Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Heyrətamiz səbr

Ənəs ibn Malik deyir: Bədəvi bir ərəb peyğəmbərin hüzuruna gəlib çox qaba rəftar etdi. O peyğəmbərin əbasından tutub elə çəkdi ki, əba peyğəmbərin boynunda iz saldı. Sonra dedi: “Əmr et, ixtiyarındakı Allah malından mənə bağışlasınlar!” Həzrət ona təbəssümlə baxıb, hədiyyə verdi.419

Ümmətlə xoş rəftar və müdara

Həzrət Peyğəmbər (s) din qardaşlarından birini üç gün görmədikdə onun haqqında soruşurdu. Səfərdə və şəhərdə olanda da onun üçün dua edir, xəstə olduqda yoxlayırdı.420

Qonağa hörmət

Bir gün Peyğəmbər (s) evə gəldikdən sonra ardınca xeyli adam axışdı. Zübeyr ibn Abdullah oturmağa yer tapmayıb evdən bayırda dayandı. Onun kənarda dayandığını görən peyğəmbər arxalığını çıxarıb ona verdi ki, üstündə əyləşsin. Zübeyr arxalığı alıb üzünə çəkdi və öpdü.

Salman deyir: Peyğəmbərin hüzuruna daxil olanda o balışa dirsəklənmişdi. Balışı mənə verib buyurdu: Ey Salman! Müsəlman onun evinə gəlmiş müsəlmana hörmət göstərib ona balış verər, Allah da hökmən onu bağışlayar.”421

Xeyir əmələ görə ehtiram

İmam Sadiq (ə) nəql edir: Süd bacısı peyğəmbərlə görüşə gəldi. Peyğəmbər (s) onu görüb xoşhal oldu. Əbasını verdi ki, üstündə əyləşsin. Bir qədər söhbətdən sonra onu təbəssümlə yola saldı. Bir müddət sonra süd bacısının qardaşı otağa daxil oldu. Peyğəmbər (s) onunla bir qədər fərqli rəftar etdi. Peyğəmbərdən belə rəftarının səbəbini soruşdular. Həzrət buyurdu: “Bacısına ona görə çox hörmət göstərdim ki, o atasına qardaşından daha çox xeyirxahdır.”422

Düşmənin əfvi

Həzrət Peyğəmbər (s) on iki minlik qoşunla Məkkəni fəth etdiyi vaxt insanlarla o qədər xoş rəftar etdi ki, dünyanı heyrətə gətirdi! Düşmənə qalib gəlmiş sərkərdənin bu sayaq rəftarı kimsənin ağlına gələsi deyil.

Məkkə əhli Məscidül-həramda dayanıb İslam peyğəmbərinin (s) Kə’bədən çıxmasını gözləyirdilər. Böyük hərbi qüdrətə malik peyğəmbər ona neçə il əziyyət vermiş Məkkə əhli ilə bağlı hökmünü verməli idi.

Bütlər sındırıldıqdan sonra Kə’bədən çıxan peyğəmbər Məkkə əhlinə xitabən buyurdu: “Ey insanlar! Mənə pis qohum, pis qonşu oldunuz. Məni bu diyardan çıxarıb üstümə qoşun çəkdiniz. Mənə əziyyət verməkdən, yaxınlarımı öldürməkdən, sürgün etməkdən çəkinmədiniz. Əmim Həmzəni qətlə yetirdiniz. Siz ki, Allahın rəsulu ilə belə rəftar etmisiniz, mənim qisas haqqım var. Gərək kişilərinizi öldürüb, ailələrinizi əsir götürəm. Evlərinizi dağıdıb, var-yoxunuzu qənimət aparam. Sizinlə necə rəftar etməyi özünüzdən soruşuram. Sizinlə nə etməliyəm?” Süheyl ibn Əmr xalq tərəfindən nümayəndə olaraq qabağa çıxıb dedi: “Xeyirə danışıram, xeyirə ümid edirəm. Sən kəramət sahibisən və hazırda ixtiyarımız sənin əlindədir.” Bu sözlər peyğəmbəri kövrəltdi və ağladı. Məkkə əhli peyğəmbərin bu halını görüb ona qoşuldu. Peyğəmbər (s) buyurdu: “Mən qardaşım Yusifin dediyini deyirəm: “Bu gün sizə günah yoxdur. Allah sizi bağışlasın. O mehribanların ən mehribanıdır.”423

Böyük bəxşiş

Səhl ibn Sə’d Saidi deyir: Peyğəmbər üçün ağ və qara yundan canlıq tikdim. Həzrət onu görüb təəccüb etdi və buyurdu: “Yaxşı canlıqdır.” Orada bir ərəb kişi vardı. “Bu canlığı mənə bağışla” dedi. Həzrət dərhal onu əynindən çıxarıb kişiyə bağışladı.424

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]