Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əbülfəzl Yəbdi və Xacə Abdullah Ənsari

Əbu-Bəkr Nəqqaş müsəlmanların imamı həzrət Əli Mürtəzadan nəql edir ki, bir gün bir yəhudi mənə dedi: “Sizin kitabdakı bir ayə mənə qaranlıq qalıb. Əgər onu təfsir edib məni çətinlikdən çıxaran olsa, İslamı qəbul edərəm. İmam buyurdu: “O nə ayədir?” Dedi: “İhdinəs-siratəl-mustəqim. Əgər özünüzü doğru yolda sayırsınızsa, şəkdə deyilsinizsə, nə üçün doğru yol soraqlayırsınız?” İmam (ə) buyurdu: “Bir zümrə peyğəmbər və Allah dostu bizdən öncə behiştə getdi və əbədi saədətə çatdı. Biz Allahdan istəyirik ki, onlara göstərdiyi yolu bizə göstərsin, onları behiştə çatdıran ibadəti yerinə yetirib, onlara qovuşaq.” Yəhudi dedi: “Mənim çətinliyim həll oldu.” Həmin şəxs İslamı qəbul etdi.374

* * *

Bir gün həzrət Əli Mürtəza evdə Həsən və Hüseynin analarının qarşısında oturub ağladığını gördü. Həzrət Əli (ə) soruşdu: “Nə baş verib ki, mənim gözümün nurları, qəlbimin meyvələri, ruhumun sevincləri ağlayırlar? Fatimə (s.ə.) dedi: “Ya Əli! Həqiqətən artıq bir gün ötüb, onlar heç nə yeməyiblər.” Həmin vaxt ocaq üstə qazan vardı. Əli (ə) dedi: “Qazandakı nədir?” Fatimə (s.ə.) dedi: “Qazanda sudan başqa bir şey yoxdur. Onu ocağın üstünə qoymuşam ki, bir şey bişirdiyimi güman etsinlər.” Əli (ə) pərişan oldu. Əbasını götürüb bazara getdi. Onu altı dirhəmə satıb təam aldı. Amma yolda bir yoxsulla rastlaşdı. Yoxsul haray çəkib kömək istəyirdi. Əli (ə) aldığı təamı ona verib evə qayıtdı. Hadisəni Fatiməyə (s.ə.) danışdı. Fatimə (s.ə.) dedi: “Yaxşı iş görmüsən, ey Əbəl-Həsən. Sən həmişə xeyir içindəsən.”

Həzrət Əli (ə) namaz qılmaq üçün peyğəmbər məscidinə gəldi. Bir ərəb dəvə satırdı. O dedi: “Ya Əbəl-Həsən! Bu dəvəni satıram al.” Əli (ə) dedi: “Onun müqabilində veriləcək pulum yoxdur.” Ərəb dedi: “Bunu sənə verirəm, nə vaxt pulun olsa, ödəyərsən.” Əli (ə) dəvəni altımış dirhəmə alıb yola düşdü. Yolda başqa bir ərəblə rastlaşdı. Ərəb dedi: “Ya Əli! Bu dəvəni mənə satarsan?” Əli (ə) dedi: “Sataram.” Ərəb qiymət soruşdu. Əli (ə) dedi ki, neçəyə istəyirsən o qiymətə. Ərəb dedi: “Yüz iyirmi dirhəmə.” Əli (ə) yüz iyirmi dirhəm alıb evə qayıtdı. Əhvalatı Fatiməyə (s.ə.) danışdı. Sonra dəvə aldığı ərəbin pulunu vermək üçün evdən çıxdı. Yolda peyğəmbərlə rastlaşdı. Peyğəmbər (s) buyurdu: “Ya Əli, hara gedirsən?” Əli (ə) əhvalatı ona danışdı. Peyğəmbər (s) sevinib onu müjdələdi və dedi: “Ya Əli! O sadəcə bir ərəb yox, Cəbrail idi. Dəvəni səndən alan isə Mikail olub. Dəvə isə behişt dəvələrindən imiş. Bütün bunlar sənin yoxsula verdiyin təamın mükafatıdır. Sonra Peyğəmbər (s) bir ayə oxudu: “Kimdir Allaha yaxşı borc verən!?”375

* * *

Qur’ani-kərimdə buyurulur: “O kəslər ki, mallarından gecə və gündüz, gizli və aşkar infaq edər...”376 Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Bir gün Əli olan qalan dörd dirhəmini yoxsula verdi. Bir dirhəm gecə, bir dirhəm gündüz, bir dirhəm gizli, bir dirhəm aşkara infaq etdi. Allah onun haqqında mədh buyurdu və ayə nazil etdi.

* * *

“Mübahilə” səhabələri beş nəfər idi: Peyğəmbər, Zəhra, Əli, Həsən və Hüseyn. Səhraya çatdıqları vaxt Peyğəmbər (s) onları yanına alıb üstlərinə kilim çəkdi və dedi: “Pərvərdigara! Həqiqətən onlar mənim əhli-beytimdir.” Cəbrail endi və dedi: “Məni də öz Əhli-beytinə (ə) daxil edərsənmi?” Peyğəmbər (s) buyurdu: “Ya Cəbrail, sən də bizdənsən.” Həmin vaxt Cəbrail geri döndü, səmada iftixarla dolanıb dedi: “Mənim kimisi varmı?! Göylərdə mələklərin rəisiyəm, yerdə Məhəmməd Əhli-beytindənəm (ə)!”377

* * *

Həzrət Əli Mürtəza peyğəmbərin əmisi oğlu, behişt xanımlarının xanımı Fatimeyi-Zəhranın əri, xilafətin həqiqi sahibi, ismət sahibi, elm və hikmət xəzinəsi, ixlas, sədaqət, yəqin, təvəkkül, təqva, şücaət nümunəsi idi. O “Heydəri-Kərrar”, “Sahibi-zülfüqar”, “Seyyidi mühacir” kimi tanınırdı. Xeybər savaşı günü həzrət Peyğəmbər (s) buyurdu: “Sabah İslamın qələbə bayrağını bir şəxsin əlinə verəcəyəm ki, o Allah və Allah rəsulunu sevir, Allah və Onun rəsulu da onu!” Səhabələr bütün gecə bu şəxsin kimliyi barədə düşündülər. Növbəti gün Peyğəmbər (s) buyurdu: “Əli ibn Əbi Talib haradadır? Dedilər: “Ya rəsuləllah! Onun gözləri ağrıyır.” Peyğəmbər (s) buyurdu: “Onu çağırın.” Əlini (ə) çağırdılar. Peyğəmbər (s) öz mübarək dili ilə Əlinin (ə) gözünə toxundu və xəstə dərhal şəfa tapdı. Peyğəmbər (s) ona qələbə baxışı verdi...378

* * *

Deyirlər ki, Hüseyn ibn Əli (ə) bir yoxsul görüb dedi: “Adın nədir?” Yoxsul dedi: “Mən filankəsin oğlu filankəsəm.” Hüseyn (ə) dedi: “Yaxşı rastlaşdıq, mənim çoxdan sənə borcum var. Sənin atanın məndə bir neçə dirhəmi qalıb. İstəyirəm onu qaytaram. Həzrət Hüseyn (ə) bu bəhanə ilə yoxsula minnət qoymadan ona əta etdi.379

* * *

Həzrət Fatimənin (s.ə.) maraqlı izdivac vaqiəsi var. Bir gün Peyğəmbər (s) məscidə gəldi. Əlində reyhan şaxəsi vardı. Salmana dedi: “Ya Salman! Get Əlini çağır.” Salman həzrət Əlinin (ə) yanına gedib Peyğəmbərin (s) də’vətini ona çatdırdı. Əli (ə) soruşdu: “Ya Salman, Peyğəmbərin (s) halı necə idi?” Salman dedi: “Ya Əli! Çox xoşhal idi.” Əli (ə) Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər əlindəki reyhan şaxəsini Əliyə verdi. Reyhan şaxəsi ətir saçırdı. Əli (ə) dedi: “Ya rəsuləllah! Bu nə gözəl ətirdir?” Peyğəmbər (s) buyurdu: “Bu behişt hurilərinin qızım Fatimənin (s.ə.) izdivacına hədiyyəsidir. Əli (ə) soruşdu: “Kiminlə izdivac edir?” Peyğəmbər (s) buyurdu: “Səninlə, ya Əli! Məsciddə oturmuşdum, bir mələk gəldi. Onun kimisini görməmişdim. Dedi: “Mənim adım Mahmuddur, məqamım yuxarı göydədir. Gecənin üçdə biri keçmişdi bir nida gəldi: “Ey yaxın mələklər dördüncü səmada bir yerə cəm olun. Hamı bir yerə toplandı. Göstəriş gəldi ki, “Həl əta” surəsini oxuyaq. Sonra Tuba ağacına göstəriş verildi ki, Fatimeyi-Zəhra ilə Əliyyi-Mürtəzanın izdivacına hədiyyə versin. Tuba ağacı silkələndi, ondan gövhərlər, mirvarilər yağdı. Əmr olundu ki, Tuba ağacının altında mirvari dənəsindən minbər tikilsin. Həmin minbərə bir mələk qalxdı, Allaha həmd-səna deyib, peyğəmbərə salam göndərdi. Həmin vaxt Allah heç bir vasitəsiz nida etdi: “Ey Cəbrail və ey Mikail! Fatimə mə’rifətinə şahid olun. Mən Fatimənin vəlisi olaraq səmadakıların şahidliyi ilə Fatiməni Əliyə ərə verdim. Həbibimə (Məhəmmədə) müjdə ver, bildir ki, bu əqd səmada bağlandı, o da yerdə bu işi görsün.

Həzrət Peyğəmbər (s) mühacirləri və ənsarı bir yerə topladı. Üzünü Əliyə (ə) tutub dedi: “Ey Əli! Göydən belə bir hökm gəldi. Mən Fatiməni 400 dirhəm kəbin haqqı ilə sənə ərə verdim. Qəbul edirsənmi?” Əli (ə) dedi: “Ya Rəsuləllah! Mən nikahını qəbul etdim...”380

* * *

İbn Abbas deyir: Bir axşam Əli (ə) mənə dedi: “Xiftən namazını qılıb yanıma gəl, sənə bir fayda verim.” Dediyi vaxt gəldim. Soruşdu: “Əl-həmd”də əlifin təfsiri nədir?” Dedim ki, ya Əli (ə) sən bilərsən! Sözü başlayıb bir saat “Əl-həmd”də əlifin təfsirindən danışdı. Sonrakı bir saat “Əl-həmd”dəki lam hərfinin izahatına həsr olundu. Beləcə, ha, mim, dal hərfləri haqqında da bir saata qədər danışdı. O sözünü başa çatdıranda fəcr ağartısı görünürdü. Mənim elmim Əlinin (ə) elmi müqabilində dərya müqabilində gölməçə kimidir.”381

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]