Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əttar Nişapuri Cə’fər Sadiq (ə) haqqında

O, peyğəmbər ümmətinin sultanı, risalət dəlili, sədaqətli daşıyıcı, araşdıran alim, övliyalar qəlbinin meyvəsi, peyğəmbərin ciyərparəsi, Əli təfsirçisi, peyğəmbər varisi, aşiq bir arif idi.

Qeyd etdik ki, əgər Peyğəmbər (s) səhabə və Əhli-beyt (ə) haqqında deyilənləri yada salsaq ayrıca bir kitab tərtib etməliyik. Belə bir kitab risalət xanədanından sonrakı övliyaların şərhi olar. Təbərrük olaraq imam Sadiqdən (ə) başlayırıq. Çünki o Əhli-beytdəndir (ə) və onun məzhəblə bağlı buyuruqları daha çoxdur. Ən çox rəvayət imam Sadiqdən (ə) nəql olunmuşdur.

Sadiq məzhəbində olanlar on iki imam məzhəbindədir. Yə’ni bir nəfər on iki nəfəri təmsil edir. Əgər təkcə ondan danışsaq qeyd etməliyik ki, bütün elmlərdə, eləcə də ibadətdə misilsiz idi. Böyük e’timad sahibi olan imam Sadiq mütləq iqtida ləyaqətinə malik idi.

O həm allahpərəstlərin şeyxi, həm məhəmmədilərin imamı, həm zövq əhlinin rəhbəri, həm eşq əhlinin öncülü, həm abidlərin iqtida etdiyi şəxs, həm zahidlərin məhbubu, həm misilsiz təfsirçiydi. İmam Sadiq (ə) imam Baqirdən (ə) bir çox rəvayətlər nəql etmişdir. Düşünmürəm ki, kimsə həqiqətdən xəbərsizdir. Məhəmmədə iman gətirib, onun övladlarını inkar edən, Məhəmmədə iman gətirməmişdir. Şafei Əhli-beyti (ə) o qədər sevmişdir ki, hətta rafizilikdə (şiələrə verilən mənfi ad) qınanmışdır. Hətta buna görə onu həbs etmişlər. Həmin vaxt yazdığı şe’rdən iki misra:

Əhli-beyti (ə) sevmək rafiziliksə,

Rafizi desinlər bu aşiq kəsə.

* * *

Nəql edirlər ki, bir gün Davud Tai imam Sadiqin (ə) yanına gəlib dedi: “Ey Allah rəsulunun oğlu! Qəlbim qaralıb, mənə bir öyüd ver. Siz bütün məxluqdan fəzilətlisiniz və hamıya öyüd verməyiniz vacibdir.” İmam (ə) buyurdu: “Ya Əba Süleyman! Qorxuram ki, Qiyamət günü Rəbbim Ona itaət haqqını pozduğum üçün məni qınaya. Dediklərin həzrəti Haqqın şə’nindədir.” Davud ağladı və dedi: “Pərvərdigara! Onun vücudu peyğəmbərdəndir, tərkibi bir dəlildir, babası peyğəmbər, anası Bətuldur. Bununla o bir bu qədər çəkinir! Vay Davudun halına!”

* * *

İmam Sadiqin (ə) qiymətli bir xəzə büründüyünü görüb dedilər: “Ey peyğəmbər övladı! Bu libas sənin Əhli-beytinə (ə) yaraşırmı?” İmam həmin şəxsin əlini tutub yaxasına çəkdi. Onun əynində əli didən palaz vardı. İmam (ə) buyudru: “Bu Allahın haqqına görədir, bu birisi bəndələrin haqqına görə.”382

İmam Məhəmməd Baqir (ə)

O mə’lumat əhlinin dəlili, müşahidə əhlinin sübutu, peyğəmbər övladı, imam Əli (ə) davamçısı, batin və zahir sahibi idi. Onun künyəsi Əbu Abdullah olmuşdur. Ona Baqir (ə) deyirdilər.

Elmi dəqiqliyə, lətif işarələrə, kəramətlərə malik idi. “Kim Tağutu inkar edib Allaha iman gətirsə...” ayəsinin təfsiri ilə bağlı buyurmuşdur: “Səni haqdan çəkindirən Tağutdur. Bu hicabla nə qədər arxada qalmısan. Bu hicabı yırtmağa çalış. Belə etsən, əbədi kəşfə çatarsan...”383

Əbul Qasim Qeysəri

Mə’ruf ibn Firuz Kərxi duası qəbul olan böyük ariflərdəndir. O imam Rizanın yaxınlarından olmuşdur. Bu şəxs imamın əli ilə İslamı qəbul etmişdir. O deyir: “Kufədə olduğum vaxt “İbn Səmmak” adlı bir kişi ilə rastlaşdım. O xalqa öyüd verirdi. Deyirdi ki, varlığı ilə Allaha üz tutana Allah mərhəmət qılar, xalq beləsinin əli olar. Onun sözləri qəlbimə yatdı, yalnız ona xidmətə məşğul oldum. İmam (ə) buyurdu: “Əgər öyüd etsən bu yetər...”384

* * *

İmam Hüseyn (ə) yoldan ötərkən bir dəstə uşaq gördü. Onların əlində bir parça çörək vardı. Hüseyni (ə) süfrəyə çağırdılar. İmam onlarla əyləşib çörəklərindəm daddı, sonra onları özü ilə aparıb təam verdi, geyindirdi.385

* * *

Şəqiq Bəlxi imam Sadiqdən (ə) səxavət haqqında soruşdu. İmam buyurdu: “Sən nə düşünürsən?” Şəqiq dedi: “Əgər versələr şükr edirik, verməsələr səbr edirik.” İmam razılaşmadı. Şəqiq imamın fikrini soruşdu. İmam buyurdu: “Əgər versələr başqalarına bağışlayaq, əgər verməsələr səbr edək.”386

* * *

Mədinədə bir kişi yuxudan oyanıb pul kisəsini tapa bilmədi. Düşündü ki, onu oğurlayıblar. Tez otaqdan çıxdı. İmam Sadiqlə (ə) rastlaşdı. Ona yaxınlaşıb “Mənim pul kisəmi sən götürmüsən” dedi. İmam pul kisəsinin dəyərini soruşdu. Kişi bildirdi ki, min dinar. İmam Sadiq (ə) onu öz evinə aparıb min dinar verdi. Kişi evinə qayıtdıqdan sonra pul kisəsini evdə tapdı. İmamın yanına gəlib üzr istədi və min dinarı geri qaytarmaq istədi. İmam (ə) buyurdu: “Biz verdiyimizi geri almırıq.” Kişi ətrafdakılardan bu şəxsin kimliyini soruşdu. Bildirdilər ki, bu imam Sadiqdir.387

* * *

Qeyd olunur ki, behişt üç şəxsin intizarındadır. Əli, Əmmar və Salman.388

* * *

Nəql edirlər ki, bir gün həzrət Əli (ə) qulamı üç dəfə çağırsa da qulam cavab vermədi. Ayağa qalxıb qulamı tapdı və soruşdu: “Neçə dəfədir səni çağırıram, məni eşitmirsənmi?” Qulam dedi ki, eşidirəm. İmam soruşdu: “Bəs nə üçün gəlmədin?” Dedi: “Sənin mərhəmətinə bələdəm. Bilirəm ki, cəzalandırmazsan. Tənbəllik etdim.” İmam (ə) buyurdu: “Səni Allah razılığına azad etdim.”389

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]