Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Çox mühüm vaqiə

Nəsr ibn Məzahin “Vəq’əti Siffeyn” kitabında Əmirəl-mö’mininin (ə) səhabəsi olmuş Həbbə Ərənidən belə nəql edir: Siffeyn yolu üstəki Rəqqə məntəqəsində dayandığımız vaxt orada məsihi bir rahib öz mə’bədində ibadətə məşğul idi. Bizim qoşunu görüb mə’bədindən çıxdı və Əmirəl-mö’mininin (ə) yanına gəlib dedi: “Mənim bir kitabım var, babalarımdan mənə irs qalıb. Həmin kitabda həzrət Məsih öz xüsusi yardımçılarının adını öz əli ilə qeyd edib. Həmin kitabı sizə göstərmək istəyirəm.” Həzrət buyurdu: “Gətir.” Rahib mə’bədinə gedib dediyi kitabı gətirdi. Kitabı oxumaq üçün Əmirəl-mö’minindən (ə) icazə istədi. İmam icazə verdikdən sonra oxumağa başladı: “Rəhməti ölçüsüz, mehribanlığı daimi Allahın adı ilə. Lövhi-məhfuzda yazılan budur ki, Allah dərs görməmiş qövm arasında bir peyğəmbər məb’us edər, bu peyğəmbər onlara hikmət öyrədər, onları Allahın yoluna yönəldər. Sərt olmaması həmin peyğəmbərin nişanələrindəndir. O xalq arasında sakit dolanar, günaha günahla yox, əfv-güzəştlə cavab verər. Həmin peyğəmbərin həqiqi ümməti Allaha çox şükr edər, dilləri təkbir və təsbihə məşğul olar, Allah qorxusundan ağlayarlar. Allah həmin peyğəmbəri hər təkəbbürlü kəsə qalib edər. Allah onu dünyadan aparanda ümmət arasında ixtilaf düşər. Sonra bir araya gələrlər: “Onun ümmətindən olan bir şəxs Fərat kənarından keçər. O insanları yaxşılığa çağırar, pislikdən çəkindirər. Bu şəxs xalq arasında haqqına hökm verər, heç vaxt hökmündə xilaf olmaz. Dünya onun nəzərində tufanlı küləyin sovurduğu küldən də dəyərsizdir! Onun üçün ölüm susuz üçün su kimi şirindir. Qəlbində Allahdan qorxar, aşkarda Allah yolunda xeyirxahlıq edər. Doğru yolda kimsənin məzəmmətindən çəkinməz. Bu şəhər əhlindən kim peyğəmbəri dərk edib, ona iman gətirsə mükafatı mənim behiştimdir. Hər kəs Fərat kənarından keçən həmin saleh kəsi görsə, ona yardım etməsi vacibdir.”

Rahib bu yazıları oxuduqdan sonra həzrət Əliyə (ə) dedi: “Həmin saleh şəxs sizsiniz və mən sizinlə gedəcəyəm. Qoy sizə gələn mənə gəlsin. Əgər şəhid olacaqsınızsa, mən də sizinlə şəhadətə çatacağam.” Əmirəl-mö’minin (ə) bu yazıları eşidib ağladı və buyurdu: “Həmd olsun Allaha ki, məni yaddan çıxarmayıb, xeyirxahların yazısında məni yada salıb.”

Rahib həzrətə qoşuldu və Siffeyn döyüşündə şəhadətə çatdı. Həzrət Əmirəl-mö’minin (ə) savaş başa çatdıqdan sonra göstəriş verdi ki, şəhidlər dəfn olunsun. Bir neçə nəfərə tapşırıldı ki, rahibin cənazəsini axtarsınlar. Rahibin cənazəsi tapıldığı vaxt həzrət onun yanına gəlib ətrafdakılara buyurdu: “O biz Əhli-beytdəndir (ə).” Həzrət özü onun üçün qəbir hazırladı, özü qəbirə düşüb, onu müsəlman qaydası ilə dəfn etdi.370

Ey kaş bu üzüqara bəndənin də həmin məsihi rahibin qəlbi kimi Əhli-beyt (ə) mə’rifəti və vilayəti ilə şö’lələnən bir qəlbi olaydı! Belə olsaydı, axirət üçün bir qurtuluş dəstəyi əldə edərdim və qulağıma Əhli-beytə qulamlıq sırğası salardım. Onlar öz kimya nəzərləri ilə vücudumu qızıla döndərərdilər!

Mən üzüntü içində ötən ömrümə təəssüf edirəm. Cəmiyyətdə Əhli-beyt (ə) xidmətçisi kimi tanınsam da, hər an yetərli bir mə’rifət sorağındayam.

Xəyallar, suallar içində daim

Hələ də bilmirsən nədir gərəyin.

Karvan ötüb keçib qalmısan yolda,

Çoxmu duracaqsan pərişan halda?

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]