Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Xalq arasında kin-küdurət yaratmayın

Rəvayətdə deyilir: “Bir gün peyğəmbər qızdırmışdı. Həmin gün zövcəsi Həfsənin yanında olmalı idi. Ayişə bir qabda ona arpa aşı göndərdi. Kəniz Həfsənin evinə gəlib peyğəmbəri soruşdu. Həfsə məsələnin nə yerdə olduğunu anlayıb qəzəbləndi və dedi ki, Ayişə mənim haqqımı tapdayır. Məgər mən aş hazırlaya bilmirəm?! Yoxsa peyğəmbəri ondan az istəyirəm?” Sonra qabı kənizdən alıb yerə çırpdı. Qab sındı, aş yerə dağıldı.

Peyğəmbər (s) gəlib qabın sınıq hissəsində qalmış aşdan daddı. Kənizin ardınca gedib dedi: “Ey kəniz! Əgər Ayişə soruşsa, mən aşdan yedim. Əhvalatı ona danışma. Yoxsa kin-küdurət yaranar.” Məhz bu hadisədən sonra ayə nazil oldu: “Şübhəsiz, sən böyük əxlaqi səciyyələrə maliksən.”432

Böyüklük və kəramət

Əbu Cəhlin oğlu Əkrəmə Məkkənin fəthi günü Yəmənə qaçdı. Ona xəbər verdilər ki, Peyğəmbər (s) hamını bağışlayıb və kimisə cəzalandırmır. Əkrəmə geri qayıtdı və qorxa-qorxa Məscidül-Hərama gəldi. Peyğəmbər (s) onu görüb ayağa qalxdı, ona əyləşmək üçün yer göstərdi və alnından öpdü. Əkrəmə dedi: “Mən peyğəmbərin yanından çıxanda artıq onu özümdən, atamdan və övladlarımdan çox sevirdim.” Əkrəmə peyğəmbərin əli ilə müsəlman oldu və savaşlardan birində şəhadətə çatdı.433

Ədalətli qiymət istəyi

Bədəvi bir ərəb İslam peyğəmbərinin hüzuruna gəlib ərz etdi: “Satmaq üçün bir neçə dəvə gətirmişəm, amma Mədinə bazarının qiymətindən xəbərsizəm. Qorxuram məni aldadalar. Yaxşı olar mənimlə gələsən və sənin nəzarətin altında dəvələri satam.” Peyğəmbər (s) buyurdu: “Dəvələrini bir-bir mənə göstər.” Kişi dəvələri gətirdi və peyğəmbər dəvələrə qiymət qoydu.

Ərəb dəvələri bazara apardı və peyğəmbər dediyi qiymətə satıb geri qayıtdı. Peyğəmbərə (s) dedi: Mənə yol göstərdin, istədiyimdən də artıq qiymətə satdım. İndi dəvələrin pulundan nə götürürsən götür.” Peyğəmbər (s) buyurdu: “Bir şey istəmirəm.” Ərəb dedi: “Məndən bir hədiyyə qəbul et.” Peyğəmbər (s) buyurdu: “Buna ehtiyac yoxdur.” Ərəb israr etdi. Peyğəmbər (s) buyurdu: “Beləsə mənə süd verən balalı dəvə gətir.434

“Çırpını mən yığaram”

Peyğəmbər (s) səhabələri ilə birlikdə səfərə çıxmışdı. Onlara buyurdu ki, bir keçi kəssinlər. Səhabələrdən biri dedi: “Keçini kəsmək mənim öhdəmə”. Başqa biri “onu soymaq mənim öhdəmə” söylədi. Üçüncü səhabə yemək bişirməyi öhdəsinə götürdü. Peyğəmbər (s) buyurdu: “Çırpını da mən yığaram.”

Səhabələr dedilər: “Ya Rəsuləllah! Siz özünüzü zəhmətə salmayın. Çırpını biz yığarıq. Həzrət buyurdu: “Mən bilirəm ki, siz bu işləri həvəslə görürsünüz. Amma Allah-təala bir işlə məşğul olan topluma kömək etməyən bəndəsini xoşlamır.”435

Böyük səxavət

Rəvayətdə deyilir: Bir gün Allahın rəsulu Cabir ibn Abdullahla yola çıxmışdı. Peyğəmbər (s) Cabirin dəvəsinə işarə ilə buyurdu: “Bu dəvəni mənə sat.” Cabir dedi: “Atam-anam sənə fəda, dəvə sənin olsun.” Həzrət buyurdu: “Yox, onu satmağını istəyirəm!” Cabir dedi: “Elə isə satıram.” Peyğəmbər Bilala göstəriş verdi ki, dəvənin qiymətini Cabirə ödəsin. Cabir dedi: “Ya Rəsuləllah! Dəvəni kimə verim?” Həzrət buyurdu: “Dəvə də, onun qiyməti də sənin olsun. Allah bu alış-verişi sənin üçün bərəkətli buyursun.”436

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]