Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Peyğəmbər əxlaqından nümunələr

Ən bərəkətli mal

İmam Sadiq (ə) buyurur: Peyğəmbərin (s) köynəyi köhnəlmişdi. Bir şəxs onun xidmətinə gəlib on iki dirhəm hədiyyə verdi. Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Bu on iki dirhəmi götür, mənə bir köynək al.” Əli (ə) deyir: “Bazara getdim, on iki dirhəmlik bir köynək alıb həzrətin yanına qayıtdım. Peyğəmbər (s) köynəyə baxıb buyurdu: “Mənim üçün bundan başqası daha xoşdur. Onu geri qaytarmaq olarmı?” Dedim ki, bilmirəm. Peyğəmbər (s) buyurdu: “Əgər qəbul etsə geri qaytar.” Dükana qayıtdım. Dedim ki, peyğəmbər bu köynəyi bəyənmir, ucuz bir köynək istəyir. Beləcə, köynəyi geri qaytardım. Dükan sahibi on iki dirhəmi mənə verdi. Mən Peyğəmbərin (s) yanına gəldim. Peyğəmbər (s) mənimlə birlikdə köynək almaq üçün bazara çıxdı. Yolda bir kəniz gördü. Kəniz yol qırağında oturub ağlayırdı. Həzrət buyurdu: “Sənə nə olub?” Kəniz dedi: “Evdə dörd dirhəm pul vermişdilər ki, lazım olan şeyləri alım. O dörd dirhəmi itirdim, indi evə qayıtmağa cürət etmirəm.” Peyğəmbər (s) kənizə dörd dirhəm verib buyurdu ki, evinə qayıt. Sonra bazara getdik. Dörd dirhəmə köynək aldı və geyindi. Allaha həmd-səna dedi. Peyğəmbər (s) bazardan çıxanda çılpaq bir kişi gördü. Kişi deyirdi: “Məni geyindirənə Allah behişt libası geyindirsin!” Həzrət təzə köynəyi çıxarıb kişiyə verdi və əvvəlki köynəkdə bazara qayıdıb dörd dirhəmə başqa bir köynək aldı. Köynəyi əyninə geyib Allaha şükr etdi. Yolda dörd dirhəm itirmiş kənizlə rastlaşdı. Kəniz hələ də yolun kənarında oturmuşdu. Peyğəmbər (s) buyurdu: “Nə üçün ailənin yanına qayıtmırsan?” Kəniz dedi ki, yubandığım üçün evə getməyə cürət etmirəm. Peyğəmbər (s) buyurdu: “Mənimlə gəl, səni evinə aparım, bağışlamalarını istəyim.” Peyğəmbər (s) qapının ağzınadək gəlib dedi: “Salam olsun sizə ey ev əhli!” Amma bir cavab gəlmədi. Peyğəmbər (s) ikinci dəfə salam verdi. Yenə cavab gəlmədi. Üçüncü salamdan sonra onun salamını aldılar. Peyğəmbər (s) buyurdu: “Nə üçün əvvəlki salamlarımı cavabsız qoydunuz?” Dedilər: “Ey Allahın rəsulu! Salamını eşitdik, amma yenə salam verməyini arzuladıq.” Həzrət buyurdu: “Bu kəniz evə gəlməyə yubanıb, onu cəzalandırmayın.” Ev sahibləri dedilər: “Ey Allahın rəsulu! Biz onu sənin qədəmlərinə xatir Allah yolunda azad etdik!”

Peyğəmbər (s) buyurdu: “Allaha şükr olsun. Mən hələ bu on iki dirhəm kimi bərəkətli dirhəm görməmişdim! Bu pul hesabına iki çılpaq geyindi, bir insan qulluqdan azad oldu.”407

Peyğəmbərdən (s) beş əxlaq proqramı

İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Beş şeyi ölənədək tərk etmərəm: yun libas geyməyi, palansız ulağa minməyi, qullarla birlikdə xörək yeməyi, çarığımı öz əlimlə tikməyi, uşaqlara salam verməyi. Qoy bu beş şey məndən sonra sünnə olsun.”408

Peyğəmbər (s) əxlaqına xatir İslamı qəbul edən yəhudi

İmam Musa Kazim (ə) cəddi Əmirəl-mö’minindən (ə) belə nəql edir: Bir yəhudinin Peyğəmbərdən (s) bir neçə dinar alacağı vardı. Peyğəmbərdən borcunu istədi. Peyğəmbər (s) buyurdu: “Borcunu ödəyə bilmirəm.” Yəhudi dedi: “Əgər verməsən səni buraxmayacağam.” Həzrət buyurdu: “Onda qoy yanında əyləşim.” Peyğəmbər (s) günorta və əsr, məğrib və işa, sübh namazını həmin yerdə qıldı. Peyğəmbərin səhabələri hadisədən xəbər tutub yəhudini cəzalandırmaq istədilər. Həzrət buyurdu: “Nə etmək istəyirsiniz?” Dedilər: “Ey Allahın rəsulu, bir yəhudi səni həbs etsinmi?” Həzrət buyurdu: “Rəbbim məni zimmə əhlinə sitəm üçün göndərməyib.” Gün başa çatanda yəhudi dedi: “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh.” O öz sərvətinin bir hissəsini din yolunda bağışladı. Peyğəmbərə (s) dedi: “Ey peyğəmbər, and olsun Allaha səni belə incitməkdə bir məqsədim vardı: doğurdanmı Tövratda deyilən sənsən? Mən Tövratda oxumuşdum ki, Məhəmməd ibn Abdullahın doğum yeri Məkkə, hicrət yeri Mədinədir. O sərt xasiyyətli və hayküyçü deyil. Heç vaxt pis sözlər danışmaz. Mən səni sınadım, Allahın birliyinə və sənin risalətinə şəhadət verirəm. Buyur sərvətimin yarısını, onu Allah buyurduğu yolda xərclə.”409

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]