Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Mustəmli Buxari

Əli ibn Əbi Talib (ə) ariflərin gözüdür. Hamı yekdil şəkildə qəbul edir ki, o peyğəmbərlərin özündəndir. Əli ibn Əbi Talib (ə) özündən öncə söylənməmiş sözlər demişdir. Ondan sonra da ona bərabər danışan olmamışdır.

* * *

Həsən ibn Əli (ə) haqqında danışaq. Onu altı dəfə zəhərlədilər. Yalnız altıncı dəfə zəhər tə’sirini göstərdi. Hüseyn onun başı üstə dayanıb dedi: “Qardaş! Əgər kimin sənə zəhər verdiyini bilirsənsə, mənə de. Sənə bir şey olsa, cəzasını verim!” Dedi: “Ey qardaş! Atam Əli, anam Fatimə, cəddim Məhəmməd, nənəm Xədicə xəbərçi olmayıb, biz Əhli-beytdən (ə) də xəbərçi çıxmaz. Əgər Qiyamət günü Allah məni bağışlasa, mənə zəhər verəni bağışlamayınca behiştə getmərəm.”

* * *

Bir gün imam Həsən (ə) süfrə başında əyləşdiyi vaxt bir şəxs yaxınlaşıb on min dirhəm borc istədi. Həzrət göstəriş verdi ki, həmin şəxsə on min dirhəm versinlər...

* * *

Bir gün həzrət Hüseyn (ə) yemək yediyi vaxt başı üzərində dayanmış kəniz əlindəki kasanı saldı. Kəniz dedi: “O kəslər ki, qəzəblərini udarlar.” Hüseyn (ə) buyurdu: “Səni bağışladım.” Kəniz dedi: “Allah xeyir əməl sahiblərini sevir.”397 Hüseyn (ə) buyurdu: “Sən Allah yolunda azadsan.”

* * *

Allah-təala onlar haqqında buyurmuşdur: “Allah istəyir ki, hər növ çirkinliyi siz Əhli-beytdən uzaqlaşdırsın, sizi layiqincə paklasın.”398 Bir gün Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə.), Həsən və Hüseynlə bir kilimə bürünmüşdü. Cəbrail gəlib dedi: “Ya Məhəmməd! Mənə də icazə ver bu kilimə bürünüm, altı nəfər olaq.”399

Əbül Həsən Mücəvviri Qəznəvi

Peyğəmbər Əhli-beyti (ə) xüsusi bir paklığa malikdir. Onlardan bə’zilərini yada salaq. Peyğəmbər ciyərparəsi, Mürtəza qəlbinin reyhanı, Zəhranın gözünün nuru Əbu Məhəmməd Həsən ibn Əli bu pak ailənin bir üzvüdür. Qədərilər qələbə çaldıqdan və mö’təzililər qaçıb ətrafa səpələndikdən sonra Həsən Bəsri həzrət Həsənə belə bir məktub yazdı: “Allahın salamı olsun sənə, ey peyğəmbər nəvəsi, onun gözünün nuru! Allahın rəhmət və bərəkəti olsun sizə. Siz Bəni-haşim dəryalarda rəvan gəmilər, parlaq ulduzlarsınız. Sizə tabe olan nicat tapdı. Necə ki, Nuhun gəmisinə qalxanlar qurtuldu. Bizə bu məzhəb ixtilafları ilə bağlı məsləhətini ver. Bilək ki, Peyğəmbər (s) zürriyəsinin yolu nədir.” İmam məktuba belə bir cavab yazır: “Allah tərəfindən xeyir və şər təqdirinə iman gətirməyən kafirdir. Günahı Allaha həvalə edən isə azğındır. Qədərilər Allahın təqdirini inkar edir, cəbrilər günahlarını Allaha həvalə edirdilər. Demək bəndə azaddır. O, gücü həddində müvəffəqdir. Əsil din cəbr və qədər arasındadır.”

* * *

Bədəvi bir ərəb həzrətin qapısından keçirdi. O qapı ağzında əyləşmiş imamı təhqir etməyə başladı. İmam ayağa qalxıb dedi: “Ey ərəb! Əgər acsan çörək gətirsinlər, susuzsan su versinlər, axı sənə nə olub? İmam Həsən (ə) bir torba dinar gətizdirib ərəbə verdi və buyurdu: “Ey ərəb! Bağışla ki, bundan artığına gücümüz yoxdur.” İmamın bu rəftarını görən ərəb dedi: “Şəhadət verirəm ki, sən peyğəmbər balasısan. Mən sənin helmini yoxlamağa gəlmişdim. Alimlər demişdilər ki, nə təhqir, nə də tə’rif sizin halınızı dəyişməz.”

* * *

Həzrət Hüseyn ibn Əli ibn Əbi Talib (ə) Məhəmməd (s) ailəsinin çırağı, dövrünün seyidi, həqiqi övliyalardan olmuşdur. O bəla əhlinin qibləsi, Kərbəla çölünün şəhididir. Yekdil olaraq hamı bu fikirdədir ki, həzrət Hüseyn haqq zahir olanda baş əyər, haqq ayaq altına atılanda qılınc çəkərdi. Əziz canını Allah yolunda qurban verənədək toxtaqlıq tapmadı. Onun misilsiz məqamı ümmət arasında kimsəyə qaranlıq deyil.

* * *

Əbül Həsən Əli ibn Hüseyn peyğəmbər varisi, ümmətin çırağı, məzlum seyyid, məhrum imam olmuşdur. Dövrünün ən kəramətli və abid insanı kimi tanınmışdır. Bildirilir ki, Hüseyn ibn Əli övladları ilə birlikdə Kərbəlada qətlə yetirilərkən Zeynəlabidin (ə) xəstə yatırdı. Hüseyn onu Əli-Əsğər, yə’ni kiçik Əli çağırırdı. Yalın dəvələrdə Dəməşqə gətirildiyi vaxt ondan “sübhünüz necə oldu” deyə soruşdular. Dedi: “Qövmümüzün zülmündən sübhümüz Fir’on qövmünün zülmünə düçar olmuş Musa qövmünün sübhü kimi oldu. Onların övladlarını öldürdülər, hicablarını açdılar. İndi nə sübh bilirik, nə də gecə!”

* * *

Nəql edirlər ki, Hişam ibn Əbdül Məlik ibn Mərvan həccə gəlib Kə’bə evini təvaf edirdi. Qara daşı öpmək istəsə də izdiham imkan vermədi. Minbərə çıxıb xütbə oxudu. Həmin vaxt həzrət Zeynəlabidin (ə) məscidə daxil olub təvafa başladı. Qara daşa yaxınlaşdığı vaxt ətrafdakılar ehtiram göstərərək kənara çəkildilər. Şam əhlindən olan bir kişi bu səhnəni görüb Hişama dedi: “Səni qara daşa yaxın buraxmadılar, amma bu cavan oğlanı görüb geri çəkildilər.” Hişam dedi: “Mən onu tanımıram.” Hişam sadəcə həzrəti ətrafdakılara tanıtdırmaq istəmədi. Həmin vaxt bir kənarda dayanmış şair Fərəzdəq dedi: “Mən onu tanıyıram.

O bir kimsədir ki yerdə misli yox,

Hara qədəm qoysa tanıyanı çox.”

Beləcə, Fərəzdəq həzrət Zeynəlabidini və peyğəmbər əhlini mədh etdi. Hişam qəzəbləndi və onun həbsini əmr etdi. Fərəzdəqi Məkkə ilə Mədinə arasındakı zindana saldılar. Hadisəni eşidən həzrət Fərəzdəqə on iki min dirhəm pul göndərdi və «bundan artığına gücümüz yox» söylədi. Fərəzdəq pulları geri qaytarıb dedi: “Ey peyğəmbər övladı mən pula xatir çox şe’r söyləmişəm, çoxu da yalan olub. Bu beytləri isə Allaha xatir, peyğəmbər və onun övladlarını sevdiyimdən söylədim.” Onun sözlərini həzrət Zeynəlabidinə (ə) çatdırdılar. İmam yenidən pulu Fərəzdəqə göndərib “biz verdiyimizi geri almırıq” söylədi.

Ay çəkildi Məhəmmədin nurundan,

Sərv əl götürdü öz qürurundan.

Göyü sonsuz görüb uyma xəyala,

Yalnız Məhəmmədlə çatar kamala.

Xudaya Fatimə əhlinə xatir,

Sözümə inanım mən sətir-sətir.

Əgər dualarım qalsa düyündə

Əlim ali-Məhəmməd ətəyində.400

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]