmam cavab verdi ki, anam Fatimeyi Zəhra (s.ə.) dünya xanımlarının xanımıdır. Ərəb növbə ilə imam Hüseyndən (ə) onun cəddini, nənəsini, qardaşını soruşdu. İmam buyurdu ki, cəddim peyğəmbərdir, nənəm Xədicədir, qardaşım Həsəndir. Ərəb dedi: “Dünya sənin əlindədir! Əmirəl-mö’mininin yanına get, de ki, Məkkədə və’d verdiyin ərəb gəlib.” İmam Hüseyn atasının yanına gedib ərəb haqqında mə’lumat verdi. Əmirəl-mö’minin (ə) xanım Fatiməyə (s.ə.) buyurdu: “Bu ərəbə verməyə bir şeyimiz varmı?” Fatimə (s.ə.) buyurdu: “Yox.” Əli (ə) libasını geyib evdən çıxdı və buyurdu ki, Salman Farsini çağırsınlar. Salman gəldi. Həzrət buyurdu: “Ey əba Əbdullah. Peyğəmbərin mənə verdiyi bağı satışa çıxar.” Salman bazara gedib bağı on iki min dirhəmə satdı. İmam ərəbi çağırıb ona dörd min dirhəm verdi. Xərclik üçün də qırx dirhəm əlavə etdi.

Əlinin (ə) bəxşişindən xəbər tutan Mədinə yoxsulları onun evinə axışdı. Ənsardan bir şəxs xanım Fatimənin (s.ə.) evinə gedib məsələni ona danışdı. Xanım ona dua etdi. Əli isə oturub ovuc-ovuc pul paylayırdı. Beləcə, özünə bir dirhəm də qalmadı...439

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]