Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Zəburda Əhli-beyt (ə) haqqında Həzrət Mehdinin (əc.) dövləti

Qur’ani-kərim ayələrində parlaq zühur əsrinə işarə olunur: “Aqibət təqvalılarındır.”371

Rəvayətlərdə də axirəz-zamanda yer üzündə haqq dövlətin zühuruna şəhadət verilir.372

Bə’zi ayətlərdən belə mə’lum olur ki, öncəki səmavi kitablarda da uyğun mə’na təsdiqlənmişdir: “Həqiqətən, biz Tövrat və Zəburdan sonra yazdıq ki, yer üzünü saleh bəndələrimiz irs götürər.”373 Ayəyə əsasən, gələcəkdə bütün yer üzündən şər və fəsad götürüləcək, sitəmkarlar məhv olacaq, yer üzünə varislik salehlərə çatacaq.

Zəburda “ilahi məktub” dedikdə nə nəzərdə tutulur?

Yuxarıdakı ayənin məzmunu Davudun Zəburunda da zikr olunmuşdur. Bu müjdə müxtəlif şəkillərdə təkrarlanır. Həzrət Davuda təsəllidən sonra deyilir: “Şər adamlardan incimə. Çünki onlar ot tək tez qırılarlar. Allaha təvəkkül et və ondan istə. Onunla aramlıq tap və intizarında ol. Tezliklə şər adamların kökü kəsilər. Allaha təvəkkül edənlər isə yer üzünün varisləri olar. Şər adamların yerini axtarsan tapmayacaqsan. Təvazö əhli isə yer üzünün varisləri olar. Şər adam sabit adamın xilafına pis düşünür və sadiq adama diş qıcıdır. Allah isə ona təvəssül göstərir, çünki onun gününün çatacağını bilir. Şər adamlar qılınclarını çəkmiş, kamanlarını hazırlamışlar ki, məzlum və miskini vursunlar. Onların kamanları qırılar. Az sadiq çox şərdən üstündür. Çünki, şər adamların biləkləri qırılar, Allah sadiqlərə arxadır. Allah salehlərin qələbə gününü bilir, onların mirası əbədi olacaq. Bəla vaxtı alçalmayacaqlar, qəhətlik vaxtı tox olacaqlar. Şər adamlar isə həlak olacaq, Allahın düşmənləri piy tək əriyəcək, tüstü tək yox olacaq. Çünki Allahın bərəkətli bəndələri yer üzünə varis olacaqlar. Məl’unlar isə məhv olub gedəcək. Yer üzünə varis olacaq sadiqlər orada əbədi məskunlaşacaq. Allaha sığın, yolunu gözlə. O səni yer üzünün varisliyinə yüksəldəcək. Şər adamlar məhv olan vaxt bunu görəcəksən. Amma asilərin aqibəti bəddir, sonda belələri məhv olacaq.”

Əhli-beyt (ə) ariflərin nəzərində Ariflərin rəvayətlərində Əhli-beytin (ə) məqamı

Filosoflar, mütəkəllimlər, mühəddislər, tarixçilər, fəqihlər, ədiblər və İslam tarixinin böyük şəxsiyyətləri haqqında söz deyib əlinə qələm almış bütün insanlar hansısa şəkildə Əhli-beyt (ə) haqqında danışmışlar. Onların məqamı və şəxsiyyəti haqqında söz deməyən alim yoxdur.

Belə görünür ki, bütün zümrələr arasında Əhli-beyt (ə) haqqında danışmağa və yazmağa ariflərin daha çox ləyaqəti var. Çünki onlar alimlərdən fərqli olaraq daha çox xarakterə diqqət yetirmişlər.

Bütün bunları nəzərə alaraq uyğun mövzu üçün ayrıca bir fəsil ayırdıq. Qeyd etməliyik ki, bu fəsildəki mətnlərin əksəri sünni məzhəbli alimlərin münasibətini açıqlayır. Bunun iki səbəbi var: Əvvəla, mə’lum olur ki, Əhli-beytin (ə) fəzilət və uca məqamını təkcə şiələr qəbul etmir. Başqa məzhəb nümayəndələri də onların şəxsiyyətlərinə vurğundur. İkincisi, sünnə əhlinin Əhli-beyt (ə) haqqında buyuruqları tarixin zəhərli küləklərini yarıb keçmiş inkarolunmaz mə’lumatlardır.

Aydın məsələdir ki, öncəki söhbətlər ariflərin əsərlərini bəzəmiş mə’lumatların kiçik bir hissəsidir. Onu da qeyd etməliyik ki, başqa məzhəb nümayəndələrinin əsərlərinə müraciət onların düşüncəsinin təsdiqi yox, nümunə göstərmək məqsədi daşıyır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]