Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Yoxsulun ehtiyacını ödəmək üçün qazancsız borc

İmam Sadiq (ə) atası imam Baqirdən (ə) belə nəql edir: Bir yoxsul peyğəmbərin hüzuruna gəlib ondan kömək istədi. Peyğəmbər (s) buyurdu: “Ona qazancsız borc verən varmı? Ənsardan olan bir şəxs ayağa qalxıb dedi: “Mən belə bir borc verərəm.” Peyğəmbər (s) buyurdu: “Bu yoxsula dörd qab xurma ver.” Ənsardan olan kişi Peyğəmbərin (s) buyuruğunu yerinə yetirib kişiyə dörd qab xurma verdi. Bir müddət sonra peyğəmbərin yanına gəlib borcunun ödənməsini istədi. Həzrət buyurdu: “İnşaəllah, ödənər.” Bir müddət ötdü. Həmin şəxs yenidən Peyğəmbərə (s) müraciət etdi. Peyğəmbər (s) yenə də əvvəlki cavabı verdi. Üçüncü dəfə peyğəmbərdən eyni cavabı eşidən kəs “bu inşaəllahlardan mənə çox dedin” söylədi. Həzrət gülümsündü və buyurdu: “Qazancsız borc verəcək biri varmı?” Bir şəxs qalxıb öz hazırlığını bildirdi. Peyğəmbər (s) buyurdu: “Bu şəxsə səkkiz qab xurma ver.” Ənsardan olan kişi yalnız dörd qab götürmək istəsə də, Peyğəmbər (s) ona əlavə dörd qab verdi.”410

Yoxsullarla bir süfrədə

İmam Sadiq (ə) atasından belə nəql edir: Peyğəmbər dövründə yoxsulların ev-eşiyi olmadığından onlar məscidlərdə gecələyirdilər. Bir gecə Peyğəmbər (s) məsciddə minbərin kənarında bir yoxsulla əyləşib iftar etdi. Peyğəmbərin (s) vücudu bərəkətindən həmin qabdan otuz nəfər yeyib doydu. Onlar qalan yeməyi zövcələrinə apardılar.411

Zöhd və qənaət

İmam Riza (ə) atasından belə nəql edir: “Həzrət Peyğəmbər (s) buyurdu: “Bir mələk yanıma gəlib dedi: “Ey Məhəmməd! Rəbbin sənə salam göndərdi. Buyurdu ki, əgər istəsə Məkkənin geniş səhrasın onun üçün qızıla döndərərəm.” Peyğəmbər (s) Allah dərgahına üz tutub dedi: “Pərvərdigara! Bir gün tox qalıram ki, sənə şükr edim, bir gün ac qalıram ki, sənə ağız açım!”412

Heyrətamiz təvazö

İbn Abbas deyir: Peyğəmbər (s) daim döşənəcəksiz yerdə oturar, torpağın üstə yeyər, özü qoyun sağar, qulların bir süfrədə oturmaq üçün də’vətini qəbul edərdi.413

Xalqa görə pərişanlıq

Həzrət Peyğəmbərin (s) dövründə Səffə əhli arasında yoxsul bir mö’min vardı. O cəmiyyət namazını tərk etmir, bütün namazlarında peyğəmbərə iqtida edirdi. Peyğəmbər ona qayğı göstərib ehtiyaclarını öyrənmək istədi. Həzrət buyurdu: “Ey Sə’d! Əgər əlimə bir şey düşsə sənin ehtiyacını ödəyərəm.” Amma bir müddət keçsə də peyğəmbərin imkanları dəyişmədi və bu hal onun nigarançılığını artırdı. Mehriban Allah peyğəmbərin Sə’də canıyananlığını görürdü. Cəbraili iki dirhəm pulla ona doğru göndərdi. Cəbrail gəlib buyurdu: “Allah sənin Sə’də görə pərişanlığından xəbərdardır. Sə’din ehtiyacını ödəmək istəyirsən?” Həzrət buyurdu: “Bəli.” O dedi: “Al bu iki dirhəmi ona ver, de ki ticarətlə məşğul olsun.”

Həzrət iki dirhəmi alıb günorta namazına görə evdən çıxdı. Həmin vaxt Sə’d bir hücrədə dayanıb peyğəmbəri gözləyirdi. Peyğəmbər (s) onunla görüşüb buyurdu: “Ticarəti xoşlayırsanmı?” Sə’d dedi: “Xoşlayıram, amma sərmayəm yoxdur.” Həzrət iki dirhəmi ona verib buyurdu: “Bu pulla ticarət et, Allahın ruzisindən qazan.” Peyğəmbər (s) namazdan sonra Sə’də buyurdu: “Get ticarətə başla, sənə görə narahatam.”

Sə’d peyğəmbərin göstərişi ilə ticarətə başladı; o bir dirhəmə alıb iki dirhəmə satırdı. Onun iki dirhəmə aldığını xalq həvəslə dörd dirhəmə alırdı. Beləcə, Sə’d çətinlikdən çıxdı, var-dövlət sahibi oldu. Məscidin yaxınlığında özünə yer edib alverə məşğul idi. Belə ki, Bilal azan dedi, Peyğəmbər (s) namaza dayandı. Sə’d isə hələ də alış-verişə məşğul idi. Artıq onun dəstəmaz alıb məscidə gəlməyə vaxtı yox idi. Bəli, Sə’d həmin Sə’d deyildi!

Bir gün Peyğəmbər (s) Sə’də buyurdu: “Ey Sə’d! Dünya səni elə məşğul edib ki, peyğəmbərlə namazdan məhrum olmusan! Əvvəlki halın hara getdi?” Sə’d dedi: “Nə edim, var yoxumu çölə atım? Birinə satıram, gərək pulunu alam. O birindən alıram, gərək pulunu verəm.” Sə’din vəziyyəti peyğəmbəri qəmləndirdi. Bu qəm-qüssə əvvəlkindən daha böyük idi!

Cəbrail Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ey Məhəmməd! Allah sənin Sə’də görə pərişanlığından xəbərdardır. Sə’din əvvəlki günləri sənə xoşdur, yoxsa indiki günləri?” Peyğəmbər (s) buyurdu: “Əvvəlki halı daha yaxşı idi. İndi elə bir vəziyyətdədir ki, dünyası var, axirəti əldən çıxıb.” Cəbrail dedi: “Bəli, dünyaya, var-dövlətə bu sayağ eşq fitnədən başqa bir şey deyil və insanı axirətdən məhrum edər. Sə’də verdiyin iki dirhəmi geri al. Belə etsən əvvəlki halına qayıdacaq.” Peyğəmbər (s) evdən çıxıb Sə’din yanına getdi və ona mehribancasına dedi: “Ey Sə’d! Sənə verdiyim iki dirhəmi istəyirəm? Sə’d dedi: “Mən iki yüz dirhəm verərəm! Həzrət buyurdu: “Ey Sə’d, mən iki dirhəmdən başqa bir şey istəmirəm!” Sə’d iki dirhəmi peyğəmbərə təqdim etdi. Həmin vaxtdan başlayaraq alveri kasadlanmışdı. Belə ki, nəyi vardısa əlindən çıxdı və əvvəlki vəziyyətinə qayıtdı.414

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]